Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əlinağı Vəziri
Polkovnik Əlinağı Vəziri-(1887, Tehran, İran - 9 Sentyabr 1979) Tarzən, bəstəkar, musiqişünas və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əminağa Sadıqov
Əminağa Sadıqov (18 dekabr 1962, Lerik) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini. Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.
Əliağa Aslan
Əliağa Aslan — Şair. Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir. Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir. Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Əliağa Ağayev
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954). Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır.
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əliağa Cəfərov
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əliağa Hüseynov
Əliağa Hüseynov (tam adı: Əliağa İzzət oğlu Hüseynov; 16 dekabr 1946, Salyan, Salyan rayonu) — azərbaycanlı hərbçi, ictimai-siyasi xadim, ehtiyyatda olan general-leytenant; Azərbaycan Respublikasının Hərbi Komissarı (1998–2009); Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2009–2010); Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı (2010–2020). Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirmişdir. 1970–1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus İdarəsində çalışmışdır. 1972-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1972–1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976–1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini, 1978–1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983–1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı, 1988–1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləmişdir. 1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə General-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir.
Əliağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri. Ə. Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə. Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S. Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə. Həsənov olmuşdu.
Əliağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur. Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur.
Əliağa Məmmədov
Əliağa Quliyev
Əliağa Eyvaz oğlu Quliyev (9 may 1917, Bakı – 11 yanvar 1998, Bakı) — Azərbaycanın xalq artisti, tarzən. Əliağa Quliyev 1917-ci il may ayının 9-da Xəzərin sahilində, Bakı şəhərində dünyaya göz açmışdır. Quliyevlər ailəsi əslən Şamaxının Sarıtorpaq məhəlləsindən idi. 1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilir. 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı. 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı. 1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur, lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır. Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən — 1941-ci ildən başlamışdı. Hələ Belarusun Qomel vilayətinin Çausı şəhərində qatıldığı döyüşlərdən hünər, qeyrət sahibi olduğu özünü büruzə vermişdi. O, cəmi bir neçə ay ərzində rabitəçi peşəsinə yiyələnmişdi, halbuki başqaları buna bir ilə ancaq nail ola bilirdilər.
Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Əliağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?] Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Əliağa Yasinzadə
Əliağa Hacı oğlu Yasinzadə (1933, Quba rayonu – 2005) — Azərbaycan yazıçısı, publisist, tərcüməçi 1933-cü ildə Quba rayonunun Qarxun kəndində anadan olmuşdur. İbtidai məktəbi Xaçmaz rayonundakı Ağarəhimoba kəndində, yeddiillik məktəbi Əbilyataq kəndində tərifnamə ilə bitirib, (1953) Bakı statistika texnikumuna daxil olmuş, bir neçə aydan sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Yeddiillik məktəbdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində kiçik həcmli məqalələrlə çıxış etmişdir. Əsgəri xidmət dövründə isə "Qvardeyets" və "Vo slavu Rodinı" hərbi qəzetlərinin xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Ordudan tərxis edildikdən sonra 1956–1959-cu illərdə texnikumda təhsilini davam etdirmiş, 1962–1968-ci illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Elmi Tədqiqatlar Mərkəzinin zabiti olmuşdur. Həyatının müxtəlif dövrlərində bir sıra mətbu orqanlarda çalışmış, tez-tez ədəbi-bədii və publisistik yazılarla çıxış etmişdir. 20-dək kitabın, çoxsaylı məqalələrin müəllifidir. "General Həzi Aslanov" mükafatı "Qızıl qələm" mükafatı Yollar, B. Azərnəşr, 1966, 86 səh, 6.000 nüs. Kuban çiçəkləri, B. Gənclik, 1974, 96 səh, 15.000 nüs.
Əliağa Şıxlinski
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı. Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Tanrısı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub. O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur. O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi.
Əliağa Əmirov
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Mirzə Əlinağı Gərmərudi
Mirzə Əlinağı Mirzə Məhəmmədrza oğlu Gərmərudi (?-?) — şair, xəttat. Mirzə Əlinağı Mirzə Məhəmmədrza oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Məhəmmədsəid ibn Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi. Mirzə Əlinağı Gərmərudi şair idi. Xoştəb şeirlər yazırdı. Xəttat kimi ad çıxarmışdı.
Aliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əlinağı xan Müfaxxarülməmalik
Əlinağı xan Sadıq xan oğlu Müfaxxarülməmalik (?-1909) — Xoy, Salmas və Tehranın hakimi. Əlinağı xan Sadıq xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası bu şəhərin darğası vəzifəsində çalışmışdı. Müzəffərəddin şah Qacar yaxınlarından sayılırdı. Əlinağı xan mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə vəliəhd Məhəmmədəli mirzənin diqqətini cəlb etmişdi. Müfaxxarülməmalik ləqəbini almışdı. 1906-cı ildə Xoy və Salmasın hakimi təyin edilmişdi. Ona ciddi tapşırılmışdı ki, məşrutəpərəstləri göz açmağa imkan verməsin. Tapşırılan işlərin öhdəsindən lazımınca gəlmişdi.
Molla Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Əliağa Vahid heykəli
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl. Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib: Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub.
Əliağa Vahidin heykəli
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl. Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib: Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub.
Euseius elinae
Euseius elinae (lat. Euseius elinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Liya Eliava
Liya Eliava (28 may 1934, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 oktyabr 1998, Tbilisi) - aktrisa. == Həyatı == Liya Eliava 28 may 1934-cü ildə Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət Akademiyasını bitirib. Daha sonra Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında işləməyə başlayıb. Oradan da Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrına keçmişdir. == Filmoqrafiya == Dəli Kür (film, 1969) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) == Aldığı adlar və mükafatlar == Gürcüstan SSR-in Xalq Artisti == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Şalva Eliava
Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937, Tbilisi) — Sovet partiya və dövlət xadimi. Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır. 1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. 1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir.
Əzizağa
Əzizağa — kişi adı. Əzizağa Dadaşov — əsgər Əzizağa Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Əzizağa Məmmədov — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Əsədov — Qarabağ müharibəsinin iştirakçısı Əzizağa Qasımov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982) Əzizağa Əzizbəyov — Azərbaycan Xalq Komissarları Sovetinin sədr. Əzizağa Süleymanov — Milli Qvardiyanın keçmiş komandiri, istefada olan polkovnik. Əzizağa Əzizov — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015).
Əzizağa Qasımov
Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (5 iyul 1928, Bakı – 18 fevral 1985, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru. Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub. Əsl adı Ağababa idi, lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinfinə gedib. Yeddici sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950–1953) Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı.