ABAY
ABBASƏLİ
OBASTAN VİKİ
Abbas Rzayev
Abbas Mirzə oğlu Rzayev (3 mart 1904, Zəncan, Cənubi Azərbaycan – 12 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb.O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir. Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == Teatr səhnəsindəki rolları == Sevil (1931)-Babakişi Romeo və Cülyetta (1937)-Montekki Vaqif (1938)-Şeyx Alı == Filmoqrafiya == Mahnı belə yaranır (film, 1957)-Xanapi Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Dağlarda döyüş (film, 1967)- Feyzi Poçt qutusu (film, 1967)-Kəndli Qanun naminə (film, 1968)-Kəndli Mənim əziz atam (1970) Yeddi oğul istərəm... (film, 1970)-Kənd sakini Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Yaqub kişi Qızıl qaz (film, 1972) Ağasadıq Gəraybəyli (film, 1974)-Vəzir ("Fərhad və Şirin") Bakıda küləklər əsir (film, 1974)-Həsənzadənin qonşusu == İstinadlar == == Mənbə == Kazımzadə, A. Sözünü demiş sənətkarlar: [Əməkdar artist Abbas Rzayev haqqında] //Kaspi.- 2014.- 5–7 aprel.- S.16.
Abbas Seyidov
Abbas Seyidov (1 aprel 1957, Naxçıvan) — tarix elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru. AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi. "Tarix, insan və cəmiyyət" jurnalının baş redaktorunun müavini. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru (2022-2023). 27 may 2023-cü ildə öz ərizəsi ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi.
Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Abbas Tufarqanlı
Aşıq Abbas Tufarqanlı (1600, Azərşəhr, Şərqi Azərbaycan ostanı – Azərşəhr, Şərqi Azərbaycan ostanı) — XVI əsr Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir: Yaşa, sevdicəyim, yaşaYazılanlar gələr başaBir yandan özün bas daşaBir yandan el car eyləsin. və ya: Abbas ağlar zarı-zarıGetməz könlünün qübarıİlqarından dönən yarıTanrı tez bazar eyləsin. == Haqqında film == Abbas və Gülgəz (film, 2000) == Mənbə == Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Abbas Vəfadağlı
Abbas Əli oğlu Mazanov (ədəbi adı: Abbas Vəfadağlı; 19 mart 1929, Cil, Yeni Bəyazid qəzası) — Azərbaycanlı ictimai xadim, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, şair, yazıçı, tədqiqatçı, istehsalat qabaqcılı. == Həyatı və fəaliyyəti == Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir (1943-1946). 1946-cı "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir. Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur (1946-1950). Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir (1952-1955). Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir (1955-1958), Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir (1958-1962). Doğma Cil kəndində kolxoz sədri (1962-1975), Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri (1975-1983), Cil kənd sovxozunda direktor (1983-1988) işləmişdir.
Abbas Vəlibəyov
Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1947-ci ildə Şuşa şəhərində anadan olmuşdur. == Təhsili == 1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. == Karyerası == 1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı. == Fəxri adları və dərəcələri == 1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Abbas Xəlilov
Abbas Sultan oğlu Xəlilov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 30.07.2004-cü il tarixli Sərəncamı ilə baş leytenant Abbas Xəlilov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə kapitan Abbas Xəlilov "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə mayor Abbas Xəlilov "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə polkovnik-leytenant Abbas Xəlilov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2015-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-mayor" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-leytenant" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2020-ci il tarixli Sərəncamı ilə general-mayor Abbas Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Abbas Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edilib.
Abbas Zamanov
Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).
Abbas Zəryab
Abbas Zəryab (13 avqust 1919, Xoy, Qərbi Azərbaycan ostanı – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir. == Həyatı == Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.
