Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smend
Heckeperre Setepenre, Smend — Misirin iyirmi birinci sülaləsinin banisi olan firondur. Aşağı Misiri idarə edən XI. Ramzesin ölümündən sonra taxta çıxmışdır. "Mendesin Sahibi" mənasına gələn Nesbanebced adı ilə doğulmuş olmasına baxmayaraq, İosifus və Sext Afrikan kimi yunan yazarlar tərəfindən "Smendes" olaraq adlandırılmışdır. Mənşəyi tam olaraq bilinməməklə birlikdə, XI. Ramzesin yüksəlişi dövründə Aşağı Misirdə olduğu və Tanis bölgəsinin idarəsindən məsuliyyətli olduğu düşünülür.
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Gəmənd (Heris)
Gəmənd (fars. گمند‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (182 ailə).
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Əməndi (Heris)
Əməndi (fars. امندي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 847 nəfər yaşayır (196 ailə).
Səmənd Siyabəndov
Səmənd Əliyeviç Siyabəndov (rus. Саманд Алиевич Сиабандов; 20 noyabr 1909, Qars vilayəti, Qafqaz diyarı – 14 noyabr 1989, İrəvan) — kürd əsilli SSRİ hərbçisi. O, 1-ci Belarus Cəbhəsinin 48-ci Ordusunun 217-ci Uneç atıcı diviziyasının 755-ci atıcı alayının komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik-leytenant kimi xidmət etmişdir. Siyabəndov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Səmənd Əliyeviç Siyabəndov 20 noyabr 1909-cu ildə Rusiya imperiyasında, Qars vilayətinin Asancan kəndində (indiki Türkiyə) kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə yezidi kürdlərindən idi. Leninqrad Sovet Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. Ermənistan Kommunist Partiyası Alagöz rayon komitəsinin 1-ci katibi kimi xidmət etmişdir. Böyük Vətən müharibəsinin əvvəlində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Lenin kurslarının tələbəsi olmuşdur.
Dizac-i Ələnd (Xoy)
Dizac-i Ələnd (fars. ‎‎ديزج الند‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.038 nəfər yaşayır (171 ailə).
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Ebrend
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Semeni
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Edmond
Edmond — ad. Edmond Henri Fişer — İsveçrə və Amerika biokimyaçısı. Edmond Rostand — Fransa şairi və dramaturqu. Edmond Lanqli — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan dördüncü oğlu. Edmond Debeaumarché — İkinci Dünya müharibəsi zamanı müqavimət bir qəhrəman.
Elena
Elena — ad. Elena George — rumın müğənni. Elena Cionat — Rumıniyalı pedaqoq, jurnalist Elena Levçenko — Belarus Respublikasının peşəkar basketbolçusu Elena Koşka — ABŞ pornoaktrisa və erotik modeli.
Əhməd əfəndi
Əhməd əfəndi — məşhur xınalıqlılardan biri. == Həyatı == Fitri istedada malik Əhməd əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində — Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqaz) yaşayıb fəaliyyət göstərmişdir. Hal-hazırda Xınalıq kəndində Əhməd əfəndinin türbəsi vardır.
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. == Tarixi == Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. == İqtisadiyyatı == Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Amund-Rinqnes
Amund-Riqnes (ing. Amund Ringnes Island, fr. Île Amund Ringnes) — Kanada Arktik arxipelaqının Sverdrup adaları qrupunun tərkibinə daxildir. Adada daimi yaşayış yoxdur. İnzibati cəhətdən isə Nunavut vilayətinin Kikiktani bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5 255 km² təşkil eedir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 112-ci, Kanadada isə 25-ci yeri tutur. Adanın sahil xətdinin uzunluğu 500 kilometrdir.. == Açılışı == Ada 16 aprel 1900-cü illərdə Otto Sverdrup tərəfindən kəşf edilir. O, adanı tətqiq etmək üçün ekspedisiyanın iki üzvünü (Qunnar İsaksen və Serra Hassel) adaya göndərir.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…], Boka-Raton, Florida) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
Battulqa Tsend
Battulqa Tsend (monq. Баттулга Цэнд; 15 mart 1970, Ulan-Bator) – Monqol türkoloqu, dilçi, epirafist, elmlər doktoru, professor. == Həyatı və fəaliyyəti == Battulqa Tsend 15 mart 1970-ci ildə Monqolustanın Ulanbator şəhərində anadan olub. Monqolustan Milli Universitetini epiqrafist ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışıb. Monqolustanı qarış-qarış gəzərək türk yazılı abidələrinin üzə çıxarılması, araşdırmalara cəlb olunması ilə məşğul olub. “Monqolustandakı runik kiçik yazıtları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1999). On il Monqolustan Milli Universiteinin (Монгол Улсын Их Сургууль) Türkologiya kafedrasına rəhbərlik edib. Onun rəhbərliyi altında türkologiyanın müxtəlif problemlərinə dair bir neçə dissertasiya müdafiə edilib. Türkologiya bölümü bağlandıqdan sonra onun bazasında yaradılmış Asiya Araşdırmaları kafedrasının müdiridir.
