Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Besim Bokşi
Besim Bokşi (serb. Бесим Бокси, Besim Bokši; 12 noyabr 1930 – 16 avqust 2014) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur. Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi. 1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961-1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967-1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967-1971-ci illərdə bu məktəbin direktoru olmuşdur.
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Bekim Seyranoviç
Bekim Seyranoviç (bosn. Bekim Sejranović; 30 aprel 1972, Brçko[d], Yuqoslaviya SFR – 21 may 2020, Banya Luka, Bosniya və Herseqovina) — Bosniya, Xorvat və Norveç yazıçısı 30 aprel 1972-ci ildə Yuqoslaviyaın Bosniya və Herseqovina Respublikasına daxil olan Brçko şəhərində anadan olub. 1985-ci ildə Riyekaya köçür, burada dənizçilik məktəbində oxuyur və xorvat dilini öyrənir. 1993-cü ildən Osloda (Norveç) yaşayır və işləyir, burada Oslo Universitetinin Tarix və Fəlsəfə fakültəsində Cənubi Slavyan ədəbiyyatı üzrə magistr dərəcəsi alıb. O, 21 may 2020-ci ildə Banya Lukada 49 yaşında vəfat edib. Bu xəbəri alan Bosniya və Herseqovinanın Praqadakı (Çexiya) səfirliyi həmin gün matəm əlaməti olaraq Bosniya və Herseqovinanın bayrağını endirib. Seyranoviç İnqvar Ambernsen və Frode Qrittenin əsərlərini norveç dilindən tərcümə edib, Norveç novellalarından ibarət "Böyük səhra mənzərəsi" antologiyasını hazırlayıb və tərcümə edib. O, "Janko Poliç Kamovun "The Drained Hold" romanında modernizm" tədqiqatının müəllifidir. "Fasung" hekayələr kitabını, həmçinin "Heç yerə, heç yerdən" və "Ən gözəl son" romanlarını yazıb. Xorvatiya Yazıçılar Birliyinin üzvü olmuşdur.
Yetim evi
Besim Ömər Akalın
Besim Ömər Akalın (türk. Besim Ömer Akalın; 1 iyul 1862 – 19 mart 1940, Ankara) — Türk tibb professoru, elm adamı, millət vəkili. Atası Ömər Şevki Paşa, ilk Osmanlı "Məclis-i Mebusan"ında (Milli Məclis) Sinop şəhərinin millət vəkili idi; anası Afifə xanım isə Yaşar Paşanın qızı idi. İlk təhsilini Priştina şəhərində almışdır. Orta təhsilinə Kosova Mülki Rüştiyyəsində başlamış, Kuleli Tibbi məktəbində tamamlamışdır. Ali təhsilini Məktəb-i Tibbiyə-i Şahanədə hərbi tələbə kimi təhsil almış və bütün kurslarda birinci olaraq 1885-ci ildə bitirmişdir. Bir müddət hərbi həkim kimi Yunanıstan sərhəddində işləmişdir. Daha sonra xəstəliyə yaxalandıqdan sonra İstanbula qayıtmış və Tibb məktəbinin doğum klinikasında Mehmet Vahid bəyin yanında müəllim köməkçisi işləmişdir. Magistr təhsili üçün Parisə göndərildi və təhsilini Çarti Xəsətəxanasında Prof.Dr. Budin və Prof.Dr.
Real Betis FK
Real Betis Balompie - 1907-ci ildə İspaniyanın Sevilya şəhərində qurulmuş futbol klubudur. La Liqada mübarizə aparan komandanın yaşıl-ağ rəngləri var. Benito Villamarin stadionunda oynayırlar. 31 avqust 2019- tarixinə əsasən olan heyəti. Bayraqlar FİFA-nın uyğunluq qaydalarına uyğun olaraq milli komandanı göstərir. Oyunçular FİFA-ya aid olmayan səbəbdən birdən çox ölkəyə sahib ola bilərlər.
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır. Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır.
İşte Bu Benim Masalım
Bu mənim nağılım (türk. İşte Bu Benim Masalım) — Exxen istehsalı musiqili janrındakı Türkiyə internet serialıdır. Serialın ilk seriyası 2021-ci il yanvarın 1-i yayımlanmışdır.
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, اردبیل, Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır. Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir. Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. Gövhərşad bəyim Qaraqoyunlu hökmdarı Qara Yusifin bacısıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi. Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi.
Sorğağtani bəyim
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Sultanum Bəyim
Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır. Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi. Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi. Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.
Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1485, Mosul – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin], Şah Təhmasibin anasıdır. Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi. Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur.
Xeyrünnisa Bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xeyrənnisə bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
Zeynəb Bəyim
Zeynəb Bəyim (az-əbcəd. زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir.
