Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülçin Abdullayeva
Gülçin Gülhüseyn qızı Abdullayeva (20 yanvar 1947) — riyaziyyat üzrə fəlsəfə doktoru, Dosent, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri Laboratoriya rəhbəri. == Həyatı == Gülçin Abdullayeva 20 yanvar 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1970-ci ildə oranı riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1970-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, aspiranturanı bitirdikdən sonra 1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildən başlayaraq BDU, ATU və respublikanın digər ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləmişdir. 2000-ci ildən dosentdir. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 129 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 57 Respublikada çıxmış elmi əsərlərinin sayı: 63 Konfrans məruzələri və tezislər sayı: 38 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 5Kadr hazırlığı: 6-müdafiə edib və 4-dissertant hazırlaşdırılır === Əsas elmi nailiyyətləri === 2004-2005-ci illərdə Kanada Beynəlxalq Səhiyyənin İnkişafı Təşkilatının qrantını alıb.
Gülbin Tosun
Gülbin Tosun (10 noyabr 1977, İstanbul), türk proqramçı, diktor və aparıcıdır. İstanbul Universitetində və London School of Business Studies Marketing-də təhsil alıb. O, Reuters xəbər agentliyində təcrübə keçib. 2009-cu ildən Gülbin Tosun ilə FOX Ana Xabər Xəftəsonu-də; Yayda FOX Main News təqdim edir. O, həm də FOX News-un müxbiri Ali Onur Tosunun böyük bacısıdır. == Reaksiyalar == Gülbin Tosun 22 may 2022-ci il gecəsi Tvitterdə 28 mart 2022-ci ildə sahibsiz it hücumu nəticəsində dünyasını dəyişən 10 yaşlı Mahra Melin Pınarın anasına yazdığı cavabla böyük reaksiya verdi:"Sabah səni izləyirəm! Yazıq!Tosun reaksiyalardan sonra şərhini silib. == İşlədiyi kanallar == 2009-cu ildən FOX -da " Gülbin Tosun ilə FOX Main News Weekend " bülletenini təqdim edir. Yayda FOX Main News -u təqdim etməyə davam edir. 2006-cı ildə SKY Türk kanalında "Gülbin Tosunla səhər xəbərləri" verilişini təqdim edib.
Gülsin Onay
Gülsin Onay (12 sentyabr 1954, İstanbul)- İngiltərənin Kembric şəhərində yerləşən alman əsilli aparıcı türk konsert pianoçusudur. == Həyatı == Onayın anası məşhur türk riyaziyyatçısı və alimi Kərim Erimin qızıdır. Onun atası alman skripkaçısı Yoahim Royşdur. Onayın oğlu Erkin Onay peşəkar skripkaçıdır. Hazırda Ankara Dövlət Opera və Baletinin orkestrinin konsertmeysteridir. Onay Kembric Universitetində Cəbr və Saylar Nəzəriyyəsi professoru Tony Scholl ilə evlidir. == Təhsili == Musiqiçi ailəsində dünyaya gələn Gülsin Onay üç yaşında piano ifa etməyə başlayıb. Onun ilk müəllimi anası olmuşdur. Gülsin Onay 6 yaşında ikən ilk konsertini TRT Radio İstanbulda verdi.[1] 10 yaşında “Üstün Yetenekli Uşaqlar Kanunu” (Fövqəladə İstedadlı Uşaqlar Qanunu) çərçivəsində xüsusi dövlət təqaüdü aldı və bu, ona əvvəlcə Ankarada Mithat Fenmen və Əhməd Adnan Sayqunun yanında, iki il sonra isə Paris Konservatoriyasında təhsil almağa imkan verdi. burada müəllimləri Pierre Sancan, Monique Haas, Pierre Fiquet və Nadia Boulanger idi.
Dülcin (Xudabəndə)
Dülcin (fars. دولجين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (73 ailə).
Gülşən
Gülşən — qadın adı.
Günçen
Günçen şanyü (e. ə. III əsr – e.ə. 126) — eramızdan əvvəl 161 və 126-cı illər arası hökmdarlıq etmiş Hun şanyüsüdür. Onun dövrü Hun imperiyasının ən güclü dövrü hesab edilir. Hun imperatorları içində ən uzun ömürlü olan Günçenin dövründə 4 imperator dəyişmişdir. == Hakimiyyəti == E.ə. 158-ci ildə Şansi və Ordosu işğal edən şanyü, hərəsinə 30.000 əsgər göndərmişdi. Hunlar çox qalmadı, qarət edib geri döndülər. Hun ordusu paytaxt Siana yaxınlaşarkən imperatorun tələ qurduğunu öyrəndi və geriyə döndü.
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
De, Gəlsin!
