Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizamdin Ependi
Nizamdin Ependi (23 aprel 1991) Çin Birinci Liqasında "Heylonqcan Buz Şəhəri FK" komandasında oynayan Uyğur — Çinli futbolçudur. Nizamdin Sincan Universitetinin hüquq fakültəsinin məzunudur. Çin Birinci Liqasında "Ney Monqol Conqyu FK" ilə bi rsınaqda müsbət təsir bağışladıqdan sonra 2016-cı ildə 25 yaşında ilk peşəkar müqaviləsini imzaladı. 12 mart 2017-ci ildə "Qingdao Conon FK"-ya qarşı səfərdə 1–0 məğlubiyyət zamanı böyük debüt etdi. İlk böyük qolunu 12 mart 2016-cı ildə 2016 Çin FA Kubokunun ikinci turunda üçüncü dərəcəli klub olan "Meiksian Teçand" üzərində səfərdə 1–0 qalibiyyətdə vurdu. Nizamdin ilk liqa qolunu 25 iyun 2016-cı ildə "Şenjen FK"-ya qarşı 3: 0 hesablı qalibiyyətdə vurdu. Nizamdin "Ney Monqol Conqyu FK"-da iki mövsüm oynadı və 59 oyunda dörd qol vurdu. Nizamdin 28 fevral 2018-ci il tarixində Çin Super Liqasına yeni gələn "Pekin Renhe FK"-ya transfer olundu. 10 mart 2018-ci ildə klubun ilk oyununu "Tiancin Kuancian FK"-ya qarşı 2–1 hesablı qələbə ilə etdi və 84-cü dəqiqədə Cao Yonqcinqin əvəzinə oyuna daxil oldu. 31 December 2020 tarixində yenilənib.
Satyrus effendi
Satyrus effendi — Nymphalidae fəsiləsinə aid kəpənək növü.. Növ əsasən Zəngəzur dağlarının 2500–3000 metr ərazilərində rast gəlinir. Naxçıvan (Azərbaycan) və Ermənistan ərazilərində müşahidə edilir. İyulun ortalarından avqustun ortalarına qədər uçuşurlar.
Əfəndi
Əfəndi (fars. آفندی‎ ərəb. أفندي‎ türk. efendi, qaz. әпенді, başq. әфәнде, efendi, tatar. әфәнде, әfәnde — ağa, hökmdar, müasir yunancadan αφέντης - hökmdar, rəis) — XV-XX əsrlərdə Osmanlı İmperiyasında və bəzi başqa Şərq ölkələrində titul və zabit rütbəsi. Əvvəlcə sultana qədər zadəganlara nəzakətli müraciət kimi də “əfəndi” forması işlədilmiş və bu mənada “çələbi” ifadəsini əvəz etmişdir. XIX əsrdən etibarən sultan ailəsinin üzvlərinə, ruhani rəhbərlərə və məmurlara əfəndi kimi müraciət edilir - "əfəndi" titulu onların adlarından dərhal sonra istifadə edilirdi (məsələn, Ənvər əfəndi). “Əfəndi” forması qadınlara – “xanım-əfəndi”, kişilərə – “bəy-əfəndi” kimi, habelə bəzən əcnəbilərə və qeyri-müsəlmanlara müraciət edərkən də işlənirdi.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay — təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. == Həyatı == Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Elçin Əfəndi
Elçin Fərahim oğlu Əfəndi (d. 1985) — Aktyor. == Həyatı == Elçin Əfəndi 16 iyun 1985-ci ildə dünyaya gəlib. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Teatr aktyorluq fakültəsini bitirmişdir. == Mükafatları == 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Emin Əfəndi
Emin Əfəndi (15 noyabr 1978, Bakı) — azərbaycanlı prodüser və televiziya aparıcısı. Ölkənin ilk rep qrupu Dəyirmanın yaradıcısı və prodüseri, müxtəlif dövrdə isə "H.O.S.T." qrupunun prodüseri olub. Hazırda isə Azərbaycan Respublikasının Xalq Artisti Miri Yusifin prodüseridir. == Həyatı == Emin Əfəndi 15 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq, gənclik illəri Bakının “Vasmoy” adlanan “8 KM” qəsəbəsində keçib. 1996-cı ildə Nizami Rayonunda yerləşən 210 nömrəli məktəbi bitirib. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil olub. == Karyerası == Peşəkar karyerasına ilk dəfə ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan De Gəlsin" meyxana verilişinin aparıcısı olub. Daha sonra Space TV-də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub.
