Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Boytumelo Masilo
Boytumelo Masilo (5 avqust 1995) — Botsvananı 800 m məsafəyə qaçış yarışlarında təmsil edən və orta məsafələrə qaçan yüngül atlet. Boytumelo Masilo Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. O, 800 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur. Onun karyerası boyunca ən yaxşı nəticəsi 2016-cı ildə Kortriykdə əldə etdiyi 1:45.87 saniyəlik nəticəsidir.
Böyük Vasili
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Discovery Family
Discovery Family (əvvəllər - ing. Discovery Kids and Hub Network) — 1996-cı il 7 oktyabrda yayıma başlamış amerikan kabel və peyk televiziya kanalı. Kanal Discovery Communications və Hasbro şirkətlərinin birgə müəssisəsidir. Discovery Family kanalı iki auditoriya növünə malikdir: gündüz vaxtı uşaqlar üçün öz proqramlarının və əldə edilmiş televiziya proqramlarının nümayişi, axşam və gecə vaxtlarında isə ailənin baxması üçün köhnə televiziya komediyalarının, dram və bədii filmlərin təkrarı. Şirkətin prezidenti Henri Şliffdir (Henry Schleiff). Televiziya kanalının baş icraçı direktoru Fox Kids-in keçmiş direktoru Tom Kosqrouv (Tom Cosgrove) idi. Hub Network (2010 — 2014) televiziya kanalının prezidenti və icraçı direktoru televiziya veteranı olan Marqaret Leş (Margaret Loesch) idi. Kanalın tamaşaçı auditoriyası təxminən 60 milyon insanı əhatə edirdi. 13 oktyabr, 2014-cü ildə Hub Network televiziya kanalı Discovery Family kanalına çevrildi. 14 sentyabr, 2017-ci ildə Fransada fransız versiyası yayıma başladı.
Family Guy
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir. "Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman - Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.
Kauçi hasili
Kauçi hasili — riyaziyyatda a n {\displaystyle a_{n}} və b n {\displaystyle b_{n}} şəklində iki ardıcıllığın c n = ∑ k = 0 n a k b n − k {\displaystyle c_{n}=\sum _{k=0}^{n}a_{k}b_{n-k}} formasında ifadə edilən hasilidir. Düstur Auqustin Kauçi tərəfindən kəşf edilmişdir.
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Vasile Florea
Vasile Florea (25 oktyabr 1967) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vasile Florea Rumıniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Vasili Abayev
Vasili İvanoviç Abayev (oset. Абайты Васо; 2 (15) dekabr 1900, Kobi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 18 mart 2001[…] və ya 12 mart 2001, Moskva) — sovet və Rusiya filoloqu, dilçisi, iranşünası, diyarşünası. == Həyatı == Vasili İvanoviç Abayev 15 dekabr 1900-cü ildə indiki Gürcüstanın Kobi kəndində anadan olmuşdu.Sankt-Peterburq Universitetinin ictimai elmlər fakültəsini bitirmişdi. (1925). Vasili Abayev 12 mart 2001-ci ildə Moskva şəhərində vəfat edib. == Elmi fəaliyyəti == Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. == İstinadlar == == Xarici keçidlər == Абаев В. С. Общегуманитарные аспекты теоретического языкознания Статья в электронной энциклопедии «Кругосвет» V. İ. Abayev.
Vasili Abaşidze
Vasili (Vaso) Alekseyeviç Abaşidze (gürc. ვასილ (ვასო) ალექსის ძე აბაშიძე; 22 noyabr (4 dekabr) 1854, Duşeti, Rusiya imperiyası – 9 oktyabr 1926, Tiflis, SSRİ) — Gürcüstan aktyoru, Gürcüstan SSR xalq artisti (1922). O, milli aktyor sənətində realizm cərəyanının banilərindən biri hesab edilir. == Həyatı == 4 dekabr 1854-cü ildə Rusiya imperiyasında, indiki Gürcüstanın Duşeti şəhərində anadan olmuşdur. İbtidai təhsilini Tiflisdə almış, sonra Kutaisi Klassik Gimnaziyasını bitirmişdir. 1872–1877-ci illərdə Kutaisidə, 1877–1879-cu illərdə Şuşada müəllimlik etmişdir. Abaşidze 1874-cü ildə Kutaisidə Aleksandr Ostrovskinin “Gəlirli yer” pyesinin gürcü dilində ilk tamaşasında iştirak etmişdir. == İstinadlar == == Xarici keçidlər == Абашидзе, Василий Алексеевич — статья из Большой советской энциклопедии.
