Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Albaniyada turizm
Albaniyada turizm — zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır. Albaniyada turistləri Qədim Yunanıstan və Roma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar.
Alternativ turizm
Alternativ turizm — istifadə edilən təchizat vasitələri, təşkilatçılıq və insan resurslarına görə kütləvi turizmdın fərqlənən turist məhsulları və fərdi turist xidmətlərini nəzərdə tutur. Bu termini bəzən "fərqli" və ya "başqa turizm", "ağıllı" və ya "məqsədli turizm", "anti-turizm" və ya "iştirakçı turizm" terminlərinin əvəzinə "dəbdə olan" sözləri ilə də ifadə edirlər. == Formaları == "Alternativ turizm" termini fəal turizm konsepti ilə tədqiqatçı və qarşılaşma səyahətlərini və hətta əqidə turizmi konseptini əhatə etməyə çalışır. Aşağıdakı siyahılarda alternativ turizmin bəzi növləri sadalanmağa çalışılıb.
Arxeoloji turizm
Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır. Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir. Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır. Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir. Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq. Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur. == İstinadlar == == Xarici keçidlər == ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.
Avstriyada turizm
Avstriyada turizm — Avstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Daxili Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili birləşdirmə
Daxili birləşdirmə (ing. inner join, rus. внутреннее соединение, türk. iç birleştirme) – verilənlər bazasının idarə edilməsində: relyasiya cəbrinin tez-tez istifadə olunan deyimi. İki mövcud cədvələ tətbiq edilən daxili birləşdirmə üçüncü cədvəli yaradır ki, həmin cədvəl birinci cədvəlin yazılarının ikinci cədvəlin yazıları ilə bütün mümkün təyin olunmuş konkatenasiyalarından (birləşmələrindən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daxili dənizlər
Daxili dənizlər — Quruya daxil olmuş, lakin okeanla boğazlarla əlaqədə olan dənizlərə daxili dənizlər deyilir. Daxili dənizlər materiklərin parçalanmış sahilləri boyu yerləşir. Ən böyük daxili dəniz Aralıq dənizidir. Daxili dənizlər əsasən Avrasiya və eyni zamanda Şimali Amerika sahillərində yerləşir. Bu sözügedən materiklərin sahillərinin daha çox parçalanmış olduğu üçün belədir. Daxili dənizlərə misal olaraq Qara dəniz, Aralıq dənizini,Ağ dənizi, Mərmərə, Egey, Qırmızı dəniz, Aral dənizi, Xəzər dənizini və s. göstərmək olar. Daxili dənizlər əsasən hərhansı ölkə sahillərində olduğu üçün bu ölkələr tərəfindən mənimsənilir. Daxili dənizlər liman nəqliyyatı, balıqçılıq və təbii sərvətlərin əldə edilməsi üçün faydalıdır.Daxili dəniz ümumiyyətlə duzlu olacaq, duzluluq şirin su gölündən daha yüksəkdir, lakin adətən dəniz suyundan daha az duzludur. Digər dənizlərdə olduğu kimi, daxili dənizlər də Ay və Günəşin orbitləri ilə idarə olunan gelgitlər yaşayır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır.Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünya görüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir. == Daxili müşahidə metoduna fərqli yanaşmalar == === Vilhelm Vundt və daxili müşahidə metodu === Psixologiyada daxili müşahidə metodu Vilhelm Vundtun adı ilə bağlıdır.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. == Merkuri == Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili xəstəliklər
Daxili xəstəliklər (ing. Internal medicine; rus. Внутренние болезни ) — tibb elminin bir sahəsi olub daxili orqanların xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olur. Daxili xəstəliklər bölməsi üst və alt tənəffüs yolu xəstəlikləri, hipertenziya, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyüks və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xroniki bronxit, emfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycanda turizm
Azərbaycanda turizm — Azərbaycan Respublikası ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010–2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 öklə arasına daxil olmuşdur. == Tarixi == === Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri === Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və Strabonun adlarını çəkmək olar. Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur.
