Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eyderştedt
Eyderştedt yarımadası (alm. Eiderstedt‎) — Almaniyanın ərazisində, Şimal dənizi sahillərində yerləşən yarımada. Yarımada Şimali Frislandiyanın qərb sahillərində qərarlaşır. Uzunluğu 30 km, eni 15 km təşkil edir. Əhalisi əsasən frizlərdir. Ərazidə aşağı alman ləhcəsi yayılmışdır. Turizm inkişaf etmişdir. Yarımadanın əsas rəmzi Vesterheferzand matakıdır. Əsas şəhərləri:Tyunninq və Qardinq.
Eydli (Marağa)
Eydli (fars. عيدلو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (7 ailə).
Eydur Qudyonsen
Eydur Smari Qudyonsen — İslandiyalı futbolçu. İngiltərənin Stok Siti klubunun şərəfini qoruyur. 2006-ci ildə 12 milyon avroya İngiltərənin Çelsi klubundan Barselonaya transfer olunub. Barselonada birinci oyununa 28 avqust 2006-cı ildə çıxıb. Bu klubun heyətində 65 oyun keçirib və 15 qol vurub. 2009-cu ildə Fransanın Monako klubuna transfer olunub. 2010-cu ildə Tottenhemə kirayə verilib. 31 avqust 2010 tarixində İngiltərənin Stok Siti klubuna transfer olunub. İslandiyanın futbol yığma komandasına ilk dəfə 1996-cı ildə çağırılıb. Milli komandada indiyə kimi 49 oyuna çıxıb və 20 qol vurub.
Eydxafuşi
Eydxafuşi (mald. އޭދަފުށި) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Baa atolu ərazisinə daxildir. == Coğrafi yerləşmə == Eydxafuşi adası Baa atoluna daxil olan 75 adadan biridir. Lakkadiv dənizində yerləşən ada. == Əhali == 2006-cı il məlumatına əsasən Eydxafuşi 2409 nəfər yaşayır: 48,15 % kişi və 51,84 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 50,18 % — 18 yaşından aşağı; 11,66 % — 19 - 25 yaş arası; 32,25 % — 26 - 64 yaş arası və 5,89 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,18 %.
Eydərşan (Sərab)
Eydərşan (fars. يدرشان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (36 ailə).
Tamara Eydelman
Tamara Eydelman (rus. Тама́ра Ната́новна Эйдельма́н; 15 dekabr 1959, Moskva) — Rusiya tarixçisi, pedaqoq, yazıçı, tərcüməçi, radio aparıcısı və bloqer. Rusiya Federasiyasının əməkdar müəllimi (2003). Tarix və pedaqoqika üzrə çoxsaylı məqalələrin müəllifi, regionlararası ictimai təşkilat olan "Tarix Müəllimləri Birliyi"nin idarə heyətinin üzvüdür. == Həyatı == == İstinadlar == == Xarici keçidlər == Эйдельман – как устроена диктатура / How dictatorship works // вДудь. 17 марта 2022. Тамара Эйдельман и Лев Шлосберг: «Чему учит история» / Люди мира // ГражданинЪ TV. 15 марта 2023.
BYD
BYD Co Ltd (İngilis dilindən. Build Your Dreams - "xəyallarınızı qurun") — Avtomobil istehsalı ilə məşğul olan Çin şirkəti. Şirkətin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur. "BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir. == Tarixi == 1995-ci ildə qurulan şirkətin işçilərinin sayı ilk illər cəmi 30 nəfər olur. 2003-cu ildə şitkət Şensi əyalətində yerləşən "Qinchuan Avtomobil Şirkəti"ni satın alır. "BYD"-nin bu sövdələşməsindən sonra, "Qinchuan Avtomobil Şirkəti"nin istehsal etdiyi "Flyer" modeli "BYD"-yə miras qalır.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Erd
Erd (mac. Érd) — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər. == Tarixi == Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir. Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var.1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu. 20-ci əsrin əvvəllərində Erd Karolyi ailəsinin mülkü oldu.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Eyr
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır. == Mənbə == Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
GYD
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Hava limanı 2008-ci ildən bəri fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır.
