Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. == Azərbaycan döyüş bayrağı == Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib.
Döyüş Sambosu
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. == İcad edilməsi == Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Döyüş droidləri
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir. Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. == İstinadlar == == Xarici keçidlər == Astromech droid — Vukipediya saytında.
Döyüş filmi
Döyüş filmi — Film janrlarından biridir. Döyüş filmlərinin səciyyəvi xüsusiyyəti süjet xətti boyu kaskadyor hərəkətlərinin, savaşların, maşın partlayışlarının və s. olmasıdır. İndiki vaxtda filmlərdə, həqiqi səhnələr əldə etmək üçün kompüter texnologiyasından faydalanılır. Əsasən, filmlərdə təhlükəli səhnələrin çəkilişində, aktyor və ya aktrisa yerinə dublyordan istifadə edilir.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama. Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s. Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Döyüş topu
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Döyüş əməliyyatları
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Təkbətək döyüş
Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş. Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır.
Ölümcül döyüş
Ölümcül döyüş (ing. Mortal Combat) – 1995-ci ildə rejissor Pol Uilyam Skott Anderson tərəfindən döyüş janrında çəkilən filmdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Xarici Dünyanın İmperatoru olan Şao Kannın Dünyanı ələ keçirməsi üçün Böyük Tanrılar tərəfindən yaradılan "Ölümcül döyüş" turnirində bir-birinin ardınca 10 turniri qazanması lazımdır. Bu səbəbdən cadugər Şanq Tsunqun gücündən istifadə edir. İmperator "Ölümcül döyüş" turnirinin doqquzunu qazanır. Şanq Tsunq turnir üçün dünya ölkələrdə yaşayan ən yaxşı döyüşçülər axtarır. Bu səbəbdən Şanq Tsunq döyüşçüləri aldadaraq və ya onların intiqam duyğularından istifadə edərək, turnirə qatılmağa vadar edir. Şimşək tanrısı olan Reydenin vəzifəsi isə Dünyanı İmperatorun dəstəsindən qorumaqdır. Şanq Tsunq və Çen "Ölümcül döyüş" turnirində qarşılaşırlar.
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s).
Döyüş başlığı
Döyüş başlığı xüsusi olaraq hazırlanmış olan daşıyıcı korpusda (məsələn, döyüş raketi, raket və ya torpedo) hədəfə daşınan partlayıcı, yandırıcı və ya zəhərli materialdan və sözügedən korpus hədəfə çatdıqdan sonra bu materialı işə salacaq olan tətikləmə mexanizmindən ibarət olan xüsusi döyüş mexanizmidir. == Mənşəyi == Torpedalar ilk dəfə yaradıldıqları zaman təlim, sınaq və hərbi təlimlərdə istifadə olunmaqları üçün onların içərisinə müəyyən faydalı yük yerləşdirilər və bu faydalı yükə sülh başlığı deyilərdi. Sözügedən həmin torpedalar həqiqi hərbi əməliyyatlarda və müharibələrdə istifadə olunmağa başlandığı zaman onların adı döyüş başlığı olaraq dəyişdirilmiş və zaman keçdikcə sülh başlığı termini hərbi terminologiyadan tamamilə çıxmışdır. == Təsnifatlandırma == Müxtəlif döyüş başlıqları növləri aşağıda göstərilmişdir: Partlayıcı: Müvafiq ölçüdə bir partlayışdan istifadə edilərək hədəfi parçalamaq və partlayışın yaratdığı zərbə dalğasının təsiri ilə əsas hədəfin ətrafında yerləşmiş olan ikinci dərəcəli hədəfləri mümkün qədər zərərsizləşdirmək prinsipinə əsaslanır. Konvensional: Barıt, C4 və dinamit kimi molekulyar strukturda yüksək miqdarda istilik, işıq və şok enerjisinə malik olan kimyəvi maddələrdən