Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎ - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎ - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının Fars körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1106 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın)DigərƏrəblər — Asiyada millət.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Ərəb dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب‎, fars. دریای عرب‎, urdu بحیرہ عرب, hind अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir.
Ərəb jasmini
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Ərəb üsyanı
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı. == Arxa plan == Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Ərəb əlifbası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.
Ərəb köpgəröküzü
Ərəb köpgəröküzü (lat. Oryx leucoryx) — köpgəröküz cinsiə aid heyvan növü.
Ərəb körfəzi
İran körfəzi həmçinin Fars körfəzi (fars. خليج فارس‎ - Xəlic-e Fars; ərəb. الخليج الفارسی‎ - əl-Xəlicül-Farsi, əl-Xəlic əl-Farsi) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fors Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir. Fars Körfəzi İncili üçün Qeydiyyat Sertifikatında bu adın tanınması su orqanının adının belə bir şəkildə tanınmasını göstərdi. Beynəlxalq müqaviləyə əsasən bu razılaşmaya əsasən heç bir ölkə, hökumət və təşkilat Fars körfəzinə istinad etmək üçün başqa bir ad istifadə edə bilməz.Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Fars körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Fars körfəzi dənizlərlə oxşardır. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fors Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir.
Ərəb milliyətçiliyi
Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya‎) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya. Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır. Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır.Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır. == Terminologiya == Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية‎, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb. وطنية‎, "vətən" mənasını verən bir sözdən gəlir və daha çox "torpaq millətçiliyi" deməkdir).
Ərəb mətbəxi
Ərəb mətbəxi – ərəb dünyasını şərqdən qərbə qədər əhatə edən mətbəxlərdən biri. Ərəb mətbəxinə Levant, Türkiyə, Kopt və digər xalqların mətbəxləri təsir göstərmişdir. == Tarixi == Ərəblər erkən orta əsrlərdən ədviyyatlara xüsusi önəm vermişlər.Ərəb mətbəxində aşağıdakı maddələrə diqqət yetirilir: Ət-quzu və toyuq ətindən çox istifadə olunur.Dəvə ətindən xüsusi qonaqlıqlarda istfadə edilir.Sahil tərəfdə yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları - geniş yayılmışdır, əsasən yoğurt və ağ pendir, yumurta və krem də geniş istifadə olunur . Otlar və Baharatlar - Nanə və kəklikotu geniş yayılmışdır, demək olar ki, bu gün ənçox bu bitkilərdən istifadə olunur.Ədviyyat hind mətbəxindən daha az istifadə olunur.Ədviyyatların miqdarı və çeşidi regiondan regiona dəyişir. İçkilər: İsti içkilərə nisbətən soyuq içkılərdən istifadə olunur.qəhvə menyuda birinci təqdim olunur daha sonra çay (xüsusilə Sri Lanka çayı) üstünlük təşkil edir. Taxıl bitkiləri: buğda bulqur düyü ərəb mətbəxinin əsasını təşkil edir. paxlalılar - mərcimək lobya, noxud geniş istifadə olunur . Tərəvəz və meyvələr: xiyar, badımcan, bamİya və soğan ,əncir nar və zeytun ərəb mətbəxinin ayrılmaz tərkib hissəsidir . Souslar: Ən məşhur sousa müxtəlif növ zeytun yağı, limon suyu, cəfəri ,sarımsaq, qatıq nanə, soğan əlavə olunur .
Ərəb qanqalı
Ərəb qəhvəsi
Ərəb qəhvə ağacı (lat. Coffea arabica) — qəhvə ağacı cinsinə aid bitki növü. Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir.
Ərəb rəqəmləri
Ərəb rəqəmləri — rəqəmlərin ənənəvi dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; bir çox ölklərdə istifadə edilən onluq sisteminin rəqəmləri. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir.
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. == Toponimikası == Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.
Dövran (qəzet)
Dövran qəzeti — 1997–2000-ci illərdə nəşr olunan müstəqil qəzet. Həftədə bir dəfə nəşr olunan "Dövran" qəzeti iqtidaryönlü qəzet idi. "Dövran" qəzetinin təsisçisi və baş redaktoru Salman Vilayətoğlu olmuşdur.
