Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panax ginseng
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Tarixçə == Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sevgiylə, Vinsent
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. == Məzmunu == Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. == Film haqqında == Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub. == Səsləndirmə == Robert Qularçik — Vinsent van Qoq Duqlas But — Arman Rulen Cerom Flinn — Pol Qaşe Sirşa Ronan — Marqarita Qaşe Helen Makkrori — Luiza Şevalye Kris O'Daud — poçtalyon Rulen Con Seşns — Tanqinin atası Eleanor Tomlinson — Adelin Ravo Eyden Tyorner — qayıqçı == İstinadlar == == Xarici keçidlər == Rəsmi veb-saytı Sevgiylə, Vinsent — Internet Movie Database saytında.
Vinsent Bueno
Vinsent Bueno (alm. Vincent Bueno‎; 10 dekabr 1985, Vyana) — Avstriyada anadan olmuş Filippin əsilli Avstriya müğənnisidir. Bueno 12 yanvar 2008-ci ildə Avstriyanın ORF telekanalının Musical! Die Show musiqi yarışmasının qalibi olmuşdur. Filippinli müğənni Sara Ceronimonun Vyanadakı konsertində dəstək vokalçı rolunu oynamışdır. 18 yanvar 2008-ci ildə Bueno Filippin mediasına verdiyi müsahibədə Filippində debüt etmək planları barədə məlumat vermişdir. Daha sonra Filippin televiziyasında ilk çıxışını 29 avqust 2010-cu ildə ASAP XV-də etdi. O Filippində musiqi karyerasını davam etdirmək üçün ABS-CBN Əyləncə Qrupu Şirkəti olan Star Records albom şirkəti ilə müqavilə imzaladı. Vinsent Bueno Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Alive" mahnısı ilə təmsil edəcək. == Karyerası == === Təhsili === Bueno 4 yaşında rəqs etməyə başlamış, daha sonra Vyana Musiqi Konservatoriyasında musiqi və ifaçılıq sənətini bitirmişdir.
Vinsent Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)[d]) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və İFL Çempionatının "Börnli" klubunun hazırkı məşqçisi.
Vinsent Koziello
Vinsent Koziello (28 oktyabr 1995-ci ildə ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Koziello Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 1 noyabr 2014-cü ildə Liqa 1-də Olimpik Lyon klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Mario Qreqoyre Pueli əvəz etmişdir. Həmin görüşdə Nitsa rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur. 2018-ci ilin yanvar ayında Koziello Bundesliqa təmsilçilərindən olan Köln klubu ilə 2022-ci ilə kimi 4,5 illik müqavilə imzalamışdır. Nitsa klubu bu transferdən €3.3 milyon əlavə pul əldə etmişdir.
Vinsent Qallo
Vinsent Qallo (ing. Vincent Gallo, 11 aprel 1961, Buffalo, Nyu-York ştatı) — ABŞ aktyoru, rejissoru, ssenaristi, prodüserü, operatoru və kinokompozitoru. Rejissorluqda "Buffalo-66" (1998) filmi ilə debüt edib. == Həyatı == Nyu-York ştatının Buffalo şəhərində anadan olmuşdur. Valideynləri siciliya köçkünləri olmuşdur. Hər ikisi bərbər olaraq işləyirdi və atası sonra "qumarbaz" olmaq üçün təqaüdə çıxdı.
Vinsent Yansen
Vinsent Petrus Anna Sebastyan Yansen (15 iyun 1994, Xes[d], Şimali Brabant) — Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Yansen əsasən hücumçu mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Almere Siti" klubunda başlayıb, daha sonra "AZ Alkmaar", İngiltərənin "Tottenhem Hotspur" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Fənərbaxça" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 15 oyuna çıxan Yansen 7 qolla yadda qalıb.
