Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmməd Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
İmam Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Məhəmməd əl-Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Məhəmməd Baqir Məclisi
Məhəmməd Baqir Məclisi və ya qısaca Əllamə Məclisi (tam adı: Məhəmməd Baqir ibn Məhəmməd Təqi ibn Məqsud Əli İsfahani, 1627, İsfahan – 29 mart 1699, İsfahan) — Səfəvilər zamanında yaşamış Şiə əxbari alimi. Atası, bir digər şiə din alimi Məhəmməd Təqi Məclisi Məclisi-Əvvəl (Birinci Məclisi), özü isə Məclisi-Sani (İkinci Məclisi) kimi də tanınırlar. Əllamə Məhəmməd Baqir Məclisi 1627-ci ildə o vaxt Azərbaycan Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan şəhərində dünyaya gəlmişdir. Onun atası Məhəmməd Təqi Məclisi İsfahanın imam-camaatı olmuşdur. Zəmanəsinin 18 böyük aliminin yanında elm aldıqdan sonra, gənc Məhəmməd Baqir Hürr Amili tərəfindən ictihad dərəcəsinə layiq görülür. Bundan sonra o 144 cildlik "Biharul Ənvar" ("Nurlar dəryaları") kitabını yazmağa başlayır. Quran təfsiri, tarix, fiqh, kəlam və s. elmi sahələri əhatə edən bu kitab hədisşünaslığa dair ən iri həcmli əsər sayılır. Məclisi həmçinin ölkənin siyasi həyatında fəal iştirak edirdi. O Şah Süleyman Səfəvi və onun xələfi Şah Sultan Hüseyn Səfəvinin yanında böyük nüfuza malik idi və 1687-ci ildə Şeyxülislam tituluna layiq görülmüşdür.
Məhəmməd Baqir (imam)
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Məhəmməd Baqir Həkim
Seyid Məhəmmədbağır Seyid Möhsün oğlu Həkim (1 iyul 1939, Nəcəf – 29 avqust 2003[…], Nəcəf) — İslam alimi, müctəhid. Seyid Muhəmmədbağır əl-Həkim Nəcəf şəhərində 1939-cu ildə Ayətullah Möhsün Təbabtəbai əl-Həkimin ailəsində dünyaya göz açdı. Atası Ayətullah Möhsün əl-Həkim İraqın tanınmış şiə liderlərindən sayılır və 1950-ci ildən İraqda müctəhidliyi qəbul olunan şəxsiyyətlərdəndir. Muhəmməd Baqir kiçik yaşlarında həm ruhani, eyni halda dünyəvi təhsilə yiyələnərək bərabər dini-dünyəvi elimləri əldə edir. 1964-cü ildə, 25 yaşında ikən o Bağdad Unversitetinin Dini Elmləri Fakültəsində Quran və fiqh elmləri üzrə müəllim vəzifəsində çalışmağa başlayır. Tədrisi dövründə eyni halda Əhli-beyt (ə) məktəbinin özəllikləri və cəmiyyətdə haqq və batil savaşında məğrur və qəhrəmanlığın insani hədəf olması təbliği ilə də məşğul olur. Bu təbliğatı onun tələbələr arasında xüsusi titul qazanmasına səbəb olur. O dərsdən kənar tələbələrlə keçirdiyi görüşlərdə onların mübarizə hədəfləində incələmə apararaq daha dəqiq və iti addımlar atmalarına səbəb olur. 1974-cü ildə əqidəvi prinsipləri, insani dəyərlərin müdafiəsi, ail məqamların qorunması istiqamətinə apardığı təbliğatı səbəbi ilə Muhəmməd Baqir həbs olunur. Bir müddət sürən həbsi onun ali təhsil ocağında apardığı tədrisinə də son qoyur.