Abbas ağa
Abbas bin Əbdürrəzzaq (türk. Abbas bin Abdürrezzak) və ya sadəcə Abbas ağa (v. Qahirə) — Osmanlı sultanı IV Mehmet dövründə Topqapı sarayında qızlar ağası. == Həyatı == Abbas ağa Tuxan Xədicə Sultanın başağası idi və Müslih ağanın vəfatı ilə 9 aprel 1668-ci ildə qızlar ağalığına təyin edilmişdir. O, 16 iyul 1671-ci ildə işdən çıxarılaraq Misirə göndərilmişdir. Abbas ağa Misirdə vəfat etmişdir. O, qəbri Qahirədə İmam Şafii türbəsinin yaxınlığındadır.
Abbas bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abbas
Abbas — kişilərə verilən şəxsi ad.Azərbaycanda bu addan geniş istifadə olunur. I Abbas — Səfəvilər dövlətinin hökmdarı (1587–1629). II Abbas — Səfəvilər dövlətinin hökmdarı (1642-1666). III Abbas — Səfəvilər dövlətinin sonuncu — XI şahı, II Təhmasibin oğlu. Abbasağa Azərtürk — şair, pedaqoq (1934-1998). Abbas ağa Nazir — azərbaycanlı şair, tərcüməçi və maarif xadimi. Abbas ağa Təbrizi — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. Abbas Ağalarov — azərbaycanlı boksçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. Abbas Ağamirov — azərbaycanlı boksçu, SSRİ-nin əməkdar idman ustası. Abbas Atamalıbəyov — Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi.
Abbas Göyçə
Abbas Göyçə (türk. Abbas Gökçe; 1927, Qars, Qars ili – 20 dekabr 2014, Qars, Qars ili) — İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri == Həyatı == Abbas Göyçə 1927-ci ildə Qarsın Arpaçay ilçəsinin Meydancıq kəndində anadan olub. Ayvazoğlu Hacının nəvəsi və Qars tacirlərindən olan Əthəm Göyçənin oğludur. Bunlar əslən Qərbi Azərbaycanın Göyçə mahalının Kəvər rayonunun Abbasgölü kəndindəndirlər. Abbas Göyçə orta və lisey təhsilini Qarsda, ali təhsilini Ankara Universitetinin hüquq fakültəsində almış, 1954-cü ildə universiteti bitirmişdir. 1954–1959-cu illərdə hüquqşünas kimi çalışmışdır. 1959–1965-ci illərdə Erçis və Onyedə məhkəmə hakimi, 1965-ci ildən Daniştayda yardımçı və baş yardımçı vəzifələri tutmuş, 1981-ci ildə Qarsdan millət vəkili seçilmişdir. Türkiyə Böyük Millət Məclisində Anayasa komissiyasının üzvü olmuşdur. Hüquq nəzəriyyəsinə dair bir sıra elmi əsərlərin müəllifidir. Türkiyə ictimaiyyəti Abbas Göyçəni həm də ünlü şair kimi tanıyır.20 dekabr 2014-cü ildə Türkiyədə müalicə olunduğu özəl xəstəxanada 87 yaşında vəfat etmişdir.
Abbas Hacıyev
Hacıyev Abbas Məhəmməd oğlu (1 yanvar 1933, Borçalı – 21 yanvar 2011, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973). == Həyatı == Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində Nayvəlilər ocağında anadan olmuşdur. Qarapapaq türküdür. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq Vəkil Hacılının, pedaqoq və ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı, filoloq Asif Hacılınin atasıdır. Abbas Hacıyev 1948-ci ildə Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, həmin ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1952–1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə Nizami Gəncəvi adına fəxri təqaüd almış, Universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1957-ci ildən Marneulidə müəllimlikdən başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər.
Abbas Hüseyn
Abbas Hüseyn(XIX əsrin sonu-XX əsrin əvvəli) — XX əsrin əvvəlində Tiflis şəhərində fəaliyyət göstərmiş azərbaycanlı rəssam. Rəsmləri əsasən 1903–1923 illərində yaradılmışdır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. == Rəsmləri == == Mənbə == Çingiz Fərzəliyev. Azərbaycan rəngkarlığı (antologiya).