Benjamin Mendi
Benjamin Mendi (17 iyul 1994) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Le Havr === 24 iyul 2011-ci ildə Mendi Le Havr klubu ilə üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Mendi öz peşəkar karyerasında debütünü Le Havr klubu ilə 9 avqust 2011-ci ildə etmişdir. Həmin görüşdə Le Havr Liqa Kuboku görüşündə Amiyen klubuna 1–2 hesabı ilə məğlub olmuşdur. === Marsel === 8 iyul 2013-cü ildə Mendi Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubu ilə müqavilə imzalamışdır. === Monako === 22 iyun 2016-cı ildə Mendi Olimpik Marsel klubundan ayrıldıqdan sonra Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclik === Mendi Fransanın gənclər komandalarından U-16 və U-17 gənclər yığmalarında çıxış etmişdir. 2011-ci ildə U-17 millisi ilə FİFA U-17 Dünya Çempionatının 1/4 final mərhələsinin iştirakçısı olmuşdur. === Peşəkar === Mendi 2017-ci ilin mart ayında Lüksemburq və İspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün Fransa millisinə çağırılmışdır.
Brend (dəqiqləşdirmə)
Brend — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend (çay) — çay.
Brend (çay)
Brend — (alm. Brend‎) — Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Brend idarəçiliyi
Brend idarəçiliyi — sahibləri və müştəriləri tərəfindən brendin idarə edilməsi (potensial olanlar da daxil olmaqla). Nəzarət, məqsədyönlü müşahidə və obyektə təsir prosesi kimi başa düşülür: hədəf dəyişikliyi / obyekti dəyişdirməkdən imtina. Məqsəd, brend aktivlərini artırmaq, brend potensialını (ing. brand potential) artırmaqdır. Brend idarəçiliyi bir neçə əsas sahəni özündə birləşdirir: brend idarəetmə nəzəriyyəsi; strateji brend idarəçiliyi; korporativ brend idarəçiliyi (ing. portfolio management); brend idarəetmə prosesi - əlavə şirkət mənfəəti əldə etmək üçün bir vasitə kimi brendləşdirmə. Ayrıca, brend idarəçiliyi, müəyyən bir brend və ya marka portfelinə aid bir təşkilatın marketinq fəaliyyətinin planlaşdırılması və ümumi koordinasiyasından ibarətdir. == Tarixi == İqtisadi nəzəriyyənin inkişafının ilkin mərhələsində, eramızdan əvvəl IV əsrə qədər, Qədim dünyada (Misir, Babilistan, Hindistan, Çin və s.) idarəetmə sistemlərinin inkişafı faktı ən qədim işarə sistemlərində öz əksini tapmışdır və onları tematik heroqliflərin daimi bir komplikasiyası şəklində izləmək olar. Təkamül yazma prosesi: sadə (qrafiklərdən) kompozitə (kompleksə). "Nəzarət" mücərrəd mənalı hiyeroglif işarəsi bir neçə minilliklər əvvəl ortaya çıxdı.
Celine (brend)
Celine (əvvəllər Céline olaraq yazılırdı) 1996-cı ildən LVMH qrupuna məxsus olan fransız geyim və dəbdəbəli dəri mallar brendidir. O, 1945-ci ildə Selin Vipiana (fr. Céline Vipiana) tərəfindən təsis edilmişdir.2015-ci ilin noyabr ayından etibarən qərargah Parisin 2-ci bölgəsində, Vivienne 16 ünvanında, "Fransız Tarixi Abidəsi təsnifatı"-na malik "Hôtel Colbert de Torcy" otelində yerləşir. Severin Merl (fr. Séverine Merle) 2017-ci ilin aprelindən Baş İcraçı Direktordur. 21 yanvar 2018-ci ildə LVMH (fr. Hedi Slimane) Edi Slimen-in Celine-də bədii, yaradıcılıq və imic direktoru vəzifəsini tutacağını elan etdi. == Brendin yaradılması == 1945-ci ildə Selin Vipiana (1915–1997) və əri Riçard sənayedə ilk lüks brendlərdən biri olan Celine adlı uşaq ayaqqabısı biznesini yaratdılar və Parisdə "52 rue Malte" ünvanında ilk butiklərini açdılar.Brend Raymond Peynet tərəfindən yaradılmış qırmızı fil loqosu ilə tanınıb. == Yeni mövqe == 1960-cı ildə brend fəaliyyətlərini idman geyimi anlayışına sahib bir qadın geyim markası olmaq üzrə dəyişməyə qərar verdi. Brend indi çantalar, loafers, əlcəklər və geyimlər kimi müxtəlif dəri məhsulları təklif edir.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb. Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib.