Məhəmməd Baqir İrəvani
Ayətullah Şeyx Məhəmməd-Baqir İrəvani (ərəb. محمد باقر الإيرواني‎) (1949) — İraq şiə alimi, dini avtoriteti və şairi. Əslən azərbaycanlıdır. İrəvani böyük ayətullah seyid Əli Sistanidən sonra Nəcəfdə böyük dini hakimiyyətə güclü namizədlərdən biri hesab olunur.
Məhəmməd Baqir (dəqiqləşdirmə)
Məhəmməd Baqir
Məhəmməd Baqir Sədr
Məhəmməd Baqir Sədr (ərəb. محمد باقر الصدر‎) (tam adı:Seyid Məhəmməd Baqir Sədr; 1 mart 1935, Kazımiyyə[d] – 9 aprel 1980, Bağdad) — Ayətullah əl-üzma, filosof, üsuli, nəzəriyyəçi, İraq mübarizlərinin lideri. O "Şəhidi-Xamis" (beşinci şəhid) kimi də xatırlanır. Seyid Məhəmməd Baqir Sədr 1353-cü ilin zil-qədə ayının 25-də Kazimeyn şəhərində dünyaya gəlib. Atası Seyid Heydər Sədr Amili, anası isə Şeyx Əbdülhüseyn Əl-Yasinin qızı olmuşdur. Sədr 3 yaşında atasını itirmiş, anası və qardaşı Seyid İsmayıl Sədrin nəzarətinə verilmişdir. Hicri Qəməri tarixi ilə 1365-ci ildə on iki yaşında ikən qardaşı Seyid İsmayıl ilə birlikdə seminariyanın professorlarından dərs almaq üçün Nəcəf şəhərinə getdi. İlkin dərslərin bir hissəsini qardaşından öyrənib. O, Seyid Əbul Qasim Xoyi, Seyid Məhəmməd Ruhani və Şeyx Məhəmməd Rza Əl-Yassinin yanında yüksək fiqh və üsul kursu keçmişdir. Molla Sədra fəlsəfəsini Badkubeidən öyrənmiş və bununla yanaşı Qərb fəlsəfəsində qeyri-müsəlman filosofların fikirlərini də Məhəmməd Tağı Cəfəridən öyrənmişdir.
Məhəmməd Baqir Qalibaf
Məhəmməd Baqir Qalibaf — (farsca: محمد باقر قالیباف) Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Parlamentinin Sədridir. O, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri və Tehran polisinin rəisi olub və uzun müddət hərbi və siyasi vəzifələrdə çalışıb. Londonda yerləşən "Iran Wire" onu "ən hazırlıqlı namizəd" kimi təsvir edib. Qalibafın Atası Hüseyn Qalibaf kürd, anası farsəsilli Xeyir al-Nasadır. İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Milli Məclisin sədri Sahibə Qafarova ilə 09.01.2023-cü ildə görüşüb. Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb. Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb. Məhəmməd Baqir Qalibaf 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçdi.
Məhəmməd Baqir əl-Həkim
Seyid Məhəmmədbağır Seyid Möhsün oğlu Həkim (1 iyul 1939, Nəcəf – 29 avqust 2003[…], Nəcəf) — İslam alimi, müctəhid. Seyid Muhəmmədbağır əl-Həkim Nəcəf şəhərində 1939-cu ildə Ayətullah Möhsün Təbabtəbai əl-Həkimin ailəsində dünyaya göz açdı. Atası Ayətullah Möhsün əl-Həkim İraqın tanınmış şiə liderlərindən sayılır və 1950-ci ildən İraqda müctəhidliyi qəbul olunan şəxsiyyətlərdəndir. Muhəmməd Baqir kiçik yaşlarında həm ruhani, eyni halda dünyəvi təhsilə yiyələnərək bərabər dini-dünyəvi elimləri əldə edir. 1964-cü ildə, 25 yaşında ikən o Bağdad Unversitetinin Dini Elmləri Fakültəsində Quran və fiqh elmləri üzrə müəllim vəzifəsində çalışmağa başlayır. Tədrisi dövründə eyni halda Əhli-beyt (ə) məktəbinin özəllikləri və cəmiyyətdə haqq və batil savaşında məğrur və qəhrəmanlığın insani hədəf olması təbliği ilə də məşğul olur. Bu təbliğatı onun tələbələr arasında xüsusi titul qazanmasına səbəb olur. O dərsdən kənar tələbələrlə keçirdiyi görüşlərdə onların mübarizə hədəfləində incələmə apararaq daha dəqiq və iti addımlar atmalarına səbəb olur. 1974-cü ildə əqidəvi prinsipləri, insani dəyərlərin müdafiəsi, ail məqamların qorunması istiqamətinə apardığı təbliğatı səbəbi ilə Muhəmməd Baqir həbs olunur. Bir müddət sürən həbsi onun ali təhsil ocağında apardığı tədrisinə də son qoyur.