Harun Əfəndi
Harun Osman Osmanoğlu (22 yanvar 1932, Dəməşq) — Osmanlı sülaləsinin on birinci rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Harun Əfəndi 1932-ci ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Harun atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, doğumundan dərhal sonra atası siyasi mübarizəylə bağlı Hindistana səfərə çıxmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Fərzad xanımla evləndi və bu evlilikdən 3 övladı dünyaya gəldi. Orxan Osmanoğlu (d. 25 avqust 1963, Dəməşq) — 22 dekabr 1985-ci ildə Nuran Yıldızla evləndi və 4 övladı oldu.
Həmid Əfəndi
Hacı oğlu Həmid Əfəndi — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi. == Həyatı == Həmid Əfəndi Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyədə dini ali təhsil almışdır. Aslanbəyli məscidi Həmid Əfəndinin təşəbbüsü ilə tikilmişdir. == Ailəsi == Ana tərəfdən Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Molla Seyidin qızlarından Pərinin oğludur. Ata tərəfdən Aslanbəyli kəndinin Xəlil evləri soyundandır. Güləndam adlı türk qızı ilə evlənmişdir. == Mənbə == Fikrət Seyidov.
Mehriban Əfəndi
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Məhəmməd Əfəndi
Məhəmməd Əfəndi — İlahiyyat alimi, təsərrüfatçı. Azərbaycanın təsəvvüf alimi Hacı Mahmud Əfəndinin oğludur. Məhəmməd Əfəndi Qaranilər soyunun Seyidovlar nəslindəndir. Azəri türk əsilli Məhəmməd Əfəndi 1871 ci ildə Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyəyə Oktyabr inqilabından xeyli əvvəl yüksək tipli türk İlahiyyat məktəbində təhsil almaq üçün getmişdir. Orada oxumuş və təhsilini tamamladıqdan sonra Türkiyənin Amasya şəhərində qalmışdır və ilahiyyat elmi ilə məşğul olmuşdur. Amasya şəhərində vəfat etmişdir. Məhəmməd Əfəndi İlahiyyat elmi üzrə Türkiyənin ən məşhur alimlərindən olmuşdur. Çox savadlı və tədbirli bir alim olmuşdur. Türkiyəyə gedərkən dərhal Amasyadan çoxlu torpaq sahəsi alır.
Rəna Əfəndi
Rəna Əffəndi (26 aprel 1977, Bakı) — azərbaycanlı fotoqraf, quruluşçu rəssam. Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib.
Samirə Əfəndi
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Veys Əfəndi
Vəliüddin Əfəndi
Vəliüddin Əfəndi (1684, Konstantinopol – 25 oktyabr 1768, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. 1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır. Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından Qahirə və Mədinə qazısı olaraq xidmət göstərdi. Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi.