Abbas Hüseynov
Abbas Hüseynov (13 iyun 1995, Gəncə) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == === Beynəlxalq === Abbas Hüseynov beynəlxalq miqyasda debütünü 30 yanvar 2018-ci il yanvarın 30-da Azərbaycan–Moldova yoldaşlıq oyununda etmişdir.
Abbas Kiarostami
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…], 14-cü Paris dairəsi[d]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır. Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir. == Həyatı == Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur. 18–19 yaşlarınadək rəsm çəkməyə davam etmişdir.
Abbas Kiyarüstəmi
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…], 14-cü Paris dairəsi[d]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır. Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir. == Həyatı == Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur. 18–19 yaşlarınadək rəsm çəkməyə davam etmişdir.
Abbas Lisani
Abbas Lisani (az.-əbcəd عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib. 2023-cü il fevral ayında Ərdəbil həbsxanasından azad edilərək Yəzd şəhərinə sürgün edilib.
Abbas Mirzə
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Abbas Misgərli
Abbas Misgərli (15 may 1915, Salyan, Cavad qəzası – 17 may 1987, Bakı) — azərbaycanlı alim; texnika elmləri doktoru (1956) — professor(1957); Azərbaycan SSR-in Əmək veteranı(1977) == Həyatı == Misgərli Abbas Qulam oğlu 15 may 1915-ci ildə Salyan şəhərində anadan olmuşdur. O 1931-ci ildə Salyan şəhər 4 saylı orta məktəbi bitirib Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsinin Kimya şöbəsinə daxil olmuş, 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1938-ci ilin oktyabr ayından 1941-ci ilin iyun ayına kimi SSRİ Elmlər Akademiyasıın Azərbaycan filialında aspiranturada oxumuş, 1944-cü ilin may ayında dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1953–1956-cı illərdə SSRİ Elmlər Akademiyasında doktorantura təhsili almış, 1956-cı ilin fevral ayında Moskva şəhərində — SSRİ EA-nın Neft İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almışdır.Ali Attestasiya Komissiyasının (AAK) 3 yanvar 1957-ci il tarixli qərarı iə "kolloid kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.Abbas Misgərli 17 may 1987-ci il tarixdə Bakı şəhərində vəfat edib. Ailəli idi. 2-si qız, 3-ü oğlan olmaqla 5 övladı var. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Salyan şəhər Kənd Təsərrüfatı Texnikumuna göndərilmiş, 1935-ci ildən 1938-ci ilədək həmin orta ixtisas təhsili müəssisəsində kimya müəllimi vəzifəsində işləmişdir. 1938-ci ilin sentyabr ayından etibarən Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda işləmişdir. Böyük Vətən müharibəsi dövründə (1941-ci ilin iyun ayından 1945-ci ilin noyabr ayınadək)sovet ordusu sıralarında kimya qoşun növündə aviasiya hissəsində leytenant rütbəsində kimya xidməti rəisi vəzifəsində xidmət etmişdir.Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan SSR EA-nın Kimya İnstitutuna qayıtmış, əvvəlcə kiçik, sonra isə böyük elmi işçi vəzivəsində çalışmışdır. 1948-ci ildə laboratoriya rəhbəri seçilmişdir.Elmi-tədqiqat fəaliyyəti ilə yanaşıAzərbaycan Neft — Kimya İnstitutunda (indiki Neft Akademiyası), Azərbaycan Dövlət Universitetində və Politexnik İnstitutunda (indiki Texniki Universitet)asissent, dosent, fizika kafedrasında kolloid kimyası üzrə professor vəzifələrində əvəzçilik üzrə işləmişdir.O 1967-ci ildə SSRİ Elmlər Akademiyasının xətti ilə Rumıniyada bir aylıq elmi ezamiyyətdə olmuşdur.Mətbuatda 4 monoqrafiyası, 200-dən çox elmi məqaləsi dərc olunmuşdur.