Modern insan və Tanrı (Baqir Sədr)
Modern insan və Tanrı — Baqir Sədrin fəlsəfi əsəri. "Modern insan və Tanrı" kitabı iki fundamental tezisi – Allahın varlığını və həzrət Məhəmmədin peyğəmbərliyini yeni bir üslubla isbatlamağa çalışır. Bu üslub müasir elmlərdəki müddəaları isbatlamaq üçün istifadə edilən və ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldir. Müəllif metodun çətinliyinə baxmayaraq, sadə misallarla mövzunun mənimsənilməsini asanlaşdırmışdır. Oxucu kitabı mütaliə etdikcə "elm" və "iman"ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Məhəmməd Baqiri
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Baqirmi sultanlığı
Baqirmi sultanlığı — Mərkəzi Afrikada, indiki Çadda 1522–1897-ci illərdə iqtidarda olan İslam sultanlığı. == Tarixi == Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir. XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522–1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbiləsindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568–1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi. Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570–1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Bakir
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Babir (Maku)
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Bakir Abbasov
Bakir Məhərrəmov
Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2014–2015). [mənbə göstərin] == Həyatı == Bakir İsmayıl oğlu Məhərrəmov 7 may 1960-cı ildə Gədəbəy rayonunda, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.1977-ci ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nə qəbul olunmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi davam etdirərək, 1987-ci ildə universitetin "Geoloji-kəşfiyyat" fakültəsinin "Dağ mühəndisi-hidrogeoloq" ixtisasını bitirmişdir, 1984-cü ildən Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlamış, 1984–2006-cı illər ərzində "Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi" laboratoriyasında böyük texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994–1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə taqım komandiri kimi iştirak etmişdir. 2005-ci ildə "Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyasını "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2006–2011-ci illərdə SOCAR-ın ""Neftqazelmitədqiqatlayihə" İnstitutunun" "Quyuların qazılmasının geoloji əsaslandırılması" laboratoriyasında müdir vəzifəsində, 2011–2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində işləmiş, 2014-cü ildə həmin laboratoriyanın müdiri təyin edilmişdir. 2008–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin vitse-Prezidenti, 2014–2016-cı illərdə isə "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmışdır. [1] 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin,2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın, 2017-ci ildən AMEA-nın "Geologiya və Geofizika İnstitutu"nun Yer elmləri üzrə dissertasiya müdafəsinin elmi seminarının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul tarixli qərarı ilə dosent elmi adı verilmlşdir. 2017-ci ildə "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. == Həyatı == Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Suhrab Faqir
Suhrab Faqir (Sind dilində: سُهراب فقير صوفي‎) ( d.1934 – ö. 23 oktyabr, 2009) — Pakistanın Sind əyalətindən olan sufi musiqiçi. Suhrab Faqirin tam adı Sohrab Fakir Manganhar idi. Suhrab Faqir 1936-cı ildə Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində dünyaya göz açmışdırb. Suhrab Faqirin atası Hammal Faqir tabla və sarangi üzrə böyük istedada sahib musiqiçi idi. Suhrab Faqir Sinddə sufi musiqisinin kralı hesab edilirdi və Pakistanın ən böyük mistik musiqiçilərindən biri idi. Suhrab Faqir musiqiçi ailəsində dünyaya gəlib. Bu da onun yetişməsində müstəsna rol oynayıb. Suhrab Faqirin ailəsi Birtaniya Hindistanında Racastanın Caisalmer ştatından köçüb gəlmişdi. 23 oktyabr 2009-cu il tarixində Suhrab Faqir doğulduğu Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində də vəfat edib.