Banqladeşdə turizm
Banqladeşin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Banqladeş toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. == İqtisadi vəziyyət == Ümumdünya Turizm Təşkilatının 2013-cü ildə açıqlamalarına görə Banqladeşin turizm sənayesi 2012-ci ildə 1.8 faiz yüksələrək 178 ölkədən 157-ci yerə çıxmışdır.Ölkədə 1 281 500 yeni iş yeri açılmışdır. Sənayedə birbaşa və dolayı məşğulluq 2 714 500 işçiyə çatmış və ölkənin ümumi məşğulluğu 3.7%-ə çatmışdır. ÜTT-nin 2023-cü il proqnozlarına görə ölkədə iş yerlərinin sayı artaraq 3 891 000 nəfərə çatacaq və ölkənin ümumi məşğulluq dərəcəsi 4.2%-ə çatacaqdır. == Regionları == === Çitaqonq regionu === Koksun bazarı (benq. কক্সবাজার ) dənizkənarı mədəniyyət mərkəzi olub, Banqladeşin balıqçılıq limanı və rayon qərargahıdır. Bura dünyanın ən uzun təbii qumlu dəniz çimərliyi kimi məşhurdur.Koksun bazarı çimərliyi 125 km uzunluğunda qumlu dəniz çimərliyidir. Koksun bazarı çimərliyi Çittaqonq dəniz limanından 152 km cənubda yerləşir. Müqəddəs Martin adası (benq.
Başqırdıstanda turizm
Başqırdıstanda turizm — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.. Ölkənin Beloretsk rayonunda Belaya çayının sahilində olan “Agidel”, “Arski Kamen”, Ufa rayonunda olan “Vosxod”, Meleuz rayonundakı Nuquş su anbarının sahilində olan “Nuquş” turist bazaları ümumrusiya əhəmiyyətlidir. Cənubi Uralın və Uralönünün speleoloji təbiət abidələri Başqırdıstanda turizm üçün xüsusi əhəmiyyət kəsb edir. Başqırdıstan Milli Parkı ildə 30 min turist qəbul edir. Burada piyada, at və su turizmi növləri inkişaf etmişdir. Ölkə ərazisində karst mağaraları, o cümlədən Uralda ən böyük olan Kutuk-Sumqan mağarası var.
Beynəlxalq turizm
Beynəlxalq turizm — xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biri. Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir. Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır. Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır.
Purizm
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Torizm
Torizm (ing. Toryism) — klassik mühafizəkarlığın ingilis versiyası olan siyasi fəlsəfə. Siyasi sahədə torizm, Üç Krallığın Müharibəsi dövründəki cəngavərlərin hərəkətindən qaynaqlanır. Bu siyasi fəlsəfə, İngiltərənin siyasi həyatında, eləcə də Birlik ölkələrinin, xüsusən də Kanadanın bəzi yerlərində görkəmli bir yerə sahibdir. Tarixən, Amerika İnqilab Müharibəsi zamanı on üç müstəmləkənin ayrılmasına qarşı çıxan İngilis Amerikasının sadiqləri də keçmiş Britaniya İmperiyası içərisində bu fəlsəfənin nümayəndələri idilər. Torizm, "Tanrı, Kral və Ölkə" sözləri ilə ifadə edildi . Torilər monarxizmin tərəfdarlarıdır, İngiltərə Kilsəsi ortodoksallığının dini irsinin daşıyıcılarıdır və eyni zamanda viqlərin fraksiyasının liberalizminə qarşı çıxırlar. İdxal olunan taxıllara vəzifə qoyan Qarğıdalı Qanunları (1815-1846) sayəsində torilərin əksəriyyəti iqtisadi sabitliyi, özünütəmin etməyi və kənd təsərrüfatı işçiləri üçün daha yüksək maaşları təmin edən proteksionist aqrarizmi dəstəklədi.
