Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gültəkin Cabbarlı
Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı — 15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990). == Həyatı == Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. 1947-cü ildə orta məktəbi bitirib. 1950-cı il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub. 1953-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub. 1990-ci ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb. 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
Gültəkin Hacıbəyli
Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü. == Həyatı == Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb.
Gültəkin Hacıyeva

Gültəkin Qafarova
Gültəkin Qafarova (Tam adı: Gültəkin Ələsgər qızı Qafarova; d.15 avqust 1961, Bakı — ö.12 yanvar 2009, Bakı— tibb bacısı == Həyatı və fəaliyyəti == Gültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur. 1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır. 1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir. 2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.
Gültəkin Əsgərova
Gültəkin Əsgərova (tam adı: Gültəkin Məlik qızı Əsgərova; 20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı: Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. === Ölümü === O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı.
Güntəkin Nəcəfli
Güntəkin Cəmil qızı Nəcəfli (1968, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, AMEA A.Bakıxanov adına Tarix İnstitutu aparıcı elmi işçisi, "Tarix və gercəklik" jurnalının redaksiya heyətinin, Tarix İnstitutunun Elmi Şurasının və Elmi Seminarının, Atatürk Araşdırma Mərkəzinin üzvü, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Güntəkin Nəcəfli 1968-ci ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1985-ci ildə həmin kəndin orta məktəbini əla qiymətlə bitirmişdir. 1988-ci ildə 3 illik əmək stajı ilə Bakı dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1993-cü ildə ilk ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1998-ci ildə "Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsr)" mövzusunda tarix üzrə fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1996–2017-c illərdə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun "Azərbay canın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi" "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" və "Azərbaycan xalqına qarşı soyqırımlar tarixi" şöbələrində çalışaraq kiçik elmi işçidən aparıcı elmi işçiyə qədər yüksəlmiş dir. Hazırda "Qarabağ tarixi" şöbəsinin müdiridir. 100-dən çox çapdan çıxmış elmi əsərin müəllifidir.
Gültəkin Uysal
Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur. == Erkən illəri == Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir.Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Uysalın tərcümələri "Türkiye Günlüğü" və "Pazar" jurnallarında dərc olunmuşdur.
Rəşad Nuri Güntəkin
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1956, London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır. == Həyatı == 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir. Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir.
Əmin Abid Gültəkin
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Qriqori Qurkin
Qriqori Qurkin (12 yanvar 1870, Qorno-Altaysk, Qərbi Sibir general-qubernatorluğu[d] – 11 oktyabr 1937, bilinmir) sadəcə altay türklərinin deyil, Sibirdəki bütün türk boylarının yaxından tanıdığı və əfsanələşdirdiyi öndərdir. Onu dünyaya tanıtdıran rəssamlığı olsa da Qriqori Qurkin eyni zamanda türkoloq və etnoqraf olmuşdur. Günümüzdəki Sibir türkləri üçün başqa bir önəmli rolu da onun müstəqillik qəhrəmanı olmasıdır. == Bioqrafiya == Qriqori Qurkin 1870-ci ildə Qorno-Altaysk, Biyskdə doğulmuşdur. Missionerlərin Altayda açdıqları məktbi bitirmişdir. 1897-ci ildə Peterburqdakı rəssamlıq akademiyasına getməyə çalışsa da, gec olduğu üçün qəbul edilmədi. Ulala və Biysk qəsəbələrində işlədi. Rəssam İvan Şişkinlə görüşən Qurkin təxminən 8 ay onun yanında qaldı və ondan dərs aldı. 1899-cu ildə imtahan vermədən Peterburq Rəssamlıq Akademiyasına qəbul oldu.1917-ci il inqilabından sonra Qurkin və altaylı ziyalılar ruslara qarşı oldular. Sibirdəki bütün türk tayfalarının daxil olduğu "Karakorum" adlı müstəqil bir dövlət qurmaq niyyətində idilər.
Rəşad Nuru Gündəkin