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçusu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Abbas Qarabaği
Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərərgah Rəisi, general.Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur. == Həyatı == Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Karyerası == Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərərgah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilmişdi.
Abbas kəndi
Abbaskəndi (Çaldıran) —
Abbas Rzayev (alim)
Abbas Heydər oğlu Rzayev (12 dekabr 1945) — texnika üzrə elmlər doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi. == Həyatı == Rzayev Abbas Heydər oğlu, 12 dekabr 1945-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 05.17.08 – "Kimya texnologiyasının proses və aparatları", "Neftin kompleks hazırlanması proseslərinin riyazi modelləşdirilməsi və optimallaşdırılması". Doktorluq dissertasiyasının mövzusu: 05.17.08 – "Kimya texnologiyasının proses və aparatları", "Nefthazırlamada və neft emalında neft emulsiyasının ayrılması proseslərinin hesablanması, layihələşdirilməsi və idarəolunmasının elmi əsasları". == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 134 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 102 Respublikada çıxmış elmi əsərlərinin sayı: 32 Konfrans məruzələri və tezislər sayı: 21 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 32 === Əsas elmi nailiyyətləri === Neft sənayesi üçün yeni riyazi modellər, nəzarət, ölçmə və idarəetmə üsulları yaratmışdır. === Əsas elmi əsərlərinin adları === Рзаев А.Г., Келбалиев Г.И., Расулов С.Р. "Анализ и исследования нефтяного пласта по кривой восстановления давления", Нефтепромысловое дело. М. 2014, 24, с.37–41 Алиев Т.А., Рзаев А.Г., Гулуев Г.А. и др. "Способ управления процессом добычи нефти и устройство для его осуществления" Евразийский патент № 019848. Rzaev A.H. Rasulov S.R "The development of mathematical models with "skin-factor" for the petroleum reservoir filtration" SAEQ Science and applied engineering quarterly. London 2014, ISSUE-03, p.
Abbas Səhhət (film, 2007)
Abbas Səhhət qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi olan Abbas Səhhətin ədəbi yaradıcılığından, müəllimlik və tərcüməçilik fəaliyyətindən bəhs edir. == Məzmun == Film şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi olan Abbas Səhhətin ədəbi yaradıcılığından, müəllimlik və tərcüməçilik fəaliyyətindən bəhs edir. Filmdə şairin Azərbaycanda maarifçiliyin, milli ədəbiyyatın, tərcümə sənətinin inkişafındakı xidmətlərindən söz açılır, həyatı ilə bağlı məqamlar açıqlanır.
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir, 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır.
Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). == Həyatı == Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
Abbas ağa Nazir
Qayıbzadə Abbas ağa Mirzə Nəbi əfəndi oğlu (9 (21) oktyabr 1849, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 30 dekabr 1919, Qazax, Qazax qəzası, Gəncə quberniyası, AXC) — şair, tərcüməçi və maarif xadimi. == Həyatı == Abbas ağa Nazir 1849-cu il 9 oktyabrda Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçi-şairi idi. "Bəyani-hal" poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğu nəzmə çəkilmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxumuş, Zaqafqaziya müftisi Osman əfəndi Məhəmməd ağa oğlu Vidadovun (M. V. Vidadinin nəvəsi) məsləhəti və köməyi ilə Tiflisdəki "Məvariyi-Qafqaz ruhani idarəsi"nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilə qədər müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuş, Zaqafqaziya ruhani idarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il işləmişdir. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur. Əbülqasım Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə orijinaldan tərcümə edib "Qeyrət" mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr etdirmişdir (1908).