Vinsent Qlojnik
Vinsent Qlojnik (slovak. Vincent Hložník) — Slovak rəssamı, qrafikaçı, illüstrator, heykəltaraş və müəllim, Ferdinand Qlojnikin qardaşı. O, Slovakiya təsviri sənətinin ən mühüm nümayəndələrindən biri, İkinci Dünya müharibəsi rəssamları nəsli, ekspressionizmin nümayəndəsidir. O, dünya və milli ədəbiyyatın yüzdən çox əsərini illüstrasiya edib. Əsərlərində əsasən İkinci Dünya müharibəsi hadisələrinə reaksiya verib. O, bu barədə 1994-cü ildə Bratislavada Slovakiya Televiziyası tərəfindən çəkilmiş "Profillər" seriyasından "Vinsent Qloznik" sənədli filmində danışır (ssenarisi Tatyana Sinekova, rejissor Fyodor Bartko). Vinsent Qlojnik uşaqlığını keçirdiyi sahildə Vah çayı boyunca Zilinadan təxminən on kilometr aşağıda yerləşən Svedernik kəndində anadan olub. Ailədə beş uşaq olan Vinsent Qlojnik, onların arasında ən böyüyü idi. Uşaq ikən rəsm çəkməyi çox sevirdi və on dörd yaşından əsərlərinə imza atmağa başlayır. O, Svedernik bələdiyyə məktəbində oxuyub, burada istedadını rəssamlıq müəllimi Zdenek Balaş kəşf edib.
Vinsent Massey
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Vinsent Messi
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. == Tarixi == Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. == Strukturu == === Fakültələr === 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb == Görkəmli müəllim və məzunlarları == Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Niels Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Rinsen Nakazava
Rinsen Nakazava (中沢臨川, Nakazava Rinsen, 28 oktyabr 1878, İna[d], Naqano prefekturası – 9 avqust 1920 və ya 1920) və ya doğum adı ilə Rinsen Şiozava – Yaponiya ədəbiyyatşünası. == Həyatı və karyerası == Rinsen Nakazava 1878-ci ildə Yaponiyanın Naqano prefekturasının İna şəhərində doğulmuşdur. Nəsillər boyunca yomeişu (şərab növü) istehsalı məşğul olan ailəyə mənsub olmuşdur. Nakazava klanından olan qızla evləndikdən sonra qayınatasının soyadını götürmüşdür. Tokio Universitetini bitirdikdən sonra mühəndis olmuşdur. Əvvəlcə Tokio Dəmiryolu Şirkətində, daha sonra Keihin Dəmiryol Şirkətində işləmişdir. İxtisasca mühəndis olsa da, ədəbiyyatla dərindən maraqlanmış, Lev Tolstoy, Fridrix Nitsşe, Anri Berqson və Romen Rollanın əsərlərini tədqiq etmişdir. Sosial problemlər haqqında tənqidi yazılar və esselər yazmışdır. "Müasir düşüncə haqqında 15 mühazirə" əsərinin müəllifi olmuşdur. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Rinsen Şiozava
Rinsen Nakazava (中沢臨川, Nakazava Rinsen, 28 oktyabr 1878, İna[d], Naqano prefekturası – 9 avqust 1920 və ya 1920) və ya doğum adı ilə Rinsen Şiozava – Yaponiya ədəbiyyatşünası. == Həyatı və karyerası == Rinsen Nakazava 1878-ci ildə Yaponiyanın Naqano prefekturasının İna şəhərində doğulmuşdur. Nəsillər boyunca yomeişu (şərab növü) istehsalı məşğul olan ailəyə mənsub olmuşdur. Nakazava klanından olan qızla evləndikdən sonra qayınatasının soyadını götürmüşdür. Tokio Universitetini bitirdikdən sonra mühəndis olmuşdur. Əvvəlcə Tokio Dəmiryolu Şirkətində, daha sonra Keihin Dəmiryol Şirkətində işləmişdir. İxtisasca mühəndis olsa da, ədəbiyyatla dərindən maraqlanmış, Lev Tolstoy, Fridrix Nitsşe, Anri Berqson və Romen Rollanın əsərlərini tədqiq etmişdir. Sosial problemlər haqqında tənqidi yazılar və esselər yazmışdır. "Müasir düşüncə haqqında 15 mühazirə" əsərinin müəllifi olmuşdur. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Con Vinsent Atanasov
Con Vinsent Atanasov (ing. John Vincent Atanasoff, bolq. Джон Винсент Атанасов; 4 oktyabr 1903 – 15 iyun 1997) — bolqar əsili ABŞ fiziki, riyaziyyatçısı. == Həyatı == Riyaziyyat uşaqlıqdan Con Vinsent Atanasovun maraq mərkəzi olub. O, 1903-cü il oktyabrın 4-də Nyu-York ştatının Hamilton şəhərində anadan olub. Atası mühəndis-elektrik, amerikalı anası isə müəllimə idi və 90 yaşına qədər cəbrlə məşğul olub. Con hələ uşaqkən ailəsi Florida şəhərinə köçüb. Buna səbəb atasının həmin şəhərdə mühəndis işləməsi idi. Con anasının köməyi ilə oxumağı tez öyrənib. Onun elektrik dünyasına yolu 1913-cü ildə, 9 yaşı olduqda başlayıb.
