Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hörmət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Mindək (Uçalı)
Mindək (başq. Миндәк dinlə, rus. Миндяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 27 km.
Hərmələ
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Mingə
Mingə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 240 nəfərdir ki onunda 115 nəfəri kişi, 125 nəfəri qadındır.
Minmi
Minmi (lat. Minmi) — Ankylosauria qrupuna daxil olan, kiçik ölçülü dinozavr cinsi. Onlar Təbaşir dövrü 119–113 milyon il əvvəl yaşamışlar. Cənub yarımkürrəsində bronirovanlara aid tapılan ilk tapıntı olmuşdur. Ralf Molnar tərəfindən 1980-ci ildə qeydə alınmışdır. 2011-ci ildə onun həmkarları tərəfindən Minmi ankilozavrlara daxil edilirdi. Tapılan tapıntı — Minmi Crossing növü adlanır. Avstraliyada aşkarlanan tapıntılar iki yaxşı qalmış skelet və bir necə sümük qalıqlarından ibarətdir. Onların üzəri müxtəlif ölçülü və formalı donqarlarla örtülü olmuşdur. Bu donqarlar hətta quyruqlarının üzərində belə mövcud olmuşdur.
Minsk
Minsk (belar. Мінск) — Belarusun paytaxtı, Minsk vilayətinin və Minsk rayonunun inzibati mərkəzi. Sahəsi 348.84 km² olan şəhərin əhalisi 2017-ci il hesablamalarına görə 1,974,800 nəfərdir. == Tarixi == === Qədim tarix === Minsk şəhərinin indiki ərazisi eradan əvvəl 9-cu əsrdə qədim şərq slavyanları tərəfindən məskunlaşmışdır. Svisloç çayı vadisi iki erkən şərqi slavyan tayfalarından olmuş Kriviçlər və Dreqoviçlər arasında sərhəd idi. 980-ci ildə ərazi Kiyev Rus Dövlətinin ən qədim şərqi slavyan kyanzıqlarından biri olan Polotsk knyazlığına daxil edilmişdir. Minsk adı ilk dəfə 1067-ci ildə Nemiqa çayı döyüşü ilə əlaqədar olaraq Əsas Xronikada Měnesk' (Mѣnesk') formasında qeyd olunmuşdur. Buna görə də 1067-ci il Minskin əsasının qoyulduğu il kimi geniş qəbul olunmuşdur. Şəhər hakimiyyəti isə 2 sentyabr 1067-ci il tarixini şəhərin dəqiq quruluş tarixi kimi hesab edir, lakin şəhər o vaxta kimi bir müddət mövcud idi. Minsk adının mənşəyi məlum deyil, lakin bu haqda bir neçə nəzəriyyə mövcuddur.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Mixək
Mixək ağacı (lat. Syzygium aromaticum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. 10–15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl, ətirli ağacdır. Mixək təsərrüfatda da gərəkli olur. Əgər şəkərə qarışqalar daraşıbsa, bankadakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Mixək güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq paltar dolabına qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıldadaraq masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz. Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şoraba və sous, turşuya da qatılır.
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. == Həyatı == 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Hörmə islimilər
Hörmə islimilər — digər islimilərə nisbətən daha mürəkkəb, yeni-yeni islimilərin yaradılmasına, yaxud "hörülməsinə" imkan yaradan islimilərə deyilir. Bu biçimli islimilər Azərbaycanda ən geniş yayılmış islimilərdən hesab olunur. Bu qrupa daxil olan islimilərin forması başqalarına nisbətən daha mürəkkəbdir. Burada onu əhatə edən qoşa xətli enli, zey, nəinki isliminin arxa və qabaq planda yerləşən qanadları birləşdirir, yaxud müəyyənləşdirir, həm də elementin daxilində müxtəlif şəkilli, yeni-yeni islimilərin yaradılmasına, yaxud «hörülməsinə» imkan yaradır.
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Milçək (bürc)
Milçək (lat. Musca) — göyün cənub yarımkürəsində bürc.
Hərmələ ibn kahil əsədi
Charles Hermite
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. == Həyatı == == Fəaliyyəti == 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Charlotte Hornets
Şarlott Hornets — Şimali Karolina ştatının Şarlott şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Şarlott Hornets
Şarlott Hornets — Şimali Karolina ştatının Şarlott şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Minqei
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
İnək
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Mindel buzlaşması, Mindel
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Dinək (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).