Diana Emeri
Diana Emery (ing. Dianne Emery) — Cənubi Afrikalı yol velosipedçisidir. O, 2004-cü ildə UCI Yol üzrə Dünya Çempionatında öz ölkəsini təmsil etmişdir.
Kürəkənzadə Əhməd Əfəndi
Kürəkənzadə Əhməd Əfəndi (1665, Konstantinopol – 1741, Bəyoğlu) — Osmanlı alimi və şeyxülislamı. Övladlarından Feyzullah Əfəndi Sultan Osman və Sultan Mustafa səltənətlərində şeyxülislamlığa gətirilmişdir. == Həyatı == 1665-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Anadolu başqazısı Çankırılı Mustafa Rasih Əfəndi, ana babası isə dövrün şeyxülislamı Minkarizadə Yəhya Əfəndidir. Bu səbəblə o da, atası kimi Kürəkənzadə təxəllüsü ilə anılmışdır. Uşaqlıq illərində başda atası olmaqla, dövrün tanınmış alimlərindən dərslər aldı. Dini təhsilini tamamladıqdan sonra müxtəlif mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdi və ardından qazı olaraq Salonikiyə təyin edildi. Bir müddət burda xidmət etdikdən sonra vəzifədən alındı. Çox keçmədən 1700-cü ildə Bursa, 1706-cı ildə İstanbul qazısı, 1710-cu ildə isə Anadolu başqazısı təyin edildi. 15 ay davam edən bu vəzifəsinin ardından vəzifədən alındı.
Muid Əhməd Əfəndi
Muid Əhməd Əfəndi (1577 – 25 aprel 1647) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == Doğum yeri haqqında dəqiq məlumat olmasa da, atasının adının Yusif olduğu məlumdur. Təhsil almaq üçün İstanbula gələn Əhməd Əfəndi Xınalızadə Fəhmi Mehmed Əfəndidən dərslər almış, təhsilini bitirdikdən sonra onun köməkçisi kimi xidmət göstərmişdir. Buna görə də tarixi mənbələrdə Muid (yəni köməkçi, yardımçı) Əhməd Əfəndi olaraq qeyd olunur. 1595-ci ilin fevral ayından başlayaraq müxtəlif mədrəsələrdə müdərris kimi fəaliyyət göstərdi. 1612-ci ilin dekabrında Əhməd Paşa, 1614-cü ilin iyununda Mahmud Paşa, 1618-ci ilin dekabr ayında Qəzənfər ağa, 1620-ci ilin martında Sahn-ı Səman, 1622-ci ilin iyun ayında Hasəki sultan, 1623-cü ilin mayında Yavuz Sultan Səlim, 1624-cü ilin aprelində isə Süleymaniyyə mədrəsələrində xidmət göstərmişdir. Ardından 1626-cı ilin mart ayında Dəməşq qazısı, 1629-cu ilin oktyabr ayında Qahirə qazısı, 1633-cü ilin sentyabr ayında Ədirnə və 1635-ci ilin dekabr ayında İstanbul qazısı təyin olundu. 1637-ci ilin aprel ayında Anadolu başqazısı təyin olunan Əhməd Əfəndi IV Muradın Bağdad səfərinə qatılmaq üzrə hazırlıq görsə də, baş verən bəzi hadisələr səbəbilə bu səfərə qatıla bilmədi. Şeyxülislam Yəhya Əfəndi ilə aralarında yaranan bir məsələyə IV Murad qarışmış, ancaq Əhməd Əfəndi padşahın müsahibi Hüseyn Paşaya sərt cavab verərək geri çevirmişdir. Bunun ardından vəzifəsindən azad edilən Əhməd Əfəndi Belqrada sürgün edildi.