Moris Vinsent Uilks
Moris Vinsent Uilks (ing. Maurice Vincent Wilkes, 26 iyun 1913, Dadli, Böyük Britaniya — 29 noyabr 2010, Kembric, Böyük Britaniya) — Kompüter sahəsində Böyük Britaniya alimi. == Həyatı == Moris Vinsent Uilks 1913-cü il, 26 iyul tarixində İngiltərənin Staffordşir qraflığının Dadli ərazisində anadan olub. 1934-cü ildə Müqəddəs Con kollecini bitirən Uilks təhsilini Kembric Universitetində davam etdirir. O, uzun radio dalğaların ionosferdə yayılmasına həsr olunmuş elmi işinə görə fəlsəfə doktoru dərəcəsini alır. M.Uilks universiteti bitirəndən sonra riyaziyyat laboratoriyasında demonstrator (ABŞ-də professor assistenti vəzifəsinə uyğun gəlir) vəzifəsinə təyin olunur. Onun vəzifəsinə yeni diferensial analizatorun işinə nəzarət və Mançester Universiteti ilə bu sahədəki konsultasiya işi daxil idi. II Dünya müharibəsi illərində Uilks orduda xidmət edir. 1945-ci ilin sentyabrında Kembricə qayıtdıqdan sonra riyaziyyat laboratoriyasının direktoru təyin olunur və bu vəzifədə 1980-ci ilə qədər çalışır. 1946-cı ildə C.F.Neymanın “EDVAC” kompüterinə həsr olunmuş qeydlərinin bir nüsxəsini əldə edir və bir gecədə bu hesabatı oxuyub anlamağa nail olur.
Sent-Vinsent adası
Sent-Vinsent — Karib dənizində yerləşən vulkanik mənşəli ada. Kiçik Antil adaları arxipelaqında yerləşir. Sent-Vinsent və Qrenadin dövlətinin ərazisinin əsas hissəsini təşkil edir. Sent-Lüsiya və Bekiya adaları arasında yerləşir. Sahəsi 344 km²-dır. Sent-Vinsent adasının əsas hissəsini dağlar və meşəliklər təşkil edir. Ən hündür nöqtəsi Sufier vulkanıdır (1234 m). İqlimi tropik, passa və rütübətlidir. Ən çox yağıntı may-noyabr aylarında düşür. Tez-tez güclü tufanlar müşahidə olunur.
Uilyam Vinsent Fitzcerald
Vilyam Vinsent Fitzcerald (ing. William Vincent Fitzgerald; 21 iyul 1867 – 6 avqust 1929, Yeni Qvineya, Papua[d]) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Vinsent Fitzcerald toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 160-dan çox bitki növünü təsnif etmişdir. == Əsərləri == Fitzgerald, W.V. (1918). The botany of the Kimberleys, North-West Australia. 123 p. 1905a. Diary of expeditions to the Kimberley 1905-6. 1 vol. 1905b.
Vilyam Vinsent Fitzcerald
Vilyam Vinsent Fitzcerald (ing. William Vincent Fitzgerald; 21 iyul 1867 – 6 avqust 1929, Yeni Qvineya, Papua[d]) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Vinsent Fitzcerald toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 160-dan çox bitki növünü təsnif etmişdir. == Əsərləri == Fitzgerald, W.V. (1918). The botany of the Kimberleys, North-West Australia. 123 p. 1905a. Diary of expeditions to the Kimberley 1905-6. 1 vol. 1905b.
