Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmkarlar İttifaqları
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. == SSRİ-də == == Rusiyada == == Azərbaycanda == Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Albaniya Həmkarlar İttifaqları Təşkilatı
Albaniya Həmkarlar İttifaqları Təşkilatı və ya qısaca AHİT — Albaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Tiranada yerləşir. == Tarixi == Təşkilatın yaranması Albaniya işçi hərəkatının böyük qalmaqalı və eyni zamanda qələbəsi ilə tarixdə qalıb. Belə ki, 1990-cı ilin son aylarında Valias şaxtasının işçiləri maaşlarının çox az olmasına və ağır iş şəraitində işlədiklərinə etiraz əlaməti olaraq silsilə tətillərə başlayırlar. Lakin hökumət tərəfindən şaxtaçıların tələblərinə cavab verən olmur. Hətta dövlət rəsmilərindən işçilərə belə bir ismarış da gəlir ki, əgər nümayişlərə son qoyulmasa onlara qarşı sərt tədbirlər planı hazırlanacaq. Bu bəyanat işçiləri daha da çox qəzəbləndirir və nəticədə böyük qalmaqallarla müşahidə olunan kütləvi tətillər keçirilir. Şaxtaçılara mədən işçiləri də qoşulur; ölkədə vəziyyət artıq nəzarətdən çıxır. İşçilər görürlər ki, onları müdafiə edəcək vahid qüvvəyə ehtiyac var. 1991-ci il fevralın 20-də etiraz edən böyük kütlə bir araya gələrək Albaniya Həmkarlar İttifaqları Təşkilatını yaradır.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (alm. Deutscher Gewerkschaftsbund – DGB‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiyanın baş qərargahı Berlində yerləşir. == Tarixi == === 1933-cü ilə qədər === Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının ilk ümumi komissiyası 14 mart 1892-ci ildə Halbertştad şəhərində yaradılmışdır. Həmin vaxt onun 300.000 üzvü var idi. 1919-cu ildə iyunun 30-dan iyulun 5-dək Nürnberq şəhərində keçirilən qurultayda Ümum Alman Həmkarlar İttifaqları Konfederasiyasının əsası qoyulmuşdur. Konfederasiyanın sıralarında 3 milyon üzvü olan 52 birlik birləşirdi. 1933-cü il mayın 2-də isə ölkədəki bütün həmkarlar ittifaqları nasist rejimi tərəfindən buraxılmışdır. === 1946-1949-cu illər === 1946-1949-cu illərdə alman həmkarlar ittifaqları yenidən təsis olundu. 1946-cı il oktyabrın 9-11-də Almaniyanın Sovet işğalı zonasında yerləşən indiki Berlin şəhərində Azad Alman Həmkarlar İttifaqları Konfederasiyası, 1947-ci ilin aprel ayının 25-də isə müttəfiqlərin işğalı zonasında Alman Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi.