Əhməd Kəmaləddin Əfəndi
Əhməd Kəmaləddin Əfəndi (3 dekabr 1847, Konstantinopol – 26 aprel 1905, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı. == Həyatı == Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və sarayda xüsusi təhsil aldı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü. Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı.
Əhməd Nihad Əfəndi
Əhməd Nihad Əfəndi (5 iyul 1883, Konstantinopol – 4 iyun 1954, Beyrut) — Osmanlı sülaləsinin üçüncü rəisi, Osmanlı ordusunun zabiti və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Əhməd Nihad Əfəndi 1883-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanım idi. Babasının taxtdan endirilib Çırağan sarayında həbs olunduğu illərində dünyaya gəlmişdi. Bu səbəblə o və digər qardaş-bacıları da babasının bu məhkum həyatına ortaq oldu. Sarayda nəzarət altında yaşasa da, xüsusi saray təhsili aldı. Demək olar ki, gənclik illərinə qədər burada nəzarət altında yaşadı. Nəhayət, 1904-cü ildə babası Sultan Muradın vəfatı ilə atasıyla birlikdə Çırağan sarayını bir daha geri dönməmək üzrə tərk etdi. Gələcəkdəki 7 il boyunca atasının kirayə aldığı köşklərdə yaşadılar. 1911-ci ildən sürgün olunduqları 1924-cü ilədək isə Beşiktaş rayonunun Sərəncəbəy səmtində öz ailəsi üçün inşa etdirdiyi villada yaşadı.
Əhməd Nuri Əfəndi
Əhməd Nuri Əfəndi (19 dekabr 1878, Konstantinopol – 7 avqust 1944) — 34. Osmanlı sultanı II Əbdülhəmidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nuri Əfəndi 19 dekabr 1878-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Burhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Ardından onlarla birlikdə şahzadə məktəbində təhsil almağa başladı. Ardından Osmanlı hərb akademiyasına daxil olan Nuri Əfəndi ordu daxilində sürətlə yüksəlməyə başladı. Ulduz sarayı daxilində onun üçün xüsusi bir köşk təsis edildi. 1905-ci ildə atasıyla birlikdə cümə namazından qayıdarkən arabalarına bir bağlama atılmış, bunun bomba olmasından qorxan Nuri Əfəndi özünü arabadan çölə atmışdır. Bağlamanın bomba olmadığı anlaşılsa da, aldığı zədələrdən onurğa sütununda yırtıq əmələ gələn Nuri Əfəndi bu səbəblə bir neçə dəfə əməliyyat olundu.
Əhməd Nurəddin Əfəndi
Əhməd Nurəddin Əfəndi (22 iyun 1901, Yıldız Sarayı – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı oğlu, Osmanlı şahzadəsi. == Həyatı == === İlk illəri === Atası Sultan Əbdülhəmidin səltənətində 22 iyun 1901-ci ildə Ulduz sarayında dünyaya gəldi. Anası əslən gürcü olan Behicə xanım idi. Əkiz qardaşı Bədrəddin Əfəndidən bir neçə dəqiqə böyük idi. Yumurta əkizi olan qardaşından fərqlənməsi üçün birinə qırmız, digərinə mavi lent bağlanırmış. Ancaq əkiz tayı olan qardaşı Bədrəddin Əfəndi 2 yaşlarında meningitdən vəfat etdi və Yəhya Əfəndi məzarlığındadır. 8 yaşında ikən atası Sultan Əbdülhəmid 31 mart hadisələrinin ardından taxtdan endirildi. Ulduz sarayına basqın tərtibləyən üsyançı birliklər Sultan Əbdülhəmidi 5 xanımı, 3 qızı və 2 oğluyla birlikdə arabalara mindirib Salonikiyə sürgünə göndərdilər. Ancaq üsyan səbəbilə hərəm qapıları kilidləndiyi üçün sultanın ailəsinin bir qismi sarayda qaldı ki, bunlardan biri də Nurəddin Əfəndi idi.
Əhməd Rəşid Əfəndi
Əhməd Rəşid Əfəndi (7 avqust 1758, Konstantinopol – 20 oktyabr 1834, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Cevdet, Târih, XII, 56, 83. Devhatü’l-meşâyih, s. 127–128. İlmiyye Salnâmesi, s. 586–587.