"De, Gəlsin!" — 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan meyxana yarışma televerilişi. == İstehsal == 2001-ci ildən televerilişin introsu meyxana, hip-hop və kapoeyra elementlərindən ibarət olub. Verilişin loqosunun dizaynı "Mortal Kombat" video oyunun əjdaha loqosu üzərində əsaslanıb. == Tarixi == Verilişin qalibləri 2001-ci ildə Aydın Xırdalanlı, 2002-ci ildə Aqşin Fateh və Vüqar Coratlı (III mövsümdə), 2004-cü ildə Vüqar Yasamallı, 2006-cı ildə Namiq Məna, 2007-ci ildə Mirfərid Zirəli və 2013-cü ildə Pərviz Arif olub. == İştirakçılar == Rəng açarı === Meyxanaçılar === === Ustadlar şurası === == İstinadlar == == Xarici keçidlər == De, Gəlsin!
Gülbən Ərgən
Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası. == Həyatı == 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü. Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.
Gülsün Sağlamer
Gülsün Sağlamer (1945, Trabzon). Memar, müəllim, İTU-nun ilk qadın rektoru. İstanbul Texniki Universiteti Memarlıq Fakültəsini bitirdi. 1978-ci ildə dosent, 1988-ci ildə professor oldu. 1996–2004-cü illərdə İstanbul Texniki Universitetinin rektoru vəzifəsində işləmişdir. Bir çox layihədə iştirak etdi. Hal-hazırda "Open House International" jurnalının redaksiya heyətinin üzvüdür. 2006–2014-cü illərdə Kadir Has Universitetinin Nümayəndə Heyətinin üzvüdür.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Gülşən (müğənni)
Gülşən (29 may 1976, Çapa[d]) — Türkiyəli müğənni, bəstəkar.
Gülşən Kazımova
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Gülşən Kərimova
Gülşən Kərimova (d. 16 sentyabr 1979) — Azərbaycanı təmsil edən voleybolçu. Gülşən Kərimova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Gülşən Kərimova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Gülşən Lətifxan
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 2002) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Gəlin
Gəlin - ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa.DigərTülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülçöl (Vərzəqan)
Gülçöl (fars. گل چول‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (33 ailə).
Gülşən Paşayeva
Gülşən Məmmədəli qızı Paşayeva (1 avqust 1961, Bakı) — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil siyasəti sahələrində mütəxəssis. == Həyatı == Gulşən Paşayeva 1 avqust 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı şəhərindəki 159 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra o,M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fililogiya fakültəsinə "Struktur və tətbiqi linqvistika" ixtisası üzrə qəbul olunmuş və bu ali məktəbi 1983-cü illdə müvəffəqiyyətlə bitirmişdir. 1983–2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində çalışmışdır. Filologiya elmləri namizədi, dosentdir. 1995-ci ilin avqust-dekabr aylarında ABŞ-nin Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin təşkil etdiyi "Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması" adlı 4 aylıq proqramda iştirak etmişdir. 1998-ci ilin oktyabrından 1999-cu ilin aprelinədək Fulbrayt proqramı xətti ilə ABŞ-nin Tafs Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində tədqiqatlar aparmışdır. 2000-ci ilin iyun-iyul aylarında Avstriyanın Ştatşlayninq şəhərində yerləşən Sülh və Münaqişələrin həlli üzrə Avstriya tədqiqat mərkəzinin "Vasitəçilik" mövzusu üzrə təşkil etdiyi təlimdə iştirak etmişdir. 2001-ci ilin aprel-may aylarında İsveçin Upsala Universitetinin Sülh və Münaqişələrin Tədqiqatı üzrə Mərkəzin keçirdiyi münaqişələrin həlli ilə bağlı təlimin iştirakçısı olmuşdur. 2001–2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf fondunun (hazırda BMT Qadınlar) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə Milli əlaqələndiricisi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məsul işçisi olmuşdur.
Gülşən Qurbanova
Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir. Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı, “Lider” telekanalına üz tutdu və “Mikser” verilişini apardı.
Gülşən Səlimova
Səlimova Gülşən Zəki qızı (30 yanvar 1954, Bakı) — Azərbaycan kinosunda montaj üzrə rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2006). == Həyatı == Gülşən Səlimova 30 yanvar 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. 1972-ci ildən bu günədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında montajçı vəzifəsində çalışır. "Tütək səsi", "Ad günü", "Üzü küləyə", "İstintaq", "Bağlı qapı", "Özgə vaxt", "Girov" və s. bədii filmlərin montajçısı olmuşdur. 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor və operator sənətləri" kafedrasının pedaqoqudur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2011-ci ildən etibarən Azərbaycan Dövlət Film Fondunda şöbə müdiri vəzifəsində çalışır. Ailəlidir.