istifadə edilərək istehsal olunan partlayıcı maddələr qrupudur. Təhrik növü (Hərəkət növü): Böyük bir zərbə dalğası yaradaraq partlayış sferasında olan materiallara qəfil və yüksək təzyiq tətbiq edilməsi yolu ilə hədəfi zərərsizləşdirməyə əsaslanan konvensional partlayıcılardırlar. Yaranmış olan istiliyin və işığın miqdarı digər növlərdən daha azdır. Terror təşkilatları tərəfindən müntəzəm formada istifadə edilən boru tipli bombalar təhrik növüdür. Parçalanma (dispersiya) növü: Müəyyən bir hərəkət tipli partlayıcı nüvənin ətrafında əsasən silindr və ya sfera formasında yerləşdirilmiş olan qəlpə hissəciklərindən istifadə etməklə, hədəfləri partlayış zonası daxilində deşərək zərərsizləşdirməyə yönəlmiş konvensional partlayıcı maddə növüdür. Bütün kaset bombaları bu tipdədirlər.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Defis
Defis ( – ) Yazıda istifadə olunan ən qısa üfüqi simvol. Azərbaycan dili qrammatika qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur: Mürəkkəbləşmiş sözlərin və ifadələrin arasında: /ala-bəzək/, /ad-san/ və s.; Söz hissələri arasında: a) sətirdən sətirə keçirmədə: /işlə-yir/, /dola-yır/ və s.; b) ayrıcà yazılan şəkilçidən əvvəl: /-dan, -çi/ və s.; c) miqdar saylarını bildirən rəqəmlə şəkilçi arasında: /9-cu/, /2-ci/ və s. Bundan əlavə dilimizdə defisin işlənməsinin 35 qaydası məlumdur.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlar Denis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Filip Devis
Filip Edvard "Breyv" Devis (ing. Philip Edward "Brave" Davis; 7 iyun 1951, Nassau) — 17 sentyabr 2021-ci ildən etibarən Baham Adaları Baş naziri, 2002-ci ilin may ayından etibarən isə Ket adası, Ram resifi və San Salvadordan millət vəkili olan bahamlı siyasətçi. == Həyatı == Devis "Old Bight All Age School"-da oxuduğu Ket adasında qardaşı Elvin və babası ilə birlikdə yaşadı. Nassauya qayıtdıqdan sonra Şərq Məktəbi və Müqəddəs Con Kollecinə getdi. Kasıb ailədə böyüyən Devis qablaşdırma işi ilə məşğul olan müəssisə və inşaat sahəsində çalışdı. Devis Enn-Mari Devislə evlidir və altı övladı var. Anqlikandır. "Toastmasters Club 1600"-in üzvüdür və beysbol, voleybol və üzgüçülüklə məşğul olan idmançıdır. == Siyasi fəaliyyəti == Devis 2017-ci ilin oktyabrında partiyanın qurultayında seçildikdən sonra müxalifət lideri və Tərəqqi Liberal Partiyasının sədri seçildi. Partiya sədri seçilməzdən öncə, sədr tərəfindən təyin edilən sədr müavini idi.
Keli Devis
Keli Devis (18 yanvar 1989, Melburn) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Keli Devis Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Makkenzi Devis
Makkenzi Devis (ing. Mackenzie Davis; 1 aprel 1987, Vankuver, Britaniya Kolumbiyası) — Kanadalı aktrisa. == Həyatı == Aktrisa Devis ingilis ata ilə Cənubi Afrika nəsilli ananın qızı olaraq 1 aprel 1987-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində, Vankuver şəhərində anadan olmuşdur. == Karyerası == Devis ilk dəfə 1984-cü ildə çəkilən əfsanə filmlər sırasına daxil olmuş Terminator film seriyasının sonuncu filmi olan 2019-cu il istehsalı Terminator: Dark Fate (Terminator: Qara Tale) filmində canlandırdığı "Grace" rolu ilə diqqət cəlb etmişdir. Aktrisanın yer aldığı digər istehsallar arasında kinoteatr filmləri; The Martian (2015) və Blade Runner 2049 (2017) ilə televiziya serialları; Black Mirror (2011) və Halt and Catch Fire (2014) və s. sayıla bilər.
Mayls Devis
Mayls Devis (ing. Miles Davis) — ABŞ caz truba ifaçısı və bəstəkarı.