Vasili Adadurov
Vasili Vasilyeviç Adadurov (rus. Васи́лий Васи́льевич Ададу́ров; 1765 – 28 aprel 1845, Sankt-Peterburq) — Rusiya sərkərdəsi, general-mayor. Napoleon müharibələri dövründə yaşamışdır. == Həyatı == Vasili Vasilyeviç Adadurov 1765-ci ildə anadan olmuşdur. O, 1781-ci ildə leytenant rütbəsində Həyat Mühafizəçiləri Preobrajenski alayına daxil olmuşdur. Adadurov 1788-1790-cı illərdə Fin körfəzində avarçəkmə flotiliyasında olarkən isveçlilərlə müharibədə iştirak etmişdir. O, 6 aprel 1798-ci ildə Tiflis muşketyor alayının rəisi təyin edilərək İzmailovski alayının mühafizəçilərinin polkovnikindən general-mayor rütbəsinə yüksəlmişdir. Adadurov 5 oktyabr 1798-ci ildə "yeni vəzifəyə gəlməyi gecikdirdiyinə görə" işdən azad edilmişdir. Adadurov 1801-ci ilin martında hərbi xidmətə çağırılmışdır. O, 8 noyabr 1804-cü ildə Tobolsk muşketyor alayının rəisi təyin edilmişdir.
Vasili Adodurov
Vasili Yevdokimoviç Adodurov (rus. Васи́лий Евдоки́мович Адоду́ров; 15 (26) mart 1709, Veliki Novqorod – 5 (16) noyabr 1780, Moskva) — Rusiya riyaziyyatçı, filoloqu, rusşünası, Peterburq Elmlər Akademiyasının müəllimi, adyunktu (1733) və fəxri üzvü (1777), Moskva Universitetinin kuratoru. == Həyatı == Vasili Adodurov 15 mart 1709-cu ildə Rusiya imperiyasında, Novqorod şəhərində əsilzadə ailəsində anadan olmuşdur. O, 1723–1726-cı illərdə Moskva Akademiyasında (1775-ci ildən Slavyan-Yunan-Latın Akademiyasında), sonra Akademik Universitetdə (1731-ci ildən tərcüməçi) təhsil almışdır. Adodurov Qotlib Bayerin elmi əsərlərini alman dilindən tərcümə etmişdir (Gerhard Millerin redaktorluğu ilə nəşr edilmişdir); Leonard Eylerin rəhbərliyi altında riyaziyyatı öyrənmişdir. O, 1-dən hər hansı bir seçilmişə ardıcıl olaraq alınan natural ədədlərin kublarının cəminin bu eyni ədədlərin cəminin kvadratına tam bərabər olduğu bir teorem tərtib etmişdir [13 + 23 + 33 + ... = (1 + 2 + 3 + ...)2]. Adodurov 1731-ci ildə Erenreyx Veys­ma­nın alman-latın-rus lüğəti haqqında qısa bir esse tərtib etmişdir (rus dilində yazılmışdır; 1750-ci ildə M. Qröninq tərəfindən isveç dilində nəşr edilmişdir). O, 1733-cü ildən ali riyaziyyat kafedrasının adyunkturasıdır. Adodurov Eylerin əsərlərini tərcümə etmişdir (Arifmetika üçün qısa bələdçi, 1740; İnteqral hesablama haqqında diskurs, nəşr olunmamışdır).