Gülşən Əkbərova
Gülşən Əkbərova (5 mart 1953, Bakı)— Azərbaycan Respublikasının əməkdar artisti (2006), ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti. == Həyatı == Əkbərova Gülşən Məmməd qızı 1953-cü il martın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası əslən Ordubadlı yazıçı-jurnalist Məmməd Əkbər 50 il Azərbaycan mətbuatında şərəflə, vicdanla xidmət edib. Gülşən Əkbərova 1960-cı ildə Bakıdakı Qırmızı Əmək Bayrağı ordenli 190 nörmrəli orta məktəbə qəbul edilib. Həmin ildə paralel olaraq Bakıdakı 1 nömrəli musiqi məktəbinin fortepiano sinfinə də daxil olur və 1968-ci ildə orta musiqi təhsilini müvəffəqiyyətlə başa vurur.1970-ci ildə 190 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Uşaqlıqdan əhatəsində böyüdüyü ədəbi mühit, söz-sənət ab-havası onu atasının yolunu davam etdirməyə təhrik etdi. Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi ilk qələm təcrübəsini o zaman televiziyada hazırlanan "İlham", "Sabahın ustaları", "Dostluq", "Efirdə gənclik" verilişlərində sınamağa başlayır. 1971–1975-ci illərdə müəllifi və aparıcısı olduğu "Yaşıdlarım", "Romans axşamı", Azərbaycan televiziyasının ilk canlı şou proqramı "Tələbə klubu" az vaxtda ona populyarlıq gətirdi. 1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova, Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsinin tələbnaməsinə əsasən təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür.
Gülşən Ənnağıyeva
Ənnağıyeva Gülşən Əjdər qızı — pianoçu, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Gülşən Ənnağıyeva 1979-1984-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almışdır. Tələbə illərindən bu günlərə qədər müxtəlif və çoxsaylı konsert və festivallarda çıxış etmişdir. Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən ona konsert ifaçısı, müəllim, konsertmeyster və kamera ansamblı solisti adı verilmişdir. 1984-1987-ci illərdə ADK nəzdində Ş.Məmmədova adına Opera studiyasında konsertmeyster, 1987-1991-ci illərdə simli alətlər və xor dirijorluq kafedrasında konsertmeyster, 1982-1985-ci illərdə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti, 1986-cı ildə M. Maqomayev adına Filarmoniyasının solisti olmuşdur. 1996-cı ildə Türkiyə Respublikasına işə dəvət almışdır və Kayseri şəhərində "Erdjies" Dövlət Universetində müəllim vəzifəsində çalışmışdır. Orada müəllim fəaliyyəti ilə yanaşı konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Türkiyədən qayıdarkən Bakı Musiqi Akademiyasında dosent vəzifəsində işini davam etdirir. 2003-cü ildə Vektor Beynəlxalq Elmi mərkəzin qərarı ilə Tanınmış Azərbaycan Qadınları proyektinin qalibi olmuşdur. 2004-cü ildə iki ayrı konsertdən ibarət iki kompakt diski işıq üzü görmüşdür: "The theatre of the music and painting"; "Fusion".Moskva, Minsk, Lvov, Kaunas, Vilnyus, Tiflis, Daşkənd, Odense (Danimarka), Münxen (Almaniya), Tunis (Tunis), Mexiko (Meksika), Bazel, Bern (İsveçrə) Paris (Fransa), şəhərlərində konsertlərlə çıxış etmişdir.
Güləhin (Bostanabad)
Güləhin (fars. گلهين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 197 nəfər yaşayır (49 ailə).
Quanin
Quanin (G, Gua) nuklein turşularını formalaşdıran dörd əsasdan biridir. Digər üç əsas adenin, sitozin və timindir (RNT-də urasil). DNT-də quanin sitozinlə rabitə yaradır. Quanin nukleozidi quanozin adlanır. Quaninin kimyəvi düsturu C5H5N5O-dur. Purin törəməsidir. == Kəşf tarix == Quaninin ilk təcrid edilməsi barədə 1844-cü ildə Alman kimyaçısı Julius Bodo Unger (1819–1885), quano adı ilə tanınan və gübrə mənbəyi kimi istifadə edilən dəniz quşlarının ifrazatından əmələ gələn mineral kimi əldə etmişdir; quanin 1846-cı ildə adlandırıldı. 1882-1906 illəri arasında Fişer quruluşu təyin etdi və sidik turşusunun quaninə çevrilə biləcəyini də göstərdi.
Qubkin
Qubkin — Rusiya Federasiyasının Belqorod vilayətində şəhər.
Qulucan
Qulucan (Ərtik) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.
Qusacin
Qusacin (fars. قوسجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Agrostis dulcis
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
Buşçin (Ərdəbil)
Buşçin (fars. اق گوني‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 629 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Gorayim kəndistanında, Ərdəbil şəhərindən 26 km. şənub-şərqdədir.
Garcinia dulcis
Garcinia dulcis (lat. Garcinia dulcis) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Gülcar (Mərənd)
Gülcar (fars. گلجار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (156 ailə).