Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Elnarə Abdullayeva
Elnarə Abdullayeva (17 iyun 1972, Çuxanlı) — Azərbaycan müğənnisi, Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti (2015). Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Şamaxının (Hazırda Qobustan rayonu) Çuxanlı kəndində dünyaya göz açıb. Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənir. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla xanəndənin bütün yaradıcılıq tərzi dəyişdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxardı. 2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. 2016-cı ilin mart ayında 3 gün Heydər Əliyev sarayında konserti baş tutdu.
Elnarə Akimova
Elnarə Akimova (28 yanvar 1978, Sumqayıt) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki oğlu var. Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır.
Elnarə Dadaşova
Elnarə Dadaşova (25 iyun 1952, Bakı) — Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru. Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur. Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Elnarə Dərziyeva
Elnarə Dərziyeva (12 aprel 1980, Tovuz) — Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru. 1980-ci il mayın 12-də Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A. S. Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir. Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, "Bu gün" qəzetində jurnalist kimi çalışmışdır. Daha sonra 4 il müxtəlif qazetlərdə: "Elçi", "Faktor", "Bu gün", "Yeni Avrasiya", qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə "Lider" televiziyasında işə qəbul olur və ilk olaraq "Üç bucaq" verilişi, daha sonra "Kriminform" verilişində müxbir kimi fəaliyyət göstərib.
Elnarə Kərimova
Elnarə Kərimova (1962) — tanınmış azərbaycanlı xormeyster, Azərbaycanın xalq artisti (2018). Türkiyənin "Orfeon" kamera xorunun və TRT-nin böyük xorunun bədii rəhbəri və baş dirijoru. Elnarə Kərimova Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Həyat yoldaşı Tərlan Quliyev Azərbaycan Dövlət Kamera Orkestrində skripka ifaçısıdır. Hazırda Türkiyədə operada çalışır. Oğlu Türkiyədə doğulub.
Elnarə Tofiqqızı
Elnarə Niftəliyeva və ya Elnarə Tofiqqızı (tam adı:Niftəliyeva Elnarə Tofiq qızı) — ədəbi tənqidçi, Milli Kitab Mükafatının ekspert qrupunun üzvü, 2012–2013-cü illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı. Elnarə Tofiqqızı 1977-ci il 24 dekabrda Yevlaxda anadan olmuşdur. Yevlax şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr (1994–1998) və magistr (1998–2000) pillələri üzrə qırmızı diplomla bitirib. E.Tofiqqızı 2013-cü il 20 sentyabrda "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişmişdir. Anar Niftəliyevlə ailəli olub. İki övladları var. 2001–2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun folklor ixtisası üzrə aspirantı olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibliyində çalışıb, 2002-ci ildən AMEA Ədəbiyyat İnstitutunun Folklor Mərkəzində, daha sonra isə Folklor İnstitutunda elmi işçi olub. 2011-ci ildən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekan müavini, 2012-ci ildən isə dekanı olub.
Elnarə Təhməzova
Elnarə Xəlilova
Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub. 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb.
Əllamə
Əllamə — (ərəb. علامة‎) Əllamə lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Amma bu ləqəb, "Ayətullah" kimi, ərəb, fars və urdu dilli ölkələrin müsəlman alimlərinin xüsusi titullarından biridir və başqa dillərdə (xüsusən də ingiliscə və azərbaycanca) konkret qarşılığı yoxdur. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd olan alimə "əllamə" deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, imamiyyə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur.
Əllamə Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — şiə ilahiyyatçı-alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas, tarixşünas alim. Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.
Əllamə Təbatəbai
Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir.
Əllamə Təbətəbai
Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir.