Vasili Ajayev
Vasili Nikolayeviç Ajayev (rus. Васи́лий Никола́евич Ажа́ев; 30 yanvar (12 fevral) 1915, Moskva quberniyası[d] – 27 aprel 1968, Moskva, RSFSR, SSRİ) — SSRİ yazıçısı. O, "Moskvadan uzaqda" (1948; SSRİ Dövlət mükafatı, 1949) romanında İkinci Dünya müharibəsi illərində tayqada neft kəmərinin çəkilişində iştirak edən müharibə əsirlərinin zəhmətini azad insanların əmək şücaəti kimi təsvir etmişdir. 1930-cu illərin insanlarının, metro inşaatçılarının faciəli taleyindən bəhs edən "Vaqon" romanının (1955–1964, 1988-ci ildə çap olunub) müəllifidir. == Müfakatlar == I dərəcəli "Stalin" mükafatı (1949) – "Moskvadan uzaqda" romanına görə (1948). "Qırmızı əmək bayrağı" ordeni (1965). == Əsərləri == "Moskvadan uzaqda", 1948 "Sonsuz tarix", 1971 "Həyata ön söz", 1972 "Vaqon", 1988 ("Dostluq xalqları" jurnalı, 1988, № 6–8) == İstinadlar == == Əlavə ədəbiyyat == Lahusen Thomas. How Life Writes the Book: Real Socialism and Socialist Realism in Stalin’s Russia. Ithaca, New York; London: Cornell University Press, 1997.
Vasili Aksyonov
Vasili Pavloviç Aksyonov (rus. Васи́лий Па́влович Аксёнов; 20 avqust, 1932 – 6 iyul, 2009) — rus yazıçısı. == Həyatı == Vasili Aksyonov 1980-2004-cü ildə Amerikada mühacirətdə yaşamışdı. == Əsərləri == Vasili Aksyonovun “Moskva saqası” trilogiyası, “Yanıq”, “Krım adası” romanları, “Mərakeşdən portağallar”, “Mənim babam heykəldir” povestləri və sairə əsərləri var.
Vasili Aleksandri
Vasili Aleksandri (mold. Василе Александри, rum. Vasile Alecsandri; 21 iyul (2 avqust) 1821, Bakeu judetsi, Moldova knyazlığı – 22 avqust (3 sentyabr) 1890[…], Mirçeşti[d]) — Moldova və Rumıniya yazıçısı, publisist, folklor toplayıcısı. == Həyatı == Vasili Aleksandri 2 avqust 1821-ci ildə Moldova knyazlığında anadan olmuşdur. O, 1848-ci il inqilabında, həmçinin Moldaviya və Valaxiyanın birləşməsi uğrunda mübarizədə fəal iştirak etmişdir. "Yassı karnaval vaxtı", "Kiritsa əyalətdə" (1852) komediyalarında, "Müstəbid voyevoda" (1879), "Ovidi" və s. tarixi dramlarında və hekayələrində feodal-təhkimcilik quruluşu, istibdad, hakim siniflərin həyat tərzini tənqid edir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi dövründə yazdığı "Bizim döyüşçülərə pyes" silsiləsində xalqın istiqlaliyyət uğrunda mübarizəsini tərənnüm etmişdir. "Doynalar" (1843–1853), "İnci-cicəkləri" (1848–1863) şeir silsilələrinin, tarixi poemaların müəllifidir. Aleksdrinin yaradıcılığı moldav və rumın ədəbiyyatında tənqidi realizmin, ədəbi dilin inkişafına güclü təsir göstərmişdir.
