Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həsənqala
Həsənqala (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Həsənqala (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Həsənqala (Qusar)
Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri == Tarixi == Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır.
Həsənqala (Xaçmaz)
Həsənqala — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Qusar rayonunun Həsənqala kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır.Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. 2023-cü ildə Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb. Aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.
Həsənqala bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həsənqaya
Həsənqaya (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Həsənqaya (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Həsənqaya bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə.
Həsənqaya (Ağdərə)
Həsənqaya — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmış adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır. == Tarixi == Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib. 2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb.
Həsənqaya (Bərdə)
Həsənqaya — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ düzündədir. İkinci Dünya müharibəsi illərində kənd dağıdılmışdı. 1948-1949-cu illərdə Ermənistandan zorla qovulmuş azərbaycanlı ailələr burada məskunlaşmış və yaradılmış yeni yaşayış məntəqəsi köhnə kəndin adını qəbul etmişdir.
Həsənqaya (Tərtər)
Həsənqaya — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmış adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır. == Tarixi == Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib. 2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb.
Həsənqaya bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həsənqaya əməliyyatı
Həsənqaya əməliyyatı - 1992-ci il iyunun 29-da baş vermiş hərbi əməliyyat. == Zəmin == 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu.
Cahangir Həsənağa
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Həsənağa Abasquliyev
Həsənağa Rza oğlu Abasquliyev (12 avqust 1938 – 6 avqust 2018) — bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı və yaradıcılığı == Həsənağa Abasquliyev 2 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənir. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyur. 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Kərim Babayevin truba ifası sinfində təhsil alır. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirir. 1963-cü ildə o, xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayır.1960-cı illərdə Həsənağa Abasquliyev Rusiya Federasiyası Tomsk vilayətinin filarmoniyasından dəvət alır və oraya işləməyə gedir.
Həsənağa Abdullazadə
Həsənağa Şakir oğlu Abdullazadə (9 mart 1993, Lənkəran – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənağa Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub. 1999–2007-ci illərdə Rövşən Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007–2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi "leytenant" hərbi rütbəsi ilə bitirib. 2014–2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub. Ailəli idi. == Hərbi xidməti == Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ silsiləsi və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Həsənağa Mirzəyev
Həsənağa Mustafayev
Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı – 22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Azərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir.Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub.Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 == Rəssamı olduğu tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalarAzərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalarCəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Həsənağa Məcidov
Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı – 11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir.Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur.Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir.Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası (1964), Dzerjinski adına mədəniyyət sarayı (1948) və s.
Həsənağa Qurbanov
Qurbanov Həsənağa Əli oğlu — Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Həsənağa Qurbanov 1955-ci il iyulun 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışmışdır. 25 may 1998-ci il tarixində müvafiq sərəncamla Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. 2001-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Həsənağa Qurbanov gənc yaşlarından musiqiyə böyük maraq göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdir. "Dan ulduzu" instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf etmişdir. Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikanın hüdudlarından kənarda tanınmasında və təbliğində onun böyük xidmətləri olmuşdur.
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu – 1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988). == Həyatı == Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.
