gözəl-gözəl
gözəlağa 2021
OBASTAN VİKİ
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. == Yayılmasıvə Sayı == Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. == Botaniki təsviri == Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng ilansoğanı
Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü. Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir. == Çoxalması == Toxumla və vegetativ yolla çoxalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Mal-qara otarılması, ot çalınması. == Becərilməsi == Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. == Qəbul edilmiş qorunma tədbirləri == Mühafizəsi üçün xususi tədbirlər hazırlanmamışdır.
Qəşəng qayışləcək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qəşəng qızılçətir
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Abdulbari Gözəl
Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri. == Həyatı == Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır. == Fəaliyyəti == === Erkən biznes fəaliyyəti === Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır. 1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur. 1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "İntersun Holding" adlı şirkətlər qrupunu yaratmışdır.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun vitse-prezidenti.
Gözəl Bayramlı
Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus. == Həyatı == Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub. == Fəaliyyəti == Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi. 15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir. === Həbs edilməsi === Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.
Gözəl Quba
Gözəl Quba — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı. Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur. === Mahnının sözləri === == Xüsusi qeydlər == Mahnı "Azərbaycantelefilm"in 1976-cı ildə istehsal etdiyi "Azərbaycan elləri" filmində Gülağa Məmmədovun ifasında səslənmişdir.
Gözəl Sitdikova
Gözəl Ramazan qızı Sitdikova (başq. Гүзәл Рамаҙан ҡыҙы Ситдиҡова; 10 iyun 1952, İnzer[d]) — Rusiya ictimai və siyası xadimi, yazıçı, tərcüməçi, Başqırd Muxtar Sovet Sosialist Respublikası ali parlamentinin XII çağırış deputatı, Başqırdıstan parlamentinin deputatı (1995—2008), Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü (2011—2012), Başqırdıstan Respublikasının başqırd qadınlar cəmiyyətinin nümayəndəsi(2004—2011), Başqırdıstan Respublikasının Yazıçılar ittifaqının üzvü(1995), 2012-ci ildən Vikimedia Könüllülər Hərəkatının iştirakçısı. == Bioqrafiya == Gözəl Ramazan qızı Sitdikova, 1952-ci il iyunun 10-da Başqırd Muxtar Sovet Sosialist Respublikası Belores rayonunun İnzər kəndində anadan olmuşdur. 1967-ci ildə səkkizillik məktəbi bitirərək Belores pedaqoji məktəbinə daxil olur. 1971-ci ildə 1N-li internat-məktəbdə tərbiyyəçi, daha sonralar isə Belores rayonunun müxtəlif təhsil məktəblərində dərs demişdir.1980-cı ildə Çelyabinsk Dövlət mədəniyyət İnsitutunun Kitabxanaçılıq fakultəsini bitirmişdir. O, Belores Rayonunun "Ural" qəzetinin 1983-cü ildən əməkdaşı, 1986-cı ildən şöbə rəhbəri, 1987-ci ildən isə redaktor müavini kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilə kimi "Ural" qəzetinin baş redaktoru olmuşdur. O zaman Başqırd Muxtar Sovet Sosialist Respublikası ali sovetinə deputat seçilmişdir. 1995—2008-ci illərdə Başqırdıstan Parlamentinin I—III çağırışının deputatı, 2011—2012-ci illərdə Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü olmuşdur. 2004—2011-ci illərdə Başqırdıstan Respublikası başqırd qadınları Cəmiyyətinin nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Gözəl Yaxina
Gözəl Yaxina (tatar. Гүзәл Шамил кызы Яхина; 1 iyun 1977, Kazan) — rus dilli tatar yazıçısı, məşhur “Züleyxa gözlərini açır” (tatar. “ Зөләйха күзләрен ача ”, rus. “Зулейха открывает глаза”) romanının müəllifi, “Böyük kitab” və “Yasnaya Polyana” mükafatları laureatı. == Həyatı == Gözəl Şamil qızı Yaxina 1 iyun 1977-ci ildə Kazanda həkim və mühəndis ailəsində anadan olub. Üç yaşına qədər o yalnız tatarca danışıb, uşaq bağçasında rus dilini öyrənməyə başlayıb. 131 nömrəli Fizika-Riyaziyyat Liseyində və sənət məktəbində oxuyub. Kazan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültəsini bitirib. Hələ orta məktəbdə oxutyarkən kino sənətinə maraq göstərib, senariləri öyrənməyə başlayıb. O, müxtəlif dövrlərdə ictimaiyyətlə əlaqələr, tərcümə, reklam, marketinq sahələrində çalışıb.
