Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düyün
Düyün - hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2.Düyün - nikah mənasında.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. == Azərbaycan döyüş bayrağı == Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan sәkkizguşәli ulduz yerləşib.
Döyüş Sambosu
Sambo (rus. Боевое Самбо) — Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir,həmçinin baş,qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking(zərbə) və grappling(tutaşmaq) istifadə olunur.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. == İcad edilməsi == Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Döyüş droidləri
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. == İstinadlar == == Xarici keçidlər == Astromech droid — Vukipediya saytında.
Döyüş filmi
Döyüş filmi — Film janrlarından biridir. Döyüş filmlərinin səciyyəvi xüsusiyyəti süjet xətti boyu kaskadyor hərəkətlərinin, savaşların, maşın partlayışlarının və s. olmasıdır. İndiki vaxtda filmlərdə, həqiqi səhnələr əldə etmək üçün kompüter texnologiyasından faydalanılır. Əsasən, filmlərdə təhlükəli səhnələrin çəkilişində, aktyor və ya aktrisa yerinə dublyordan istifadə edilir.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Döyüş topu
Döyüş topu — ağir artileriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Döyüş əməliyyatları
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır.Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiəKömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s.Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm;Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ. ред. А. А. Гречко].
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır.Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiəKömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s.Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm;Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ. ред. А. А. Гречко].
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Təkbətək döyüş
Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş. == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s.Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur.
Ölümcül döyüş
Ölümcül döyüş (ing. Mortal Combat) – 1995-ci ildə rejissor Pol Uilyam Skott Anderson tərəfindən döyüş janrında çəkilən filmdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. == Məzmun == Xarici Dünyanın İmperatoru olan Şao Kannın Dünyanı ələ keçirməsi üçün Böyük Tanrılar tərəfindən yaradılan "Ölümcül döyüş" turnirində bir-birinin ardınca 10 turniri qazanması lazımdır. Bu səbəbdən cadugər Şanq Tsunqun gücündən istifadə edir. İmperator "Ölümcül döyüş" turnirinin doqquzunu qazanır. Şanq Tsunq turnir üçün dünya ölkələrdə yaşayan ən yaxşı döyüşçülər axtarır. Bu səbəbdən Şanq Tsunq döyüşçüləri aldadaraq və ya onların intiqam duyğularından istifadə edərək, turnirə qatılmağa vadar edir. Şimşək tanrısı olan Reydenin vəzifəsi isə Dünyanı İmperatorun dəstəsindən qorumaqdır. Şanq Tsunq və Çen "Ölümcül döyüş" turnirində qarşılaşırlar.
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s.Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s). Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. == Hekayə == Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Düyü (cins)
Düyü (lat. Oryza) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Düyü məhsulları == == Tərkibi == Kimyəvi tərkibi: su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Defis
Defis ( – ) Yazıda istifadə olunan ən qısa üfüqi simvol. Azərbaycan dili qrammatika qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur: Mürəkkəbləşmiş sözlərin və ifadələrin arasında: /ala-bəzək/, /ad-san/ və s.; Söz hissələri arasmda: a) sətirdən sətirə keçirmədə: /işlə-yir/, /dola-yır/ və s.; b) ayrıcà yazılan şəkilçidən əvvəl: /-dan, -çi/ və s.; c) miqdar saylarını bildirən rəqəmlə şəkilçi arasmda: /9-cu/, /2-ci/ və s. Bundan əlavə dilimizdə defisin işlənməsinin 35 qaydası məlumdur.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlarDenis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Alfonso Deyvis
Alfonso Deyvis (2 noyabr 2000[…]) — Hazırda Kanada milli futbol komandası və Almaniya Bundesliqasında çıxış edən Bayern Münhen FKin futbolçusudur. Gənc yaşından dünyada tanınmağa başlamışdır. 2019/2020-ci il futbol mövsümündə Alfonso Deyvis Almaniyanın ən gənc və ən yaxşı oyunçusu seçilmişdir. 2020-ci ildə komandası ilə UEFA Çempionlar Liqası və Bundesliqa qalibi olmuşdur. == Milli komanda == Alfonso Deyvis 2017-ci ildə 17 yaşında Kanada milli komandasının heyətində tarix boyu meydana çıxan ən gənc oyunçu olmuşdur. 2017-ci ildə KONKAKAF final matçında 2 qol vuraraq Kanada millisinin heyətində qol vuran ən gənc oyunçu oldu. == Həyatı == Deyvisin valideynləri əslən Liberiyadandır. Atası Debeah Deyvis və Viktoria Deyvis doğulduqları paytaxt Monroviada ikinci Liberiya vətəndaş müharibəsi zaman ölkədən qaçıblar. Alfonso Deyvis 5 yaşında olarkən ailəsi ilə birlikdə Kanadaya köçürlər. 6 iyun 2017-ci il tarixində Kanada vətəndaşlığı alır.
