Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Foggia
Focca (it. Foggia) — İtaliyanın Puglia regionunda bir şəhər, bələdiyyə vahidi və Focca vilayəti adını daşıyan vilayətin mərkəzidir. İtaliyanın ana buğda yetişdirmə sahəsi olan Tavoliere ovasındaki ən əhəmiyyətli şəhər olub bu səbəblə ümumiyyətlə əkinçiliyə əsaslanan bir məskunlaşma mərkəzidir. Focca şəhəri Katolik Kilsəsi başpiskoposluk mərkəzidir. 1999-cu ildə yeni olaraq 7 fakültəli bir dövlət universiteti "Üniversità degli Studi di Foggia" qurulmuşdur və bu anda 10.000 şagirdi olmuşdur.
TOGG
TOGG — 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır. == Tarixçə == Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı. Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM (türk. Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.) quruldu. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir. 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı. TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu il tarixində təşkil edilən mətbuat konfransında təqdim edilmişdir.TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı. Zavod üçün layihə əsaslı dövlət yardımının veriləcəyi açıqlandı.
Robert Fogel
Robert Fogel (ing. Robert William Fogel; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Həyatı == Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu. Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb.
Hoqqa
Hoqqa — ən qədim çəki ölçü vahid. == Ümumi məlumat == Xalqımızın məişətində işlədilmiş, adına folklorumuzda və yazılı ədəbiyyatlarda rast gəlinən çəki ölçü vahidlərindən biri də hoqqadır. Koroğlu Qıratı öydüyü bir şeirdə deyir: Yenə həmin dastanda Giziroğlu Mustafa bəy öz yoldaşlarına deyir: Göründüyü kimi, birinci şeirdə hoqqanın nalın çəkisini, ağırlığını, ikinci şeirdə isə içkinin həcmini göstərdiyinin izahına ehtiyac yoxdur. Lakin nalı və içkini eyni ölçü vahidi ilə ölçmək mümkün olmadığından hoqqa sözünün açıqlanmasına ehtiyac duyulur. Hoqqə - ərəb dilində kiçik mücrü deməkdir. Bu söz oyun, kələk, hiylə mənasında daha çox işlənir. Hoqqa sözünün ərəb dilindəki mənalarının heç biri ölçü bildirmir. Bu da onu göstərir ki, hoqqa ərəblərdə heç vaxt ölçü vahidi kimi işlənməmişdir. Azərbaycan və Kərkük türklərində isə hoqqa ən qədim ölçü vahidlərindən biri olmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, bir çox türk xalqlarında ən qədim ölçü vahidi kimi işlənmiş hoqqa ərəb dilindən alınmamışdır.
Nate Dogg
Nataniyel Daveyn Heyl (Nate Dogg kimi tanınır, 19 avqust 1969, Lonq-Biç, Kaliforniya – 15 mart 2011, Lonq-Biç, Kaliforniya) — G-Funk müğənnisi və şou-biznes xadimi. == Həyatı == Nate Dogg, solo layihələri ilə deyil, ən böyük uğurunu digər reperlərlə ilə əməkdaşlıq etməklə qazanıb. == Diskoqrafiya == 1998: "G-Funk Classics, Vol.
Snoop Dogg
Snoop Dogg (ing. Calvin Cordozar Broadus, Jr.; d. 20 oktyabr 1971, Kaliforniya), Amerikalı repçi, prodüser və aktyor. Karyerasına 1992-ci ildə Dr. Dre ilə tanışlıqından sonra başlayıb.
Togg T10X
Togg T10X, Togg şirkəti tərəfindən Türkiyədə istehsal olunan elektrikli avtomobildir . İlkin satış üçün minimum qiyməti 953 min türk lirəsi olaraq təyin olunan avtomobilin ön sifarişləri 16-27 mart 2023-cü il tarixlərindən başlayıb.
Berti Foqts
Berti Foqts (alm. Berti Vogts‎; 30 dekabr 1946[…], Büttgen[d], Şimali Reyn-Vestfaliya) — almaniyalı futbol mütəxəssisi. O, 1965–1979-cu illərdə "Borussiya Münhenqladbax" klubunun heyətində çıxış edib. 1967-ci ildən Almaniya milli futbol komandasına çağırılıb. 1978-ci ilə kimi millidə çıxış edib. 96 oyunda meydana çıxıb, 1 qol vurub. Millinin heyətində 1974-cü il Dünya Kubokunu və 1972-ci il Avropa Kubokunu qazanıb. Həmçinin 1970-ci il dünya çempionatının bürünc, 1976-cı il Avropa çempionatının isə gümüş medalını qazanıb. 1979-cu ildə futbolçu karyerasını başa vurub və məşqçilik karyerasına başlayıb. 1979–1990-cı illərdə Qərbi Almaniyanın gənclər millisinin baş məşqçisi olub, 1986–1990-cı illərdə Qərbi Almaniyanın əsas komandasına köməkçi məşqçi funksiyasını yerinə yetirib.