Məsudi Dövran
Məsudi Dövran - Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü. Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır. Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). == Həyatı == Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
VII Dövran xan
VII Dövran xan ( fars. خان دوران‎ ; ö. 1739), XVIII əsr Moğol dövlət xadimi və generalı idi. Karnal döyüşündə ölənə qədər Moğol İmperatoru Məhəmməd Şaha xidmət etdi. == Həyatı və ölümü == Nadir şah Əfşarın Böyük Moğol İmperiyasına hücumu zamanı Məhəmməd Şah bütün torpaqlarına qoşun göndərdi və qarşı tərəflə üzləşmək üçün böyük bir qüvvə topladı. İmperatorun çağırışına cavab verən Moğol zadəganlarından biri, Məhəmməd Şahın xahişi ilə Moğol ordusunun faktiki olaraq baş komandanı təyin edilən Dövran xan idi. Səadət Xanın komandanlığı altında Moğol qüvvələrinin bir dəstəsinin gəlişindən sonra, bu möhkəmləndirici sütunun arxa mühafizəçisi döyüşçülərin hücumuna məruz qaldı. Səadət Xan təqibə başladı və döyüşə cəlb edildi. Moğol düşərgəsinə xəbərlər gəldikdən sonra, Məhəmməd Şah Səadət Xanın qoşunlarına kömək etməyi şiddətlə üstün tuturdu, lakin Dövran xan, Səadət xana verilən hər hansı bir yardımın Səadət Xanın məğlubiyyətində daha çox Moğol qoşunlarını əhatə edəcəyini bildirərək ehtiyatlı olmağı tövsiyə etdi. Məhəmməd Şah cəsarətini sorğuladıqdan sonra Dövran xan zirehini geyinib Səadət Xanla əlaqə qurmağa başladı.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Armen Doryan
Armen Doryan (erm. Արմէն Տօրեան, 28 yanvar 1892, Sinop – 1915, Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış tanınmış erməni şair, müəllim və redaktor. == Həyatı == Armen Doryan 1892-ci ilin yanvar ayının 28-də Osmanlı İmperiyasının Kastamonu vilayətinin Sinop şəhərində anadan olub.. Doryan İstanbula köçmüş, orada ibtidai təhsilini Pangaltı Mıxitarist Erməni Məktəbində almışdır.. Təhsilini bitirdikdən sonra 1911-ci ildə Fransaya getmiş və işlərini Paris Universitetində davam etdirdi. Fransız ədəbiyyat səhnəsinə qatıldı və Fransız qəzeti L'Arène-ni (azərb. Arena‎) qurdu. 1913-cü ildə o və digər tanınmış Fransız şairlər, panteist ədəbiyyat məktəbini qurdu. Doryanın "Fransadakı o zamanki sembolistlər, bu gözəl yuxuları birləşdirən ehtişamlı bir yazı stili ilə o qədər qızdırmalı bir gücü olan bir gənc görmədiklərini…" söylədiyi deyilir. 1914-cü ildə Paris Universitetindən məzun olduqdan dərhal sonra Doryan İstanbulda müəllim oldu və Erməni və Fransız ədəbiyyatını keçdi.
Böhran
Böhran (q.yun. κρίσις — dönüş nöqtəsi, qərar) — keçid başlanğıcı, dönüş nöqtəsi, dönüş, gözlənilməz nəticələr dövrü.Böhran gizli münaqişələrin partlamasıdır. İnqilablar bir qayda olaraq böhran dövründə baş verir. Böhranlar iqtisadi böhran, maliyyə böhranı, enerji böhranı, demoqrafik böhran, siyasi böhran, psixoloji böhran formasında olur. == Ekoloji böhran == Bəşər inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu olay yəni prosses XX əsrdən bu günə kimi təkrarlanmışdır. Avtomobillərdən çixan tüstülər, qazanxanalar, zavodların tüstüsü, kondisonerlər, toz və.s dünyamızı ciddi bir şəkildə məhv edir. Ekoloji halın dözülməz hala gəlməsi ozon qatinin məhvi zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərər verən şüaları, hava çatışmamazlığı oksigen qazının çoz azalması, təbii fəlakətlərin artması və bunlardan doğan çətinliklərdir. Həyatda insan ömrünün qisalması, səhhətinin pozulması, yaşamaqvə işləməyin çətinləçməsi.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Diryan
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd. == Toponimiyası == Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur. Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər. Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır. İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".