Ancela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944[…], Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Anjela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944[…], Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Benni Devis
Benni Devis (21 avqust 1895, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1979, Mayami, Florida) — bəstəkar, musiqi yazıçısı, müğənni. == Həyatı == Benni Devis 21 avqust 1895-ci ildə Nyu-Yorkda anadan olub. Əsasən mahnı bəstəçisi və vodevil müğənnisi kimi tanınıb. Bir çox filmlərə musiqi bəstələyib. 20 dekabr 1979-cu ildə Mayamidə vəfat edib. Devis, yeniyetmə ikən "vaudevill"də çıxış etməyə başladı. Blossom Seeley-də müşayiətçi işləyərkən mahnı yazmağa başladı. 1917-ci ildə Cek Yellen ilə "So Long Sammy" və C. Francis Reisner ilə "Good-bye Broadway. Hi Fransa"nı yazdı. İlk müvəffəqiyyəti Con Conrad və J. Russel Robinsonun musiqisi olan 1920-ci il "Margie" idi.
Bett Deyvis
Bett Deyvis (ing. Bette Davis, Betti Deyvis, tam adı Rut Elizabet Deyvis, ing. Ruth Elizabeth Davis; 5 aprel 1908[…], Louell[d], Massaçusets – 6 oktyabr 1989[…], Nöyi-sür-Sen, Fransa) — amerikalı aktrisadır.
Cefferson Devis
Cefferson Finis Devis (ing. Jefferson Finis Davis; 3 iyun 1808[…] – 6 dekabr 1889[…], Nyu-Orlean, Luiziana, ABŞ[…]) Amerika Konfederativ Ştatlarıının prezidenti. 1861–1865-ci illərdə ABŞ Vətəndaş müharibəsi zamanı, cənubda yaradılan Amerika Konfederativ Ştatlarıının prezidenti.Müharibədən sonra 2 il həbsxanada qalmışdır.Lakin heç vaxt ABŞ tərəfindən məhkəməyə çıxarılmamış və ittiham olunmamışdır.
Cina Devis
Virciniya Elizabet "Cina" Devis (ing. Virginia Elizabeth «Geena» Davis;; 21 yanvar 1956, Massaçusets) — ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür. == Gənclik == 1956-cı ildə Massaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis, erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur. "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildə İsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir. == Film karyerası == Məzun olduqdan sonra Nyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır.
Con Deyvis
John Deyvis (ing. John Davis; oktyabr 1550 – 27 dekabr 1605) — I Elizabetin baş İngilis dənizçilərindən biri idi. == Kəşfi == Şimali Qafqazın kəşfiyyatını aparmaq üçün bir sıra səyahətlərə çıxmışdır və Şərqi Hindistana səfərləri zamanı həm Holland, həm də İngilis dilində pilot və kapitan kimi xidmət etmişdir. 1592-ci ilin avqust ayında Folklend adalarını (Böyük Britaniyanın dəniz əraziləri) kəşf etdi. == Həyatı və kariyerası == Deyvis 1550-ci ildə Devon şəhərindəki "Stoke Gabriel" qəsəbəsində anadan olub və uşaqlığını "Sandridge Barton" yaxınlığında keçirmişdir. Onun uşaqlıq dostları Adrian Qilbert, Hamfrey Qilbert və Volter Ralig olmuşdur. Volter Ralig isə kəşfiyyatçının ən yaxın dostlarından biri olmuşdur. O, 1583-cü ildə kraliçanın katibi Uolsinqem Frensis ilə Şimal-Qərb keçidi səyahətinə çıxmışdır.1585-1587-ci illərdə ingilis Con Deyvis Şimal-qərb dəniz yolunu tapmaq üçün üç dəfə cəhd etmiş və Deyvis boğazından keçmişdir. Yeni torpaqların kəşf edilməsi və kəşf edilməsi ilə üz-üzə gələn Davis, bir İspan və ya Fransız gəmisini qurma şansını qaçırmadı.Məşhur naviqatorlar və quldurları ilə bir sıra səfərlər etdi.Beləliklə, 1585-ci ildə Qrinlandın yenidən keşfedicisi (Vikinqlərdən sonra) oldu.Magellan Boğazından Atlantik okeanına çıxarkən, əvvəllər Deyvisin komandasının başçılığı altında kiçik bir pirat gəmisi "Qara Ölüm" ("Qara