FƏRİDƏ

FƏRİD(Ə)

ə. tək, misilsiz, tayı-bərabəri olmayan, nadir tapılan.

FƏRİD
FƏRİH
OBASTAN VİKİ
Fəridə Abbasova
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. Fəridənin ailəsində heç kim idmanla məşğul olmayıb. 2000-ci ildə millət vəkili, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev Bakıda karate məktəbi yaradır. Fəridənin atası idmana olan marağını diqqətə alaraq 5 yaşında onu Ülvi Quliyevin məktəbinə yazdırır. 6 yaşında olan zaman Xırdalanda təşkil edilən oğlanların klublararası respublika çempionatını birinci kimi başa vurur. Təxminən 5 il ancaq oğlanlarla yarışan Fəridə, 10 yaşından öz həmcinsləriylə məşqlərə başlayır. O, 2013-cü ildə Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə daxil olub, 2017-ci ildə buradan məzun olur.
Fəridə Cəlal
Fəridə Cəlal(hind. फरीदा ज़लाल, ing. Farida Jalal, 18 may 1949, Yeni Dehli) — Hindistanın kino və televiziya aktrisası. == Həyatı == 14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. "Bobbi" filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Fəridə Hicran
Fəridə Həsənxanova
Fəridə Həyat
Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir. O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir. == Həyatının erkən dövrü == O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür. == Təhsil == Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır.
Fəridə Ləman
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir. == Fəaliyyəti == İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Fəridə Məlikova
Məlikova Fəridə İsmayıl qızı (7 dekabr 1967, Sumqayıt) — kamança ustası. == Həyatı == Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Fəridə Məmmədova
Fəridə Məmmədova (müğənni) — Azərbaycan müğənnisi. Fəridə Məmmədova (tarixçi) — Azərbaycan tarixçisi.
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa == Həyatı == Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
Fəridə Səfiyarzadə
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı: Fəridə Ağaəli qızı Vəlixanova; 21 oktyabr 1935, Bakı – 5 sentyabr 2023) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), Əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Fəridə Əliyarbəyli
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur. 1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989). 1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur.
Fəridə Əliyeva
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanı təmsil edən taekvondoçu. == Karyerası == Fəridə Əzizova 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Bir il sonra, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Fəridə Əzizova 2009-cu ildə İsveçin Trelleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu, Xorvatiyanın Zaqreb şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2011-ci ildə Fəridə Əzizova Rusiyada Russian Open və Xorvatiyada Croatia Open beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Fəridə Əzizova həm də həmin il Azərbaycanda Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Fəridə Əzizova Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Fəridə Əzizova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −67 Kq.
Fəridə Məmmədova (müğənni)
Məmmədova Fəridə Kamal qızı (29 sentyabr 1976, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fəridə Məmmədova (soprano) Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994–2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır. 1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: J. Bizenin "Karmen" operasında Mikaela, Motsartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordiliçi və Qrafinya, Qlyukun "Orfey və Evridika" operasında Evridika, V. Bellininin "Norma" operasında Norma, C. Verdinin "Trubadur" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, Leonkavallonun "Məzhəkəçilər" operasında Nedda, P. Maskanyinin "Cavalleria rusticana" operasında Santuzza, Cakomo Puççininin "Il Tabarro", "Manon Lescaut", "Tosca" və "Gianni Schicchi" operalarında Corcetta, Manon, Toska və Çyeska, Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza, R. Mustafayevin "Vaqif" operasında Xuraman, M. Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, F. Əlizadənin "İntizar" operasında Gəlin, L. Vaynşteynin "Zoluşka" operasında Javotta, Y. Raxmadiyevin "Alpamis" operasında Mıstan ve s. F. Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblari ilə çıxış edir.