Bəhruzə bəyim
Bəhruzə xanım və ya Bəhruzə Bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Səlcuqşah bəyim
Səlcuqşah bəyim və ya Məhd-i Ulya (d.- ö. 12 noyabr 1489) - Uzun Həsənin birinci həyat yoldaşı, Sultan Xəlil və Sultan Yaqubun anası, diplomat, XV əsr Ağqoyunlu tarixinin önəmli şəxslərindən biri. Səlcuqşah bəyimin doğum tarixi və yeri haqqında mənbələrdə hər hansı bir məlumata rast gəlinmir. Onun adından ilk dəfə Uzun Həsənin həyat yoldaşı kimi bəhs edilmişdir. Onların izdivacı Uzun Həsənin 15 yaşı olarkən baş vermiş, ilk xanımı olduğu üçün Uzun Həsən tərəfindən digər xanımları arasında yeri fərqli olmuşdur. Səlcuqşah bəyim Uzun Həsənin əmisi Məhəmməd Mirzənin qızıdır. Woods bu evliliyin Sultan Xəlilinin anadan olmasından bir neçə il əvvəl yəni 1440-1441-ci illərdə baş tutduğunu qeyd edir. Xoca Sadəddin "Tacüt Təvarix" adlı əsərindən Səlcuqşah bəyimdən "Uzun Həsənin ən sevdiyi xanımı" kimi bəhs etmişdir. Onların Xəlil, Yusif, Yaqub və Məsih adında 4 oğlu varidi. Alman tarixçi Hinz Səlcuqşah bəyimdən bəhs edərkən onun dövlət işlərində nə qədər təsirli rolunu, Uzun Həsən divanına qatılmasını, dövlətin daxili və xarici siyasətində yaxından iştirakını xüsusi vurğulayır.
Xeyrənnisa bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xədicə Bəyim
Xədicə Bəyim (tam adı: Xədicə Bəyim ibn Əli ibn Qara Yuluq Osman) — Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin bacısı, Ərdəbil hakimi Şeyx Cüneydin həyat yoldaşı. Xədicə bəyim Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ailəsində anadan olub. Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi Uzun Həsənin bacısıdır. O, 1456-cı ildə Ərdəbil hakimi Şeyx Cüneyd ilə ailə həyatı qurmuşdur. Uzun Həsən bu evliliyə razı olmaqla Səfəvilərin dəstəyindən faydalanmağa çalışmış və onları da öz himayəsinə almışdır. Bu nigahdan onun bir oğlu - Şeyx Heydər dünyaya gəlmişdir.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Batum
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) — Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Benis
Benis - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Həmin mənbədə deyilir ki, kənddə 7 xristian ailəsi yaşayır.
Beqiç
Beqiç (v. 11 avqust 1378) — Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. Греков И. Б., Шахмагонов Ф. Ф. "Мир истории. Русские земли в XIII–XV веках". М.: "Молодая гвардия", 1988.
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Betle istiotu
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Betsi Ardsma
Betsi Rut Ardsma (11 iyul 1947, ABŞ, Miçiqan, Hollandiya - 28 noyabr 1969, ABŞ, Pensilvaniya) — 1969-cu ilin noyabr ayında Pensilvaniya ştatındakı Pensilvaniya Dövlət Universitetinin Patti Kitabxanasının "Stacks" bölgəsində qətlə yetirilən 22 yaşlı amerikalı magistr tələbəsi. Onun qətli rəsmi olaraq üstü açılmamış qalsa da, yerli təhqiqat müxbirləri və iki fərqli müəllif geologiya professoru Riçard Hefneri günahlandıran dolayı dəlillərin sübutlarını və şahid ifadəsini dərc etdilər. Ardsma Miçiqan ştatının Hollandiya şəhərində Ester və Riçard Ardsmanın ailəsində dünyaya gələn dörd uşaqdan ikincisi idi. O, Hollandiya orta məktəbini fərqlənmə ilə bitirib. Sonra Ardsma sənət və ingilis dilini öyrəndiyi Miçiqan Universitetinə daxil oldu. Məzun olduqdan sonra Pensilvaniya Dövlət Universitetinə qəbul oldu. Ölüm vaxtı o, Pensilvaniya Dövlət Uşaq Xəstəxanası Devid Rayt adlı tələbəsi ilə münasibətdə idi. Ardsma 28 noyabr 1969-cu ildə məqalə ilə bağlı araşdırma aparmaq üçün kitabxanada idi. Saat 16:45-16:55 radələrində o, oxu zalında sol döşündən bıçaqla bir dəfə bıçaqlandı, ağciyər kötüyü kəsildi və ürəyinin sağ mədəciyi deşildi. Polis Ardsmanın əllərində müdafiə yaraları olmadığı üçün arxadan hücuma məruz qaldığına inanırdı.
Betsi Brentli
Betsi Brentli (ing. Betsy Brantley, 20 sentyabr 1955) — amerikalı aktrisa.