Avropa Həmkarlar İttifaqları Konfederasiyası
Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ing. European Trade Union Confederation) və ya qısaca AHİK (ing. ETUC) — bütün Avropa üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. == Tarixi == Konfederasiya 1973-cü ildə yaradılmışdır. == Tərkibi == Hazırda təşkilata 36 Avropa ölkəsindən 85 milli həmkarlar ittifaqı və 10 sənaye federasiyası daxildir. 60 000 000 üzvü var. == Məqsəd və fəaliyyət == AHİK-in əsas məqsədi 60 milyon üzvünün vahid səsi ilə çıxış etmək, əməkçilərin hüquqlarını pozanlarla mübarizə aparmaq və qitə əhalisi üçün tam məşğulluğu təmin etməkdir. Konfederasiya siyasətini Avropanın sosial modeli üzərində qurur: əməkçilər üçün stabil sosial-iqtisadi mühit yaratmaq və inkişaf etdirmək, əhalinin bərabər vətəndaş və insan hüquqlarına sahib olmasını təmin etmək. Avropa sosial modeli termini iqtisadi durumun daimi inkişafı anlamını daşıyır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası — 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Bakı Həmkarlar İttifaqları Şurası
Bakı Həmkarlar İttifaqları Şurası (BHİŞ) — könüllü ictimai təşkilat. == Yaradılması == Əsası 1917 il martın 24-də qoyulmuşdur. Həmin tarixdə Bakı şəhəri həmkarlar ittifaqları nümayəndələrinin yığıncağı özünü təsis yığıncağı elan etmmiş və Azərbaycanda ilk ittifaqlararası təşkilat olan Həmkarlar İttifaqlarının Mərkəzi Bürosunu seçmişdir. III Ümumrusiya konfrasnsının qərarına əsasən, mərkəzi büro 1917 il 6 iyul tarixli iclasında Bakı Həmkarlar İttifaqları Şurasına çevrildi. 1918 il mayın 23-də BHİŞ-in yeni rəyasət heyəti seçilmişdir. Onun ilk tədbirlərində biri sənayenin milliləşdirilməsində həmkarlar ittifaqlarının iştirakı məsələsinin həlli və bütün həmkarlar ittifaqları nümayəndələrinin ümumbakı konfransını çağırmaq olmuşdur. 22 həmkarlar ittifaqının idarə heyətlərinin iclaslarından birində — 1918 il iyulun 9-da həmkarlar ittifaqlarının nümunəvi nizamnaməsi qəbul edilmişdir. == Fəaliyyəti == 1919 il noyabrın 1-nə olan məlumata görə, BHİŞ-ə 16 həmkarlar ittifaqı daxil idi. Şura eser-menşeviklərin təsiri altında idi. Bakı Xalq Komissarları Sovetinin (BXKS) hakimiyyəti dövründə Şuraya rəhbərlik bolşeviklərin əlinə keçdi.
Belarus Həmkarlar İttifaqları Federasiyası
Belarus Həmkarlar İttifaqları Federasiyası (belar. Фэдэрацыя прафсаюзаў Беларусі) — Belarusun ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Minsk şəhərində yerləşir. == Tarixi == Belarus Həmkarlar İttifaqları Federasiyası 1990-cı ildə yaranmışdır. 1991-1995-ci illər ərzində daha 7 həmkarlar ittifaqı yarandı və beləliklə, Federasiyanın ətrafında artıq 31 təşkilat birləşdi. Bu təşkilatların xidmətində isə 31378 ilk, 454 şəhər, rayon həmkarlar ittifaqı komitəsi fəaliyyət göstərirdi. Zaman keçdikcə onların hər biri yetərincə güclü nüfuza malik oldular, sıralarını genişləndirdilər. Bəzi təşkilatlar artıq öz qəzetlərini də nəşr etməyə başladılar. == Məqsədi == Qurumun əsas məqsədi təşkilatların qüvvə və istiqamətini birləşdirmək, qarşıya qoyulan məsələləri kökündən həll etmək, ölkədə işçilərin hüquqlarını tam qorumaqdır. == Tərkibi == 24 sahə təşkilatını özündə cəmləşdirir.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca BHİK (ing. International Trade Union Confederation — ITUC) — bütün dünya üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. == Tarixi == Konfederasiya 1 noyabr 2006-cı ildə Avstriyanın Vyana şəhərində keçmiş Beynəlxalq Azad Həmkarlar İttfaqları və Ümumdünya Əmək Konfederasiyalarının birləşməsi nəticəsində yaradılıb. == Tərkibi == Hazırda BHİK-in sıralarında 155 ölkənin 176 milyon işçisinin maraqlarını qoruyan 301 həmkarlar ittifaqı təşkilatı cəmləşir. Bununla yanaşı, konfederasiyanın tərkibinə bir neçə regional və beynəlxalq stuktur daxildir. == Fəaliyyəti == Qurum fəaliyyətində gənclərə, qadınlara və miqrasiya problemlərinə xüsusi yer ayırır. Bu məsələlərə dair bir sıra layihələr həyata keçirir. BHİK beynəlxalq təşkilat olduğundan təşəbbüskarlıq etdiyi layihələrdə çox sayda ölkə iştirak edir. == Strukturu == Dörd ildən bir BHİK-in Konqresi keçirilir.
