Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təpəbaşı
Təpəbaşı (Germi)
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. == Yayılma və yaşayış yerləri == Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Təpəbaşı (Germi)
Təpəbaşı (fars. تپه باشي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (22 ailə).
Təpəbaşı məhəlləsi
Təpəbaşı məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi. 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu. İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: 1) Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi; 2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi; 3) Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi; 4) Körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi; 5) Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi; 6) Noraguğ məhəlləsi; Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır.
Təpəbaşı məscidi
Təpəbaşı məscidi — İrəvanda Təpəbaşı məhəlləsində Təpəbaşı məscidi. Bəzi mənbələrdə Təpəbaşı məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi məlum deyildir. Bizə çatan məlumatlara əsasən onun ən azı XIX əsrin qırxıncı illərində mövcud olduğu bildirilir. Çox güman ki, məscid daha qədimdir və XVII–XVIII əsrlərə aiddir. Bəzi məlumatlara görə məscid İrəvan şəhər upravasının üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. Təpəbaşı məscidi eyniadlı Təpəbaşı yaşayış massivində yaşayış massivində yerləşir. Məscidin minarəsi isə 1960-cı illərdə uçmuşdur. Sonralar isə məscidin həyətində və ətrafında gecəqondular inşa edilmişdir. Hazırda dağılmış vəziyyətdə olan bu məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşmışdırlar.
Yovşanlıq girdəbaşı
Yovşanlıq girdəbaşı (lat. Phrynocephalus helioscopus) — Kələzlər fəsiləsinə və Girdəbaş kərtənkələlər cinsnə aid növ. Üst dodaq qalxancıqlarının sayı 12–17 olub, gözdən 4–6 uzununa sırada yerləşən pulcuqlarla ayrılmışdır. Alt dodaq qalxancığı 13–15-dir. Bədənin üzərində yerləşən təpəcikşəkilli pulcuğun altında dəri vəzləri yerləşir. Boyunda yaxşı nəzərə çarpan köndələn dəri büküşləri olur. Quyruğun əsası yastılaşmış və enli olub, ucuna doğru kəskin sivrilməmişdir. Başı girdədir. Bədənin üst tərəfinin rəngi yaşadığı qruntun rəngindən asılı olaraq dəyişir. Rəngli torpaqlarda bu kərtənkələ qonur və tutqun boz, qumlu və əhəngli torpaqlarda isə açıq boz və ya kül rəngində olur.
Kanada gəndəlaşı
Kanada gəndəlaşı (lat. Sambucus canadensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.
Təpəbaşı nekropolu
Təpəbaşı nekropolu ― Şəkinin Fazıl kəndində, Əyriçayın hövzəsində yerləşən dəmir və antik dövrə aid qəbir abidəsi. Ötən əsrin 80-ci illərindən qeydiyyata alınan abidə dəmir dövrü və Qafqaz Albaniyası tarixini əks etdirən önəmli mənbə rolunu oynayır. Təpəbaşı abidəsi Şəki rayonunun Fazıl kəndinin cənub hissəsində, eyni adlı yaşayış yerindən 100-120 m qərbdə, təpədə yerləşir. Təpəbaşı nal formasında şimal-şərqdən cənub-qərbə tərəf uzanan, cənub-qərbdən Əyriçayla tamamlanan, şərq və şimal-şərq, cənub tərəfdə Böyük düz düzənliyi ilə davam edən yüksəklikdir. Şərq və cənub-şərqdən çökəklik, bataqlıq və Əyriçayla sərhədlənir. Təpəbaşı abidəsi ilk dəfə arxeoloq Nəsib Muxtarov tərəfindən 1984-cü ildə qeydə alınıb. Sonrakı 20 il ərzində abidədə xilasetmə və əsaslı çöl-tədqiqat işləri görülüb. Tədqiqatlar abidənin son tunc ― dəmir dövrü və antik dövrə aid nekropol olduğunu sübut etmişdir. Aparılan uzunmüddətli tədqiqatlar göstərir ki, Təpəbaşı abidəsində əsas dəfnlər küp və torpaq qəbirlərdə icra olunurdu. Ölü sağ və ya sol böyrü üstə olmaqla, qismən bükülü vəziyyətdə dəfn olunurdu.