Pul daxılı
Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab. == Donuz pul daxılı == Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Antarktidada turizm
Antaraktidada turizm 1960-cı illərdən sonra başlamış və dəniz səyahəti formasında olmuşdur. 60-cı illərin sonunda buraya şəxsi yaxta ilə səyahətdə əlavə olunmuş. Hava uçuşları isə 1970-ci illərdən Avstraliyadan və Yeni Zellandiyadan ekskursiya formasında həyata keşirilmişdir. Ümumən Antaraktidaya turizm mövsümü yayda, noyabrda başalayıb martda bitir. 1999/2000-ci il mövsümündə Antaraktidaya 14762 turist səfər etmişdir. Bunların əksəriyyəti dəniz səfəri (kuriz) formasında olmuşdur. 2009/2010 illərdə isə 40 min turist qeydə alınıb. == Antarktidaya səfər == Antarktidaya səfərlər Antarktika haqqında konvensiyasının qərarına əsasən turizm şirkətlərinin buna icazəsi olan halda mümkündür Dəniz səfərləri zamanı materikin sahilinə Zodiac Marine & Pool şirkətinin qayıqları ilə və vertolyotlar ilə enişlər həyata keçirilir. Təsadüfü hallarda bəzi turların proqramına alpinizm, xizəklə sürüşmə və Cənub qütbünə səfərlər əlavə edilir.. == Dəniz səyahətləri == İlk dəfə 1920-ci ildə, Folklend adalarına məxsus poçt gəmisi Cənubi Şetland adalarına və Cənubi Orkney adaları səfər zamanı bir-neçə turist pul ödəmək müqabilində göyərtəyə götürmüş.
Braziliyada turizm
Braziliyada turizm — Braziliya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Xarici turistlər == Braziliyaya gələn qonaqlar arasında aşağıdakı göstərilən ilk 20-likdə olan ölkələr bunlardır: == Tibbi turizm == Braziliyada xaricdən gələnlərə yönəlik tibbi xidmət sferası 1970-ci illərdən yaranıb. Bu sahədə ilk fəaliyyət göstərən qurum Rio-de-Janeyrodakı İvo Pitanquy xəstəxanasıdır. Braziliyada tibbi xərclər ABŞ-dakının 1/3-i, Almaniyadakının isə təxminən yarısı qədərdir. Braziliya Turizm Nazirliyinin məlumatına görə, 2009-cu ildə Braziliyaya 900 min xarici turist müalicə olunmaq üçün gəlmişdir. Onların 20%-i ABŞ-dən, 19%-i Fransadan, 17%-i Almaniyadan, qalanları isə Cənubi Amerika və Afrika ölkələrindəndir. Müalicə turizmindən ötrü Braziliyaya gəlməyin ən vacib səbəblərindən biri təklif olunan xidmətin sistemləşdirilməsidir. Məsələn, burada qurulan sistem imkan verir ki, Braziliyaya gələn turist heç bir növbə gözləmədən və vaxt itirmədən birbaşa müalicəsinə başlasın. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Brazil haqqında səyahət məlumatları var.
Bronlaşdırma (turizm)
Bronlaşdırma — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir. == Tarixi == XX əsrin 60-cı illərində ABŞ-də iri şirkətlər aviareyslərdə yerlərin bronlaşdırılması üçün rezerv sistemlərin işlənib hazırlanmasına başladılar. ABŞ aviaşirkətləri avtomatik idarəetmə sistemləri verilənlərini satış həcminin artırılması üçün bir vasitə hesab edirdilər. İlk bronlaşdırma mərkəzlərinin texniki təminatı İBM firması tərəfindən verilmişdir. Kompüter bronlaşdırma sistemlərində məhz İBM firmasının avadanlıqlarından istifadə edilir. Kompüter bronlaşdırma sisteminin inkişafında ilk addım məhz aviaşirkətlərdə terminalların quraşdırılması idi. Bu da aviaşirkət işçilərinin işinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına imkan verdi. 1970-ci illərdə ABŞ-də "United Airlines" aviaşirkətində biletlərin bronlaşdırmasını həyata keçirən avtomatlaşdırılmış sistem - "APPOLLO" tətbiq edildi. Bununla yanaşı "American Airlines" aviaşirkətində isə ilk sistem "SABRE" oldu. Bu sistemlər real vaxt rejimində aviareyslər haqqında informasiya əldə etmək imkanı verdi.