Abbas ağa Təbrizi
Abbas ağa Təbrizi (1885, Təbriz – 1907, Tehran) — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. == Həyatı == Abbas ağa Təbrizi 1885-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehran sosial-demokrat təşkilatına daxil olmuşdu. Fədailərin fəal üzvü kimi Məhəmmədəli şahın inqilabı boğmaq tədbirləri əleyhinə mübarizə aparmışdı. 1907-ci ildə Mirzə Ələsgər xan Əminüssultan Atabəyi-əzəmi öldürmüş, sonra da özü intihar etmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Abbas bəy Atamalıbəyov
Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov (26 fevral 1895, Tiflis – 1971, Ohayo) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi. == Həyatı == Abbas bəy Atamalıbəyov 1895-ci ilin 26 fevral tarixində Tiflisdə dünyaya göz açmışdır. İlk təhsilini Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur. ABŞ-yə köçdükdən sonra 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölümündən bir az əvvəl fransızca yazmağa başladığı xatirələri yarımçıq qalmışdır. == Ailəsi == atası — Seyfulla bəy Atamalıbəyov (kökcə şamaxılı polkovnik (sonralar general)) anası — Mələk xanım İbrahimbəyovaAbbas bəy İbrahim ağa Vəkilovun qızı Reyhan xanım Vəkilova ilə ailə qurmuş, Qalib adlı oğlu dünyaya gəlmişdir. Oğlu Qalib Atamalıbəyov (1924) ABŞ-də yaşayırdı. == Fəaliyyəti == Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi.
Abbas bəy Ağayev
Ağayev Abbas bəy Nəsir bəy oğlu (1829-?) — Qarabağ bəyi, çar zabiti, mayor. == Həyatı == Abbas bəy Nəsir bəy оğlu 1829-cu ildə Şuşa şəhərində dоğulmuşdu. Əslən Ağcabədi kəndindən idi. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra mədrəsədə оxumuşdu. Abbas bəy çar оrdusunda xidmət etmiş, mayоr rütbəsinədək yüksəlmişdi. == Ailəsi == Mayоr Abbas bəy Səhra bəyim Abdullapaşa ağa qızı Sarıcalı-Cavaşirlə ailə qurmuşdu. Kərim bəy, Mustafa bəy adlı оğullar, Böyükxanım xanım, Sоna xanım və Güllü xanım adlı qızlar böyüdüb, ərsəyə çatdırmışdı. == Mənbə == Ənvər Çingizoğlu, Ağayevlər, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.17–24.
Abbas bəy Muradov
Abbas Həmid oğlu Muradov (fr. Abbasse Mouradoff, 19 oktyabr 1899, Şuşa – 4 iyun 1991, Şalon-an-Şampan, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Ağdam rus-tatar (Azərbaycan) məktəbini (1912) və Peterburq realnı məktəbini bitirdikdən (1918) sonra bir müddət Ümumrusiya Müsəlmanlar ittifaqının icraiyyə komitəsində işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti himayədarlıq nazirliyinin qaçqınlarla iş şöbəsində çalışmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti quralduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Abbas bəy Muradov 1929-cu ildə Paris Universitetində "Oynaq revmatizmi hallarında natrium salisilatının terapevtik dəyərinin öyrənilməsinə təcrübi töhfə" adlı dissertasiyanı müdafiə etmiş və sonralar həkim kimi işləmişdir. Qabriel Busenqo (1910–2007) ilə ailə qurmuşdu. Onların Jak və Münir adlı iki oğlu və Lezli adlı qızı var idi.Abbas bəy Muradov 1991-ci ildə vəfat edib.
Abbas bəy Sultanov
Abbas bəy Sultanov (1895, Qubadlı, Zəngəzur qəzası – 1938, Bakı) — həkim, ictimai xadim. == Həyatı == Abbas bəy Ağalar bəy oğlu 1895-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində anadan olmuşdu. 8 yaşından 11 yaşına kimi Qubadlı kənd məktəbində oxumuşdu. Sonra Qori şəhər gimnaziyasına qəbul olmuşdu. 1915-ci ildə gimnaziyanı bitirmişdi. Elə həmin ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Unıversitetdə oxuduğu dövrdə siyasi dərnəklərdə iştirak etmişdi. 1917-ci ildə təhsil ocağını yarımçıq qoyub Zəngəzura qayıtmışdı. Feldşerlik vəsiqəsi olduğundan Gorusda qəza idarəsinin tibb şöbəsində işə başlamışdı. Sovet dövründə, 1921-ci ildən 1923-cü ilədək Qubadlı Qəza Firqə Komitəsinin məsul katibi işləmişdi.