Devid Boqqs
Devid Boqqs (17 iyun 1950, Vaşinqton – 19 fevral 2022) — amerikalı elektrik və radio mühəndisi, kompüter şəbəkələri üçün müasir İnternet protokollarının, fayl-serverlərin, şlüzlərin və şəbəkə kartlarının prototiplərinin müəllifi, Ethernet texnologiyasının banilərindən biri. 1976-cı ildə o, assistenti olduğu amerikalı mühəndis Robert Metkalfla (Robert Metcalfe) birlikdə Ethernet texnologiyasının fəaliyyət prinsipinin əks olunduğu "Ethernet: Distributed Packet-Switching For Local Computer Networks" adlı kitab dərc etdirmişdir.
Jak Roqqe
Jak Roqqe(2 may 1942[…], Gent[…] – 29 avqust 2021[…]) — Beynəlxalq Olimpiya Komitəsinin 8-ci prezidenti (2001–2013). == Həyatı == Jak Roqqe BOK-un 8-ci prezidentidir. O, 2001-ci ildə ispaniyalı Xuan Antonio Samarançı əvəzləyib. 2013-cü ildə onu bu postda Tomas Bax əvəz etmişdir. İxtisasca həkim olan Jak Roqqe yelkən idmanı ilə peşəkar səviyyədə məşğul olub. O, 1968, 1972 və 1976-cı illərdə Olimpiya oyunlarının iştirakçısı olub. Bundan başqa, Jak Roqqe reqbi üzrə Belçika yığmasının şərəfini qoruyub.
Loqoy krateri
Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu - XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda - Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə - Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə - Qərbi Sibir düzənliyində yerləşirdi. == Dövlətin təşəkkülü == Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay Ordası
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu - XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda - Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə - Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə - Qərbi Sibir düzənliyində yerləşirdi. == Dövlətin təşəkkülü == Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noqay rayonu
Noqay rayonu (Dağıstan)
Noqay çölü
Noqay çölü — Terek və Kuma çayları arasında, Şimali Qafqaz ərazisində meşə örtüyünə sahib olmayan quru və düzən əraziyə sahib çöl. Ərazi Dağıstan, Çeçenistan, Stavropol diyarı ərazisində yerləşir. Çölün adı noqayların adı ilə bağlıdır. Bitki örtüyü kserofit və qalofitlərdən ibarət olsa da, ərazisinin böyük hissəsini qumlu sahələr təşkil edir. == İqlimi == Noqay çölünün iqlimi quru kontinentaldır. İllik yağıntının miqdarı 300 mm keçmir. İsti dövrün orta temperaturu (aprel — oktyabr) +22-25 °C , soyuq fövrün isə (noyabr — mart) 0 - 2 °C arasında dəyişir. Minimum temperatur −33 °C (yanvar, fevral), maksimum isə +45 °C (avqust) olmuşdur. Qışı az yağıntılı olması ilə seçilir. Ortalama 30 mm təşkil edir.
Noğay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noğay marşı
Noğay marşı və ya Çingiz xan marşı — Göytürk xaqanlığının döyüş marşı olaraq istifadə etdikləri düşünülən və Noğay ləhcəsində oxunmuş Orta Asiya mövzulu marş. Marş 1992-ci ildə Sankt-Peterburqda Qazaxıstan Respublikasının orkestra sənətçisi Aslanbek Sultanbekov tərəfindən bəstələnmiş və səsləndirilmişdir. Marş bir çox türk xalqının milli musiqi aləti olan dombra üzərinə bəstələnmiş və səsləndirilmişdir. Marş dünyadakı türkçülər tərəfindən xüsusilə sevilən marşlar siyahısındadır. Bu marş "Noğay marşı" və ya "Çingiz xan marşı" kimi adlarla yanaşı, bəzən marşın ifa edildiyi qədim türk musiqi aləti olan dombranın adı ilə "Dombra marşı" da adlandırılır. == Haqqında == Marşın hissələrindən bəstəkardan icazə alınması ilə 2014-cü il Türkiyə seçkilərində AK partiya tərəfindən seçkilərdə istifadə edilərək Uğur Işılakın səsləndirdiyi "Rəcəb Tayyib Ərdoğan-Dombra" adı ilə yenidən qeydə alınmış, marşın seçki mahnısı olaraq istifadə olunmasına MHP üzvü millətvəkili Sinan Oğan etiraz etmişdir. MHP üzvlərinin bildirdiklərinə görə, bu türk millətçiliyinə dırnaqarası yanaşan Ədalət və İnkişaf Partiyasının seçkilərdən öncəki dövrdə seçicilərin millətçilik hissini istismar etmə cəhdidir. Lakin etirazlar nəticəsiz qaldı və mahnıdan seçkilərdə istifadə edildi.Noğay marşı 2015-ci ildə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı prezident qəbulundakı rəsmi mərasimdə ilk dəfə Türkiyə Respublikası Dövlət Orkestrası tərəfindən ifa edilmişdir. Eyni il Mehmed Akif Ərsoy Universiteti tərəfindən Aslanbek Sultanbekova Türk dili və mədəniyyətinə qatdığı qatqılardan dolayı fəxri doktor ünvanı verilmişdir.Noğay marşını dünyaya yenidən tanıdan və bu qədər məşhurlaşmasında böyük rolu olan Aslanbek Sultanbekov Noyay türkü xalq musiqiçisi, Qaraçay-Çərkəz Respublikasının milli sənətçisi. Qazaxıstan Respublikası Milli Orkestrasının sənətçisidir.