Ölüm") 21 mart 1592-ci il tarixində Perudan İspaniyaya qızıl gətirən "Infanta" gəmisinə hücum etdi.Coğrafi kəşflər tarixinin nəticəsi olan bu hadisə romantik bir tarixə malik idi. 1586-cı ildə ikinci səfər zamanı Baffin torpağlarının Kamberland körfəzini tapdı, Şimali Amerika sahillərini ətraflı araşdırdı və Hudzon Boğazının dəqiq yerini təyin etdi.1601-1603-cü illərdə Deyvis Cənub-Şərqi Asiyaya Ceyimis Lançestirin üzən pilotu (bu,Şərqi Hindistan Kompaniyasının ilk ticarət ekspedisiyası) kimi yelkəndə iştirak etmişdir.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. == Həyatı == 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Devis Quggenhaym
Filip Devis Quggenhaym (ing. Philip Davis Guggenheim; 3 noyabr 1963, Sent-Luis, Missuri) — ABŞ rejissoru və prodüsseri, Oskar mükafatı laureatı. == Həyatı == Tam adı Filip Devis Quggenhaymdır. 1963-cü ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. 1986-cı ildə Braun Universitetindən məzun olmuşdur. ABŞ aktrisası Elizabet Şue ilə evlidir. Yaratdığı filmlər və seriallar arasında ən tanınmışları "Məşq günü", "Qalxan", "NYPD Göy", "ER", "5-in şənliyi", "Didvuud"dur. Həmçinin "İlk il" və "Öyrət" adlı sənədli filmlərinin rejissorluğunu etmişdir. Ən yaxşı sənədli filmə görə onun "Əlverişsiz həqiqət" adlı sənədli filmi Oskar mükafatına layiq görülmüşdür. Ən son filmi "Qrasiya"dır.
Devis boğazı
Devis boğazı ing. Devis Strait — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır. == Tarixi == Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Denis Adeyev
Denis Adeyev (d. 14 dekabr 1997) — Rusiyalı üzgüçü. Denis Adeyev Rusiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Denis Adeyev birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 25-ci yeri tutdu və yarışı başa vurdu.
Denis Barvinko
Denis Barvinko (ukr. Денис Анатолійович Барвінко; 16 fevral 1994, Dnepr – 10 sentyabr 2021, Dnepr) — Ukrayna Premyer Liqasında Metallist Xarkov FK klubunda oynayan peşəkar ukraynalı futbol müdafiəçisidir. == Həyatı və karyerası == Denis Barvinko 16 fevral 1994-cü ildə Dneprdə anadan olmuşdur. 2007-2009-cu illərdə Ukrayna Uşaq və Gənclər Futbol Liqasında Metallurq Zaporojye futbol komandasının üzvü olaraq karyerasına başladı. Bundan sonra Metallist Xarkov futbol koBmandasına gəldi. 2011-ci ildə bu komandanın üzvü olaraq turnirlərdə iştirak etdi. 12 avqust 2011-ci ildə Ukrayna Gənclər Çempionatında Kiyevin Obolon komandasına qarşı səfər matçında debüt etdi (1:0). Barvinko oyunun bütün dəqiqəsində iştirak edirdi. Ukrayna Kubokunun 1/16 final matçında Bereqvideykoya qarşı oyunda iştirak etdi (0: 3). 60-cı dəqiqədə onu Robert Heqedos əvəz etdi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Denis Fonvizin
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi. == Həyatı == Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur. Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Lou
Denis Lou (24 fevral 1940, Aberdin) — şotland veteran futbolçu. == Həyatı == Futbol həyatının böyük hissəsini İngiltərədə keçirib. Mançestr Yunayted tarixinin ən çox qol vuran futbolçularından biridir. Lou Bobbi Çarlton'dan sonra klubun ən çox qol vuran futbolçusudur. Mançestr Yunayted forması ilə 309 oyunda 171 qol vurub.
Denis Matsukeviç
Denis Matsukeviç (rus. Денис Сергеевич Мацукевич; Minsk, Belarusda 28 mart 1986-cı ildə anadan olub) — Rusiyanı təmsi ledən peşəkar tennisçidir. O, karyerası ərzində 5 dəfə Gedişat turnirlərinin qalibi olmuşdur. Denisin baş məşqçisi VAleri Şliardır.