Dıryan
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd. == Toponimiyası == Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur. Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər. Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır. İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Hövran
Hövran (ərəb. حوران‎) — Suriyanın cənubində yerləşən yayla.
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Boyxan
Boyxan - Külüg Bilgə xanın ölümündən sonra hakimiyyətə onun baş naziri Boyxan gəldi. Hakimiyyətinin ilk üç ilini Çin vassalı olaraq yaşayan xaqan sonra ondan müstəqil olaraq hərəkət etməyə başladı. Çinli şahzadə tələb etsə də, Çin imperatoru buna razı olmadı. Xaqan buna görə dəfələrlə Çinə yürüşlər etdi. 821-ci ildə Çinlə sülh imzalamağa ömrü çatmadan öldü. Yerinə Çindexan seçildi.
Daoyuan
Daoyuan — 1921-ci ildə Şandunda meydana gəlmişdir. Çində Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra ölkədəki fəaliyyəti qadağan edilsə də, Yaponiya və Sinqapurda bir neçə mərkəzi açılmışdır. Tayvana bu din keçən əsrin 30-cu illərində ayaq açmışdır. İlk vaxtlar orada yaşayan yaponlar arasında yayılmışdır. Lakin yaponlar 1945/46-cı illərdə vətənlərinə geri dönmüşlər. Adanın Çinin hakimiyyəti altına keçməsi nəticəsində bu dinin mənsubları arasında çinlilərin artması müşahidə olunmuşdur. Hazırda ölkədə Daoyuanın onlarla mərkəzi mövcuddur.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Doxsan
Doxsan — say sistemində ədədlərdən biridir. Səksən doqquzdan sonra, doxsan birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Loryan
Loryan — Fransada şəhər.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Xoyrat
Xoyrat — İraq-türkman xalq havalarında biridir. Çox zaman xoyrat havaları da adlanır. Mahnılar kəsik bayatılarla oxunduğuna görə «xoyrat havaları» və ya «xoyrat» adı verilmişdir. İraq və Suriya türkmanları, eləcə də şərqi və iç Anadolunun bir sıra bölgələrində dördlük biçimində olan və a-a-b-a prinsipi ilə qafiyələnən yeddi hecalı şeir şəklinə verilən ad. Əksər əlamətlərinə görə, Azərbaycan bayatıları, türk maniləri, özbək koşukları, türkmən aydımları, qazax-qırğız jırları ilə, demək olar ki, eyni olan xoyratlar lirik-emosional avazla oxunur. Bayatılardan fərqli olaraq, əksər örnəklərində ilk misrası iki, üç və ya dörd hecadan ibarət bir və ya iki sözdən qurulur.Xoyrat sadə və yığcam olan, musiqi ahənginə uyğun gələn, hamı tərəfindən sevilən, xalq arasında xüsusi ilə geniş yayılan lirik janrdır. Kərkük dolaylarında iyirmidən artıq xoyrat havası vardır: Bəşiri, Nobatçı, Mцxalif, Muçala, Yetimi, Ömərqələ, Malalla, Şərifə, Yolçu, Əhməd dayı, Kəsük, Ağam-ağam, Qarabağı və ya Qarabağlı, Əydənə, İskəndəri, Bayat, Kцrdц, Miskini, Dəlihəsəni, Mazan, Matar, Kəsцk Matar, Atıcı və s.Azərbaycanda bir çox aşıq havaları ayrı-ayrı aşıqların adı və eləcə də yer adları ilə bağlı olduğu kimi, xoyrat havaları da ayrı-ayrı xoyrat çağıranların (məs: İsgəndəri, Şərifə, Malalla, Muçala və s.) və yer adları (məs. Bəşiri, Qarabağı və s.) ilə bağlıdır. Muğam sənətinin inkişafında müstəsna rol oynayan bu havaların mətnini xoyratlar - kəsik bayatılar təşkil etdiyinə görə onlara xoyrat havaları deyirlər. Xoyrat havalırını oxuyarkən mцğənniləri ən müxtəlif musiqi alətləri - zurna, zurnaba, çarpara, dəf, zilli dəf, zil, dumbulbas, ney, bəlul, saz, santur, ud, kaman və s.