Vasili Amaşukeli
Vasili Yakovleviç Amaşukeli (gürc. ვასილ ამაშუკელი; 14 mart 1886, Kutaisi – 1 dekabr 1977, Tbilisi, SSRİ) — SSRİ rejissoru, operator, Gürcüstan SSR-nin xalq artisti.(1974) == Həyatı == Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. İlk gürcü operatorudur. 1906-cı ildən Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə yaşamışdır. Əsasən sənədli filmlər çəkən Amaşukeli sonralar kinodan uzaq düşmüşdür. == Filmoqrafiya == Bakı bazarlarının tipləri (film, 1907) (qısametrajlı sənədli film) Daş-kömür daşınması (film, 1907) (qısametrajlı sənədli film) Dəniz kənarında gəzinti (film, 1907) (qısametrajlı sənədli film) Neft buruqlarında iş (film, 1907) (qısametrajlı sənədli film) Neftin çıxarılması (film, 1907) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Vasili Bakşeyev
Vasili Nikolayeviç Bakşeyev (rus. Васи́лий Никола́евич Бакше́ев) — sovet rəssamı. Peterburq Rəssamlıq Akademiyasının akademiki (1913). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947). SSRİ xalq rəssamı (1956). == Həyat və yaradıcılığı == Vasili Bakşeyev 24 dekabr 1862-ci ildə Moskvada anadan olmuşdur. 1877—1888-ci illərdə A.K.Savrasov, V.D.Polenov və başqalarından dərs almışdır. Realist rəssamlar Birliyinin (1927—1931) təşkilatçılarından olmuşdur. Erkən yaradıcılığı son peredvijnikçilik ənənələri ilə bağlı idi. ("Gündəlik həyat" 1892—1893, "Evə qayıtma" 1898; hər ikisi Tretyakov qalereyasındadır).
Vasili Barnov
Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi. == Həyatı == Vasili Koda (indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli)) kəndində, feodal ənənələrinin hakim olduğu zəngin keşiş ailəsində anadan olmuşdur. Tiflis və Moskvadakı ilahiyyat seminariyalarında təhsil almışdır. 1882-ci ildə vətəninə qayıdaraq Senaki, Telavi və Tiflisdə gürcü dili və ədəbiyyatından dərslər verir. Tbilisi İlahiyyat Seminariyasında ədəbiyyat müəllimi olaraq həm folklordan, həm də gürcü ədəbiyyatının öyrənilməsi üçün xüsusi dərslər verir. Xüsusilə bunun üçün "Gürcü ədəbiyyatı tarixinin dərsləri" dərsliyini yazır(1919). Bu dərslik ilə məktəbli gürcü gəncləri milli folklor nümunələri ilə tanış olurlar və doğma ədəbiyyat tarixinə yiyələnirlər. Vasili Barnov Tiflis kursant məktəbində gürcü ədəbiyyatı kursundan dərs demişdir. O, həmçinin jurnalistika ilə məşğul idi, gürcü folklorunu öyrənirdi. == Yaradıcılığı == Vasili Barnov gürcü ədəbiyyatında tarixi roman janrını canlandırır.
Vasili Bartold
Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri. == Həyatı == Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır. Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır. Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir. 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur. Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
Vasili Barvinski
Vasili Barvinski – (20 fevral 1888, Ternopıl, Sisleytaniya – 9 iyun 1963, Lvov) Ukraynalı bəstəkar, pianoçu, musiqişünas və müəllimdir. Barvinski dünya səviyyəsində tanınan ilk Ukrayna bəstəkarlarından biri idi. Əsərləri yalnız Sovet İttifaqında deyil, Vyana, Leypsiq, Nyu-York və Yaponiyada da yayımlanıb. == Həyatı == Vasili Barvinski (ukr. Василь Олександрович Барвінський) 1888-ci il 20 fevralda Ukraynanın Ternopol şəhərində doğulub. Atası Aleksandr Barvinski tanınmış pedaqoq, siyasətçi və ictimai xadim idi. 1917-ci ildə Avstriya yuxarı palatasına üzv seçildi. Anası isə müğənni və pianoçu idi. Vasilinin ilk musiqi müəllimi elə anası olub. === Təhsili === Peşəkar musiqi təhsilinə Lvov konservatoriyasında başlayıb.