Fəridə Məmmədova (tarixçi)
Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir. Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[mənbə göstərin] == Əsas elmi nailiyyətləri == İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə.
Fəridə xanım Sultan
Fəridə xanım Sultan (30 aprel 1847, Konstantinopol – dekabr 1920) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu. == Övladı == Mehmed Sahib bəy (ö.
Fəridə Cəfər qızı Məmmədova
Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir. Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[mənbə göstərin] == Əsas elmi nailiyyətləri == İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə.
Fəridə Babayeva
Fəridə Babayeva — (6 sentyabr 1990) — azərbaycanlı peşəkar qadın futbolçu. "Ruslan-93" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 milli yığmasının keçmiş üzvü == Həyatı və Karyerası == Fəridə Babayeva ilə bağlı arxiv məlumatlarında sadəcə 2007-ci ildə "Ruslan-93" klubunda çıxış etdiyi qeyd edilmişdir. == Milli Karyerası == 2008-ci ildə Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etdiyi bilinir.
Fəridəddin Gəncşəkər
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəfəkkiri. Sufizm nəzəriyyəçisi. == Həyatı == Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Fəridən şəhristanı
Fəridən şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Daran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,622 nəfər və 20,215 ailədən ibarət idi.
Xəridətül-əcaib və fəridətül-ğəraib
Siracəddin Əbu Həfs Ömər bin əl-Müzəffər ibn əl-Vərdinin "Xəridətül-əcaib və fəridətül-ğəraib" (birinci hissə) kitabı 2024-cü ildə Bakı da “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın redaktoru akademik Möhsün Nağısoylu, ön söz müəllifi filologiya elmlər doktoru, professor Kamandar Şərifov, redaktor və ərəbcə hissələri tərcümə edən Hacı Rauf Şeyxzamanlı, mətni transfonoliterasiya edib çapa hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. XIV əsrin məşhur ərəb tədqiqatçısı Siracəddin Əbu Həfs Ömər ibn Müzəffər ibn əl-Vərdi özünün “Xəridətül-əcaib və fəridətül-ğəraib” kitabında o dövrdə məşhur olmuş şəhərlər, çaylar, dağlar, dənizlər, bitkilər və heyvanlar haqqında məlumat vermişdir. Əslən Azərbaycandan olan, lakin sonradan Osmanlı məmləkətinə köçmüş tanınmış ədib, tarixçi və tərcüməsi Mahmud Şirvani həmin əsəri XVI əsrdə türkcəyə tərcümə etmişdi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan fotosurət əsasında hazırlanmış hazırkı nəşrə adıçəkilən əsərin birinci yarısı daxil edilmişdir.
Xəridətül - Əcaib və Fəridətül - Ğəraib
Siracəddin Əbu Həfs Ömər bin əl-Müzəffər ibn əl-Vərdinin "Xəridətül-əcaib və fəridətül-ğəraib" (birinci hissə) kitabı 2024-cü ildə Bakı da “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın redaktoru akademik Möhsün Nağısoylu, ön söz müəllifi filologiya elmlər doktoru, professor Kamandar Şərifov, redaktor və ərəbcə hissələri tərcümə edən Hacı Rauf Şeyxzamanlı, mətni transfonoliterasiya edib çapa hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. XIV əsrin məşhur ərəb tədqiqatçısı Siracəddin Əbu Həfs Ömər ibn Müzəffər ibn əl-Vərdi özünün “Xəridətül-əcaib və fəridətül-ğəraib” kitabında o dövrdə məşhur olmuş şəhərlər, çaylar, dağlar, dənizlər, bitkilər və heyvanlar haqqında məlumat vermişdir. Əslən Azərbaycandan olan, lakin sonradan Osmanlı məmləkətinə köçmüş tanınmış ədib, tarixçi və tərcüməsi Mahmud Şirvani həmin əsəri XVI əsrdə türkcəyə tərcümə etmişdi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan fotosurət əsasında hazırlanmış hazırkı nəşrə adıçəkilən əsərin birinci yarısı daxil edilmişdir.

Значение слова в других словарях