Salnamə
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
Əllamə Şəmsəddin Amuli
Əllamə Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli: (XIII əsr) — İslam alimi və təbib. “Şəmsəddin Amuli” ləqəbi ilə tanınan Əllamə Məhəmməd ibn Mahmud XIII-XIV (hc.VII-VIII) əsrlərdə yaşayıb-yaratmış islam təbib və alimlərindən biri olmuşdur. Onun dəqiq doğum tarixi bizə məlum deyil, amma XIII (hc.VII) əsrin ikinci yarısında Amulda (Mazandaran vilayəti) anadan olduğu deyilir. O, Ulcaytu xanın dövründə (1304-1317) Sultaniyyə şəhərinə dəvət olunmuş, ora getdikdə Ulcaytu xan və onun vəziri Fəzlullah Rəşidəddinin rəğbətini qazanaraq Sultaniyyə mədrəsəsinin müdərrisi və müəllimi vəzifəsinə təyin edilmişdir. Əllamə Şəmsəddin Amuli ərəb və fars dillərində bir neçə dəyərli əsərin müəllifidir. Amma bu alimin ən məşhur əsəri fars dilində yazdığı «Nəfaisül-fünun fi Əraisil-üyun» (Çeşmələr incilərində nəfis elm sahələri) əsəridir. Onun çap olunmuş nüsxəsi əlimizdə olduğuna görə, bu kitabda onun qiymətli məlumatlarından nisbətən geniş formada istifadə etməyə çalışmışıq. Üç cilddən ibarət bu kitab sözügedən dövrün müfəssəl elmi-ensiklopedik məlumatlar kitabı hesab olunur. Belə ki, əsərdə 120-yə yaxın elm və onların müxtəlif şaxələri böyük bacarıqla işıqlandırılmış, elmin mürəkkəb məsələləri sadə bir dildə şərh edilmişdir. Orta əsr müəllifləri bir qayda olaraq tarixi hadisələri daha öncə yazılmış əsərlərdən tənqidi yanaşmadan, bir çox hallarda isə birbaşa köçürərək nəql etmişlər.
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət (1931, Kərbəla – 19 yanvar 2007) — İslam alimi. 1931-ci ildə İraqın Kərbəla şəhərində ruhani bir ailədə dünyaya göz açmışdır. O, neçə əsr öncə Livanın Cəbəl Amil şəhərindən İranın İsfahan şəhərinə hicrət etmiş Şeyx Əbdül-Əli Meysinin sülaləsindən sayılır. Əllamə Mərifət ibtidai və ali dini təhsilini Kərbəla şəhərində atası Şeyx Əli Mərifət və digər alimlərin yanında bitirmiş, daha sonra Nəcəf şəhərinə üz tutaraq ali dini təhsilini davam etdirmiş, Əllamə Seyid Əbülqasim Xoyi, Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Seyyid Möhsün Həkim, İmam Xomeyni və Mirzə Haşim Amuli kimi alimlərdən dərs almışdır. Bundan sonra Qum şəhərinə gəlmiş və həmin şəhərdə Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Əllamə Mərifət İranın Tehran, Qum və Məşhəd şəhərlərində dini təhsil ocaqlarından əlavə, ali universitetlərdə də, professor kimi tədrislə məşğul olmuş, bir çox şagirdlər yetişdirmişdir. Quran elmləri, təfsir, fiqh, üsul, sosiologiya və digər sahələrdə dəyərli və misilsiz əsərləri qələmə almışdır ki, "ət-Təmhid fi ulumil-Quran" (6 cilddə) və "ət-Təfsirul-əsəriyyul-came" (6 cilddə), "ət-Təfsir vəl-mufəssirun" (2 cilddə), "Siyanətul-Quran minət-təhrif" və "Şübuhatun və rudud həvləl-Quranil-Kərim" adlı əsərləri onların daha önəmlisi sayılır. O, dərin fiqhi baxışları ilə yanaşı təfsir və Quran elmləri sahəsində də, dərin ixtisasa malik olduğu üçün elmi-dini mərkəzlərdə daha çox Quran elmlərini dirçəldən və bu sahənin dahisi kimi tanınır. Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 2007-ci il, yanvar ayının 19-da (cümə günü) 76 yaşında ikən ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində həzrət Məsumənin (s) ziyarətgahında dəfn edilmişdir.
Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.
"Salnamə" Studiyası
Salnamə — Azərbaycanda film studiyası. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
İlhamə Qasımova
İlhamə Qasımova — Azərbaycan pop müğənnisi. İlhamə Qasımova 1976-cı ilin 24 mayında Lənkəran rayonunun Bala Şürük kəndində anadan olmuşdur. Orada kənd məktəbini bitirmişdir. Lənkəran Dövlət Universitetində filologiya fakültəsini bitirdikdən sonra iki il orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1990-cı illərin sonundan bir müddət Daxili İşlər Nazirliyinin pasport xidmətində müfəttiş işləmişdir. 2000-ci ildə keçirilmiş "Bakı Payızı" müsabiqəsinə qatılır və bu yarışda birinci mükafatı əldə edir . 5 il sonra İlhamə "Yeni Ulduz-4" (2005-2006) müsabiqəsinə qatılır. O, bu yarışmada Avroviziyanın 2009-cu il Azərbaycan təmsilçisi olacaq Aysel Teymurzadə ilə birgə yarışırdı . Müsabiqədəki qələbəsi İlhamə Qasımovanın peşəkar musiqi karyerasının başlanğıcına səbəb oldu. İlhamə Qasımova 2011-ci ildə Avroviziyanın Azərbaycan milli seçimində uğurla çıxış etmişdir.