Dayanıqlı turizm
Ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarında hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır. Buna görə də dayanıqlı turizm həm də davamlı turizm adlanır. Müasir dövrdə bir çox ölkələr təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışır. Planetdə insan sayının və mədəni tələbatların artması ilə bərabər, eyni zamanda ehtiyatların məhdudluğu da turizmdə dayanıqlı inkişafın təkcə bir region üçün deyil, bütün dünya üçün vacib olduğunu ortaya qoyur. Turizmin dayanıqlığının təmin olunması turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. fəaliyyətləri nəzərdə tutur. Dayanıqlı turizmin həll etmək istədiyi ən vacib problem turizm resurslarından səmərəli istifadə etməklə yanaşı, bu resursları gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Bundan başqa, dayanıqlı turizm seçilmiş ərazidə turizm fəaliyyətinin mövsümi deyil, daimi səciyyə daşımasını hədəfləyir. Dünya üzrə neft sənayesinin zəifləməsi ölkəmizi yeni gəlir mənbələrinə yönəlməyə məcbur edir.
Dini turizm
Dini turizm (inanc turizmi və ya mənəvi turizm) - dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir. Analoji olaraq mənəvi turizm mənəvi məqsədlərlə edilən səyahətləri əhatə edir. Bu, dini turizm ola bilər, amma bəzən daha geniş mənalar da daşıya bilər. == Həcc ziyarətləri == Həcc əsasən uzun məsafədə dini, yaxud mənəvi motivli səyahətdir. Antik dövrlərdən bəri bir çox dinlərdə müxtəlif cür yerinə yetirilir. Dünyada ən böyük həclərdən biri müsəlmanları Məkkəyə etdikləri həcc ziyarəti hesab olunur.
Ermənistanda turizm
Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞ və İrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var. Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər. == Tarixi == === 2015-ci ildən bəri === 2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır. Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi. === 2000–2015 === 2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı.
Etnik turizm
Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni qorunma strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunur.
Gürcüstanda turizm
Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir. Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür. Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.
Kanadada turizm
Kanadada turizm — Kanada ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Dövlət siyasəti == Kanada bir çox təkrarolunmaz, nadir cəhətlərinə görə beynəlxalq turizm mərkəzi kimi xarici turistləri özünə cəlb edir. Bu ölkədə turizm müasir tələblərə və istehlakçıların ehtiyaclarına cavab verməklə çoxşaxəlidir. Kanadanın turizm sənayesi çevik, çoxpilləli turizm inzibati-idarəçilik sistemi dövlətin əhəmiyyətli maliyyə dəstəyinə arxalanır. Ona görə də ölkə iqtisadiyyatının həm qabaqcıl, həm də yüksək sərmayə tələb edən əsas sahələrindən birinə çevrilmişdir. Məsələn, 1995-ci il Kanadanın turizm sənayesi üçün olduqca uğurlu olmuşdu. Həmin il əhalisi 25 milyon nəfər olan Kanadaya xaricdən 17 milyon qonaq gəlmişdi. Turizm sənayesində 500 min nəfərdən çox insan çalışır. İllik mənfəət 26 milyard $ təşkil edir, büdcəyə ödənilən vergi 450 milyon $ təşkil edir, bundan 250 milyon $ dövlət xəzinədarlığına, 160 milyon $ əyalət büdcələrinə, 40 milyon $ bələdiyyələrə mədaxil olur. Hökumətin turizm sənayesinə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi "Kiçik biznesin inkişafı proqramı" çərçivəsində ölkədə turizmin inkişafına himayəsi dövlətin daima diqqət mərkəzindədir.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosovoda turizm
Kosovo Respubliksında turizm - Avropanın cənub-şərqində, Balkan yarımadasında, tarixi Kosovo vilayətində yerləşən, qisməm tanınmış dövlət. Serbiya kostutsiyasına görə Kosovo Respublikası onun tərkibinə daxil olan Kosovo və Mestixiya adlı muxtar vilayətdir. Amma Serbiyanın Kososovada hec bir hakimiyyəti yoxdur. Kosovoya gedən beynəlxalq turistlərin əksəriyyəti Albaniya, Almaniya, İtaliya, ABŞ, Böyük Britaniya, Xorvatiya və Avstriyadan gələnlərdir. Turizm hər il ölkəyə gələnlər hesabına artan bir sektordur. Kosovoda turistik sahədə illiryalılar, dardanilər, romalılar, bizanslılar, serblər və osmanlılar dönəminə aid tarixi tikililər, alban mətbəxi, dini ənənələr, adətlər və təbiət mənzələrəri kimi üstünlüklərə sahibdir. Bölgənin bir çox tarixi tikililəri Kosovo müharibəsi zamanı dağıdılmışdır (1998—1999). «New York Times» 2011-ci ildə Kosovonu ziyarət ediləsi 34 ölkə siyahısına daxil etmişdir. Elə həmin ildəcə Kosovo Skyscanner sistemində dünya turizminin inkişafı ilə əlaqədar 40-cı yerə qədər qalXmışdır. == Statistika == Kosovo Respublikası statistika agentliyi ölkəni ziyatət etmiş turistlərin 2008-cildən siyahısını açıqlamışdır.
Macarıstanda turizm
Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. == Budapeştdə turizm == Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir.
Qastronomik turizm
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Qırğızıstanda turizm
Qırğızıstanda turizm — çox zəif inkişaf edir. 2000-ci illərin əvvəllərində orta hesabla hər il əsasən keçmiş Sovet İttifaqı ölkələrindən təxminən 450.000 turist ölkəyə gəlirdi. 2018-ci ildə İngilis beqpekinq cəmiyyəti, ölkənin macəranın sirri olan bir ölkə olduğunu bildirərək Qırğızıstanı dünyanın ən yaxşı beşinci macəra səyahət yeri olaraq təyin etdi. İssık-Kul və Tyan-Şan dağları nisbətən populyar turistik yerlərdir. == Mədəni tarixi == Qırğız mədəniyyəti Monqol ordularının dövründən qalma köçəri ənənələrə əsaslanır. Müasir qırğızlılar əsasən evlərdə və ya binalarda yaşasa da, yaz aylarında yerli insanların bir sürü qoyun, keçi, at və bəzən də yaklar ilə bir yurdda necə yaşadıqlarını müşahidə edə bilərsiniz. Hər ərazidə turistlərə xidmət göstərən bir neçə; daha görünən (və uzaq) olan bəziləri, Narin vilayətindəki, Narın şəhərindən kənarda "daş evi" olan Taş Rabat və İssık-Kul gölünün Karakol şəhəri yaxınlığında Yeddi-Oğuz bölgəsindəki Yeddi-Oğuz ("Yeddi Boğa") vadisində yurd düşərgələri var. == Ekoturizm == Hazırda Qırğızıstanda "ekoloji cəhətdən təmiz" turizmin inkişafı üçün bir sıra işlər görülür. İsveçrənin Helvetas mədəni inkişaf təşkilatı "Şepard həyatı" və "İcma əsalı Turizm" də daxil olmaqla bir neçə belə layihəyə sponsorluq etmişdir. Qırğızıstandakı bir çox turizm şirkəti "eko" nun ölkələrinə gələn bir çox turist üçün çox cəlbedici göründüyünü başa düşür, buna görə də "az təsirli" hadisələri təbliğ etmək üçün heç bir şey etməsələr də, bu sözləri təşkilatlarını izah etmək üçün istifadə edirlər.