Vinsent Paulun əmlakı
Vinsent Paulun əmlakı (pol. Dworek Wincentego Pola) — Lublin şəhərində yerləşir. Mülkdə şair və coğrafiyaşünas Vinsent Paulun bioqrafik muzeyi yerləşir ki, bu da Lublin muzeyinin bir bölməsidir. == Tarixi == Muzeyin yerləşdiyi klassisizm üslubunda olan bina 18-ci əsrin sonlarında Lublin yaxınlığındakı Firleyuvtşizna mülkünün ərazisində inşa edilmiş və Larch Manor adlanırdı. 1804-1810-cu illərdə ev Vinsent Paulun atasına - Fransız Ksaver Paula məxsus idi, bundan sonra ailənin Lvova köçməsi ilə əlaqədar satıldı. 1860-cı ildə Lublin voyevodalığının vətəndaşları bu evi növbəti on yeddi il ərzində ona sahib olan Paul ailəsinə bağışladılar. 1969-cu ildə bina Lublin şəhərinin Kalinovşizna küçəsinə (ev 13) köçürüldü, burada açıq səma altında muzeyin yaradılması nəzərdə tutulurdu, onun ilk obyekti Vinsent Paulun evi idi. 2 dekabr 1972-ci ildə Vinsent Paulun ölümünün yüzilliyində onun bioqrafik muzeyi açılmışdır. == Kolleksiyası == Muzeydə Vinsent Paulun əsərlərinin əlyazmaları, kitablarının nəşrləri və onun haqqında olan bioqrafik tədqiqatlar, eləcə də yazışmaları saxlanılır. Bundan əlavə, Paul ailəsinin sənədləri; şairin nəvəsi Juliusz Paulun rəsmləri; 19-cu əsr mebeli; 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid açıqcalar toplusu; XIX-XX əsrlərin qəzetləri nümayiş etdirilir.
Vinsent van Qoq
Vinsent Villem van Qoq (nid. Vincent Willem van Gogh; 30 mart 1853[…], Zyundert[d], Şimali Brabant – 29 iyul 1890[…], Over-syür-Uaz) — holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları və Vinsentin fırçadan özünəməxsus istifadə tərzi ilə xaraterizə olunan bu rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı boyunca daim maddi çətinlik içində yaşadı, uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi. Yuxarı-orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərdi. Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi.
Fişəng
Fişəng — estetik, mədəni və ya dini səbəblərdən istifadə edilən pirotexnik maddələr sinfi. Çində VII əsrdə kəşf edilmişdir və tədricən Çin mədəniyyətinin bir hissəsinə çevrilib. Atəşfəşanlıq Azərbaycanda da Yeni il başda olmaqla bir çox bayramın keçirilməsində istifadə olunur.
Niels Ryberg Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Gəşəng qayışləçək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. == Yayılmasıvə Sayı == Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. == Botaniki təsviri == Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng ilansoğanı
Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü. Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir. == Çoxalması == Toxumla və vegetativ yolla çoxalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Mal-qara otarılması, ot çalınması. == Becərilməsi == Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. == Qəbul edilmiş qorunma tədbirləri == Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.
Qəşəng qayışləcək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qəşəng qızılçətir
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Qəşənq xırdaləçək
Qəşənq xırdaləçək- (lat. Erigeron venustus) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi düz, 10-40 sm hündürlükdə, sadə, bəzən 2-3 budaqlı, az yarpaqlı, tükcüklüdür. Kökyanı yarpaqları uzunsov və ya lansetvari-çəlovvari, ucu biz, bəzən küt, gövdə yarpaqları oturaqdır. Səbətləri 1-2 sm enində, yarımkürəvari, tək-tək gövdənin təpəsində yerləşir. Sarğısı tüklü, vəzili, boz və ya al qırmızı rəngdədir. Kənar çiçəkləri 1 mm enində dardilcikli, əlvan çəhrayı, orta çiçəkləri boruvari sarı rəngdədir. Toxumcaları 2–3 mm uzunluqda, zəif tüklüdür; kəkili toxumcadan 2 dəfə uzun, qəhvəyitəhər tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Yüksək dağ çəmənlərində, töküntü və qayaların üzərində bitir.