Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bugünkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Maparax
Maparax - Ordubad rayonu ərazisində dağ (hünd. 1105,9 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərə çayının aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 3 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Hasara
Hasara (az-əbcəd. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Batrax
Batrax (lat. Batrachoides) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Badara monastırı
Badara monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. == Tarixi == Monastır ərazisindən aşkarlanmış kitabəli xaçdaşlar kompleksin tarixini müəyyənləşdirməyə imkan vermişdir. Xaçdaşlar kitabələrlə yanaşı həm də insan fiqurları ilə zəngin bədii kompozisiyalarla bəzədilmişdir. Xaçdaşlarda təsvir edilən insanlar əksər hallarda zirehli geyim və silahlarla təmin olunmuş döyüşçülərdir. Ümumilikdə Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. Badara monastırı ərazisində öyrənilmiş ən erkən xaçdaşlar 1156, 1165, 1193, 1216-cı illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Badara monastırı kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşir. Ümumilikdə on üç dini və mülki tikilidən ibarət olan monastır kompleksinə daxil olan tikililərdən altısı bir-birinə bitişik olsa da, ayrı qapı və pəncərələrə malikdir.
Hasara Qışlağı
Hasara Qışlağı (az-əbcəd. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Xilaskar monastırı (Badara)
Xilaskar monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. == Tarixi == Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Tarix adətən birinci sətirdə göstərilir, kitabənin birinci sətiri isə tamamilə silinmişdir. Lakin, kitabədə “darpas” (saray), "vaçar" (bazar) kimi sözlərin istifadəsi, İşxan Smpat, Katolikos Atanas kimi adların çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir. Abidəni tədqiq etmiş K. Mkrtçyan ehtimal edir ki, Həsən Cəlalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından buraya köçürülmüşdür. == Memarlıq xüsusiyyətləri == Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaşlar vardır. Monastırın başkilsəsi planda üçnefli bazilika olmaqla, tərəfləri 11.3x9.7 metr ölçülərə malikdir. Altar ətrafındakı köməkçi otaqlar ibadət zalının yarısını tutur.
Feliks de Asara
Feliks de Asara — ispanyalı səyyah və təbiət alimi. Onun qardaşı don Xose Nikolas de Asara məşhur diplomat idi. == Haqqında == İlk öncə Asara hərbi hissədə mühəndis kimi karyeraya başlayır. Bir neçə ekspedisiya getdikdən sonra o ispan hərbi briqadasına generalı olur. 1781-ci ildə o İspaniya və Portuqaliyanın müstəmləkəsi olan Cənubi Amerikaya sərhəddini tam təyin etmək üçün gedir və 1801-ci ildə orda olur. Vətəninə qayıtmamışdan öncə qardaşı Xoseyə göndərir. o burada etdiyi zooloji qeydlərindən kitab dərc edir. 1802-ci ildə Madriddə "Apuntamientos para la Historia natural de los cuadrúpedos del Paraguay y Río de la Plata" kitabını çap etdirir. Qayıdandan sonra isə Asara "Voyage dans l’Amérique méridionale" kitabına dərc elətdirir.
Basra döyüşü (1457)
Bəsrə döyüşü — 1457-ci ildə Qaraqoyunlulara qarşı hücumlar edən Muşaşalar ilə Qaraqoyunlular arasında baş verən toqquşma. Nəticədə özünü Şiələrin 7. İmamı Musa Kazımın soyuna dayandıran Mövlana Əli Pirbudaqın əlinə keçərək öldürüldü.
Başbarat (Tikantəpə)
Başbarat (fars. باش برات‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (80 ailə).
Aşağı Daşarx
Aşağı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Arpaçayın sahilindədir. Oykonim "Daşarx yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Kəndi keçmiş Daşarx (indiki Yuxarı Daşarx) kəndindən çıxmış ailələr kollektivləşmə illərində (XX əsrin 30-cu illəri) salmışlar. == Əhalisi == Əhalisi 641 nəfərdir.
Daşarx nekropolu
Daşarx nekropolu — Şərur rayonunun Yuxarı Daşarx kəndi yaxınlığında qədim arxeoloji abidə. Arxeoloji qazıntı işləri aparılmamışdır. Yerüstü tədqiqatlar nəticəsində ərazidən e. ə. II–I əsrlər üçün səciyyəvi olan maddi mədəniyyət nümunələri aşkar edilmişdir. == Mənbə == Seyidov A. Q. Naxçıvan Tunc dövründə. Bakı: 2000. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 75.
Stansiya Daşarx
Stansiya Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Stansiya Daşarx kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Stansiya ərazisindəki eyniadlı arxın adı ilə bağlıdır. Düzənlikdədir.
Yuxarı Daşarx
Yuxarı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Dərəkənd Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərəkənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Şərur rayonunun Xanlıqlar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi Daşarx adlı arxın yaxınlığında bir qədər yüksəklikdə yerləşdiyinə görə belə adlanır. arx isə daşlıq qayalıq ərazidən çəkildiyi üçün belə adlanır.