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20).2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub.Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub;2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır.Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016). == Şəxsi həyatı == Deysi Korinin kiçik qardaşı Xorxe (doğ. 1995) kişilər arasında beynəlxalq qrosmeysterdir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Deysi Kori.
Deyvis dənizi
Deyvis dənizi -Cənub okeanının akvatoriyasında ,Antarktidanın şərqində , Həqiqət Sahili və Kraliça Meri torpağı sahillərində yerləşir. Qərb sahili Manisov burnu, şərqində Qərb şelf buzlağı ,cənubda isə Həqiqət sahili və Vise burnu vardır. İl boyu buzla örtülü olur. Dənizin sahəsi 21.000 km², orta dərinliyi 571 m, ən dərin yeri 1369 m təşkil edir. Duzluğu 33,0-33,5 ‰-dir. Dənizin daxilində Driqalskoy adası yerləşir. Onun ərazisi 204 km² təşkil edir. Dəniz 1912-ci ildə Avstraliya Antarktika ekspedisiyası tərəfindən kəşf edilir. D.Mauson <<Avrora>> gəmisinin kapitanı D.K.Deyvisin şərəfinə adlandırmışdır. O ekspedisiyada ikinci şəxs olmuşdur.
Diyaş (Bakalı)
Diyaş (başq. Дияш, rus. Дияшево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 14 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 60 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (79%) üstünlük təşkil edir.
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Alpaqut (döyüş sənəti)
Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs) — Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır. Alpaqut döyüş sənətinin təlim proqramı 8 baza texnikalarından ibarətdir. İmtahan proqramı isə 4 üstüngü mərhələlərdən ibarətdir. Yarışma qaydaları isə 4 sistemdən ibarətdir. Bu sistemlər belə adlanır: 1) Aypara sistemi 2) Batur sistemi 3) Caymaz sistemi 4) Qurşaq sistemi. 5) KaçutQısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C, G, və K də adlandırmaq olar. Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur.
Ağdam uğrunda döyüş
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir.Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu. Ağdamın işğalı Ermənistan rəhbərliyi üçün strateji vəzifə idi.
Bakı uğrunda döyüş
Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Daşnak-Sentrokaspi qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. == Tərəflərin qüvvələri == === Qafqaz İslam Ordusu === === Bakı Kommunası === Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ Birinci Dünya müharibəsi getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu. 1918-ci il martın əvvəllərində S. Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir.
Blok (döyüş sənəti)
Blok və ya qorunma — Müxtəlif zərbə və silahlarla hücumun qarşısının alınması üçün müdafiə texnikasının kifayət qədər səlis icra olunmuş böyük əhəmiyyət kəsb edir. == Xarakteristika == Rəqib həmləsi hiss olunan və ya qəflətən həyata keçirilə bilər. Belə hücumu bacarıqla dəf etmək yüksək müdafiə şücaətinə malik olmaq qabiliyyəti tələb edir. Uzun zamanlar məşq prsesində mənimsənən müdafiə texnikasının real həyatda demək olar ki, istifadə edilmir. İdmançının ömrünün bir hissəsi belə təlimlərə sərf olunur. Müdafiə, bədəni meyl etmək, arxaya, yana çəkilmək, irəli şahin kimi şığımaqla, açıqəl, yumruq, bilək dirsək və qıçın müxtəlif hissələri ilə həyata keçirilir və zərbədə olduğu kimi bədənin müdafiə səyi bütövlüklə hədəfə yönəldilir. Müdafiə olunarkən eyni zamanda bədən rəqib zərbəsinin istiqamətindən münasib tərəfə yayınır. Müdafiə, tək əllə deyil, birgə kəsişən, birləşən vəziyyətli qollarla da yerinə yetirilir. Döyüş sənətlərində müdafiə elementləri rəqib zərbəsini saxlamağa (buna daha yüksək güc tələb olunur) deyil, onu tarazlıqdan çıxarmağa, dalbadal zərbə vurmaq cəhdinə imkan verməməyə yönəldilir və ani şəkildə əks hücumla tamamlanır.