Gözəl ağcaqayın
Hündürlüyü 25 m-ə qədər olan enli çətirli ağacdır. Cavan budaqları yaşıl və ya qırmızımtıl rəngli olub, üzərində tünd-göy rəngdə nazik təbəqə vardır. == Yarpaq == Yarpaqlarının uzunluğu 5–17 sm, 7 (nadir hallarda 4)-bölümlüdür, qaidə hissəsi düz kəsilmiş və yaxud ürəkşəkillidir, nazik və kağızaoxşardır, üst tərəfi tünd, alt tərəfdən gümüşü-açıq yaşıl rəngdədir, damarların küncündə saqqallıdır, üst səthinin qalan hissəsi çılpaq və ya damarlar boyunca tükcüklüdür; bölümləri üçbucaqyumurtaşəkillidir, uzununa dartılmış sivri ucluğa dərhal daralmışdır, tamkənarlıdır. Saplaqları yarpaq ayasından qısa, ona bərabər və ya çox vaxt ondan uzun olmaqla müxtəlif uzunluqda olurlar, uzunluğu 3–20 sm-dir. == Çiçək == Çiçəkləri qalxanvari çiçək qrupunda toplanmışdır, xırdadır, yaşılımtıl rəngli, diametri 6–7 mm-dir. Qanadcıqlarının uzunluğu 2,5–4,5 sm-dir, qanadları kütdür, kor bucaq altında yerləşmişdir. == Meyvə == Fındıqca meyvələri qanadlardan1,5–2 dəfə qısadır. Çiçəkləməsi: Aprel-May, yarpaqlarının əmələ gəlməsi ilə bir vaxtda baş verir. == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == Samur Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Lənk. Muğ.
Gözəl baladovdaq
Gözəl baladovdaq (lat. Chlamydotis undulata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinin baladovdaq cinsinə aid heyvan növü. == Statusu == Nadir növdür. == Kateqoriyası == Azərbaycanda kritik vəziyyətdədir (CR). Yaxın gələcəkdə nəsli kəsilə bilər. == Qısa təsviri == Ümumi rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur . == Yayılması == Naxçıvan MR üçün səciyyəvi quş olub.
Gözəl bilimbiya
Gözəl bilimbiya (Elmi adı - Bilimbia pulchra) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun nazik, dənəvər quruluşda olub, qəhvəyi-boz rəngdədir. Apotesiləri tallom səthində səpələnmiş vəziyyətdə 2-3 yerləşmişdir. Diametri 0,4-0,8 mm, oturaqdır. Apotesi diski dəirmi, qara, tutqun, çılpaqdır. Diskin qıraqları nisbətən açıqdır. Tallom KOH təsirindən bənövşəyi rəng alır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Qazmaqvari həyatı formaya malikdir. Cinsi çoxalması sporlar vasitəsilədir.
Gözəl bugenvilleya
Gözəl bugenvilleya (lat. Bougainvillea spectabilis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi Amerikadır. Braziliyada geniş yayılmışdır. Qərbi Avropanın cənub rayonlarında bəzək bitkisi kimi məşhurdur. Qafqazın Qara dəniz sahillərində (Suxumi, Batumi), açıq şəraitdə, zədələnmiş halda qışlayır. Suxumi və Adlerdə tək-tək nümünələrinə təsadüf edilir. == Botaniki təsviri == Çox tez böyüyən liandır. Hündürlüyü 10 m-ə qədər olur. Çiçəkləri iri süpürgə şəklində birillik budaqlar üzərində əmələ gəlir.
Gözəl bulaqotu
Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır.
Gözəl dazı
Gözəl dazı (lat. Hypericum formosissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyanın nadir, məhdud endemik növdür. Arealı azalmaqda olan relikt növdür. == Yayılması == Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının Əznəburd kəndi ətrafında olması məlumdur. Azərbaycandan kənarda isə Ermənistanda bitir. Aşağı dağlıq qurşağın əhəngli yamaclarında bitir. Ehtiyatı çox azdır, çünki növün yayılması olduqca məhduddur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Antropogen amillər və populyasiyasının az miqdarda olması bitkinin azalmasına səbəb olub.
Gözəl dovşanalması
Gözəl dovşanalması (lat. Cotoneaster insignis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində təbii halda yayılmışdır. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqlarının qabığı tünd boz rəngli, aşağıya doğru sallanır. Yarpaqları xırda, uzunsov ellipsvari, 8-10 mm uzunluğunda, 3-5 mm enindədir və parlaqdır. Meyvəsi dairəvi, qırmızıdır, 2-3 toxumludur. Toxumla çoxaldılır. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Gözəl ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. == Quruluşu == Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Gözəl kallistemon
Gözəl katalpa
Gözəl katalpa (lat. Catalpa speciosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə, Şimali Amerikanın şərqində bitir. == Botaniki təsviri == Sıx, geniş, piramidal çətirə malik, hündürlüyü 30 m-ə çatan, qamətli ağacdır. Gövdəsinin üzəri boz, qalın təbəqəli qabıqla örtülmüşdür. Yarpaqlarının uzunluğu 30 sm, eni 15 sm, iri, üst səthi hamar, parlaq-yaşıl, alt səthi seyrək tüklü olub, uzun saplaqlarda yerləşir.Çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır, diametri 7 sm, uzunluğu 15-20 sm olub, iri, gözəl, açıq-sarı, ağımtıl-çəhrayı rəngli, kənarları dalğalıdır. Meyvəsi silindrik, uzunsov, təpəsinə doğru getdikcə daralan, dərivari, bərk, tünd-qonur rəngli, açılan qutucuqdur və 2 taylıdır. Toxumu hamar, qanadlı, uzunsov-xətvari, hər iki ucunda saçaqlı, açıq-qonur, bərk, xırda, uzunluğu 24-31 mm, eni 6-8 mm, qalınlığı 0,3 mm-dir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Toxumla, qələmlə, kök pöhrələri ilə çoxaldılır.
Gözəl kostus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.