Meril Devis
Meril Devis (ing. Meryl Davis; 1 yanvar 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Meril Devis, Çarli Vayt ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. Meril Devis 1987-ci il yanvarın 1-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Meril Devis beş yaşından idmanla məşğul olmağa başladı.
Pol Deyvis
Pol Çarlz Vilyam Deyvis (ing. Paul Charles William Davies; 22 aprel 1946, London) — məşhur ingilis fiziki, yazıçısı və reproduktant. Hazırda Arizona Dövlət Universiteti nəzdində fəaliyyət göstərən BEYOND proqramının direktorudur. Eyni zamanda Kaliforniyadakı "Çapman Universiteti" Kvant Mexanizmi Tədqiqatları Mərkəzində elmi fəaliyyət göstərir. Kosmologiya, kvant nöqtəsi və astrobiologiya elmləri sahəsində tədqiqatlar aparır.
Denis Loze
Denis Loze (30 iyul 1972) — Niderlandı təmsil edən triatlonçu. == Karyerası == Denis Loze Niderlandı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 48-cı pillədə başa vurdu.
Denis Marandiçi
Denis Marandiçi (18 sentyabr 1996, Kişinyov) — Moldovalı futbolçu. 18 Sentyabr 1996-cı ildə Moldovada anadan olub, daha sonra Portuqaliyaya köçüb. "Turan Tovuz" klubunda solmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Denis Marandiçi 4 fevral 2020-ci ildə "Slovenian PrvaLiga" -nın "NK Celje" klubu ilə müqavilə imzalayıb. Denis Marandiçi hal-hazırda karyerasını Azərbaycan çempionatında davam etdirir. Moldovalı müdafiəçi 2023-cü ilin yanvar ayında Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz”la müqavilə bağlayıb. Marandiçi 9 yanvar 2023-cü ildə Türkiyədə təlim-məşq toplanışında olan "Petrolul Ployeşti" ilə yoldaşlıq oyununda yeni komandasında debüt edib. O, 5-ci dəqiqədə hesabı açsa da, sonda “Petrolul Ployeşti” 3:2 hesabı ilə qalib gəlib.
Denis Vilnoev
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.
Denis Monastırski
Denis Monastırski (ukr. Дени́с Анато́льевич Монасты́рский; 12 iyun 1980, Xmelnitskiy, Ukrayna SSR, SSRİ – 18 yanvar 2023, Brovari[d], Kiyev vilayəti) — Ukraynanın dövlət və siyasət xadimi. Ukraynanın Daxili İşlər Naziri (16 iyul 2021 – 18 yanvar 2023), Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü (16 iyul 2021 – 18 yanvar 2023). IX çağırış Ukrayna Ali Radası xalq deputatı (29 avqust 2019-cu il — 16 iyul 2021-ci il). == Həyatı == O, 2023-cü il yanvarın 18-də Brovaridə helikopter qəzasında həlak olub. Bununla yanaşı, qəzada onun birinci müavini Yevgeni Yenin, DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub. === Şəxsi həyatı === Həyat yoldaşı — Janna Monastirskaya, Dövlət İstintaq Bürosunun Hüquqi təminat şöbəsinin hüquq şöbəsinin baş mütəxəssisi. İki oğlu var idi.
Denis Zakariya
Denis Zakariya (20 noyabr 1996, Cenevrə) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsidə icarə əsasında çıxış edir. Müqavilə ilə Yuventus klubuna məxsusdur.
Devis Vaskez
Devis Vaskez (isp. Devis Vásquez) (12 may 1998, Barrankilya) — Kolumbiyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun qapıçısı. == Karyerası == 2020-ci ildə "Quarani"yə qoşulan Vaskez 2021-ci ilin fevralında "Club Olimpia" klubuna qarşı oyunda meydana çıxaraq "Quarani" klubunun heyətində peşəkar debütunu edir. 2022-ci ildə "Quarani"nin əsas qapışısı Qaspar Servionun "Rosario Central" klubuna icarəyə verilməsindən sonra "Quarani" klubunun bir nömrəli qapıçısı olur. Vaskes 2022-ci ildə "Quarani" klubunun həm ölkə liqasında, həm də Libertadores Kubokunda keçirdiyi oyunlarda komandanın qapısını qoruyur. Onun gözəl oyun göstərməsi, 2023-cü ilin yanvarında Kolumbiya milli futbol komandasına dəvət alacağı barədə xəbərlərin yaranmasına səbəb olur. Paraqvay Kubokunun yarımfinal mərhələsində "Club Libertad" ilə oyunda geri qaytardığı penal zərbələri Vaskezi daha da tanınmasına səbəb olur. "Quarani"də çıxış etdiyi iki ildə toplam 31 oyun keçirir. 3 yanvar 2023-cü ildə Vasqez A Seriyası klubu "Milan" ilə üç il yarımlıq müqavilə imzalayır.