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası (dan. Landsorganisationen i Danmark - LO) — Danimarkanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. == Tarixi == 3 yanvar 1898-ci ildə yaranmışdır. == Məqsədi == Konfederasiyanın əsas məqsədi işəgötürənlər və hakimiyyət orqanları ilə münasibətdə işçilərin mənafelərini rəhbər tutaraq onları müdafiə etməkdən ibarətdir. Müxtəlif assosiasiyalar və həmkarlar ittifaqları ilə əməkdaşlıq edən Konfederasiya ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək bazarı ilə bağlı siyasətin hazırlanması və həyata keçirilməsi prosesində həm hökumətə, həm də siyasi partiyalara təsir etməyə çalışır. Kollektiv danışıqların aparılması zamanı Konfederasiya işçilərin sosial-iqtisadi maraqlarının təmin olunmasına səy göstərir. Danimarka həmkarlar ittifaqları hərəkatı qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilər. Lakin müasir cəmiyyətdə müntəzəm olaraq qarşıya yeni vəzifələr və problemlər çıxır. Belə ki, hazırda həllinə çalışdığı ən mühüm məsələlərdən biri işçilərin iş və ailə həyatı arasında daha yaxşı harmoniya yaradılmasına köməklik göstərməkdən ibarətdir.
Fici Həmkarlar İttifaqları Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. == Tarixi == Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. == Məqsədi == Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. == Tərkibi == Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Hindistan Həmkarlar İttifaqları Mərkəzi
Hindistan Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca HHİM — Hindistanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Yeni Dehlidə yerləşir. == Tarixi == 1947-1948-ci illərdə Hindistanda 2 aparıcı həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Bunlar Hindistan Kommunist Partiyasının nəzarəti altında olan Ümumhind Həmkarlar İttifaqları Konqresi və millətçilərin təşəbbüsü ilə yaradılan Hindistan Milli Həmkarlar İttifaqları Konqresi idi. Göründüyü kimi, hər iki təşkilat müxtəlif siyasi partiyaların himayəsinə və ideologiyasına söykənmişdi. Bu isə işçilərin hüquqlarını qoruyan bir qurum üçün çox da arzuolunan hal deyildi. Məhz bu səbəbdən 1948-ci ildə tam müstəqil fəaliyyət göstərən, heç bir siyasi partiyadan asılılığı olmayan Hindistan Həmkarlar İttifaqları Mərkəzi yaradıldı. Təşkilatın yaranmasını təsdiq edən konqresdə Hindistan Əmək Federasiyası, Hind Mazdoor Paçayat və digər müstəqil həmkarlar ittifaqları iştirak ediblər. Konqresdə 427 təşkilat 600 nəfər nümayəndə ilə təmsil olunurdu. == Fəaliyyəti == Mərkəz əməkçi insanların əmək və sosial hüquqlarının müdafiəsini demokratik prinsiplərə əsaslanmaqla özünun prioritet vəzifəsi hesab edir.
Hirş-Dunker həmkarlar ittifaqları
Hirş-Dunker həmkarlar ittifaqları — Burjua proqressist partiyasının xadimlərindən M. Hirş və F. Dunker tərəfindən 1868-ci ildə yaradılmış Almaniya reformist həmkarlar ittifaqı təşkilatılarıdır. Hirş-Dunker həmkarlar ittifaqlarının təşkilatçıları əmək və kapital mənafeyinin "ahəngdarlığı ideyasını təbliğ edir, ittifaqlara fəhlələrlə yanaşı kapitalistlərin də qəbul olunmasını mümkün sayır, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edirdilər. Onlar belə bir iddia irəli sürürdülər ki, kapitalizm cəmiyyəti çərçivəsində burjua dövlətinin qanunvericiliyi vasitəsi ilə, həmkarlar təşkilatının köməyi ilə fəhlələri kapital zülmündən xilas etmək mümkündür; onlar həmkarlar ittifaqlarının başlıca vəzifəsini fəhlələrlə sahibkarlar arasında vasitəçilik etməkdə və pul toplamaqda görürdülər. Hirş-Dunker həmkarlar ittifaqlarının tətillərə mənfi münasibəti bu həmkarlar ittifaqlarını ştreykbrexer təşkilatlarına çevirirdi; onların fəaliyyəti başlıcxa olaraq qarşılıqlı yardım kassaları və mədəni-maarif təşkilatları çərçivəsi ilə məhdudlaşırdı. 1933-cü ilin mayınadək mövcud olmuş Hirş-Dunker həmkarlar ittifaqları burjuaziyanın bütün səylərinə və hökumət orqanlarının köməyinə baxmayaraq heç bir zaman Almaniya fəhlə hərəkatında ciddi qüvvə olmamışdır. 1933-cü ildə Hirş-Dunker həmkarlar ittifaqlarının opportunist xadimləri faşist "əmək cəbhəsinə" daxil oldular. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilbda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 155.
