Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ehtikar
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz." Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Ehtiras
Ehtiras — (yunanca πάσχω (paşo) "əziyyət çəkmək, hərəkət etmək" və son latınca (əsasən xristian[2]) passio "ehtiras; əzab çəkmək" (latınca pati "əziyyət çəkmək"; iştirakçı: passus)), bu müəyyən bir şəxsə və ya əşyaya qarşı güclü və davamlı və ya çətin idarə olunan hiss və ya meyli göstərmək üçün istifadə edilən termin. qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir. Ehtiras, sözün mənası kimi; bir fikir, təklif və ya səbəb üçün həvəsli maraq və ya heyranlıqdan; maraq və ya fəaliyyətdən həvəslə həzz almaq; Bu, bir insana qarşı güclü cazibə, həyəcan və ya emosiyadan tutmuş dəyişə bilər. Çox vaxt sevgi hissini müşayiət etsə də, tək başına güclü bir hiss də ola bilər. Çox vaxt insanın şüurlu nəzarətindən kənarda qalan duyğu və düşüncələrə dərin bağlılıq var. Əslində TDK Lüğətində "iradə və mühakimələri aşan güclü həvəs və ehtiras" olaraq təyin edilmişdir.
İntizar
İntizar — həsrət içərisində, səbirsizliklə birini ya da birilərini gözləmə mənasına gələn söz. Həmçinin bu mənalara da gələ bilər: İntizar (müğənni) — Türkiyə müğənnisi "İntizar" — Azərbaycan müğənnisi Elmira Rəhimovanın mahnısı "İntizar" — Türkiyə müğənnisi Nilufərin Sensiz Olmaz adlı albomunda yer alan bir parça.
Ehtiyac
Ehtiyac — konkret situasiyadakı amillərdən asılı olaraq özünü göstərən bir şeyin psixoloji və ya funksional çatışmazlığının daxili vəziyyəti. Bitkilərin həyati ehtiyacları minimaldır: əksər hallarda həyat fəaliyyəti və gövdələrinin qurulması üçün işıq, su və mineral substrat lazımdır. Heyvanların ehtiyacları daha mürəkkəbdir. Bununla belə, əksər hallarda heyvan ehtiyaclarının bioloji əsasını canlı maddənin əsas instinktlərinə — qidalanma, yuxu, çoxalma, qorxu (yaxud onun yoxluğunda onu əvəz edən digər hisslər) azaltmaq olar. İnsan ehtiyacları isə, ehtiyacın ən qeyri-müəyyən kateqoriyasını təmsil edir və heyvanlar üçün ümumi olan birinci siqnal sisteminə əlavə olaraq, ikinci siqnal sistemi — düşüncə və nitq ilə təmsil olunan mürəkkəb psixi təşkilatın olması ilə müəyyən edilir. Ehtiyaclar emosional rəngli arzular, ehtiraslar və istəklər şəklində, onların ödənilməsi isə qiymətləndirici duyğular şəklində özünü göstərir. Ehtiyaclar şəxs tərəfindən onu fəaliyyətə sövq edən motivlərdə aşkar edilir. Ehtiyacların tərbiyəsi şəxsiyyətin formalaşmasının əsas vəzifələrindən biridir. Ehtiyaclara parlaq nümunə susuzluqdur — heyvanın bədənində maye tükəndikdə və ya qanda mineral və üzvi maddələrin normal konsentrasiyası həddi aşdıqda meydana gələn kəskin suya ehtiyac hissi. Bu hissin fizioloji mexanizmi artan ümumi və osmotik təzyiqin təsiri, natrium ionlarının konsentrasiyasının dəyişməsi, beyindəki içmə mərkəzinin həyəcanlanması, bədəndə suyun tutulmasının neyrohumoral reaksiyalarına səbəb olması və su axtarışıdır .
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Ehtiram Heydərov
Ehtiram Şahin oğlu Heydərov (5 mart 2000; Uzunoba, Xaçmaz, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ehtiram Heydərov 2000-ci il martın 5-də Xaçmaz rayonu Uzunoba kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 4 oktyabr Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Hüseynov
Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017). Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib. 1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib. 2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.
Ehtiram Məmmədov
Ehtiram Mehman oğlu Məmmədov (13 oktyabr 1995; Muzdurlar, Goranboy, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ehtiram Məmmədov 13 oktyabr 1995-ci ildə Goranboy rayonu Muzdurlar kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 3 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Əhmədov
Ehtiram Teyyub oğlu Əhmədov (26 mart 2001, Yeni Suvagil, Zaqatala rayonu – 9 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ehtiram Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ehtiram Əhmədov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda komada olub. Noyabrın 9-da şəhid olub.
Ehtiram Əliyev
Əliyev Ehtiram İsrayıl oğlu (1 avqust 1972, Ucar) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü. Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997–1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır və Bakı şəhərində yaşayır.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Estiyar (Təbriz)
Estiyar (fars. استيار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət, həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
İntizar (opera)
İntizar - bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. İlk dəfə 2007-ci ildə səhnəyə qoyulub. İlk tamaşa üzərində rejissor Cənnət Səlimova, dirijor Cavanşir Cəfərov və digər yaradıcı heyət çalışıb . 2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində əsər yeni quruluşda təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər. Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
Ehtiras hissi
Ehtiras — (yunanca πάσχω (paşo) "əziyyət çəkmək, hərəkət etmək" və son latınca (əsasən xristian[2]) passio "ehtiras; əzab çəkmək" (latınca pati "əziyyət çəkmək"; iştirakçı: passus)), bu müəyyən bir şəxsə və ya əşyaya qarşı güclü və davamlı və ya çətin idarə olunan hiss və ya meyli göstərmək üçün istifadə edilən termin. qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir. Ehtiras, sözün mənası kimi; bir fikir, təklif və ya səbəb üçün həvəsli maraq və ya heyranlıqdan; maraq və ya fəaliyyətdən həvəslə həzz almaq; Bu, bir insana qarşı güclü cazibə, həyəcan və ya emosiyadan tutmuş dəyişə bilər. Çox vaxt sevgi hissini müşayiət etsə də, tək başına güclü bir hiss də ola bilər. Çox vaxt insanın şüurlu nəzarətindən kənarda qalan duyğu və düşüncələrə dərin bağlılıq var. Əslində TDK Lüğətində "iradə və mühakimələri aşan güclü həvəs və ehtiras" olaraq təyin edilmişdir.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
İntizar (müğənni)
İntizar (1974, Tuncəli) — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. 2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir.
Etibar Cəfərov
Etibar Teyyub oğlu Cəfərov (4 aprel 1983, Morul, Şamxor rayonu – 23 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı. Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Əxtitar (Bükan)
Əxtitar (fars. اختتر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (54 ailə).