Denis Şmıqal
Denis Anatolyeviç Şmıqal (ukr. Денис Анатолійович Шмигаль; 15 oktyabr 1975, Lvov) — Ukrayna dövlət və siyasət xadimi, mühəndis-iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktoru (2003). 4 mart 2020-ci ildən Ukraynanın baş naziri. 2019-cu il avqustun 1-dən 2020-ci il fevralın 5-dək İvano-Frankivsk Regional Dövlət Administrasiyasının sədri. Ukrayna baş nazirinin müavini — 2020-ci il fevralın 4-dən martın 4-dək icmaların və ərazilərin inkişafı üzrə nazir.
Denis Beçiroviç
Denis Beçiroviç (bosn. Denis Bećirović; 28 noyabr 1975, Tuzla, Bosniya və Herseqovina) — Bosniya və Herseqovina siyasətçisi, professoru və tarixçisi, Bosniya və Herseqovina Rəyasət Heyətinin Bosniya xalqından olan 8-ci və indhazırkı ki bosniyalı üzvü. O, əvvəllər 2019–2022-ci illərdə Milli Xalqlar Palatasının üzvü olmuşdur.
Deyim (informatika)
Deyim — proqramlaşdırma dilində ən kiçik icra elementi. Deyim kompüter proqramlaşdırmasında yerinə yetirilməli olan bəzi hərəkətləri ifadə edən imperativ proqramlaşdırma dilinin sintaktik vahididir. Belə bir dildə yazılmış proqram bir və ya bir neçə deyimin ardıcıllığı ilə formalaşır. Deyimin daxili komponentləri ola bilər (məsələn, ifadələr). Bir çox proqramlaşdırma dilləri (məsələn, Ada, Algol 60, C, Java, Pascal) deyimlər və təriflər/elanetmələr arasında fərq qoyur. Tərif və ya elanetmə proqramın işləyəcəyi məlumatları, deyim isə həmin verilənlərlə görüləcək tədbirləri müəyyən edir. Başqa deyimləri ehtiva etməyən ifadələr sadə, ehtiva edə bilənlər isə mürəkkəb adlanır. Bir deyimin (və əslində bir proqramın) görünüşü onun sintaksisi və ya qrammatikası ilə müəyyən edilir. Deyimin mənası onun semantikası ilə müəyyən edilir.
Cordan Devis
Demis Hassabis
Demis Hassabis (ing. Demis Hassabis; 27 iyul 1976, London) — İngilis kompüter alimi və süni intellekt tədqiqatçısı və sahibkardır. İlk karyerasında o, video oyun süni intellekt proqramçısı və dizayneri və ekspert stolüstü oyun oyunçusu olmuşdur. O, DeepMind və Isomorphic Labs-ın baş icraçı direktoru və həmtəsisçisidir və Böyük Britaniya hökumətinin süni intellekt üzrə məsləhətçisidir. D.Hassabis zülal qatlanması proqnozlarına görə 2024-cü il Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. (Con Camper və Devid Bayker ilə birgə) == Həyatı == Demis Şimali Londonda Kiprli yunan ata və Sinqapurdan olan Çinli ananın oğlu olaraq doğulub böyüyüb. Uşaq ikən şahmat oynayan Hasabis şahmat vunderkindi idi, 13 yaşında Elo reytinqi 2300 idi, 14 yaşadək oğlanlar arasında dünyada beşinci yeri tutur və bir çox İngiltərə yeniyetmə şahmat komandalarına rəhbərlik edirdi. Hassabis 1994-cü ildən Kembric Universitetinin Queens Kollecində kompüter elmləri üzrə təhsil alıb və 1997-ci ildə ikiqat fərqlənmə diplomu ilə məzun olub. == Karyera == Lionhead Kembrici bitirdikdən sonra Demis bir müddət Lionhead studiyasında işləyib. Xüsusilə, Qara və Ağ oyunu üçün oyun süni intellektinin yaradılması üzrə aparıcı proqramçı idi.