Britaniya uğrunda döyüş
Britaniya uğrunda döyüş (alm. die Luftschlacht um England‎; ing. Battle of Britain) — 1940-cı ilin iyul-oktyabr aylarında İkinci dünya müharibəsi zamanı hava döyüşləri. "Britaniya uğrunda döyüş" termini ilk dəfə Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən nasist Almaniyasının İngiltərənin cənubu üzərində hava üstünlüyü əldə etmək və Britaniya xalqını mənəvi cəhətdən sarsıtmaq cəhdini təsvir etmək üçün istifadə edilmişdir. Şiddətli hava döyüşlərində Kral Hərbi Hava Qüvvələri ilə nasist Almaniyasının Hərbi Hava Qüvvələri (Luftwaffe) arasında hava üstünlüyünə nail olmaq uğrunda mübarizə getmiş, Almaniyanın Britaniya Hərbi Hava Qüvvələrini məhv etmək, ölkənin sənayesini və infrastrukturunu məhv etmək, əhalinin mənəviyyatını pozmaq və bununla da Britaniyanı təslim olmağa və ya sülh bağlamağa məcbur etmək cəhdləri dəf edilmişdir. Britaniya döyüşü Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin müstəsna olaraq iştirak etdiyi ilk hərbi kampaniya idi. 1940-cı ilin iyulundan Almaniyanın bombardmanının əsas hədəfləri sahil konvoyları və Portsmut kimi dəniz bazaları idi, lakin bir ay ərzində Lüftvaffe Britaniya aerodromlarına hücuma keçdi. Döyüş zamanı təyyarə zavodları və yerüstü infrastruktur obyektləri də bombalandı. Nəhayət, Almaniya Hərbi Hava Qüvvələri qorxuducu bombardman taktikasına və yüksək siyasi əhəmiyyət kəsb edən hədəflərə hücum etmə üsuluna əl atdı. Almaniyanın bu kampaniya zamanı məqsədlərinə çatmaması nasist Almaniyasının İkinci dünya müharibəsindəki ilk məğlubiyyəti və dönüş nöqtələrindən biri hesab olunur.
Dzirav çölündə döyüş
Dzirav çölündə döyüş — 371-ci ildə Sasani və Roma arasında baş vermiş döyüş. Nəticədə Albaniya Otena (Uti), Sakasena, Kambisena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Filippin dəniz döyüşü
Filippin dəniz döyüşü — İkinci dünya müharibəsinin həlledici dəniz döyüşü. Bu Sakit okean müharibəsi zamanı ABŞ-nin Marian adalarına desant çıxarması ilə baş vermişdi. Bu müharibədə yapon donanmasında texniki hazırlığın aşağı səviyyədə olması onun darmadağın olmasına gətirib çıxardı. 11 iyun 1944-cü ildə ABŞ HƏRBİ Dəniz Qüvvələri Marian adalarını bombalamağa başlayır. Adaları vitse-admiral Kakuta Kakudzinin komandanlığı altında cəmi 1000 təyyarə müdafiə edib. İlk günlərdən yapon aviasiyası böyük itkilər verib.
Navarin dəniz döyüşü
Navarin dəniz döyüşü— Navarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,Rus və Fransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi,Navarin Faciəsi kimidə düşmüşdür. == Döyüşün gedişi == Böyük Britaniya, Fransa və Rusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II.Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu.Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında Osmanlı və Misir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi. Lakin bu istək qəbul edilmədi.
Preveze Dəniz döyüşü
Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşü. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi. Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu. == Əvvəli == 1537-ci ildə böyük bir Osmanlı donanmasına başçılıq edən Xeyrəddin Barbarossa Venesiyadan Egey və İon dənizlərində olan Siros, Egina, İos, Paros, Tinos, Kerpe, Kasos və Naksan adalarını alaraq Naksan çarlığını Osmanlı torpaqlarına qatdı. Daha sonra yenə venesiyalıların əlində olan Korfu adasını mühasirəyə aldı və o dövrdə İspaniya torpağı olan Kalabriya sahillərini viran etdi. Bu təhdidə görə Papa III Pavel 1538-ci ilin fevralında, Xeyrəddin Barbarossanı dayandırmaq üçün İspaniya, Venesiya respublikası, Genuya respublikası, Vatikan və Malta cəngavərlərinin qüvvələrindən Müqəddəs Birlik adını verdiyi bir səlibçi donanması formalaşdırdı. == Qüvvələr == Xeyrəddin Barbarossanın əmri altında 122 qalera və karavella ilə 12000 əsgər vardı. Müqəddəs Birlik donanması isə 112 qalera, 50 karavella və 140 qayıq olmaqla, 300 yarım (bəzi mənbələrə görə 600 yarım) parça idi və 60000 əsgəri daşıyırdı. Səlib donanmasının komandiri, o dövrdə Müqəddəs Roma imperatoru V Karlın xidmətində olan genuyalı admiral Andrea Doria idi. == Mövqelər == Müqəddəs Birlik donanması Korfu adası yaxınlarında toplandı.