Şeyx Ədəbalı
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Şeyx Ədəbalı türbəsi
Şeyx Ədəbalı türbəsi Osmanlı dövlətinin mənəvi və ruhani yaradıcısı Şeyx Ədəbalının cənazəsinin yerləşdiyi türbədir. Türbə Orxan Qazi tərəfindən Köhnə Biləcik şəhərinin əsasının qoyulduğu vadinin arxasında kiçik bir təpə üstündə inşa edilmişdir. Əvvəllər günbəzli olan, lakin yunanların hücumları nəticəsində dağıdılan türbənin üzərinə kirəmitli dam örtülmüşdür. Zal və iki ayrı otaqdan ibarət olan türbədə böyük otaq mehrablı məscid, qarşı tərəfdəki otaq isə söhbət otağı və qonaqxana kimi istifadə olunmuşdur. Şeyx Ədəbalı və qohumlarının yerləşdiyi hissədə günbəzli tavan düzbucaqlı formada olmaqla yeddi böyük və dörd kiçik sənduqə mövcuddur.
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. == Xarici görünüşü == Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.
Təpəbaşı-i Namaz (Şot)
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Təpəbaşı-i Pörnək (Puldəşt)
Təpəbaşı-i Pörnək (fars. تپه باشي پورناك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (66 ailə).
Dəllər qəsəbəsi
Dəllər — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi. == Toponimikası == Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar. == Əhalisi == Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Görədil qəsəbəsi
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. == Tarixi == Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Gənclər qəsəbəsi
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Heybət qəsəbəsi
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kür qəsəbəsi
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Lahıc qəsəbəsi
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lökbatan qəsəbəsi
Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonun mərkəzidi. == Tarixi == Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında olan karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan ("lök" farsca "dəvə" deməkdir) adı yaranıb. Qəsəbənin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar. Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 28 güclü vulkan püskürməsi olmuşdur.
Ləki qəsəbəsi
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müşfiqabad qəsəbəsi
Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə, Abşeron yarımadasında, Bakı şəhərinin Qaradağ rayonununda yerləşir. Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır. Müşfiqabad qəsəbəsini əhatə edən Müşfiqabad bələdiyyəsinin ərazisi 58.878 km²-dir. 1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən qəsəbə əhalisinin sayı 9.6 min nəfərdir. Qəsəbədə 1987–ci ildə inşa edilmiş "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi" fəaliyyət göstərir. Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərir. Hazırda bu kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir. Qəsəbədə Müşfiqabad qəsəbə məscidi dini icması Sigist dir fəaliyyət göstərir.
Məmmədbağırlı qəsəbəsi
Məmmədbağırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Mərdəkan qəsəbəsi
Mərdəkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3–2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Tədqiqatçı etnoqrafların bir qismi "Mərdəkan" sözünü burada məskunlaşmış "mardlar" tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə "Mərdi məkan" sözü ilə bağlayır.
Mərzili qəsəbəsi
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər. Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır.
Nardaran qəsəbəsi
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Navahı qəsəbəsi
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Əvvəl kənd olan Nəvai sonra qəsəbə olmuşdur. 1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hücumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navahi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000-ə yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər.
Pir qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pirr qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pirşağı qəsəbəsi
Pirşağı — Bakının Sabunçu rayonunda qəsəbə. Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Azərbaycan Sovet Ensiklopediyasında Pirşağı kəndinin XVII əsrdən formalaşdığı qeyd edilir. Lakin bu təxmini məlumatdır. Belə ki, kəndin quruluşu onu deməyə əsas verir ki, məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar.
Puta qəsəbəsi
Puta — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir. Qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir. Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s.