Otis Devis
Otis Krandal Devis (ing. Otis Crandall Davis ; 12 iyul 1932, Taskalusa[d], Alabama – 14 sentyabr 2024) — ABŞ-dən olan ikiqat olimpiya çempionu == Həyatı == 12 iyul 1932-ci ildə Alabama ştatının Tuscaloosa şəhərində anadan olub. Koreya Müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrində dörd il xidmət edib. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında o, iki qızıl medal qazanıb. O, 400 m məsafəyə qaçışda 44,9 saniyə ilə yeni dünya rekordu qoydu və 45 saniyəlik maneəni aşan ilk şəxs olub. 2024-cü il 14 sentyabr tarixində vəfat edib.
Diyaş (Bakalı)
Diyaş (başq. Дияш, rus. Дияшево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 14 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 60 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (79%) üstünlük təşkil edir.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Döyüş Ciu-citsusu
Ciu-Citsu idman növündən əsasən güləş və cüdo fəndlərindən istifadə olunmağına baxmayaraq Döyüş Ciu-Citsusunda ayaq və əl zərbələrində icazə verilir. Döyüş Ciu-Citsusunda əsasən karate, cüdo, boks kimi idman növlərindən istifadə edilir. Döyüş Ciu-Citsusunda kimono ilə yanaşı baş geyimi(kaska),ayaq qoruyucusu, jilet kimi qoruyuculardan istifadə edilir. Əvvəllər əsasən Braziliyada çox istifadə edilən bu döyüş növünün, müasir dövürdə bütün dünyada yarışları və təlimləri keçirilir. İdman Ciu-Citsusunda olduğu kimi Döyüş Ciu-Citsusundada dərəcələri fərqləndirmək üçün kəmərlər vardır.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Döyüş baltası mədəniyyəti
Döyüş baltası mədəniyyəti (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi. Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir. == Terminologiya == Şnurlu keramika mədəniyyəti (almanca: Schnurkeramik-Kultur, hollandca: touwbekercultuur, fransızca: ceramique cordée, ingiliscə: Corded Ware) ilk dəfə 1883-cü ildə alman arxeoloqu Fridrix Klopfleiş tərəfindən təqdim edilmişdir. Keramika üzərində tapılan ip çapına bənzəyən ornamentlər bu adın verilməsində mühüm rol oynamışdır. Bu mədəniyyətin alt mədəniyyəti olan Tək Qəbir mədəniyyəti termini müxtəlif artefaktlarla əyilmiş vəziyyətdə dəfn edilmiş fərdlərə tətbiq edilən tumulus dəfn ənənələrindən irəli gəlir. Mədəniyyətin digər bir alt mədəniyyəti olan döyüş baltası mədəniyyəti də kişi məzarlarında tapılan daş döyüş baltalarına görə belə adlandırılmışdır. == Coğrafiya == Döyüş baltası mədəniyyəti Almaniya, Hollandiya, Danimarka, Polşa, Litva, Latviya, Estoniya, Belarusiya, Çexiya, Avstriya, Macarıstan, Slovakiya, İsveçrə, Rumıniyanın şimal-qərbində, Ukraynanın şimalında Rusiyanın Avropa hissəsində mövcud olmuşdur.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. == Tarixi == 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.
Filippin dəniz döyüşü
Filippin dəniz döyüşü — İkinci dünya müharibəsinin həlledici dəniz döyüşü. Bu Sakit okean müharibəsi zamanı ABŞ-nin Marian adalarına desant çıxarması ilə baş vermişdi. Bu müharibədə yapon donanmasında texniki hazırlığın aşağı səviyyədə olması onun darmadağın olmasına gətirib çıxardı. 11 iyun 1944-cü ildə ABŞ HƏRBİ Dəniz Qüvvələri Marian adalarını bombalamağa başlayır. Adaları vitse-admiral Kakuta Kakudzinin komandanlığı altında cəmi 1000 təyyarə müdafiə edib. İlk günlərdən yapon aviasiyası böyük itkilər verib.
