Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Pit Best
Pit Best (doğum adı Randolf Pete Best) — İngilis musiqiçi. The Beatles qrupunun orijinal üzvlərindən biridir. Qrupda müəyyən bir müddət baraban çalmışdır. Hindistan hələ İngilis müstəmləkəsi ikən Çennai şəhərində doğulmuşdur. Anası, Mona Best (1924-1988) ilə birlikdə 1945-ci ildə Liverpula köçüb, evlərinin alt qatında kafe (The Casbah Kafe Klubu) açdılar. Kafe Klubu gənclər arasında çox məşhur idi və 1000-dən çox üzvə sahib idi. The Beatles (o zamanki adıyla The Quarrymen), ilk performanslarından bəzilərini məhz bu kafedə vermişdi. The Beatles Pit Besti 1960-cı il 12 avqust tarixində, ilk Hamburq turlarından qısa bir müddət əvvəl qrupa dəvət etdi. Qrupdakı yerini isə 1962-ci il 16 avqust tarixində Ringo Starr'a verdi. Qrupdan çıxarılması, EMI studiyalarındaki ilk səsyazmadan sonra reallaşdı.
The Best (mahnı)
The Best – Mike Chapman və Holly Knight tərəfindən bəstələnən və ilk dəfə Bonni Tayler tərəfindən ifa edilərək 1988-ci ildə Hide Your Heart albomunda satışa çıxarılan mahnı. Mahnının ikinci ifaçısı isə məşhur ifaçı Tina Törner olub. Mahnı məhz onun ifasında dünya şöhrəti qazanıb və sevilib. Mahnı xanım Turnerin 1989 – cu ildə çıxardığı Foreign Affair albomuna da adxil edilib. Tina Törnerin ifasını saksafonda müşayiət edən isə Edgar Winterdir. Mahnı Tina Törnerin yaradıcılığında ən uğurlu və məşhur mahnılardan biridir. Mahnı Billboard Hot 100 – də on beşinci yerə kimi yüksələ bilib. Həmçinin Birləşmiş Krallıqda beşinci, Almaniyada isə dördüncü yerə qədər irəliləyib. Turner 1992-ci ildə Jimmy Barneslə birgə mahnının duet versiyasını lentə aldırıb. Mahnı duet versiyada "Simply The Best" adlandırılıb.
Best Of '98 (albom)
Best Of '98 – C. C. Catch-in 8 dekabr 1998-cı ildə çıxardığı 7-ci albomudur. Albomda "I Can Lose My Heart '98", ""Soul Survivor '98" və "Megamix '98" mahnılarının rep və yeni versiyaları vardır.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of Göksel
The Best of Göksel – Göksel-in 2009-cu ildə çıxardığı albomdur. Albomda Göksel tərəfindən ifa edilən ən yaxşı seçmə mahnılar vardır.
Quadrinity: Member's Best Selections
Quadrinity: Member's Best Selections — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. Disc 1 - hyde best (Bütün mahnıların bəstəkarı - hyde) Disc 2 - tetsuya best (Bütün mahnıların bəstəkarı - tetsuya) Disc 3 - ken best (Bütün mahnıların bəstəkarı - ken) Disc 4 - yukihiro best (Bütün mahnıların bəstəkarı - yukihiro) yukihiro mahnıların adı dəyişdi.
The Best of Michael Jackson
"The Best of Michael Jackson " Amerika müğənnisi Maykl Ceksonun ən böyük hitlərinin toplusudur və onun keçmiş səsyazma şirkəti Motown tərəfindən 28 avqust 1975-ci ildə buraxılmışdır.
The Very Best of Era
The Very Best of Era - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı beşinci albomdur. Alboma daxil olan mahnılar bu albomdan əvvəlki dörd alboma daxil olan müxtəlif mahnıların yenidən işlənmiş və remix edilmiş versiyalarıdır. Albom Ukrayna, Kanada və Avropada 2000-ci ildə satışa çıxarılmışdır.
The Best of Göksel (Göksel albomu)
The Best of Göksel – Göksel-in 2009-cu ildə çıxardığı albomdur. Albomda Göksel tərəfindən ifa edilən ən yaxşı seçmə mahnılar vardır.