Noğay xan
Noğay xan (tatar. Nuğay, Нугай, qaz. Ноғай; 1235/1240 — 1299) — Qızıl Orda bəylərbəyi. == Həyatı == Bərkə xanın sərkərdəsi olan Noğay, Qızıl Ordanın Don ilə Dnepr arasındaki bölgələri idarə edən tümən bəyi idi. İlk dəfa Bərkə xan (1255–1266) dövründə qarsılaşdığımız Noğay, Məngü Teymur xan (1266–1280) zamanında siyasət səhnəsinə çıxdı. 1259-cu ildən 1296-cı ilə qədər Qalitsiya, 1261-ci ildən 1263-cü ilədək də Qafqaz səfərlərində qazandığı üstün zəfərlə çıxmışdır. Qaradənizin şərq və şimalında yaşayan boyları Qızıl Orda mərkəzindən ayıracaq şəkildə öz hakimiyəti altında birləşdirmiştir. Bərkə xanın və sərkərdəsi olan Noğayın müsəlman olmaları, Şaman olan Hülaku ilə olan savaşları qazanmaları, xilafət üçün alınan bir intiqam və İslamiyətin zəfəri olaraq bilindi. Bu münasibətlə qonşu müsəlman ölkələrdən, Xorasandan və Anadoludan İslamiyəti yaymaq üçün qazilər gətirildi. Azərbaycandan Ərdəbil şeyxi Səfiyədddin Ərdəbili, öz müridləri ilə birlikdə Dəşt-i Qıpçaqda və Krımda (Noğay ölkəsində) İslami fəaliyətlərdə oldu.
Toğay (Miyanə)
Toğay (fars. طغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (25 ailə).
Toğay bəy
Toğay bəy (1601 – 30 iyun 1651) (krımca Toğay bəy, Polyakca Tuhaj-bej, Ukraynca Тугай-бей, Rusca Тугай-бей ) — Krım tatarlarının əhəmiyyətli hərbi liderlərindən və siyasətçilərindən biri, Tugay bəy adı ilə də tanınmışdı. == Həyatı == Toğay, Krımın əhəmiyyətli ailələrindən olan Arğınlar ailəsindən gəlir və tam adı Arğın Doğan Toğaydır. Bəy titulunu Or Qapı (Perekop) sancağının başına keçərkən almışdır. Bu sancaq Krım xanlığı üçün çox vacib idi, çünki Krım yarımadasının bərzəxi olan Perekop bərzəxi burada yerləşirdi və müdafiəsi vacib olan bir yer idi. 1648-ci ildə kazakların Reç Pospolitaya qarşı Hmelnitski üsyanında Boqdan Xmelnitskiyə kömək etmək üçün (təxminən 6000 - 20000 nəfər arasında) bir ordu gətirmişdir. Oradakı müxtəlif vacib döyüşlərdə vuruşmuş və sonda Beresteczko döyüşündə öldürülmüşdür. Polşa yazıçısı Henrik Senkeviç tərəfindən yazılmış roman və həmin romanın motivləri əsasında çəkilmiş film olan Odla və qılınclada təsvir edilmişdir. Filmdə Daniel Olbrychski tərəfindən canlandırılmışdır.
Hoqqa (film, 2017)
Hoqqa — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi. == Məzmunu == Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur. Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır...