İlhamə Quliyeva
İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstan Respublikasının xalq artisti (2008). İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir. İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur.
İlhamə Zərbəliyeva
İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru. Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir. 1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur. Ailəlidir, 2 oğlu var. 1997-ci ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimyaçı vəzifəsində işə başlamış; 2007-ci ildə "Neft-kimyası" ixtisasıı üzrə "Ali birəsaslı alifatik karbon turşularının yeni oksipropilatlarının və onların modifikatlarının alınması və xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, həmin vaxtdan elmlər doktoru dissertasiya işi üzrə tədqiqatlarımı davam etdirmiş(II pillə üzrə doktorant). İşlədiyi illər ərzində labarotoriyanının iş proqramlarına müvafiq olaraq tədqiqat işləri aparmışdır. İşlədiyim müddət ərzində respublika və beynəlxalq miqyaslı konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir.
İlhamə Nasir
İlhamə Nasir (tam adı: İlhamə Nasir qızı Kərimova (Cəbrayılova) 27 aprel 1978, Qubadlı rayonu Diləli Müskənli kəndi)- yazıçı, müəllif, şair, redaktor, aparıcı. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, İraq Türkmən Yazarlar Birliyinin üzvü. "Vətən-TV.az" İnformasiya Agentliyinin təsisçisi, baş redaktoru. İlhamə Nasir (İlhamə Nasir qızı Kərimova) 27 aprel 1978-ci ildə Qubadlı rayonu Diləli Müskənli kəndində ziyalı ailəsində anadan olub. Yaradıcılığa 8 yaşından başlayıb. “Pioner”, “Göyərçin” jurnallarında, Qubadlı rayonun “Avanqard” qəzetində şeir və hekayələri dərc olunub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinə daxil olub və 1999-cu ildə sosiologiya ixtisası ilə oranı bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Açar" verilişində aparıcılıq edib. Sonrakı illərdə dövrü mətbuatda redaktor kimi fəaliyyət göstərib. 2014-cü ildə Təbriz televiziyasında yayımlanan "Axşamlar" proqramının aparıcısı və redaktoru kimi çalışıb.
Enmə
Enmə — uçan canlılar ilə hava və kosmik gəmilərin uçuş sonunda yerə, suya və ya digər səthə nəzarətli bir şəkildə enməsi. Təyyarələr əsasən asfalt, torpaq və ya otdan hazırlanmış xüsusi ərazilərə enirlər. Sabit qanadlı təyyarələr ümumiyyətlə uçuş-enmə zolaqlarına, fırlanan qanadlı aviavasitələr isə heliportlara və ya buna bənzər şəkildə hazırlanmış ərazilərə enirlər. Bəzi təyyarələr suyun üzərinə enə biləcək şəkildə hazırlanmışdır.
Elnar Kərimov
Kərimov Elnar Tahir oğlu — Azərbaycan futbolçusu. Azərbaycan Birinci Liqasında 2 dəfə ard-arda Azərbaycan, Türkiyənin Həvəskarlar Liqası 5 dəfə Türkiyə çempionu Elnar Kərimov 1985-ci ildə Azərbaycanın Mingəçevir şəhərində anadan olmuşdur. Futbolda qapıçı mövqeyində çıxış edən Elnar Kərimov, 2000–2002-ci illərdə Mingəçevir uşaq futbol klubunda Elbrus İsmayılovun köməyi ilə futbolun incəliklərini öyrənib. 2003–2004-cü illərdə "Ədliyyə" klubunda fəaliyyətini davam etdirib. 2004–2005-ci illərdə isə "Xəzər Lənkəranın" qapısını qoruyub. 2005–2013-cü illərdə "Qəbələ" klubunun şərəfini qoruyub. 2013-cü ildə "Karvan" klubuna transfer olub. Lakin orada sadəcə 3 ay oynayıb. 2014-cü ildə Türkiyənin Həvəskarlar liqasına üz tutub. Onun klubu "Ardahanspor" olub..
Elnar Qarayev
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru. Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur. Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr.
Dəhnamə
Dəhnamə (On məktub) — xüsusi ədəbi janrla və bədii obrazlar sistemi ilə seçilən bir sıra şərq farsdilli və türkdilli müəlliflərin əsərləri. Dəhnamə — Əvhədi Marağalının fars dilində yazdığı poeması (1306—1307-ci illər). Dəhnamə — Yusif Əmirinin özbək dilində poeması (1429—1430-cu illər). Dəhnamə — Şah İsmayıl Xətainin azərbaycan dilində poeması (1506).