Navarin dəniz döyüşü
Navarin dəniz döyüşü — Navarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,Rus və Fransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi, Navarin Faciəsi kimidə düşmüşdür. Böyük Britaniya, Fransa və Rusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II. Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu. Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında Osmanlı və Misir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi.
Preveze Dəniz döyüşü
Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşü. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi. Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu. 1537-ci ildə böyük bir Osmanlı donanmasına başçılıq edən Xeyrəddin Barbarossa Venesiyadan Egey və İon dənizlərində olan Siros, Egina, İos, Paros, Tinos, Kerpe, Kasos və Naksan adalarını alaraq Naksan çarlığını Osmanlı torpaqlarına qatdı. Daha sonra yenə venesiyalıların əlində olan Korfu adasını mühasirəyə aldı və o dövrdə İspaniya torpağı olan Kalabriya sahillərini viran etdi. Bu təhdidə görə Papa III Pavel 1538-ci ilin fevralında, Xeyrəddin Barbarossanı dayandırmaq üçün İspaniya, Venesiya respublikası, Genuya respublikası, Vatikan və Malta cəngavərlərinin qüvvələrindən Müqəddəs Birlik adını verdiyi bir səlibçi donanması formalaşdırdı. Xeyrəddin Barbarossanın əmri altında 122 qalera və karavella ilə 12000 əsgər vardı. Müqəddəs Birlik donanması isə 112 qalera, 50 karavella və 140 qayıq olmaqla, 300 yarım (bəzi mənbələrə görə 600 yarım) parça idi və 60000 əsgəri daşıyırdı. Səlib donanmasının komandiri, o dövrdə Müqəddəs Roma imperatoru V Karlın xidmətində olan genuyalı admiral Andrea Doria idi. Müqəddəs Birlik donanması Korfu adası yaxınlarında toplandı.
Quadalkanal dəniz döyüşü
Quadakanal dəniz döyüşü, digər adları ilə Üçüncü və dördüncü Savo adası döyüşləri, Solomon adaları döyüşü, On üçüncü cümə günü döyüşü və ya yapon mənbələrində Üçüncü Solomon dənizi döyüşü – İkinci dünya müharibəsi zamanı Sakit okean cəbhəsindəki Solomon adalarında Müttəfiqlərlə (əsasən ABŞ) Yaponiya arasında aylarla davam edən Quadalkanal hərəkatının 12-15 noyabr 1942-ci il tarixlərində baş verən həlledici döyüşlər seriyası. Həm hava, həm dəniz döyüşlərinə səhnə olan bu döyüşlər seriyası Quadalkanal adasının yaxınlığında başlamış və 4 gündən çox davam etmişdir. Toqquşmalar Yaponiyanın Müttəfiq qüvvələri adadan çıxarmaq cəhdləri və ABŞ-nin buna müqavimət göstərməsi ilə başlamışdır. ABŞ donanmasının iki admiralı quru toqquşmaları zamanı öldürülmüşdür. Müttəfiq qüvvələr 7 avqust 1942-ci ildə Quadalkanalda quruya çıxmış, o vaxt Yaponiya tərəfindən tikilməkdə olan, daha sonra isə Henderson sahəsi adlanacaq hava sahəsini ələ keçirmişdirlər. Bundan sonra Yaponiya ordusu və donanması Quadalkanala gəmilər göndərərək hava sahəsini yenidən ələ keçirmək istəmiş, lakin cəhdləri baş tutmamışdır. 1942-ci ilin noyabrında Yaponiya hava sahəsini yenidən ələ keçirməyə cəhd etmək üçün 7000 əsgərdən ibarət qoşunu adaya göndərmişdir. Qoşunları təhdid edən Müttəfiq təyyarəsini məhv etmək məqsədilə bir neçə Yaponiya gəmisi Henderson hava sahəsini bombardman etməklə vəzifləndirilmişdir. Yaponiyanın hücumundan xəbərdar olan ABŞ qüvvələri hava sahəsini qorumaq və Yaponiya quru qoşunlarının Quadalkanala çatmasının qarşısını almaq üçün həm havadan, həm sudan hücumlar təşkil etməyə başlamışdır. Hər iki tərəf gecə baş verən iki böyük quru toqquşması zamanı bir çox gəmi itirmişdir.
Hörmüz dəniz döyüşü
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. == Müharibə == Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: == Həmçinin bax == Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası == Xarici keçidlər == Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi == Mənbə == Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Çeşmə dəniz döyüşü
Çeşmə dəniz döyüşü — 5–7 iyul 1770-ci il tarixlərində Rus donanması və Osmanlı Donanması arasında Çeşmə Körfəzində baş tutmuş döyüş. 1768–1774 Osmanlı-Rus Müharibəsinin bir parçası olan bu qarşıdurmanın nəticəsində Osmanlı Donanması Ruslar tərəfindən tamamilə yox edilmişdir. 1768-ci ildə Osmanlı-Rus Müharibəsi başladığında, Rusiyanın Qaradənizdə döyüş gəmisi olaraq sadəcə 6 xətt gəmisi var idi. Rus donanmasının böyük bir hissəsi Baltik Dənizində yerləşmişdir.1769-cu ilin noyabr ayında Rusiya Baltik Dənizindəki donanmasından iki donanma gəmisini dəyişik rotalarla Atlantik Okeanı və Cəbəllütariq boğazı yoluyla Aralıq dənizinə göndərdi. Rus donanmasının başçılığını Kont Aleksey Qriqoryeviç Orlov üstlənmişdi. Məqsəd Osmanlı Dövlətini zəiflətmək üçün Peleponnes Yarımadasındakı Yunanlar arasında bir üsyan çıxartmaq və Rusiya yanlısı bir Yunan dövlətinin qurulmasını təmin etməkdi. İki donanma gəmisi Aralıq dənizində birləşdi və Peleponnes Yarımadasına istiqamət götürdülər.50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki Yunanlar arasında bir üsyan başlatmağı bacardı amma üsyan bütün yunanıstana yayılmadan Osmanlılar tərəfindən basdırıldı. Bu üsyana Orlov üsyanı (Yunanca: Ορλωφικά) deyilir. Yunanlar tərəfindən Yunan Müstəqillik Müharibəsinin nüvəsi olaraq qəbul edilir. Kaptan-ı dərya Mandalzadə Hüsaməddin Paşanın rəhbərliyindəki Osmanlı donanması ilk növbədə Yunan üsyanının basdırmaq üçün Peleponnes Yarımadasında Mora Yenişəhəri(hazırkı Nafplion) qabağında dayanırdı.
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Əbukir dəniz döyüşü (1798)
Əbukir dəniz döyüşü - İnqilab müharibələrində həlledici döyüş kimi tarixə düşmüşdür. Bu döyüş 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir burnu yaxınlığında eyniadlı körfəzdə baş vermişdir. Döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. Bu qələbə ilə britaniyalılar 1790-cı ilə kimi Aralıq dənizi üzərində hökmran mövqeyini qoruyub saxlamışdırlar. Kral XVI Lüdovikin edamından sonra 1793-cü ildə bir çox Avropa monarxiyaları: Böyük Britaniya, İspaniya, Portuqaliya, o cümlədən alman və italyan dövlətləri Fransaya müharibə elan etmişdilər. İnqilabi əhval ruhiyyə, Napoleonun gənc sərkərdələrinin strateji bacarığı Fransanın hərbi müvvəffəqiyyətlərini təmin edə bilirdi. 1795-ci ildə Fransa ordusu Niderlandı tutur. Prussiya və İspaniya elə həmin il fransızlarla sülh müqaviləsi bağlamış olurlar. Bununla da Fransanın təkidi ilə İspaniya Atlantik və Aralıq dənizi sahillərini Böyük Britaniyanın kral hərbi dəniz donanmasının (ing. Royal Navy) üzünə qapayaraq ona müharibə elan etmiş olur.