Abbas ibn Firnas
Abbas ibn Firnas və ya Abbas Abu Al-Qasim ibn Firnas (ərəb. عباس بن فرناس‎; d.810 – ö.887) — müsəlman bərbər-əndəlus intellektualı, ixtiraçısı, fizik və mühəndisi.. Həm də musiqiçi və şair olmuşdur. == Həyatı və fəaliyyəti == Bərbər mənşəli Firnas Əndəlusun İzn-Rand-Onda məntəqəsində (Ronda, İspaniya) anadan olmuş və Kordova əmirliyində yaşamışdır.İbn Firnas Əl-Maqata adlanan su saatı və bir neçə metronom düzəltmiş, rəngsiz şüşə istehsalı texnologiyasını hazırlamış, müxtəlif şüşə planisferlər ixtira etmişdi. O həm də müxtəlif linzalar (“oxuma daşları”) hazırlamış, planetlərin və ulduzların hərəkətini əyani şəkildə göstərən üzüklər zənciri düzəltmişdi. İbn Firnas tərəfindən dağ büllurunun emalı prosesinin təkmilləşdirilməsi nəticəsində, artıq bu büllurun emal üçün Misirə göndərilməsinə ehtiyac qalmadı.Öz evində alim xüsusi otaqda ulduz, bulud və ildırım modellərini quraşdırmışdı və bütün bu modellər zirzəmidə olan xüsusi mexanizmlərin köməyi ilə hərəkətə gətirilirdi. == Aviasiya == Mərakeşli tarixçi Əhməd Məhəmməd əl-Məqqari yazır ki, ibn Firnas hazırladığı deltaplanabənzər aparatı özünə bərkitməklə uçmağa səy göstərmiş, “bir qədər uçduqdan sonra enməyə başlamış və enmə zamanı xəsarət almışdı” və söyləmişdi ki, aparataın quyruq hissəsi olmadığından o uğursuz eniş etmişdir. Bu hadisənin 875-ci ildə baş verməsi güman edilir. Əl-Məqqari bu epizodla bağlı IX əsrdə yaşamış kordovalı saray şairi Mömin ibn Səidə istinad edir. Belə bir fikir mövcuddur ki, ibn Firnasın uçmaq cəhdi XI əsrin əvvəllərində İngiltərədə yaşamış Malmesburyli Eylmeri də uçmaq üçün cəhd etməyə ruhlandırmışdır.
Abbas ibn Ubadə
Abbas ibn Ubadə — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Birinci və İkinci Əqabə beyətində iştirak edən səhabələrdəndir. Mədinənin Xəzrəc qəbiləsindəndir. İkinci Əqəbə beyti ilə müsəlman olur. Lakin o, digər mədinəlilər kimi məmləkətinə qayıtmayırlar və Məkkədə peyğəmbərin yanında qalır. Bu səbəbdən o, İslam tarixində “Ənsarın mühaciri” kimi məşhurlaşır. Abbas bin Ubadə Uhud döyüşündə pərən-pərən düşmüş İslam ordusunu toplamaq istəmiş və Məkkəlilərin ordusuna hücum edərkən həlak olmuşdur.
Abbas ibn Əbdülmüttəlib
Abbas ibn Əbdülmüttəlib (32/653-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin əmisi. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir. == İslam dövrü == Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır.

Значение слова в других словарях

в су́мерки растепе́ля роко́чущий сма́чиваться субпроду́кты устрани́ть я́бедливый куклукскла́новец лучше сказа́ть отбракова́ть расса́живание росина́нт смышлёно запой корица параллель abstractionism fly-title throughly tizzy woodcutter конденсировать некто скрытность филантропия