Dəlinamə
"Dəlinamə"— XVII əsr Azərbaycan ədəbi abidəsi; məsnəvi şəklində qələmə alınmış mənzum hekayə. Adından da göründüyü kimi, "dəli" türk sözü olub, "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi dastan abidələrində "igid", "qəhrəman" mənasında işlənmişdir. Şamil Cəmşidov "Dəlinamə" adlı məqaləsində əsərin elmi-paleoqrafik xüsusiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti məlumatlandırmışdır "Dəlinamə" həcmcə kiçik olub, didaktik məzmun daşıyır. Əsərdə Şərq, o cümlədən Azərbaycan xalq ədəbiyyatında ağıllı, müdrik və qorxmaz dəli (Bəhlul Danəndə və s.) obrazlarından olan Dəlinin ictimai bərabərsizliyə, fövqəladə qüvvələrə qarşı üsyankar mübarizəsi təsvir olunmuşdur. Hekayət uzun illər islam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Nağılvari girişlə başlanan hekayətin məzmunu "Kitabi-Dədə Qorqud"un "Dəli Domrul" boyundakı kimi, maraqlı bir süjet üzərində qurulmuşdur. "Dəlinamə"nin qəhrəmanı çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən asi xarakterlidir, lakin hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını sevən, gözütox və təmənnasız insan kimi diqqəti cəlb edir. Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəli Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha "Yuxaruda nə durursən, en aşaqə", "Bənim qorkumdan oxşarsan uşaqə" deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir.
Qətnamə
Qətnamə — dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır. Qətnamə – 1)hər hansı məsələnin kollegial orqanın, məclisin və s. iclasında müzakirəsi nəticəsində qəbul edilən qərar; 2)məhkəmə qətnaməsi hüquqa görə birinci instansiya məhkəməsinin mülki işə mahiyyət üzrə baxması və həll edib qurtarması barədə qərarı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əhdnamə
Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. Orta әsrlәr müsәlman Şәrqindә hökmdarın göstәrişi ilә tәrtib olunan, hәr hansı xarici dövlәt, zümrә, yaxud ayrıca şәxsin hüququnu tәsdiqlәyәn sәnәd. Xilafәt dövründә əhdnamələrin mәzmunu müxtәlif vәzifәlәrә tәyinat, yazılı әmr vә tәlimatlar, ayrı-ayrı şәxslәrә vә ya qruplara verilәn hüquq vә imtiyazlardan, xarici dövlәtlәrlә razılaşmalardan ibarәt idi . İslam tarixindә ilk tәyinat mәzmunlu əhdnamə Əbu Bәkrin Ömәr ibn Xәttabı özündәn sonra xәlifә tәyin etmәsi barәdә Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr vә tәlimat xarakterli ilk əhdnaməlәrdәn biri kimi Mәhәmmәd peyğәmbәrin Yәmәn valisinә göndәrdiyi əhdnaməni göstәrmәk olar. Xilafәt tәrkibindә yaşayan әhli-kitab üçün əhdnaməlәr peyğәmbәrin dövründә 630 ildәn sonra verilmәyә başlanmışdır. Raşidi xәlifәlәr dövründә Suriya, Fәlәstin, Misir, Azәrbaycan, İran vә s. ölkәlәrin әhalisi üçün çoxlu əhdnaməlәr imzalanmışdır . İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı .
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Ənnabə
Ənnabə (ərəb. عنّابة‎ ʿAnnāba; fransız müstəmləkəçiliyi dövründə: Bon) — Əlcəzairin şərqində şəhər. Aralıq dənizinin sahilində yerləşir. Ənnabə vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 257.359 nəfərdən ibarət olmuşdur. Ənnabə 1200-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. Bir müddət Roma imperiyasından asılı olmuşdu; şəhər Hippon Regi adlanırdı.
Ərznamə
Ərznamə və ya Ərz–i Ləşkər — atası Uzun Həsənin adından əyaləti idarə edən Sultan Xəlil bəyin 1476–cı ildə Farsda, Bənd–i Mirdə həyata keçirdiyi hərbi baxış haqqında təsvirdir. Cəlaləddin Dəvani tərəfindən farsca qələmə alınmışdır. Əsər Fars əyalətində mülki və hərbi rəsmilərin siyahısı ilə yanaşı, həm də mühüm statistik məlumatları ehtiva edir.