Yəhya Əfəndi
Beşiktaşlı Yəhya Əfəndi (d. 1495 - ö. 1571) — Osmanlı müdərrisi, şairi və din xadimi. Riyaziyyat, həndəsə, fəlsəfə, astronomiya və tibb elmindən anlayan Yəhya Əfəndinin bir digər qabiliyyəti isə zərgərlik olmuşdur. Yəhya Əfəndi 1495-ci ildə Trabzonda dünyaya gəlmişdir. Atası Şami Ömər Əfəndi, anası isə Afifə Xatundur. Bəzi mənbələrdə atasının Amasiyalı olduğu qeyd olunur. Ömər Əfəndinin Trabzon qazısı olduğu illərdə II Bəyazidin oğlu Şahzadə Səlim burada sancaqbəyi idi. Bu illərdə şahzadə ilə münasibətləri olduqca yaxşı olmuş, Yəhya Əfəndi dünyaya gəldikdən bir neçə gün sonra Şahzadə Səlimin oğlu Şahzadə Süleyman da dünyaya gəlmişdir. Bu hadisə ilə bu iki ailə daha da yaxınlaşdı.
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əfəndi (Göyçə)
Əfəndi — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Göyçə gölünün şimal-şərq sahilində yerləşir. Kəndin başqa adı erməni mənbəyində Rəhmankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur. 1930 - cu illərdə Kəvər (Kamo) rayonunun tərkibində olmuşdur. Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir. Kəndin adı Erm.
Əhməd əfəndi
Əhməd əfəndi — məşhur xınalıqlılardan biri. Fitri istedada malik Əhməd əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində — Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqaz) yaşayıb fəaliyyət göstərmişdir. Hal-hazırda Xınalıq kəndində Əhməd əfəndinin türbəsi vardır.
Əbdülməcid Əfəndi
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osman. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
Əbussuud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.
Əfəndi (Pəmbək)
Əfəndi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 5–7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur. Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur.
Əfəndi (dəqiqləşdirmə)
Əfəndi (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Əfəndi (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.
Əfəndi Kapiyev
Əfəndi Mansuroviç Kapiyev (13 mart 1909, Dağıstan vilayəti, Qumuq kəndi- 27 yanvar 1944, Pyatiqorsk) — Əsərlərini rus, lak və qumuq dillərində yazan Dağıstan sovet nəsr yazarı, ədəbiyyatşünas, publisist, şair, tərcüməçi. Əslən lak olan Əfəndi Kapiyev Dağıstanın Qumuq kəndində sənətkar, oymaçı və zərgər ailəsində anadan olmuşdur. Uşaqlığı Stavropol diyarında keçir, atasının yanında çalışaraq, burada rus dilini də öyrənir, Puşkin və Koltsovun şeirləri ilə tanış olur. 1919-cu ildə Kapiyevlər ailəsi Dağıstana qayıdır və Teymur-Xan-Şurada (1922-ci ildən-Buynaksk) məskunlaşırlar və daha sonra dağlı uşaqları üçün təyin edilmiş internat məktəbinə təyin edilmiş Buynaksk Pedaqoji Məktəbində təhsil alır. O, qumuq dilini mükəmməl bilirdi. 1928-ci ildən Buynaksk Pedaqoji Texnikumunu bitirdikdən sonra Aksay yeddi illik məktəbində rus dilindən dərs deməyə başlayır. 1929-cu ilin aprelində kəndin sakinlərindən biri - keçmiş çar zabiti Buday Xanla əlaqə saxlamaqda şübhəli bilinərək həbs edilir. 1930-cu ildə Komsomol kuponu ilə Leninqrad Maşınqayırma İnstitutunda (Leninqrad Politexnik İnstitutunun filial universiteti) təhsil alır, lakin xəstəlik səbəbindən təhsilini yarımçıq qoyaraq Dağıstana qayıdır. Qumuq "Tovariş" qəzetinin redaksiyasında çalışır (qumuqca-Eldaş), daha sonra "Dağıstanın inşası" və "Kommunist təhsili üçün" jurnallarının məsul katibi olur. 1932-ci ilin əvvəlində Dağıstan Proletar Yazıçılar Birliyinin məsul katibi işləyir.
