Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Maykl Gunter
Maykl Gunter — Tennessi ştatının Kukvilldə yerləşən Tennessi Texnologiya Universitetində siyasi elmlər üzrə professordur. Onun əsas araşdırma mövzusu Türkiyə, İraq, Suriya və İran da yaşayan kürdlərdir. Brendan O'Liari Gunter barədə "Amerika Birləşmiş Ştatlarındakı kürd siyasi məsələləri üzrə öndə gələnlərdən" biri kimi bəhs etmiş, Martin van Bruinessen isə onun haqqında "bu sahədəki ən məhsuldar şəxs " adlandırmışdır. Gunter kürdlər barədə 15 kitab yazmaqla birlikdə, erməni soyqırımının olmadığı barədə 2 kitab da nəşr etdirmişdir. O, "Yaxın Şərq", "Cənubi Asiya və Yaxın Şərq Araşdırmaları", "Beynəlxalq Türk Araşdırmaları" və s. kimi jurnallarınməşləhətçi redaktorlarndan biridir. == Təhsili == Bakalavr dərəcəsini 1964-cü ildə Kolumbiya Universitetindən Amerika tarixi üzrə almışdır. Həmin universitetin Beynəlxalq və İctimai Məsələlər Məktəbindən magistr dərəcəsini alan Gunter beynəlxalq münasibətlər sahəsində olan doktorluq dərəcəsini 1972-ci ildə Kent Universitetindən əldə etmişdir. == Pedaqoqluq təcrübəsi == 1967-ci ildən 1971-ci ilə qədər Kent Universitetində müəllimlik etmişdir. Həmçinin, Tennesi Texnologiya Universitetində siyasi elmləri tədris etmişdir.
Keyt Gunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Günter Ayx
Günter Ayx (alm. Günter Eich‎; 1 fevral 1907[…] – 20 dekabr 1972[…], Zalsburq) — Almaniya yazıçısı, şairi, nasiri. "47-ci qrup"un üzvü. == Həyatı == Günter Ayx 1 fevral 1907-ci ildə Almaniyada anadan olmuşdur. O, 1927-ci ildə ədəbi fəaliyyətinə başlamışdır. Bu zaman Ayxın bir neçə şeiri "Son sözlər antologiyası"nda dərc olunmuşdur. Onun 1927-ci ildən İkinci Dünya müharibəsinin sonuna qədər olan dövrü Ayxın axtarışları və formalaşması dövrü kimi xarakterizə edilir. O, müharibədən sonra məşhurlaşmışdır. Ayx bu zaman bədii məharətdə özünü təsdiq etmiş, öz üslubunu tapmışdı. Onun lirikası humanist xarakter daşıyır, şair isə modernist poeziya texnikasına müraciət edir.
Günter Blobel
Günter Blobel — almankökənli amerikan biokimyaçısı, 1999-cu ildə zülallarının hüceyrə daxilində yerləşməsi və daşınması üçün iç siqnallar göndərdiyini sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1967 — Onkologiya üzrə doktor (PhD) dərəcəsi, Dr. Van R. Potter birgə 1967–69 — Rokfeller Universitetində postdoktor işi, Dr.
Günter Litfin
Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi. == Həyatı == Günter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür. Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Keyt Qunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Günter Qrass
Günter Qrass (alm. Günter Wilhelm Grass‎; 16 oktyabr 1927[…], Qdansk – 13 aprel 2015[…], Lübek, Almaniya Federativ Respublikası) — alman yazıçı, heykəltaraş, rəssam, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == Günter Qrass İkinci Dünya müharibəsinə qədər Almaniya ərazisi olan Dantsiqdə (hazırda Polşanın Qdansk şəhəri) qarışıq ailədə doğulmuşdu. Atası protestant-alman, anası isə katolik polyak idi. Kiçik yaşlarından katolik ənənələri ruhunda tərbiyə edilmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri alman tarixinin çətin, mürəkkəb dövrünə düşmüşdü. Təhsil həyatına Dantsiq gimnaziyasında başlayan Günter də əksər həmyaşıdları kimi faşist gənclər təşkilatının — Hitleryugendin üzvü olmuşdu. Evlərindəki "boğucu katolik ab-havasından qurtarmaq üçün" 15 yaşında sualtı qayıqda xidmətə düzəlməyə çalışmışdı. Lakin əvəzində onu əmək batalyonuna yazmışdılar. 17 yaşında isə orduya çağrılmışdı.