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. == Tarixi == Konfederasiya 1990-cı ilin iyul ayında yaradılıb. O dövr ölkədə işçilərin hüquqlarını qoruyan 80 xırda təşkilat fəaliyyət göstərirdi. Eyni məqsəd və prinsip uğrunda mübarizə aparan bu qurumlar vaxt keçdikcə birgə işin daha effektiv olacağı qərarına gəlirlər və birləşərək sözügedən qurumu yaradırlar. Konfederasiyanın tarixində iki irimiqyaslı etiraz aksiyası olub. Onlardan biri 2003-cü ildə ölkənin aparıcı mədən şirkəti işçilərinin 5 günlük tətilidir. Səbəb işçlərin bir neçə ay müddətində maaşlarının yalnız 70 faizini almaları olub. Belə ki, həmkarlar ittifaqı və müəssisə rəhbərliyi arasında danışıqlar zamanı mədən rəsmiləri maaşın yarı faizini növbəti dəfə alacaqlarını deyib, lakin bu sözə əməl etməyib. Etirazlarını bir neçə saatla başlayan işçilər nəticə əldə etmədiklərini görüb uzunmüddətli tətil keçirmək qərarına gəliblər. Mədən işçiləri öz etirazlarını 5 gün ərzində işə çıxmamaqla bildiriblər.
Keniya Həmkarlar İttifaqları Mərkəzi
Keniya Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca KHİM (ing. Central Organization of Trade Unions - COTU) — Keniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Nayrobida yerləşir. == Tarixi == Mərkəz 1965-ci ildə Keniya Əmək Federasiyası və Afrika Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 39 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mərkəz 1 milyon 500 min işçini özündə cəmləşdirir. == Fəaliyyəti == Mərkəz yerlərdə işçiləri tam müdafiə etmək üçün fəal siyasət aparır. KHİM-də bir sıra komitələr yaradılıb. Bu komitələr ildə bir neçə dəfə iş yerlərində araşdırmalar aparır. Yəni yerlərdə iş şəraitinin mövcud durumu, müəssisələrin aylıq gəlirlərinə nisbətən işçilərin aldıqları maaş, əməkdaşlara ödənilən maddi yardım və müavinətlər, ailə vəziyyəti ilə bağlı qadın işçilər üçün müvafiq şəraitin yaradılması və sair kimi məsələlərə riayət olunması yoxlanılır.
Koreya Həmkarlar İttifaqları Konfederasiyası
Koreya Həmkarlar İttifaqları Konfederasiyası (kor. 민주노총) — Koreya Respublikasının ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Seul şəhərində yerləşir. == Tarixi == 13 yanvar 1993-cü ildə yaranmışdır. Təşkilatın yaranması zamanı qarşıya bir sıra çətinliklər çıxmışdır. Belə ki, Koreya Həmkarlar İttifaqları Konfederasiyasının yaranma tarixçəsi geyim əşyalarının istehsalı edən müəssisə işçilərinin mübarizəsi və onlardan birinin – Cun Tae-ilinin 13 noyabr 1970-ci ildə bu mübarizədə özünü qurban verməsi ilə bağlıdır. Bu müəssisənin qadın işçilərinin əzmkar mübarizəsi isə ölkədə müasir əmək hərəkatının əsasını qoymuşdur. 1980-ci illərdən etibarən ağır sənayenin inkişafı bu mübarizəyə irimiqyaslı sənaye işçi qüvvələrini cəlb edir. Nəticədə 1987-ci ildə İşçilərin Böyük Mübarizə Mərkəzinin yaranır. Bu mərkəz yalnız iri sənaye müəssisələrini və korporasiyaları deyil, bütün cəmiyyəti silkələyir.