Qaradağ qəsəbəsi
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaraçala qəsəbəsi
Qaraçala — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Qaraçala qəsəbəsi indi Azərbaycanın Aran zonasının yüzlərlə Kürqırağı kəndlərindən biri və ən adilərindəndir. Əvvəllər, yəni Sovet dönəmində, 1963-cü ilədək mövcud olmuş Əli Bayramlı rayonuna aid idi, Əli Bayramlı (indiki Şirvan) – Salyan yolunun üstündə, Kür çayının sol – Şirvan sahilində, Əli Bayramlıdan (indiki Şirvan şəhəri) 14, Salyandan 36 km məsafədə yerləşir. Qəsəbədə, daha doğrusu, keçən əsrin 90-cı illərinin əvvəllərinədək bu qəsəbə sovetliyinə daxil olan, inqilaba (1917) qədər olan dövrdə kəndin əsasını qoymuş, adı təəssüf ki, xatirələrdə qalmamış, lakin əməllərindən göründüyü kimi bu yerləri sevmiş və gözəllik yaratmaq aşiqi olmuş rus mülkədar xanımın şərəfinə "Xanım xoturu" (rus dilində kiçik kənd mənasında işlədilən xutor (хутор) sözünün xalq tərəfindən dilimizə uyğunlaşdırılmış forması), Sovet hakimiyyəti qurulduqdan sonra isə bu təsərrüfatda yaradılmış 2 nömrəli pambıq toxumçuluğu sovxozunun mərkəzi malikanəsinə çevrildiyinə görə qısa formada "semsovxoz" (rusca "семенной совхоз" (semennoy sovxoz) adının qısaldılmış forması) adlandırılmışdır. Sovet İttifaqında ilk sovxozlardan biri kimi 1922-ci ildə yaradılmış 1 nömrəli sovxozun mərkəzi malikanəsinə bitişik, müharibədən dərhal sonra burada başlamış tikinti-quruculuq işlərini həyata keçirən tikinti-quraşdırma idarəsinin ətrafında salınmış adsız kənddə, sonradan burada Sovet tarixindən bəlli olduğu kimi 1930-cu illərin kollektivləşmə dövründə yaradılmış və fəaliyyət göstəmiş təsərrüfatlararası MTS-in (maşın-traktor stansiyası) rusca "МТС" (em-te-es), azərbaycanca – em-te-es, imtees, MES) abbreviaturasına uyğun olaraq, gah "Mes", gah da burada 1980-ci illərədək fəaliyyət göstərmiş dizel-elektrik və su nasos stansiyasının (rusca дизельная электрическая и насосная станция (dizelnaya elektriçeskaya i vodonasosnaya stansiya) adının qısaldılmış formada işlədilən "дизельная электростанция" (ДЭС) (dizelnaya elektrostansiya (DES) adının) abreviaturuna uyğun olaraq "Des" adlandırılırdı. XX əsrin əvvəllərində qonşu Kərimbəyli kəndinin cənub qurtaracağında əvvəllər rus mülkədar tərəfindən salınmış malikanə də 30-cu illərdə bu kəndi, həmçinin Qarabağlı və Xalac kəndlərini də əhatə etmiş MTS-in mərkəzi malikanəsi olmuş və sonralar onun malikanəsi Salyanneft neft və qazçıxarma idarəsinə verilmişdi. Kəndin həmin hissəsi indi də sovet dönəminin maşın-traktor stansiyasının (MTS-em-te-ec) adının baş hərflərindən alınmış abbreviaturaya uyğun olaraq "İmtees" adı ilə tanınır. Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin (2013-cü ilin məlumatına görə) yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Qaraçuxur qəsəbəsi
Qaraçuxur – Bakının Suraxanı rayonunda qəsəbə. 1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır. Qaraçuxur qəsəbəsinin əhalisi 87349 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Məcburi köçkünlərin sayı – 8517 nəfərdir (1960 ailə). Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir. Quliyev Vüqar Məmmədəli oğlu – "Bağ" küçəsinə adı verilib. Qurbanov Cəlal Bilal oğlu – "Kirov" küçəsinə adı verilib.
Qayğı qəsəbəsi
Qayğı — Azərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 18 may 1992-ci ildə işğal edilib. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. 2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir. 1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır. Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Əsas təsərrüfatı heyvandarlıq idi.