ƏSİL

is. [ ər. ]
1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür.
// Mahiyyət, kök. İşin əsli budur.
2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib. Əsil adam. – Əsil al, çirkin olsun; Bədəsil gözəl alma. ( Ata. sözü ).
Övlad nəcib, əsil (z.) çıxsa; Xoşbəxt olar həm atalar. N.Rəfibəyli.

3. Mənbə, çıxış, başlanğıc. Bu işin əsli 20 il qabaqdan hesab edilməlidir
// məc. Həqiqət, gerçəklik, doğruluq. Bu xəbərin əsli yoxdur. – [Müəllim:] Sizin barənizdə yeni bir söz eşitmişəm.
Amma bilmirəm, əsli var, ya yox. Ə.Vəliyev.

4. Surət, yaxud tərcümə olmayan, ilk halında olan yazı; orijinal. Surəti əslinə uyğundur. Məqalənin əsli. Məktubun əsli.
// Sif. mənasında.
Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. M.S.Ordubadi.

5. sif. Həqiqi, doğru, düzgün. Əsil adın nədir? Əsil gözəl buna deyərlər. Əsil mərəkə başlandı.
□ Əslinə baxsan (baxdıqda, qalanda) – əslində, həqiqətdə, həqiqətə gəldikdə. Əslinə baxsan, günah ondadır.
// Həqiqətən, nə cür lazımsa, o cür, bir şeyin ən yaxşı nümunəsini, idealını təmsil edən, həqiqi. Əsil sənətkar. Əsil insan.
Əsil şair.[Nadir bəy:] Lakin yenə təkrar edirəm, məncə; Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid.

// Başlıca, əsas, ən mühüm. Əsil məsələ budur. Əsil mətləbə keç. Onun əsil sənəti müəllimlikdir.
– Tahir nə qədər fikirləşirdisə də, əsil mətləbini demək üçün münasib bir ifadə tapa bilmirdi. M.Hüseyn.

// Həqiqətən, gerçəkdən. Əsil iş görən kənarda qalıb.
6. Nəsil, soy, nəsəb, mənşə.
Əslin qarabağlıdır; Sinəm çarpaz dağlıdır; Nə gedən var, nə gələn; Deyən, yollar bağlıdır? (Bayatı).
Mən də öyrəndim ki, [qızın] əsli mərdəkanlıdır. S.Hüseyn.
Bir gün dedim: – Gözəlim; Sənin əslin haralı? Ə.Cavad.

7. sif. Ən birinci, ən köhnə, ilk. Onun əsil vətəni Qarabağdır. Əsil yurduna dönmək.
8. sif. Xalis, saf, təmiz, qatışıqsız. Əsil kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal parça.
– Xonçada olar … üç pud qənd, bir pud şirni və bir ədəd əsil tirmə şal. R.Əfəndiyev.

9. Məhz, həmin, lap.
[Qasım:] Əsil bu paltarda oynamaq lazımdır. S.Rəhman.

10. Əslində şəklində – 1) kökündə, bünövrəsində;
2) ibtidada, başlanğıcda, lap əvvəlində. Əslində o, dərzi olmuşdur. Əslində o, xanəndə idi;
3) həqiqətdə, əslinə baxılarsa. Əslində o da bu fikirdə idi.
– Əslində anası onlara çox az-az görünər. S.Rüstəm.
Əslində isə rəisin hirsi soyumadı. Mir Cəlal.

Синонимы

  • ƏSİL 1. ƏSİL Əsil al, çirkin olsun; Bədəsil gözəl alma (Ata. sözü); ƏSİLLİ Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli (“Koroğlu”); NƏCABƏTLİ [Leyli:]
  • ƏSİL nəsil — soy — nəsəb — mənşə
  • ƏSİL əsilli — nəcabətli — nəsilli

Антонимы

  • ƏSİL ƏSİL – YALANÇI Lakin yenə təkrar edirəm, məncə, əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir (H

Этимология

  • ƏSİL Əsil-nəsil deyirik. Sinonimlər birləşməsidir. “Soy-kök” deməkdir. Əsl sözü isə ərəb mənşəlidir. Üsul sözü ilə eyni kökə malikdir
ƏSHABƏ
ƏSİL-NƏSƏB
OBASTAN VİKİ
Yəhudi əsilli dövlət başçıları
Yəhudi dövlət və hökumət başçıları — dünya tarixində yəhudi olan və ya yəhudi köklərə sahib olan dövlət və hökumət başçılarının siyahısı.
Əsildar bəy Ağabababəyov-Muğanlinski
Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir.

Значение слова в других словарях

гипотерми́ческий доглода́ть издыря́вливаться поверте́ть помеча́ть предме́стье роже́чник саморегистри́рующий стри́нгер анака́рдиевые всколы́хиваться вы́писаться древогры́зы напа́лывать почти́ть гвоздика меч чича philumenist ratafee Tibbie trumpet бумажник раскрутиться сейсмологический