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, Konstantinopol – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Əhməd Əfəndi Cələbi
Əhməd Əfəndi Çələbizadə (1892, Quba – 1 sentyabr 1937, Bakı) — Quba Cümə məscidinin axundu, Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, yazıçı, etnoqraf, repressiya qurbanı. 1922–1924-cü illərdə Quba Cümə məscidinin axundu olub. 1924-cü ildə Qubada tarix-diyarşünaslıq muzeyinin əsasını qoyub. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb. 1937-ci il sentyabrın 1-də güllələnib. == Həyatı == Əhməd Əfəndi Əbdülrəhim oğlu Çələbizadə 1892-ci ildə Quba şəhərində anadan olub. Atası Əbdülrəhim Əfəndi Quba Cümə məscidinin imamı olub. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb və burada ərəb və fars dillərini öyrənib. 1912-ci ildə Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində təhsil alıb. 1913-cü ildə təhsilini bitirdikdən sonra Qubaya gələrək Cümə məscidində məscidin imamının köməkçisi təyin olunub.
Əhməd Əfəndi Çələbizadə
Əhməd Əfəndi Çələbizadə (1892, Quba – 1 sentyabr 1937, Bakı) — Quba Cümə məscidinin axundu, Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, yazıçı, etnoqraf, repressiya qurbanı. 1922–1924-cü illərdə Quba Cümə məscidinin axundu olub. 1924-cü ildə Qubada tarix-diyarşünaslıq muzeyinin əsasını qoyub. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb. 1937-ci il sentyabrın 1-də güllələnib. == Həyatı == Əhməd Əfəndi Əbdülrəhim oğlu Çələbizadə 1892-ci ildə Quba şəhərində anadan olub. Atası Əbdülrəhim Əfəndi Quba Cümə məscidinin imamı olub. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb və burada ərəb və fars dillərini öyrənib. 1912-ci ildə Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində təhsil alıb. 1913-cü ildə təhsilini bitirdikdən sonra Qubaya gələrək Cümə məscidində məscidin imamının köməkçisi təyin olunub.
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi (15 may 1469, Ədirnə – 16 aprel 1534, Konstantinopol) — Osmanlı tarixçisi, alimi və şeyxülislamı. == Həyatı == 15 may 1469 tarixində Ədirnədə dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəmsəddindir. Şahzadə Bəyazidin (gələcəyin II Bəyazidi) lələsi olan böyük babası Kamal Paşa səbəbilə bir çox qaynaqlarda Kamalpaşazadə vəya İbn-i Kamal olaraq qeyd olunur. İstanbulun fəthində iştirak edən atası Süleyman Çələbi 1474-cü ildə Amasiya, 1478-ci ildə isə Tokat hakimi təyin olundu. Anası isə II Mehmed dönəminin qazılarından Muhiddin Mehmed Əfəndinin qızı idi. Quran-i Kərimi əzbərlədikdən sonra Amasiya üləmasından ərəb dili və ədəbiyyatı, fars dili və məntiq öyrənən Kamalpaşazadə əvvəlcə hərbi təhsil almağa başladı. Sipahi əsgəri olaraq II Bəyazidin səfərlərinə qatılmışdır. Ancaq daha sonra üləma olmağa qərar verən Kamalpaşazadə əvvəlcə Ədirnədə Molla Lütfidən dərslər almağa başladı. Ardından dövrün önəmli alimlərinin hamiliyini qəbul edən Kamalpaşazadə qısa müddət sonra təhsilini başa vurdu.
Qazızadə Əhməd Şəmsəddin Əfəndi
Qazızadə Əhməd Şəmsəddin Əfəndi (1512 – 25 may 1580, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1512-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Süleyman Qanuni dövrünün Ədirnə qazılarından Bədrəddin Mahmuddur. Bu səbəblə tarixi mənbələrdə Qazızadə olaraq anılır. İlk təhsilini aldıqdan sonra Ədirnədəki darülhədis müdərrisi Qılınczadə İshaq Çələbidən dərslər aldı. Daha sonra Üçşərəfəli müdərrisi Çivizadə Muhiddin Əfəndinin xidmətinə girdi. Ardından Sahn-ı səman mədrəsəsinin müdərrislərindən Əbusuud Əfəndinin və Sadullah Sədi Əfəndinin dərslərinə qatıldı. Nəhayət, Əbdülqədir Çələbinin tələbəsi ikən mədrəsə təhsilini tamamladı. 25 axca maaşla Bursa Fərhadiyyə mədrəsəsinə, ardından 30 axca maaşla Əhməd Paşa mədrəsəsinə müdərris oldu. 1543-cü ildə Bursa Kaplıca mədrəsəsinə, 1550-ci ildə Sahn-ı səman mədrəsəsinə təyin edildi.