The Best of L'Arc-en-Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. * Remix by Yukihiro.
The Best of L'Arc~en~Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. * Remix by Yukihiro.
Aleksandr Bestujev-Marlinski
Aleksandr Aleksandroviç Bestujev-Marlinski (rus. Александр Александрович Бестужев; 3 noyabr 1797[…], Sankt-Peterburq – 7 iyun 1837)— rus yazıçısı, dekabrist. == Həyatı == Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797–1837) Dekabristlər üsyanı — 1825-ci ilin 14 dekabr burulğanı nəticəsində çar zindanına atılaraq Qafqaza sürgün olunmuşdur… dekabrist yazıçı taleyin hökmü ilə gəlib düşdüyü diyarla yerli camaatla doğmalaşır, bütün Dərbənddə İsgəndər bəy adı ilə şöhrətlənir…Azərbaycan dilini öyrənir. 1834-cü ildə yazıçının Dərbənddən yola düşməsinin şahidi olmuş Y. İ. Kostenetski yazırdı ki, "Az qala bütün şəhər camaatı 20 verstlik məsafə boyu, düz Samurçayacan onu yola salırdı, bütün kütlə özünün əziz xələfi İsgəndər bəyə hüsn-rəğbətini hər vasitə ilə ifadə etməyə çalışırdı". "Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: "O, burdadır!" deyən A. Bestujev-Marlinskinin Azərbaycan həyatına həsr olunmuş povestləri, oçerkləri, yol qeydləri, memuar xarakterli əsərləri onu göstərir ki, onun yerli əhaliyə təsiri güclü olmuşdur. Ədib "Qafqaz povestləri" silsiləsinə daxil olan "Ammalat bəy", "Molla Nur" əsərlərində, "Xəzərlə ayrılıq", "Quba yolu", "Qonaqkəndi keçməklə Dağıstandan Şirvana dağ yolu", "Köhnə Şamaxı yolunda sonuncu stansiya", "Topçu stansiyasından Qutqaşenə keçid", "Almalı stansiyasından Muğanlı postuna qədərki yol" oçerklərində üsyankar şəxsiyyətlərin, xalq qəhrəmanlarının yaddaqalan obrazlarını yaratmışdı. Böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundovla dostluq edib. M. F. Axundovun A. S. Puşkinin ölümünə həsr etdiyi "Şərq poeması"nı ruscaya tərcümə edib. Aleksandr Bestujev-Marlinski 1837-ci ildə vəfat edib.
Aleksey Bestuzev-Rumin
Aleksey Bestuzev-Rumin (Rusca: Алексе́й Петро́вич Бесту́жев-Рю́мин) (d. 1 iyun 1693 – ö. 21 aprel 1768) — Rusiya imperiyasının baş naziri olmuş XVIII əsrin ən güclü Avropalı diplomatlarından biridir.
Bestasqum
Bestas qumı (yəni Beşdaş qumu) (qaz. Бестас құмы (Bestas qumı)) — Qazaxıstanın Almatı vilayətinin şimalında yerləşən qumlu səhra. Səhra Balxaş-Alagöl dərəsində yerləşir. Balxaş gölünün cənubunda, Sarıyesik-Atırau səhrasının şimalında qərarlaşır. Maksimal hündürlüyü 381 m, Balxaş gölünün sahilində isə minimal hündürlüyü 342 metr təşkil edir. Şərqi Qaratal çayının sahinində yerləşən vahə (oazis) vardır. Burada dyunların hündürlüyü 3-5 metrdən 30 metrə çatır. Balxaşdan uzaqlaşdıqca ara-sıra güzlü göllərə rast gəlmək olar.