PYD
PYD tam adı ilə Demokratik Birlik Partiyası (Partiya Yekitiya Demokrat, حزب الاتحاد الديمقراطي, Hizb Al-İttihad Al-Dimuqraṭiy ) — 2003-ci ildə kürdlər tərəfindən Suriya 'nin şimalında qurulmuş bir siyasi partiya. İndiki vaxtda hələ fəaliyyət göstərir. Lideri Saleh Müslim 'dir. Hərbi qolu təxminən 65,000 nəfərdən ibarət olan YPG'dir. PYD Suriya vətəndaş müharibəsinin baş verməsinin ardından Suriyada Hələb əyalətindəki Eyn ül-Ərəb, Əfrin və Cəndəris şəhərləri; Haseki əyalətinin Amudə, Dərik, Əfrin diyarları, əl-Dərbasiyə şəhəri və Şanlıurfanın Ceylanpınar mahalının qarşında olan Rəs ül-Eyn şəhəri, Qəhtaniyə qəsəbəsi və Rəqqə ilindən Təl Əbyəz şəhərində siyasi və hərbi idarəsi əlində tutmaqdadır. Demokratik Konfederalizm doktrinası PYD-nin rəhbərlikdə olduğu bölgələrdə həyata keçirilmişdir və hələ də bölgədə təsiri görülməkdədir. PYD həm Azad Suriya Ordusu həm də Suriya Baas Partiyası hökuməti ilə zaman zaman silahlı qarşıdurmalara girmişdir. Ancaq son zamanlarda PYD'nin silahlı qanadı YPG və Azad Suriya Ordusu İslamçı təşkilatlara qarşı ittifaq etmişdir. PYD, 30 noyabr 2015 tarixindən bu yana Sosialist beynəlxalqin məsləhət üzvüdür. Saleh Müslim Suriya vətəndaş müharibəsi ərzində bir çox dəfə Türkiyə 'ye səfərdə olub hökumət rəsmiləri ilə danışıqlar aparmışdır.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
SYD
Sosial Yeniliklər Düşərgəsi və ya qısaca SYD (ing. Social Innovation Camp və ya qısaca SICamp) — sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ sosial internet ideya sahiblərini bir araya gətirir və onların köməyi ilə yeni internet əsaslı layihələr yaradılması müsabiqəsidir. Bu sosial innovasiya üçün bir metoddur. Sosial Yenilik Düşərgəsi mütərəqqi gənclərə stimul vermək üçün təşkil edilir. == Necə baş verir? == Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olur, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçirlər və qrup şəklində işləməyə başlayırlar. Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçrilir. Başqa sözlə, SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.
Brendan Eyx
Brendan Eyx (ing. Brendan Eich; 4 iyul 1961, Pitsburq, Pensilvaniya) — Amerikalı texnoloq və JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır. Mozilla layihəsini və Mozilla Korporasiyasını qurdu və Mozilla Korporasiyasının baş texniki direktoru və qısa müddətdə baş icraçı vəzifəsini icra etdi. O, Brave Brauzerinin baş direktorudur.
Brendon Reyd
Brendon Reyd (18 mart 1994) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Brendon Reyd Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Brendon Reyd 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 58.696 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu.
Ceyd (Nəmin)
Ceyd (fars. جيد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,015 nəfər yaşayır (232 ailə). Əhalinin 100 faizi talışlardır.
Ceyd İven
Ceyd İven (24 yanvar 1988, London) – ingilis müğənnisi və aktrisası. == Həyatı == Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir. 31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Eyad Hammoud
Eyad Hammoud (Bolqarca: Ияд Хамуд; 24 iyul 2001-ci ildə anadan olub) — Çempionşip təmsilçilərindən olan Şeffild Uensdey komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan — Livan futbolçusudur. == Karyerası == === Lokomotiv Plovdiv === Hammoud öz peşəkar karyerasında debütünü Lokomotiv Plovdiv klubu ilə 20 noyabr 2016-cı ildə yerli derbilərdən sayılan Botev Plovdiv klubu ilə oyunda etmişdir. Meydana 15 yaş 3 ay 26 günlüyündə çıxan Hammoud Bolqarıstan Milli Futbol Çempionatında oyuna çıxan ən gənc ikinci futbolçu hesab edilir. Həmin görüşdə Lokomotiv 2-0 hesabı ilə qələbə qazandı və Hammoud birinci qol vurularkən qol ötürməsi ilə yadda qaldı. === Şeffild Uensdey === 2017-ci ilin əvvələrində Hammoud Şeffild Uensdey klubunda baxışdan keçmişdir. O, yayda klub ilə müqavilə imzalamaq üçün Lokomotiv klubuna geri dönmüşdür. 27 iyun 2017-ci ildə Hammoud icazə əldə edənə qədər klubun U-18 millisi ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclər === Hammoud 23 may 2017-ci ildə Bolqarıstan U-16 millisi ilə Kipr U-16 millisinə qarşı oyunda iştirak etmiş və görüş 1-1 hesabı ilə başa çatmışdır. == Karyera statistikası == === Klub === 3 Dekabr 2016 tarixində yenilənib == Şəxsi həyatı == Hammoud Livanda anadan olmuşdur. Onun atası Omar Hammoud Livanlı, anası Mariya isə Bolqarıstanın Burqas şəhərindəndir.
Eyc (hərf)
Ե, ե (adı: eyc, erm. եջ) — erməni əlifbasının beşinci hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Eyr Aoy
Eyr Aoy (藍井 エイル, Aoi Eiru, d. 30 noyabr 1988, Sapporo) – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır. "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur. Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir. 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir. 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır. == Bioqrafiya == Aoy mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb. Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. == Coğrafiyası == Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
Lends End
Lends End burnu (ing. Land's End) — Böyük Britaniyanın cənub-qərb hissəssində yerləşən burun. Lends End Kornuollun qərbində, Sennen kəndi ərazisində, Penzansdan 13 km aralıda yerləşir. Burundan qərbdə elədə böyük olmayan Silli arxipelaqı və Lonqşips qayaları yerləşir. Burundan 5 km şərqdə Lends End hava limanı vardır. Lends Enddən Con-о'Qrotsa olan məsafə 1349 km-dir.
Əqd
Əqd — mülki hüquq elminə görə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına yönələn birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradənin ifadəsi.Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.Əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.