Kubanda Noğay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. == Arxa plan == Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Noqay rayonu (Dağıstan)
Noqay rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 8.838 km² , inzibati mərkəzi Terekli-Məktəb kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən raonun 21.685 nəfər əhalisi var . Bu siyahıya almaya əsasən rayonun əhalisinin sayına görə ən böyük yaşayış mərkəzləri Cənubi Suxokumsk şəhəri (9.777 nəfər) və Terekli-Məktəb kəndidir (7.285 nəfər) . 1989 - cu ildə aparılmış siyahıya almaya əsasən rayonun əhalisinin 85,7%-ni noqaylar , 8.2%-ni darginlər , 1.5%-ni çeçenlər , 1.2%-ni ruslar , 1.1%-ni isə qumuqlar təşkil edir . == Kəndləri == Rayonun 20 yaşayış məntəqəsi var . Onlardan 1-i şəhər , 19-u isə kənd tipli yaşayış məntəqəsidir .
Toğay Teymur xan
Toğay Teymur xan — Boruciginlərdən olan elxan olmağa iddiaçı (1338–1353) == Həyatı == Toğay Teymur xan Mamay Kavun oğlu Hülaku xanın soyundan deyil, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindəndir. Babası Çete tayfasının rəisi Baba Kavun idi. == Hakimiyyət uğrunda mübarizəsi == Əbu Səid Bahadur xanın ölümündən sonra Xorasan hakimi Şeyx Əli Quşçu onun elxanlığa namizəd kimi qəbul etdi. Digər əyanların da dəstəyi ilə Toğay Teymur Şərqi İranda hakimiyyətə başladı və öz adına pul kəsdirdi. 1337-ci ildə qərbə yürüş edərkən Tacəddin Həsən noyon tərəfindən məğlub edilmişdi. Həmin il Toğay Teymurun dəstəkçilərindən Arqun şah Şeyx Əlini və Tacəddin Həsən noyonun valisi Məhəmməd Mulayı öldürdü, Toğay Teymura dəstəyini bildirdi. 1338-ci ildə Həsən noyon Toğay Teymurdan kömək istədi. 1339-cu ildə Çobanilərə qarşı hücuma keçən Toğay Teymur xan Cəlairilər tərəfindən xan kimi tanındı. Bu hal 1344-cü ilədək belə davam etdi. Bundan əlavə 1337-ci ildə başlamış olan Sərbədarlar üsyanı böyüyürdü.
Qıpçaq-noqay dilləri
Qıpçaq-noqay dilləri — türk dillərinin qıpçaq qrupuna daxil olan ən çoxlu dil klasteri. == Dil və dialektlər == Linqvistik baxış bucağından bütün qıpçaq-noqay dilləri bir dilin dialekti sayılacaq qədər bir-birinə yaxındır. Aşağıdakı dillər və dialektlər fərqlənir: Krım-tatar dilinin çöl dialekti; Noqay dili; Qaraqaş dili; Yurd-noqay dili; Alabuğa-noqay dili; Qazax dili; Qaraqalpaq dili; Özbək dilinin qıpçaq dialektləri; qismən Fərqanə-qıpçaq dili və cənubi qırğız dialektləri.Tatarların və başqırdların bəzi qrupları da noqay mənşəlidir, məsələn, naqaybəklər. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. Р. Тенишев (ред.). Сравнительно-историческая грамматика тюркских языков. Региональные реконструкции. М., 2002.
Qıpçaq-noğay dilləri
Qıpçaq-noqay dilləri — türk dillərinin qıpçaq qrupuna daxil olan ən çoxlu dil klasteri. == Dil və dialektlər == Linqvistik baxış bucağından bütün qıpçaq-noqay dilləri bir dilin dialekti sayılacaq qədər bir-birinə yaxındır. Aşağıdakı dillər və dialektlər fərqlənir: Krım-tatar dilinin çöl dialekti; Noqay dili; Qaraqaş dili; Yurd-noqay dili; Alabuğa-noqay dili; Qazax dili; Qaraqalpaq dili; Özbək dilinin qıpçaq dialektləri; qismən Fərqanə-qıpçaq dili və cənubi qırğız dialektləri.Tatarların və başqırdların bəzi qrupları da noqay mənşəlidir, məsələn, naqaybəklər. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. Р. Тенишев (ред.). Сравнительно-историческая грамматика тюркских языков. Региональные реконструкции. М., 2002.
Kubanda noqay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. == Arxa plan == Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Bitcoin Fog
Bitcoin Fog — Bitcoin üçün mərkəzləşdirilmiş kriptovalyuta tambleri.2013-cü ilin dekabr ayında sayt Sheep Marketplace soyğunlarından gələn 96000 BTC-nin bir hissəsini yumaq üçün istifadə edilmişdir.2015-ci ilin fevral ayında Çin eksçeynci olan Bter.com saytından 7170 bitcoin oğurlandı. Bu hadisədən sonra Bitcoin Fog öz kriptovalyuta bazarında nüfuzunu bərpa etdi.