Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərik Poladbəyov
Fərik Egit Poladbəyov (kürd. Fêrîkê Egît Polatbêkov)) və ya Fyodor Matveyeviç Lıtkin (rus. Федор Матвеевич Лыткин; 1897, 14 avqust 1897 və ya 2 (14) avqust 1897, İrkutsk vilayəti – 16 noyabr 1918) — kürd əsilli SSRİ siyasətçisi, şairi, jurnalisti, bolşevik inqilabçısı. O, Sibirdə sovet hakimiyyətinin qurulmasında iştirak etmişdir. == Həyatı == Fərik Poladbəyov 1897-ci ildə Rusiya imperiyasında, İrkutsk vilayətində anadan olmuşdur. Onun atası, yezidi əsilli Egit indiki Türkiyəyə bağlı Qars vilayətinin Diqor rayonunun Xarabadiqor (indiki Uzunqaya) kəndindəndir, lakin sonradan Sibirə sürgün edilmişdir. Poladbəyovun anası rus əsilli Anna Kartaşeva olmuşdur. O, 1907-ci ildə ailəsi ilə birlikdə atasının doğulduğu Qars vilayətinə, Diqora qayıtmış və həyatını orada davam etdirmişdir. Onun Baso adlı bir qardaşı, Nure və Marusya adlı iki bacısı var idi. Rusdilli sənədlərdə onun adı Fyodor Lıtkin kimi hallanır.
Fərid
Fərid — kişi adı.
Fərim
Fərim — İranın Mazandaran ostanının Sari şəhristanının Dodangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 180 nəfər və 50 ailədən ibarət idi.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Forik
Forik ( q.yun. Θορικός) — qədim Yunanıstanda, Attikanın cənub hissəsində şəhər və daha sonra dem. Bu, Afinanın yaradılması üçün Teseyə aid edilən sinoykizmlərdə birləşən on iki orijinal yaşayış məntəqəsindən biri idi. Daha sonra bu, Akamantida filasının bir demi idi. Onun yaxınlığında Neolit dövründən qurğuşun və gümüşün çıxarıldığı və qəsəbənin sənaye məhəlləsində işlədiyi Laurion mədənləri yerləşir.
Fərk
Fərk (fars. فرک‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 64 ailədə 137 nəfəri kişilər və 121 nəfəri qadınlar olmaqla cəmi 258 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Forik əlaqələr
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. == Həyatı == Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. == Yaradıcılığı == Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Fərid Abbasov
Fərid Abbasov (31 yanvar 1979, Bakı) — azərbaycanlı qrosmeyster (2007). 2558 FİDE reytinqi ilə dünyada 378-ci ölkəsində isə 8-cidir. 1997-ci ildə Avropa Gənclər Şahmat Çempionatında ikinci yeri tutub. 2001-ci ildə beynəlxalq master titulu ilə mükafatlandırılıb. 2007-ci ildə İsveçin Laholm şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. O, doqquz il Azərbaycan Gənclər şahmat komandasına məşqçilik edib. == Həyatı == Fərid Abbasov 31 yanvar 1979-cu ildə anadan olub.
Fərid Abışov
Fərid Adıgözəlov
Fərid Alimov
Fərid Cəfərov
Fərid Cəfərov — Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini (2023-cü ildən), == Həyatı == Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub. == Təhsili == 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub. 2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb. == Fəaliyyəti == 2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub. 2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib 2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub. 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub. 2017-ci ilin yanvar ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 13 mart-2018-ci ildən 13 may.