Günter xəstəliyi
Günter xəstəliyi — eritropoetik porfiriya. Xəstəlik 1991-ci ildə bu xəstəliyi araşdrmış alman həkimi Qans Günterin şərəfinə adlandırılmışdır. Cox nadir hallarda rast gəlinir: 1000000 yeni doğulmuşlardan yalnız birində rast gəlinə bilər. == Simptomları == Xroniki fotohəssaslıq, dərinin zədələnməsi, qırmızı qan hüceyrələrinin dağılması. Gün işığı dərilərini zədələdiyindən xəstələr gün işığından qorunurlar, həmçinin onlarda kəskin diffuz hiperterioz, yara izləri və eritrodontiya müşahidə olunur(dişlərin qırmızı rəngə boyanması). Çox vaxt xəstəlik erkən yaşlarda bəzən isə daha gec (3–4) yaşlarında müşahidə olunur. Eritrositlərin normal klonlaşması ilə bərabər, xəstələrdə patoloji klonlaşmada gedir ki, bu da hüceyrələrdə ferment defekti ilə əlaqali olduğu üçün uroprofinin səviyyəsini artırır. İltihabi proseslər və xoralar qığırdaqları, qulaqları, göz qapaqlarını sıradan çıxardaraq onların deformasiyasına gətirir. Getdikcə insan canlı mumiyaya dönür. Xəstələr bacardıqları qədər günəş şüalarından qorunmalıdırlar.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır. İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur.
Qüntər Teçş
Qüntər Teçş (alm. Günter Titsch‎) — Bəşəriyyətin ən qlobal incəsənət hadisəsi hesab edilən "Dünya Xor Oyunları"nın yaradıcısı. O, eyni zamanda təşəbbüskarı olduğu İnterkultur fondunun prezidentidir. Qüntər Teçş 28 yanvar 1946-cı ildə, indiki Çexiyanın Bruntalo rayonunda dünyaya gəlmiş və doğumundan az müddət sonra ailəsi Almaniyaya yerləşmişdir. Frankfurt şəhərində təhsilini tamamladıqdan sonra, Ştutqart kompüter istehsalçısı ICL-də, sistem analitiki kimi təcrübələrdən keçir və müxtəlif şirkətlərdə İT məsləhətçisi və təlimçi kimi iş fəaliyyətinə başlayır. Qüntər Teçş eyni zamanda, xor musiqisinin azarkeşi, ifaçısı idi və bu səbəblə bütün həyatını xor müsabiqələri və konsertlərinin təşkilinə həsr etmək qərarını alır. Onun musiqi sahəsi üzrə ilk quruculuq fəaliyyəti, 1988-ci ildə 1-ci Budapeşt Beynəlxalq Xor Müsabiqəsini təşkil etməklə həyata keçir. Qüntər Teçş tədbirin nəticəsi olaraq, 1990-cı ildə, beynəlxalq xor hərəkatının qlobal miqyasda fəal təşkilatçısı hesab edilən İnterkultur Assosiasiyasının əsasını qoymuşdur. İnterkultur fondunun uğurlu və məqsədli işgüzar fəaliyyətinin nəticəsi olaraq, 2000-ci ildə "Dünya Xor Oyunları"(O zamanlar-Xor Olimpiadaları) adlı qlobal musiqi müsabiqəsi yaradılmışdır.(Daha ətraflı-"Dünya Xor Oyunları") Qüntər Teçş xor musiqisinin genişmiqyaslı təbliğindəki uğurları səbəbilə, müxtəlif milli və beynəlxalq mükafatlara layiq görülür. O, Almaniyanın Hessen əyalətinin baş naziri tərəfindən "Ölkəmizin musiqi səfiri" kimi anılaraq, xüsusi fəxri fərmanla təltif olunmuşdur.
Henri Günter
Henri Nikolas Con Günter (ing. Henry Nicholas John Gunther; 6 iyun 1895, Baltimor, Merilend – 11 noyabr 1918) — ABŞ hərbçisi, çavuş. O, Birinci Dünya müharibəsi zamanı hər hansı iştirakçı tərəfdən öldürülən sonuncu əsgər hesab edilir. Günter saat 11:00-dakı atəşkəsin qüvvəyə minməsinə təxminən bir dəqiqə qalmış, saat 10:59-da həlak olmuşdur. Ölümündən az əvvəl Günterin rütbəsi endirilmişdi və o, müharibənin bitməsinə az qalmış rütbəsini bərpa etmək istəyirdi. == İrsi == "Veteranlar Günü"ndə, 11 noyabr 2008-ci il tarixində Günterin həlak olduğu Lotaringiyanın Şomon-devan-Damville kommunasının yaxınlığındakı yerdə bir xatirə abidəsi tikilmişdir. 11 noyabr 2010-cu ildə onun ABŞ-dəki məzarı yerində Merilend Alman Cəmiyyəti tərəfindən xatirə lövhəsi ucaldılmışdır.