Kimək xaqanlığı
Kimək xaqanlığı (qaz. Қимақ қағандығы/Qïmaq qağandığı, tatar. Kimäk Qağanlığı) — Köçəri türklərin qədim dövləti, 750-ci ildən 1035-ci ilədək Qazaxıstan və Cənubi Sibirdə yerləşirdi. == Tarixi == İrtış (əsl adı Erdişi) çayı sahilləri və Altay dağları arasında VIII əsrdə çeşidli boylarla birlikdə ittifaq dövləti içində yaşamış bir Türk ulusu olan kiməklər xaqanlıq qurmağa çalışırdılar. VIII yüzildə müstəqil oldular və X yüzildə Kitanların hücumu nəticəsində Ural dağlarının cənubuna köç etdilər. XI yüzildə Asiyanın şərqindən qərbinə sürəkli köç etdiklərindən boy birliyine əsaslanan quruluşları pozulmuşdu. Birlikləri pozulunca Qıpçaqlara tabe oldular. Bu zamana qədər, Kiməklərin Monqol kökənli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar nəticəsində Kiməklərin də Türk kökənli olduğu sübut olundu. Qıpçaqların kiməklərin davamı olduğu bilinir.
Minsk-Arena
Minsk Arena (belar. Мінск-Арэна) və ya yerli olaraq Botvinik Arena (rus. Арена Ботвинника, belar. Арэна Бaтвiнiка) — Belarusiyanın Minsk şəhərində əsas qapalı arenadır. Minsk-Arena kompleksində əsas arena da daxil olmaqla (15000 tamaşaçı qəbul edən) dörd məkan, bir velosiped yolu (2000 tamaşaçı qəbul edən), konki stadionu (3000 tamaşaçı) və yüksək səviyyəli park var. == Məşğuliyyət == Bura 20 Noyabr 2010 tarixində reallaşan 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin məkanı idi. Şakira 19 May 2011-ci ildə The Sun Comes Out dünya turu əsnasında, Cennifer Lopez isə 25 Sentyabr 2012-ci ildə Dance Again Dünya Turu əsnasında bu arenada çıxış eetdi. Depeche Mode, 29 iyul 2013-cü ildə və 28 Fevral 2014-cü ildə Delta Machine Turu zamanı 24.523 nəfər qarşısında çıxış etdi. Qrupun Qlobal Spirit Turu üçün yenidən çıxış edəcəyi gözlənilir. Arenanın 18 Mart 2018-ci il tarixində, 25 Noyabrda keçiriləcək 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqləndi.
Minsk 2
Minsk 2 — Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammit. Görüşün məqsədi Donbass müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında 11-12 fevral tarixlərində təşkil edilmiş və tərəflər arasında yekun razılıq əldə olunmuşdur. İmzalanan Minsk 2 müqaviləsinə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə gədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənmişdir.
Minsk FK
Minsk – Belarusun futbol klubu.
Minsk II
Minsk 2 — Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammit. Görüşün məqsədi Donbass müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında 11-12 fevral tarixlərində təşkil edilmiş və tərəflər arasında yekun razılıq əldə olunmuşdur. İmzalanan Minsk 2 müqaviləsinə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə gədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənmişdir.
Minsk Qrupu
ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurum. == Tarixi == Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib. 18 fevral 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidin görüşündə bildirib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib. == Tərkibi == Qrupun tərkibinə aşağıdakı ölkələr daxildir: Həmsədrlər ABŞ Fransa Rusiya Münaqişə tərəfləri Azərbaycan Ermənistan Digər üzvlər Almaniya Belarus İsveç İtaliya Niderland Portuqaliya Türkiyə Finlandiya == Əsas vəzifəsi == Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.
Marqarita Porete
Marqarita Porete (fr. Marguerite Porete; 1250[…], Eno qraflığı – 1 iyun 1310, Paris, Fransa krallığı) — Fransız mistik. "Sadə ruhların güzgüsü" kitabını paylaşmaqdan imtina etdiyi üçün iblisə xidmət etməkdə günahlandırılmış və 1310-cu ildə yandırılaraq edam edilmişdir.
Hudson Hornet
Hudson Hornet — 1951-ci ildən 1954-cü ilə qədər, Nash-Kelvinator və Hudson American Motors Corporation (AMC) yaratmaq üçün birləşdiyi zaman , Detroit, Michigan Hudson Motor Car Company tərəfindən istehsal olunan tam ölçülü avtomobil. Hudson avtomobilləri 1957-ci model ilinə qədər Hudson markası altında satılmağa davam etdi.
Sinek
Sinek — rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Maximum the Hormone
Maximum the Hormone (yap. マキシマム ザ ホルモン) — Yaponiya metal musiqi qrupu.