Salehzadə Əhməd Əsad Əfəndi
Salehzadə Əhməd Əsad Əfəndi (6 sentyabr 1740, Konstantinopol – 23 dekabr 1814, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Saleh Əfəndi və qardaşı Mehmed Əmin Əfəndi də özü kimi şeyxülislam olmuşdur. == Həyatı == 6 sentyabr 1740-cı ildə İstanbulda dünyaya gələn Əhməd Əsad Əfəndi III Mustafanın şeyxülislamlarından Mehmed Saleh Əfəndinin oğlu, I Əbdülhəmidin şeyxülislamlarından Mehmed Əmin Əfəndinin qardaşıdır. Dağıstanlı İbrahim Əfəndi, Seyid Əbdülhəlim Əfəndi və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1755-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1770-ci ildə İzmir qazılığına, 1778-ci ildə isə Bursa qazılığına təyin edildi. 1782-ci ildə payə olaraq Məkkə qazılığını aldı. 1787-ci ildə İstanbul qazısı olmuş, bir il sonra Anadolu başqazılığına gətirilsə də, bu vəzifəsini 1790-cı ildə icra etməyə başlamışdır. 1791-ci ildə vəzifə müddətini tamamladı və bir müddət dövlət vəzifələrindən uzaq qaldı. Bu müddət ərzində Sultan Səlimin hazırlıq gördüyü islahat və reformasiya siyasətini dəstəkləyən proqramlar hazırladı. İslahat hərəkatının ən güclü dəstəkçilərindən olan Əsad Əfəndinin hazırladığı proqram daha çox hərbi sahədəki yeniliklərə əsaslanırdı.
Turşucuzadə Əhməd Muxtar Əfəndi
Turşucuzadə Əhməd Muxtar Əfəndi (1823, Konstantinopol – 15 oktyabr 1875, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Takvîm-i Vekāyi‘, nr. 430. İlmiyye Salnâmesi, s. 604–605. Abdurrahman Şeref, Târih Musâhabeleri, İstanbul 1340, s. 307. Ebül‘ulâ Mardin, Huzur Dersleri (nşr. İsmet Sungurbey), İstanbul 1966, II–III, 183–185, 860. İbnülemin, Son Sadrıazamlar, s.
Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, Konstantinopol – 17 yanvar 1899, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Ali el-Murtazâ, İlâveli Mecmûa-i Cedîde, İstanbul 1326–29, s. 4, 9–10, ayrıca bk. tür.yer. İlmiyye Salnâmesi, s. 609–612. Sicill-i Osmânî, I, 344. Abdurrahman Şeref, Târih Musâhabeleri (İstanbul 1339) (haz. Enver Koray), Ankara 1985, s. 249–250.
Şeyx Əhməd Əfəndi Talalı
== Həyatı == Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi.
Əhməd Arif Hikmət Əfəndi
Əhməd Arif Hikmət Əfəndi (1786, Konstantinopol – 22 mart 1859, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Tam adı Seyid Hacı Əhməd Arif Hikmət Əfəndidir. 1786-cı ildə İstanbulda anadan olmuşdur. Atası İbrahim İsmet bəy padişah lll Selim dönəmində nakib-ül-eşraf [1] və kazasker[2] idi. Böyük babası və babası dövlət adamları olub vəzirlik rütbəsinə qədər yüksəlmişdilər. == Mənbə == Ârif Hikmet, Dîvân-ı Ârif Hikmet Beyefendi (nşr. Mehmed Zîver), İstanbul 1283; Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), III, 40, 46; Vâsıf, Târih (İlgürel), s. 237, 256–257; Şehâbeddin Mahmûd el-Âlûsî, Ârif Hikmet: hayâtühû ve meâsirüh (nşr. Muhammed el-Hatrâvî), Beyrut 1403/1983; Fatîn, Tezkire, s. 70–71; Devhatü’l-meşâyih, s.
Əminə Mihrişah İkinci Qadın Əfəndi
Əminə Mehrişah Sultan (1693 – 1732) Osmanlı padşahı III Mustafanın anası və sultan III Əhmədin arvadı. == Həyatı == Əminə Mehrişah Sultan fransız əsilliydi və əsl adı Janet olmuşdur. Oğlu III Mustafanın taxta çıxışını görməmiş və bu səbəbdən validə sultan ola bilməmişdir. İstanbul Əminönündəki Yeni Məsciddə Turhan Xədicə Sultan türbəsində dəfn edilmişdir.