Hunter × Hunter (anime serialı, 1999)
Hunter × Hunter — 1999–2001-ci illərdə yayımlanan, Yoşihiro Toqaşinin eyniadlı manqası əsasında hazırlanmış anime serialı. Serialın hekayəsi Qon Friks adında yeniyetmə oğlanın ölmüş bildiyi atasının əslində sağ və məşhur ovçu olduğunu öyrənməsi və onu tapmaq üçün müxtəlif macəralara atılmasını, atası kimi ovçu olmaq istəməsi və bu yolda yaşadıqlarından bəhs edir.
Hunter × Hunter (anime serialı, 2011)
Hunter × Hunter — 2011–2014-cü illərdə yayımlanan, Yoşihiro Toqaşinin eyniadlı manqası əsasında hazırlanmış anime serialı. Serialın hekayəsi Qon Friks adında yeniyetmə oğlanın ölmüş bildiyi atasının əslində sağ və məşhur ovçu olduğunu öyrənməsi və onu tapmaq üçün müxtəlif macəralara atılmasını, atası kimi ovçu olmaq istəməsi və bu yolda yaşadıqlarından bəhs edir. Seriyanın yeni animesi 24 iyul 2011-ci il tarixində elan edilmişdi. Sözügedən animenin 1999-dakı serialla əlaqəsi yoxdur və hekayəni başdan təsvir edir.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
JITTER
JITTER ~ дрожание ~ titreme ~ titrəmə-televiziya və kompüter disleylərində: siqnalın dayanıqsızlığı (dəyişkənıiyi)səbəbindən görüntünün azacıq titrəməsi və ya flüktüasiyası. Titrəyiş çox zaman displeyin açılma sətri ilə eyni qalınlığa malik olan üfüqi sətirlərdə yaranır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı. 6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi.
Günter fon Klüge
Hans Günter Adolf Ferdinandfon Klüge (alm. Hans Günther Adolf Ferdinand von Kluge‎; 30 oktyabr 1882[…], Poznan, Prussiya – 17 avqust 1944 və ya 19 avqust 1944, Dombasl-an-Arqonn[d]) — alman hərb xadimi, general-feldmarşal (1940).
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎, IPA. ) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Skype
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Smile
Smile — 1936-cı ildə çəkilmiş "Müasir dövr" (Modern Times) filminin saundtreki kimi Çarli Çaplin tərəfindən bəstələnmiş mahnı. Sözləri 1954-cü ildə Con Törner və Ceffri Parsons tərəfindən yazılmışdır. Mahnı bir sıra müğənnilər tərəfindən ifa edilmişdir. Həmçinin, 1995-ci ildə Maykl Cekson tərəfindən ifa edilmiş və onun həmin il yayımlanan HIStory: Past, Present and Future, Book I albomuna daxil edilmişdir. Mahnı ilk dəfə Net Kinq Koul tərəfindən 1954-cü ildə ifa edilmişdir. Həmçinin, 1991-ci ildə onun qızı Natali özünün "Unforgettable...With Love" adlı albomunda bu mahnıya yer vermişdir. Smile, though your heart is aching, Smile, even though it's breaking. When there are clouds in the sky- You'll get by. If you smile through your fear and sorrow, Smile and maybe tomorrow You'll see the sun come shining through For you. Light up your face with gladness, Hide every trace of sadness.
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Enipea
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, Kırapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Friks === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English) Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Hunter × Hunter: Phantom Rouge
Hunter × Hunter: Phantom Rouge (yaponca: 劇場版 HUNTER×HUNTER 緋色の幻影(ファントム・ルージュ), Hepbörn: Gekijō-ban Hantā Hantā: Fantomu Rūju) — Yoşihiro Toqaşinin Hunter × Hunter manqa seriyası əsasında çəkilmiş, 2013-cü ildə yayımlanan yapon animasiya filmi.