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır.
Bakir Haşımov
Bakir Musa oğlu Haşımov — XX əsr Azərbaycan xanəndəsi. == Həyatı == Qarabağ xanəndəlik ənənələrinin davamçısı olan Bakir Haşımov Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950-ci illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir. == Yaradıcılığı == Bakir Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B. Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər. B. Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, "Əsli və Kərəm" operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.
Bakir Məmmədov
Bakir Vəliyev
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü. == Həyatı == 1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir. 160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
Bağır Cabbarzadə
Bağır Məmmədrza oğlu Cabbarzadə (1894, Bakı – 1951, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti; == Həyatı == Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. "Nicat", "Səfa" cəmiyyətləri teatr truppalarının, "Müdiriyyət" dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə AZərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. == Əsas rolları == Qədim (Cəfər Cabbarlı, "Yaşar"), Əbdül (Cəfər Cabbarlı, "Dönüş"), Aftil (Cəfər Cabbarlı, "Almaz"), Sönməz (Cəfər Cabbarlı, "Od gəlini"), Qurban (Cəfər Cabbarlı, "Aydın"), Hacı Zaman (Cəfər Cabbarlı, "Oqtay Eloğlu"), Məhəmməd Əmin (Cəfər Cabbarlı, "Ədirnə Fəthi"), Osman Midhət (İsa bəy Aşurbəyov, "Azərbay və Can"), Qulam (Abdulla Şaiq, "Bir saatlıq xəlifə"), Əmir Axşid (Namiq Kamal, "Qara bəla"), Allahqulu (Əbdürrəhim bəy Haqverdiyev, "Köhnə dudman"), İblis (Əbdürrəhim bəy Haqverdiyev, "Pəri cadu") Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, "Dağılan tifaq"), Rüstəm bəy (Nəcəf bəy Vəzirov, "Müsibəti- Fəxrəddin"), Zubad (Hüseyn Bədrəddin, "Əmir Əbül Üla"), Mirbağır ağa (Cəlil Məmmədquluzadə, "Ölülər"), İxtiyar (Hüseyn Cavid, "İblis"), Papas (Hüseyn Cavid, "Şeyx Sənan"), Tatar Həsən (Maksim Qorki, "Yurdsuz İnsanlar"), Qusman (Jan Batist Molyer, "Don Juan"), Kölgə (Uilyam Şekspir, "Hamlet"), Lyapkin-Tyapkin (Nikolay Qoqol, "Müfəttiş").
Bağır Kazımi
Seyid Bağır Kazimi (10 fevral 1892, Təfriş, Mərkəzi ostanı – 1976, Tehran) — İran xarici işlər vəziri. == Həyatı == Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu. Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu. Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib. == Ailəsi == Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012.
Bağır Musayev
Bağır Namaz oğlu Musayev (17 sentyabr 1958) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Bağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903–1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur.
Bağır Rzazadə
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903–1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur.
Bağır Rəfiyev
Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018). == Həyatı == Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: “Qaçmağı düşünürəm” (2003), “Kostya Qumankovun Paris məhəbbəti” (2004), “Tanker Tanqo” (2007). 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bakı, mən səni sevirəm (film, 2015) Çalışan adam (film, 1996) Dağıdılmış körpülər (film, 1996) Dundukley (film, 1986) Dünən, bu gün və... (film, 1989) Etimad telefonu (film, 2001) Lətifə (film, 1989) Murad-Sad (film, 1988) Təxribat (film, 1989) Ruslar müharibə istəyirmi?