Əli Mahir Başarır
Əli Mahir Başarır (1975, Tarsus, Mersin ili) — TBMM 27-ci çağırış millət vəkili, türk siyasətçi, hüquqşünas. == Həyatı == Əli Mahir Başarır 3 sentyabr 1975-ci il tarixində Mersinin Tarsus ilçəsində anadan olub. İbtidai, orta və tam orta təhsilini Tarsusda bitirmişdir. Əli Mahir Başarır Mərmərə Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə Mülki Hüquq sahəsində magistr təhsilini tamamlayıb. O, İstanbulda vəkil olaraq işləməyə başlamış, Maltepe İdman Klubu və Kartal İdman Klubunda menecer vəzifəsində çalışmışdır. === Ailəsi === Əli Mahir Başarir evlidir və iki övladı var. == Siyasi fəaliyyəti == 12 sentyabr çevrilişindən sonra bağlanan Cümhuriyyət Xalq Partiyası 1992-ci ildə yenidən fəaliyyətə başladıqdan sonra Əli Mahir Başarır Cümhuriyyət Xalq Partiyasının Tarsusda təşkilatlanmasında fəal iştirak edərək aktif siyasətə qatılmışdlr. 2011-ci il tarixli Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyasından Mersin millət vəkili namizədi olan Əli Mahir Başarır 24 iyun 2018-ci il tarixli Türkiyə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası sıralarından Mersin millət vəkili seçilərək parlamentə daxil olub. Əli Mahir Başarır hal-hazırda TBMM Konstitusiya Komitəsinin üzvüdür. === Partiya fəaliyyəti === Əli Mahir Başarır 25 – 26 iyul 2020-ci il tarixlərində keçirilmiş Cümhuriyyət Xalq Partiyası 27-ci Qurultayında Partiya Məclisinin üzvü seçilmişdir.
Başar Kömür
Başar Kömür — Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Tədqiqatları jurnalının sponsuru. == Həyatı == Başar Kömur 1952-ci il yanvarın 1-də Türkiyənin Hatay ilinin Ərzin şəhərində anadan olub. 1993-cü ildən Mayns şəhərində təsis olunmuş Mayns Azərbaycan Cəmiyyətinin sədridir. 2001-ci ildə Dunya azərbaycanlılarının I qurultayının numayəndəsi olub. 2004-cü ildə yaranmış Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilib. 2005-ci ilin may ayında Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvüdür. 2005-ci ildə Türkiyənin Xattay vilayətinin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arası Dostluq və Əməkdaşlıq müqavilələrinin bağlanmasının təşəbbüskarı olub və həmin vilayətin şəhər bələdiyyələrinin sədrlərinin Azərbaycana səfərlərini təşkil edib. Səfər çərcivəsində, bir qrup bələdiyyə sədrləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüblər. 2010-2012-ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin sədri olub. NATO statusu altında olan Amerika ordusunun Sosial-Fəaliyyət Mərkəzində məsləhətci olaraq çalışır və Avropanın Dövlətə Çalışan Sindikatlarının İdarə Heyətinin üzvüdür.
Tamer Başar
Tamer Başar (19 yanvar, 1946, İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru və Perspektiv tədqiqatlar mərkəzinin endoued professoru vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi. == Təhsili == Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı. == Akademik həyatı == O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb. O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi. == Tədqiqat sahələri == Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir. == İstinadlar == == Xarici keçidlər == Tamer Başar www.bu.edu Prof. Dr.
Aşağı Daşarx nekropolu
Aşağı Daşarx nekropolu — Şərur rayonunda eyniadlı kənddən şimal-qərbdə, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən İlk Tunc dövrünə aid arxeoloji abidə. == Haqqında == Abidə şərqdən Ələddin çayının qolu ilə, digər tərəfdən isə yaşayış sahələri və evlərlə əhatələnmişdir. Abidənin cənub-qərb hissəsində açılmış yarğanda 7-8 metr qalınlığında mədəni təbəqə izlənir. Şimal-şərq hissəsində olan kəsikdə isə 3,5-4 metr qalınlığında İlk tunc dövrünə aid mədəni təbəqə vardır. Nekropolun ərazisində təsərrüfat işləri görülərkən bir neçə torpaq qəbir dağıdılmışdır. Abidə ilk dəfə arxeoloq S.H.Aşurov tərəfindən 2001-ci ildə tədqiq edilmişdir. 2011-ci ildə isə yaşayış yeri yenidən arxeoloqlar Vəli Baxşəliyev və A.Q.Seyidov tərəfindən araşdırılmışdır. Qazıntılar zamanı dörd tikinti qatı aşkar edilmişdir. Birinci tikinti qatı abidənin üzərindən 0,8-1,30 metr dərinlikdə yerləşir. İri çay daşlarından iki cərgə hörülmüş divar oval planlıdır.
Bişara əl-Xuri
Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890 – 11 yanvar 1964[…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti. == Həyatı == Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı. II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi.
Musa pələngi basar dərəsi nekropolu
Musa pələngi basar dərəsi nekropolu —Еl аrаsındа Musа аdlı bir gəncin igidliyi bаrədə mаrаqlı bir rəvаyət dоlаşır. Əhvаlаt Ахurаçаyın yuхаrı ахаrındа hər tərəfdən qаyаlıqlаrlа əhаtələnmiş dаrısqаl bir dərədə bаş vеrmişdir. Pələnglə əlbəyаха оlmuş Musа оnu bоğub öldürmüş və Ахurа kəndinə dоğru qаçmışdır. Yоldа bеlindəki şаlın bir ucu аçılаrаq tоz-dumаn qаldırmış və hələ həddi buluğа çаtmаmış gənc Musа vаhimələnərək həlаk оlmuşdur. Nеkrоpоl dərədən bir qədər kənаrdа оlаn təpəlikdə yеrləşir. Nеkrоpоl müsəlmаn qəbirlərindən ibаrətdir. Qəbirlər qərb-şərq istiqаmətindədir. Nеkrоpоl təхminən 13-17 əsrlərə аiddir.