Genter döyüşü
Genter döyüşü — Qanter döyüşü kimi də tanınan, 13-cü əsrin əvvəlində iki bir-birinə rəqib olan Yava hökmdarı arasında baş vermiş qanlı hərbi münaqişə. Döyüş nəticəsində bir hökmdar, Ken Arok qələbə qazanmış və rəqibinin ordusunu ölkədən qovmuşdur. Döyüşün nəticəsi olaraq, Arok Şərqi Yavada nəzarəti tam ələ almış və Racasa sülaləsinin əsasını qoymuşdur. == Tarixi == 8-ci əsrdən 12-ci əsrə qədər Yava adası müxtəlif ailələrə mənsub krallar və ziyalılar tərəfindən idarə olunurdu. Adanın şərq hissəsində əkinçilik mərkəzi olan feodal dövlətlər (Saylendra, Kediri, Tumapel və Macapahit krallıqları) bir-birilə şumluq torpaqlar və düyü yetişdirmək uğrunda mübarizə aparırdılar. 13-cü əsrin əvvəllərində regionda yeni siyasi qüvvənin yaradılması planı var idi. Namizəd kimi irəli sürülən şəxs isə Ken Arok idi. Kəndli başçıları onun siyasi gücünü artırmaq üçün əllərindən gələni əsirgəmirdilər; Arok şəxsi ambisiyalarına görə digərlərindən fərqlənirdi. Ona görə də, onun bu xüsusiyyətləri Yava folklorunda da öz əksini tapmışdır. Arok ərazisini Tumapel Krallığı ilə birləşdirmək qərarına gəldi.
Hellmut Ritter
Hellmut Ritter (alm. Hellmut Ritter‎; 27 fevral 1892[…], Lichtenau[d], Hessen – 19 may 1971[…], Oberurzel[d], Hessen) — Almaniya şərqşünası. == Həyatı == Hellmut Ritter 27 fevral 1892-ci ildə Lichtenauda doğuldu. Litseyi Kasseldə bitirdikdən sonra Halle Universitetində Karl Brokkelman və Paul Kahledən, Strasburq Universitetində Teodor Nöldeke, Enno Littmann, Landauer və Frankdan şərqşünaslıq və Şərq dilləri öyrəndi; eyni zamanda teologiya və klassik filologiya dərslərinə qatıldı. 1913-cü ildə Hamburq Universiteti Şərq mədəniyyəti və tarixi bölümündə Karl H. Beckerin asissenti olaraq vəzifəyə başladı. Ertesi il Bonn Universitetində “Ein arabisches Handbuch der Handelswissenschaft” adlı dissertasiyasıyla (Isl., VII [1916], s. 1-91) doktorluq müdafiə etdi. Əsgərliyini 1914-1918 savaş illərində İstanbul və İraqda keçirməsi Türkcə və Ərəbcəsini inkişaf etdirməsinə səbəb oldu. Savaşın ardından Hamburq Universiteti Şərq dilləri kafedrasına professor təyin edildi (1919). 1926-cı ildə universitetdəki vəzifəsindən alınan H. Ritter, Hamburqda İran ədəbiyyatı və təsəvvüfünə dair başlatdığı çalışmalarına davam etmək üçün Alman Elm Yardım Dərnəyinin bursuyla İstanbula getdi.
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Qutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Qutterit
Qutterit — anabaptist cərəyanlardan biri. Texnologiyanın əleyhdarı olan təriqət. XVI əsrdə yaranmışdır. Qutteritlər fotoşəkil çəkdirməyin günah olduğuna inanırlar. Kanadanın bir əyalətində qutteritlər 2003-cü ildə sürücülük vəsiqəsi üçün şəkil çəkdirməmək hüququ əldə etmişdilər. Lakin Kanadanın Ali Məhkəməsi 2009-cu ildə onların bu hüquqlarını tanımamışdır. Bəzi qutteritlər qismən də olsa, texnologiyaya müsbət yanaşır. Məsələn, evlərində internet var, lakin ondan sadəcə uşaqların kilometrlərlə uzaqdakı təriqət müəllimləri ilə ünsiyyət yarada bilmələri üçün istifadə edilir. Kameralardan da yalnız iş və bina inşaatının sənədləşdirilməsi üçün istifadə edilir.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Günlər
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Qatyer
Qatyer (fr. Gattières) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Nitsa-3 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Karro kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,03 km², əhalisi — 4018 nəfərdir (2006) artım tendensiyası ilə: 4103 nəfər (2012), əhalinin sıxlığı 409,1 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 4036 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4103 nəfər.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.