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur. Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.
Bağır Süleymanov
Bağır Ələkbər oğlu Süleymanov (22 iyun 1959, Bakı) — Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Süleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir. B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyuk, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir. B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir. B. Süleymanov 310 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
Bağır Xan
Bağır xan (1862, Təbriz – 1916, Kürdistan) — Səttar Xanın yaxın silahdaşı,İranda Məşrutə inqilabının (1905-1911) rəhbərlərindən biri, Təbriz üsyanı (1905–1911) dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri. == Həyatı == Bağır xan Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Yoxsulluq üzündən təhsil ala bilməmiş, az bir müddət molla yanında oxumuşdur. Uşaq çağlarından atası bənna Hacı Rza ilə birlikdə inşaat-tikinti işlərində çalışmış, sonralar özü mahir usta kimi Təbrizdə bir sıra binalar tikmişdir. Sonralar o, dövlət idarələrində maliyyə məmuru (bu çağdan onun adına "xan" sözü əlavə edilmişdir), yüzbaşı kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə rastlaşdığı haqsızlıqlar, xarici dövlətlərin hökmranlığı və s. mənfi hallar onu dövlət idarələrindən uzaqlaşdırmışdır. == Siyasi fəaliyyəti == Həyatın çətinliklərini hələ gənc ikən dadmış Bağır xan tədricən mövcud istibdad quruluşu dəyişdirmək, sosial ədalətə çatmaq üçün siyasi mübarizəyə hazır bir şəxsiyyət kimi yetişmişdir. O, əhali arasında dərin nüfuzuna görə Xiyaban məhəlləsinin məsulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci illər Məşrutə inqilabının ilk sədaları, o cümlədən məşrutə-konstitusiya elan edilməsi (05.08.1906) Təbrizdə də eşidildikdə Bağır xan bir neçə yüz mücahiddən ibarət dəstənin başında inqilabda iştirak etmişdir.
Bağır Ələkbərov
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
İmam Bağır
Bagio
Bagio - Filippində şəhər. Bagio paytaxt Maniladan 250 km. şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurort şəhəridir. Şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Əhalisi 273 min (2005). Luson adalarında, Mərkəzi Kordilyer dağlarında, 1450–1600 metr hündürlükdə dir. Filippin hökumətinin yay iqamətgahıdır. ABŞ-nin hakimiyyət orqanları (1898–1934-cü illərdə Filippin ABŞ-nin müstəmləkəsi olmuşdur) tərəfindən 1905-ci ildə Amerika vətəndaşlarının istirahət yeri kimi salınmışdır; amerikan arxitektoru D.H.Börnhemin layihəsi əsasında tikilmişdir. 1954-cü ildə Bagioda SEATO-nun yaranması haqqında müqavilə imzalanmışdır. Turizm mərkəzi (ildə təqribən 1 mln.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Bağı
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Mir Bağır Mirheydərzadə
Mir Bağır Mir Heydər oğlu Mirheydərzadə (1877, Nürgüt, Ordubad rayonu – 10 yanvar 1956, Naxçıvan) – diyаrşünаs, еtnоqrаf-аrхеоlоq. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində təhsil alan bu gənc 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini başa vurur. Naxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür. 1917-1921-ci illərdə Naxçıvanda Mir Bağır Mirheydərzadə Eynalı bəy Sultanov, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Şərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, S.Əsgərxanov, Bağır Rzayev, Səməd bəy Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlərlə birlikdə fəaliyyət göstərirdi və onların hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. 1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Onu da qeyd edək ki, hələ 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi. Belə bir mürəkkəb vəziyyətdə Mir Bağır Mirheydərzadə naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi.
Məhəmməd əl-Bağır