Bestseller
Bestseller (ing. bestseller — ən yaxşı satılan) — bir sıra xarici ölkələrdə böyük tirajla çap olunub, tez satılan kitab, kompüter oyunu. "Bestseller" termini satılan kitabın nə bədii dəyərini, nə də kitabın çap keyfiyyətini müəyyən etmir. O sadəcə kitabın satıldığı dövrdə populyarlığını göstərir. Filmin populyarlığına blokbaster, musiqinin populyarlığına isə hit deyilir. == Tarix == "Bestseller" termini ilk dəfə 1889-cu ildə işlədilib. Kitabların böyük tirajla satılması fenomeni ondan əvvəllər də məlum idi. Ancaq kitabların müəlliflik məsələsi və satışın vəziyyəti haqqında gec məlumat bestsellerlik yarada bilmirdi. == Bestsellerliyin əhəmiyyəti == Bestseller informasiyasında naşirlər və uğurlu kitab müəəlifləri çox maraqlıdırlar. Bəzən bu informasiyanın yayılmasında və tədqiqatın aparılmasına onlar xüsusi vəsait də ayırırlar.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Damnatio ad bestias
Damnatio ad bestias (latın dilindən sözbəsöz olaraq "heyvanlara verilmə", ad bestias, ad bestie, tez-tez sadəcə şirlər tərəfindən yeyilmə, şirlərin parçalaması; daha dəqiq isə vəhşi heyvanların parçalaması) — Qədim Romada ölüm cəzası növü. Edam növü sirk arenasında məhkumların parçalanması üçün heyvanların (çox vaxtı şirlərin) önünə atılmasından ibarət idi. Romalılar tərəfindən Qədim Şərqdən götürülərək bu cəzalandırma üsulu Romada e.ə. II əsrdən tətbiq edilməyə başlanmışdır, Qədim Şərq ölkələrində analoji cəza ən azı e.ə. VI əsrdən mövcud idi. Eramızın I—III əsrlərində edam əsasən xristianlığı qəbul edən ilkin nümayəndələrə qarşı tətbiq olunurdu (lat. christianos ad leones — "xristianları şirlərə"), buna görə bu cəza çarmıxa çəkmə ilə yanaşı xristian müqəddəslərinin əzablı vəfatlarının ən məşhur səbəblərindən birinə çevrildi. Xristianlığın imperiya tərəfindən qəbul edilməsi ilə bu təcrübə digər cinayətkarlara qarşı yönəldildi yalnız 681-ci ildə tamamilə ləğv edildi. Məcazi mənada, "şirlərin önünə atmaq" fiziki və ya (daha çox hallarda) mənəvi zərərdən qaçınmaq praktiki olaraq mümkünsüz olan aqressiv rəqiblər arasında kimsəni tamamilə hazırlıqsız tək buraxmaq deməkdir. == Tarixi == === Qabaqkı vaxtlar === Bibliyada bəhs olunan Daniyal peyğəmbərin (e.ə.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Bess
Bess (q.fars *Bayaçā, taxt adı - Artakserks) — Əhəmənilər İmperiyasının son çarı, eramızdan əvvəl 330-329-cu illərdə hökmranlıq etmişdi. Bess Əhəməni kral ailəsinə mənsub olmuşdur. III Dara Bessi Baktriya İmperiyasının ən zəngin əyalətlərindən birinə satrap təyin etdi. E.ə. 333-cü ildə İss döyüşündəki məğlubiyyətdən sonra III Dara Makedoniyalı İskəndərin işğalını dəf etmək üçün Bessdən kömək istəməyə məcbur oldu. E.ə. 331-ci ildə Qaqamela döyüşündə o, baktriyalılardan, soqdlulardan və hindlilərdən ibarət dəstələrə başçılıq edirdi. Sarsıdıcı məğlubiyyətdən sonra Bess, bir sıra fars hərbi rəhbərlərinin fikrincə, Makedoniyalı İskəndərin qoşunlarına müqavimət göstərə bilməyən III Dara qarşı sui-qəsd təşkil etdi. III Daranın devrilməsindən sonra Bess Əhəmənilər imperiyasının yeni padşahı oldu və Artakserks adını aldı. Lakin o, həm də makedoniyalılara qarşı lazımi müdafiə təşkil edə bilmədi.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Femarn Belt
Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir. Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır. == Boğazdan keçən körpü və tunel layihəsi == Danimarka və Almaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər. 30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur. 2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur.
Kanye Uest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Kanye Vest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Kanye West
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Ki-Uest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Yəşt
Yəşt ("pərəstiş", "tərif") — "Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsidir. Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. == Tarixi == Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.