Litva Həmkarlar İttifaqları Konfederasiyası
Litva Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca LHİK (lit. Lietuvos profesinių sąjungų konfederacija - LPSK) — Litvanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Vilnüsdə yerləşir. == Tarixi == Konfederasiya 2002-ci il may ayının 1-də Litva Həmkarlar İttifaqları Birliyi və Litva Ticarət Mərkəzi Şurasının birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 124 min üzvü özündə cəmləşdirir. == Rəhbərləri == Hazırda təşkilata Artur Çerniauskas sədrlik edir. == Siyasəti və məqsədi == LHİK ölkədə ictimai hərəkatın lideridir. Təşkilat siyasətini demokratik əsaslar üzərində qurub. Demək olar ki, bütün ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir. == Tarixi == Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır. Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır. == Fəaliyyəti == Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır. Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb.
Norveç Həmkarlar İttifaqları Konfederasiyası
Norveç Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca NHİK (norv. Landsorganisasjonen i Norge - LO) — Norveçin ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Hazırda Norveçdə ən irimiqyaslı ictimai qurumdur. Konfederasiyanın baş qərargahı Osloda yerləşir. Konfederasiya 1899-cu ildə yaranıb. 1957-ci ilədək qurum Əməkçilərin Milli Həmkarlar İttifaqı adlanıb. Həmin vaxtdan indiki adı daşıyır. 1920-1930-cu illər Konfederasiyanın tarixində ən fəal dövr kimi yadda qalıb. Həmin dövrdə ölkədə əmək münaqişələri və kəskin iqtisadi mühit hökm sürürdü. Xüsusilə də almanların müvəqqəti olaraq Norveçi işgal etməsindən sonra ölkə iqtisadiyyatı çox gərgin dövrünü yaşayırdı.
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası (yap. 日本労働組合総連合会) və ya qısaca RENGO (yap. 連合) — Yaponiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Tokio şəhərində yerləşir. Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası 1989-cu ildə bir neçə milli mərkəzin birləşməsindən yaranmışdır. 3 pilləli strukturdan ibarətdir: müəssisədaxili ilk təşkilatlar – iş şəraitini yaxşılaşdırmaq, işçilərin ailə üzvlərinə müəyyən xidmətləri təmin etmək üçün iş yerlərində danışıqlar və əməyin idarə olunmasına aid məsləhətlər aparırlar; sahə birlikləri – müəssisədaxili ilk təşkilatlardan təşkil olunur və onların üzvləri müəssisədə iş şəraitinə aid məlumat mübadiləsi aparırlar və sahəyə aid spesifik problemlərin həll olunmasına çalışırlar; milli mərkəz – Konfederasiya isə öz-özlüyündə sahə birliklərindən ibarət olan milli mərkəzdir. İşçilərin, üzvlərinin hüquqlarının qorunması nöqteyi-nəzərindən əmək standartları, vergilər sistemi, sosial təminat və s. məsələlər üzrə hökumətlə, işəgötürənlərlə birgə fəaliyyət göstərir. Konfederasiyanın regional təşkilatları da mövcuddur. Konfederasiyanın əsas məqsədi işçilərin hüquqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılmasıdır.
İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası
İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası (ind. Konfederasi Serikat Pekerja Indonesia) — İndoneziyanın milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı və aparıcı təşkilatdır Mərkəzi ofisi ölkənin paytaxtı olan Cakarta şəhərində yerləşir. İndoneziya Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının təsdiq edilməsi 1992-ci ildə bu məqsədlə keçirilmiş konfransda qərara alınmışdır. Həmin vaxt Cakartada 104 ictimai təşkilat və həmkarlar ittifaqı fəalları yığışmışdır. Fəaliyyətinin ilk illərində qurum İndoneziya Ticarət İşçilərinin Təşkilatı adını daşımışdır. Çünki o dövr ölkənin əsas işçi qüvvəsini ticarət sahəsində çalışanlar təşkil edirdi və həmin illər İndoneziyada ticarət sektorunun çiçəklənmə dövrü idi. Bu sahə sürətlə inkişaf edirək, dövlət büdcəsinə külli miqdarda gəlir gətirirdi. 2003-cü ildə təşkilatın adı dəyişdirilərək İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası olur. Həmin illərdə Konfederasiyanın tərkibində 11 təşkilat və 300 min üzv birləşirdi. Təşkilatın yaranmasından sonra qarşıya bir sıra çətinliklər çıxmışdır.
İrlandiya Həmkarlar İttifaqları Konqresi
İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir. İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər. Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar.
İtaliya Həmkarlar İttifaqları Konfederasiyası
İtaliya Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca İHİK (it. Italian Confederation of Trade Unions - CISL) — İtaliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Romada yerləşir. İHİK-in təşəkkül dövrü İkinci Dünya müharibəsinin sonlarına təsadüf edir. Belə ki, müharibənin sonuna yaxın – 1944-cü ildə, İtaliyada bütün həmkarlar ittifaqlarının fəaliyyətinə şərait yaradan Roma Həmkarlar İttifaqları Paktı imzalanmışdır. Bu pakt 1950-ci ildə konfederasiyanın yaranmasına gətirib çıxardı. Qurumun 1950-ci ildə Romada keçirilən İHİK-in ilk Konqresində Giulio Pastore Baş katib seçildi. İlk illərdə bir sıra maliyyə çətinlikləri ilə qarşılaşsa da, onlara Amerika həmkarlar ittifaqları böyük dəstək göstərdi. 1970-1980-ci illər Konfederasiyanın çiçəklənən dövrü hesab olunur. Bu dövrdə Konfederasiya dövlətin iqtisadi, vergi və indeksləşmə sistemi siyasətində ictimai rifah naminə yeni qaydaların tətbiq edilməsinə nail oldu.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası (rus. Федера́ция незави́симых профсою́зов Росси́и - ФНПР) — Rusiya Federasiyasının milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı təşkilatdır Mərkəzi ofisi ölkənin paytaxtı olan Moskva şəhərində yerləşir. Federasiya 23 mart 1990-cı ildə yaranmışdır. Federasiya çox nadir hallarda kollektiv tədbirlərə əl atır. Onun tarixi ərzində bir neçə təşkil etdiyi bir neçə tətil olmuşdur ki, adətən milyonlarla Rusiya vətəndaşı bu tətillərin iştirakçısı olmuşdur. Belə tətillərdən biri 1998-ci ildə iqtisadi islahatlara, digəri 2004-cü ildə insanların sosial hüquqlarının əzilməsinə qarşı, 2007-ci ildə isə layiqli əmək tələbi ilə keçirilib. Federasiya cəmiyyətdə layiqli əməyin bərpa olunması istiqamətində çoxsaylı işlər görür. Təşkilatın 2011-ci ilin yanvar ayında keçirilmiş VII qurultayında "Layiqli əmək – insan rifahının və ölkə inkişafının əsas təminatçısıdır" adlı proqramın yerinə yetirilməsi təsdiqlənmişdir. Bu proqram Federasiyanın əməkhaqqı ilə bağlı vəzifələrini təyin edir. Yəni aşağıdakı bir sıra məsələləri əhatə edir: Rusiyada maaşın Avropadakı orta əməkhaqqı səviyyəsinə çatdırılması; iş qabiliyyətli əhalinin məşğulluğunu; təhlükəsiz iş şəraitini; layiqli təqaüdü təmin etmək; dövlət sosial sığortalarına riayət olunmasının gedişatını nəzarətdə saxlamaq; əməkçilərin həyat səviyyəsini qaldırmaq.