Əfəndi Səfərov
Əfəndi Cahangir oğlu Səfərov (1 yanvar 1996; Qaxbaş, Qax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Əfəndi Səfərov 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qax rayon Qaxbaş kənd 2 saylı tam orta məktəbdə orta təhsilə başlamışdır. 2007-ci ildən təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra bir müddət mühafizəçi olmuşdur. Əfəndi Səfərov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əfəndi Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əfəndi Səfərov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əfəndi İsmiyev
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 366 nəfərdir. Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Efesli Heraklit
Efeslí Heraklít (q.yun. Ἡράκλειτος ὁ Ἐφέσιος; təq. e.ə. 535, Efes, Qədim Yunanıstan – təq. e. ə. 470-ci illər, Efes, Qədim Yunanıstan) — qədim yunan filosofu. Onun həyatı haqqında bilgilər çox azdır. O çağdaş Türkiyənin ərazisində yerləşən Efesdən idi. Dərin fikirliyinə görə və ifadəsinin sirrliliyinə görə Qaranlıq təxəllüsü almışdır.
Ennedi (region)
Ennedi — Çadın inzibati bölgüsünə daxil olan keçmiş region. 2008-ci ildə, keçmiş Borku-Ennedi-Tibesti regionuna daxil olan Ennedi-İst və Ennedi-Ust departamentlərinin birləşdirilməsi ilə yaradılmışdı. Regionun paytaxtı Fada idi. Ennedi regionu 2012-ci ildə iki yeni regiona: Şərqi Ennedi və Qərbi Ennediyə ayrılmışdır. 2009-cu il siyahıyaalınmasına görə regionun əhalisinin sayı 45,20 faizini qadınlar təşkil etməklə 173 606 nəfər təşkil etmişdir. == Coğrafiya == Ölkədəki yeganə əhəmiyyətli çaylar Çad gölünə axan Şari və Loqondur. Regiona illik 250–500 millimetr (9.8–19.7 düym) yağıntı düşür və Savanna meşə zolağına malikdir. Ərazidə geniş çəmənlik var və əsasən otlaqlarla örtülmüşdür. 1970-1980-ci illərin quraqlığı regiona güclü təsir etdi və mal-qara sürülərinin sayı azaldı. Regionun ən şimal bölgəsində seyrək rütubətli iqlim və səhra bitkiləri mövcuddur.
Ennedi platosu
Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur. Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var.
Çətir brendi
Çətir brendi (ing. umbrella brand) — bir brend altında bir neçə mal qrupunun və ya məhsul kateqoriyasının eyni anda buraxılmasından ibarət olan brend genişləndirmə strategiyası növü, malların adında istehsalçı şirkətin adı üstünlük təşkil edir və şirkətin məhsullarının reklamında onun loqosu göstərilir. Çətir brendindən istifadənin əsas üstünlüyü yeni məhsulu tanıtmağa başlamağın aşağı qiymətidir, ikincidə isə üstünlük sadələşdirilmiş paylamadır. Bəzi şirkətlər çətir markası altında satış strukturunda əsas olmayan məhsullar istehsal edirlər. Bu, əsas markanın əlavə dəstəyi üçün edilir (məsələn, pivə markası altında kraker istehsal etmək mümkündür). Digər tərəfdən, fərqli məhsullar bir çətir brendi altında birləşdirildikdə, istehlakçının məhsulun tanınması azalır və məhsula sədaqət azalır ("brend bulanıqlığı" baş verir). Bundan əlavə, istehlakçıda bir məhsul haqqında mənfi təsəvvür yaranarsa, bütün brendə olan inam itər. Bəzən çətir brendi bir növ məhsulun digərinin adı altında reklam edilməsi üçün istifadə olunur (məsələn, mineral suyun reklamı adı altında araq reklamı. Qablaşdırmanın vahid dizaynı (belə hallarda əsas element loqo və addır) sizə imkan verir buraxılan kiçik mineral su partiyaları haqqında reklam çarxları çəkməklə araq satışını artırmaq).