Quadalkanal dəniz döyüşü
Quadakanal dəniz döyüşü, digər adları ilə Üçüncü və dördüncü Savo adası döyüşləri, Solomon adaları döyüşü, On üçüncü cümə günü döyüşü və ya yapon mənbələrində Üçüncü Solomon dənizi döyüşü – İkinci dünya müharibəsi zamanı Sakit okean cəbhəsindəki Solomon adalarında Müttəfiqlərlə (əsasən ABŞ) Yaponiya arasında aylarla davam edən Quadalkanal hərəkatının 12-15 noyabr 1942-ci il tarixlərində baş verən həlledici döyüşlər seriyası. Həm hava, həm dəniz döyüşlərinə səhnə olan bu döyüşlər seriyası Quadalkanal adasının yaxınlığında başlamış və 4 gündən çox davam etmişdir. Toqquşmalar Yaponiyanın Müttəfiq qüvvələri adadan çıxarmaq cəhdləri və ABŞ-nin buna müqavimət göstərməsi ilə başlamışdır. ABŞ donanmasının iki admiralı quru toqquşmaları zamanı öldürülmüşdür. Müttəfiq qüvvələr 7 avqust 1942-ci ildə Quadalkanalda quruya çıxmış, o vaxt Yaponiya tərəfindən tikilməkdə olan, daha sonra isə Henderson sahəsi adlanacaq hava sahəsini ələ keçirmişdirlər. Bundan sonra Yaponiya ordusu və donanması Quadalkanala gəmilər göndərərək hava sahəsini yenidən ələ keçirmək istəmiş, lakin cəhdləri baş tutmamışdır. 1942-ci ilin noyabrında Yaponiya hava sahəsini yenidən ələ keçirməyə cəhd etmək üçün 7000 əsgərdən ibarət qoşunu adaya göndərmişdir. Qoşunları təhdid edən Müttəfiq təyyarəsini məhv etmək məqsədilə bir neçə Yaponiya gəmisi Henderson hava sahəsini bombardman etməklə vəzifləndirilmişdir. Yaponiyanın hücumundan xəbərdar olan ABŞ qüvvələri hava sahəsini qorumaq və Yaponiya quru qoşunlarının Quadalkanala çatmasının qarşısını almaq üçün həm havadan, həm sudan hücumlar təşkil etməyə başlamışdır. Hər iki tərəf gecə baş verən iki böyük quru toqquşması zamanı bir çox gəmi itirmişdir.
Hörmüz dəniz döyüşü
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. == Müharibə == Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: == Həmçinin bax == Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası == Xarici keçidlər == Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi == Mənbə == Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Əbukir dəniz döyüşü (1798)
Əbukir dəniz döyüşü - İnqilab müharibələrində həlledici döyüş kimi tarixə düşmüşdür. Bu döyüş 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir burnu yaxınlığında eyniadlı körfəzdə baş vermişdir. Döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. Bu qələbə ilə britaniyalılar 1790-cı ilə kimi Aralıq dənizi üzərində hökmran mövqeyini qoruyub saxlamışdırlar. == Tarixçəsi == Kral XVI Lüdovikin edamından sonra 1793-cü ildə bir çox Avropa monarxiyaları: Böyük Britaniya, İspaniya, Portuqaliya, o cümlədən alman və italyan dövlətləri Fransaya müharibə elan etmişdilər. İnqilabi əhval ruhiyyə, Napoleonun gənc sərkərdələrinin strateji bacarığı Fransanın hərbi müvvəffəqiyyətlərini təmin edə bilirdi.1795-ci ildə Fransa ordusu Niderlandı tutur. Prussiya və İspaniya elə həmin il fransızlarla sülh müqaviləsi bağlamış olurlar. Bununla da Fransanın təkidi ilə İspaniya Atlantik və Aralıq dənizi sahillərini Böyük Britaniyanın kral hərbi dəniz donanmasının (ing. Royal Navy) üzünə qapayaraq ona müharibə elan etmiş olur. 1779-cu ildə Avstriya bir sıra məğlubiyyətlərdən sonra Fransa ilə sülh bağlamağa məcbur olur.