Vasili Boqoroditski
Vasili Alekseyeviç Boqoroditski (7 (19) aprel 1857, Yoşkar-Ola, Kazan quberniyası – 23 dekabr 1941, Kazan) SSRİ Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Paris Dilçilik Cəmiyyətinin üzvü, Kazan Dilçilik Məktəbinin yaradıcılarından biri. Eksperimental fonetika, dialektologiya, slavyanşünaslıq, türkologiya üzrə ümumi dilçi tədqiqatçı. == Bioqrafiya == 1857-ci ildə Rusiya İmperiyası, Kazan quberniyasının Yoşkar-Ola şəhərində keşiş ailəsində anadan olmuşdur. 1868-ci ildən Kazan Gimnaziyasında, daha sonra (1876–1880-ci illərdə) Kazan Universitetinin tarix-filologiya fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Kazan Tatar Müəllimlər Seminariyasında və Kazan Universitetində dərs demişdir. 1884-cü ildə "Ortaq rus dilində səssiz saitlər", 1888-ci ildə — "Rus qrammatikasının gedişi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Müqayisəli dilçilik, Hind-Avropa dillərinin müqayisəli qrammatikası (1884-cü ildə), Sanskrit və müqayisəli qrammatika (1886-cı ildən) şöbələrində xüsusi köməkçi professor vəzifəsində çalışmışdır. 1884-cü ildə dünyanın ilk təcrübi fonetika laboratoriyasını təsis etmişdir. 1917-ci il Oktyabr inqilabından sonra Vasili Boqoroditski Kazan Şərq Pedaqoji İnstitutunda dərs demişdir. Rus, tatar və digər dillərin (Boqoroditski dünyada ilk olaraq öyrənməyə başlamış şəxslərdən biridir) eksperimental fonetikasında aparılan tədqiqatlarla yanaşı, "Rus qrammatikasının ümumi kursu" (1904), "Ümumi mühazirələr" dərsliklərinə də sahibdir.
Vasili Buturlin
Vasili Vasilyeviç Buturlin (bilinmir, Çar Rusiyası – 1656 və ya dekabr 1655, Kiyev) — zadəgan (boyar) Böyük Moskva knyazlığının hərbi lider və diplomatı idi. 1654-cü ildə Pereyaslavda Boqdan Xmelnitski ilə aparılan danışıqlarda Moskva elçisi olaraq daha yaxşı tanınmışdır. Növbəti il Buturlin Stanislav Revera Potoçkiyə qarşı Moskva ekspedisiya qüvvələrini uğurla idarə etmiş və Boqdan Xmelnitskinin kazak ordusuna kömək etmişdir. Elə həmin ilin dekabrında Buturlin çar hökuməti tərəfindən geri çağrıldı və Moskvaya qayıdarkən yolda öldü.
Ərsilə
Ərsilə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kəndi Ərus kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərsilə kənd Soveti yaradılmışdır. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim keçmışdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş ərus adlı icmanın adından və talış dilində kiçiltmə bildirən lə şəkilçisindən ibarətdir. S.Kazımbəy 1869-cu ildə qələmə aldığı "Cəvahirnameyi-Lənkəran" əsərində bu kəndin adını Ərsidə şəklində qeyd edir və kənd ərazisindəki məşhur ocaq haqqında geniş məlumat verir. Müəllif Ərsidədəki məşhur "Babül-Dərdə" ocağının dövlət başçıları tərəfindən "Uçtıq-Sufidəşt" adlandırıldığını qeyd edir. Çox güman ki, uçtıq sözü burada üç tuğ (üç bayraq) mənasındadır. Vaxtilə həmin ocaqda saxlanılan və dini mərasimlərdə - məhərrəm ayında gəzdirilən "üç ələm"ə işarədir. Ərsilə toponiminin ikinci komponentindəki –lə topoformantının talış dilindəki –lə kiçiltmə şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Toponimin tərkibindəki –lə şəkilçi deyil, "dağ" mənasında işlənən monqol dilindəki "ula" sözüdür. XIX əsrin II yarısında bu leksem -idə/-də şəklində göstərilmişdir.
Xaşıl
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.
Asılay (Uçalı)
Asılay (başq. Аһылай, rus. Аслаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 100 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.