Fərid Cəlalov
Fərid Cəlalov – Azərbaycan kişi milli voleybol komandasının üzvü və eyni zamanda qadınlardan ibarət İqtisadçı voleybol komandasında köməkçi məşqçi. Millimizdə kapitanlıq da etmiş mütəxəssis 2013-cü ilin avqustunda bir neçə oyunda "İqtisadçı"nın baş məşqçisi də olmuşdu. Buna səbəb komandanın baş məşqçisinin zamansız istefaya göndərilməsi idi. == Həyatı == Fərid Yasər oğlu Cəlalov 1987-ci ildə Azərbaycan SSR-nin Masallı rayonunda anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Fərid Dadaşov
Dadaşov Fərid Həsən oğlu — görkəmli alim-geoloq, pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısı. Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952–1954-cü illərdə AzSİ-nin aspiranturasında oxumuş, "Neft yataqlarının geologiyası" kafedrasında işləmişdir. 1955-ci ildə "Bakı arxipelağının Səngaçal burnundan Gil adasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Azərbaycanın karbohidrogen qazları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1977–1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. "Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi" şöbəsinin rəhbəridir. == Elmi fəaliyyət == Elmi fəaliyyəti — təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır.
Fərid Dursunov
Fərid Fərcad
Fərid Fərcad (fars. فرید فرجاد‎; 1938, Tehran) — Fars əslli ABŞ vətəndaşı olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir. 8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur. Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir.
Fərid Fərəcov
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Fərid Hacıyev
Fərid Famil oğlu Hacıyev (25 aprel 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, 2-ci dərəcə dövlət müşaviri. == Həyatı == Fərid Hacıyev 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb. Azərbaycan, ingilis və rus dillərini bilir. Evlidir, iki övladı var. == Fəaliyyəti == Fərid Hacıyev universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır. 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin iyulun 4-də Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib.
Fərid Hümbətov
Fərid Hümbətov (28 dekabr 1956) — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Fərid Hümbətov 28 dekabr 1956-cı ildə anadan olmuşdur. == Filmoqrafiya == Araqarışdıran (film, 1987) Asif, Vasif, Ağasif (film, 1983) Burulğan (film, 1986) Gümüşgöl əfsanəsi (film, 1984) Kənar adamlar (film, 1992) Qafqaz (film, 2007) Qərib cinlər diyarında (film, 1977) Qətl günü (film, 1990) Mən mahnı qoşuram (film, 1979) Nizami (film, 1982) Sahilsiz gecə (film, 1989) Sizi dünyalar qədər sevirdim (film, 1985) Tənha narın nağılı (film, 1984) == Xarici keçidlər == "QAFQAZ" "Oskar"ı udacaq?
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). == Həyatı == Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Fərid Hüseynov
Fərid Hüseynzadə
Fərid Kazakov
Fərid Kazakov (tam adı: Fərid Kamil oğlu Kazakov; 24 dekabr 1997, Bakı) — Tatar əsilli Azərbaycan rəqqası, balet artisti, xoreoqraf, baletmeyster. Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatıdır. Kazakov həmçinin bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisi və Moskva "Olympus Grace" gimnastika və rəqs məktəbinin yaradıcısı və rəhbəridir. == Yaradıcılığı == Fərid Kazakovun hələ uşaq yaşlarında sirk tamaşasında gördüyü hava gimnastikasından gimnastika və rəqsə həvəsi yaranır. Sonra valideynləri Fərid üçün Bakı Gimnastika Məktəbinə müraciət edir. Orada komissiya dərslər üçün lazım olan təbii məlumatların olmaması səbəbindən onu qəbul etmir. Çox keçmədən yaxşı nəticələr göstərməyə başlayır və sonradan müxtəlif yarışlarda qalib gəlir. O, xoreoqrafiya dərslərində yaxşı nəticələr göstərir. Təlimçilərin məsləhəti ilə valideynləri Fəridi həmin vaxt Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) göndərir. Qəbul imtahanlarında bədii rəhbər, Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Tamilla Şirəliyeva Fəridin istedadını xüsusi qeyd edir.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Yerik
Yerik (rus. ерик, ing. yerik) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; çaydan gölə, göldən gölə gizli axın; Don çayının aşağısında və Volqa çayının deltasında xırda qollar.
Erik
Erik — Şimali Alman mənşəli bir kişi adı. == Adamlar == Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans == Danimarka kralları == Erik I (1095–1103) Erik II (1134–1137) Erik III (1137–1146) Erik IV (1232–1250) Erik V (1259–1286) Erik VI (1286–1319) Erik VII (1412–1439) == Norveç kralları == Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280–1299) Erik III (1389–1442) == İsveç kralları == Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? — 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçin əfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.