Həsənağa Salayev
Həsənağa Salayev (5 dekabr 1921, Bakı – 2 oktyabr 1981, Bakı) — aktyor, Azərbaycan SSR xalq artisti, film səsləndirən, arxiv kadrlarda iştirak edən. == Həyatı == Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad), "Oqtay Eloğlu" (Oqtay), Pavel Malyarevskinin "Daş qartal" (Maksİm), Yuri Osnos və Vladimir Vinnikovun "Hind gözəli" (Çarudatta), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Bernard Şounun "Şeytanın şagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Rəşad), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı" (Dünua), Hüseyn Cavidin "Səyavuş" (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb. Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Həsənağa Turabov
Həsənağa Səttar oğlu Turabov (24 mart 1938, Bakı – 23 fevral 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986). == Həyatı == Həsənağa Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987–2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur. 2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. === Səhnə fəaliyyəti === Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Həsənağa Şirvani
Həsənağa Şirvani (23 aprel 2002, Binə qəsəbəsi, Xəzər rayonu, Azərbaycan — 1 oktyabr 2020, Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub. Ölümündən sonra sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Həsənağa Əhmədov
Həsənağa Əhməd oğlu Əhmədov (28 may 1932, Salyan, Salyan rayonu – 25 fevral 2014, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının əməkdar müəllimi, maarif xadimi. == Həyatı == Həsənağa Əhmədov 28 may 1932-ci ildə Salyan şəhərində anadan olmuşdur. Orta təhsilini N. Gəncəvi adına şəhər 2 saylı orta məktəbdə almış, 1947–1950 illərdə Salyan kənd təsərrüfatı texnikumunda oxumuşdur. O, 1952–1956 illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsində ali təhsil almışdır.Həsənağa Əhmədov 1956-cı ildən ömrünün sonuna kimi Salyan şəhər 7 saylı orta məktəbdə ingilis dilindən dərs demişdir. Həsənağa Əhmədov 25 fevral 2014-cü ildə Salyanda vəfat etmişdir. == Əmək fəaliyyəti == Həsənağa Əhmədov 1974-cü ildə respublikada keçirilmiş pedaqoji mühazirələrdə I yeri tutduğu üçün Alma-Atada keçiriləcək pedaqoji mühazirələrə vəsiqə qazanmış, onun müvəffəqiyyətli çıxışı I dərəcəli diploma layiq görülmüşdür. O, bir il sonra, 1975 ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının Pyatiqorsk şəhərində keçirdiyi simpoziumda "Təlim prosesində əyani və təlimin texniki vasitələrindən kompleks istifadə" adlı məruzə ilə çıxış etmişdir. Filologiya elmləri doktoru Aleksandr Aleksandroviç Mirolyubov tanınmış pedaqoqun iş təcrübəsinə aid "Иностранные языки в школе" jurnalında elmi məqalə çap etdirmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyası 1986 ildə onun iş təcrübəsini müzakirə etmiş, bəyənmiş və respublikada yayılmasını lazım bilmişdir. Bununla əlaqədar kitabça çap edilmişdir.Həsənağa Əhmədov dəfələrlə respublika müsabiqələrinin, "Sosializm yarışı"nın qalibi olmuş, ona "Metodist müəllim" (1977) və "Ali dərəcəli müəllim" (1994) adı verilmişdir. O, dəfələrlə Bakıda keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqələrinin birinci dərəcəli diplomunu almışdır.2000-ci ildə ona "Respublikanın Əməkdar müəllimi" fəxri adı verilmişdir.
Həsənağa Əliyev
Həsənağa Novruz oğlu Əliyev (16 aprel 1923, Binə, Bakı qəzası) — fəxri neftçi, əməkdar həkim, tibb elmləri doktoru, professor. == Həyatı == Həsənağa Novruz oğlu Əliyev 1923-cü ildə Bakı şəhəri Binə kəndində anadan olmuşdur. O 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1946-cı ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. == Fəaliyyəti == 1941–1945-ci illər müharibəsi qələbə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə inkişaf etməyə başlamışdır. Nefçilərə tibbi yardım, həmçinin onların ümumi və peşə xəstəliklərinin müalicə məsələsi gənc həkim Həsənağa Əliyevə həvalə edilir. Onun fəaliyyəti kiçik tibb məntəqəsindən başlayır. İş şəraitinin ağırlığı və özünəməxsus dəniz şəraitində işləyənlər arasında peşə və yolxucu xəstəliklərin həcmini günü-gündən artırırdı. SSRİ Neft Sənayesi Nazirliyinin rəhbərliyi qarşısında nefçilər üçün xüsusi xəstəxana və poliklinkanın tikilməsi məsələsini qaldırır. Həsənağa Əliyevin əzmkarlığı və gərgin əməyi nəticəsində 1956-cı ildə 100 çarpaylıq xəstəxana və poliklinika-SSRİ-də nefçilər üçün ilk müalicə profilaktika müəssisəsi istifadəyə verilir.1973-cü ildən etibarən onun ixtira etdiyi maqnitoterapiya aparatı xəstəxana şəraitində müalicə üçün geniş tətbiq olunmaqdadır.
Hüseynbala Ağaverdiyev
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi. == Həyatı == 1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir.
Hüseynbala Hüseynov
Hüseynbala Mirələmov
Hüseynbala Fazil oğlu Mirələmov (25 iyun 1945, Nuravud, Lerik rayonu) — azərbaycanlı siyasətçi, yazıçı, professor. == Həyatı == Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti" trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur.
Hüseynbala Məmmədov
Hüseynbala Cəfərqulu oğlu Məmmədov (d.22 oktyabr 1899, Dərbənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1917-ci ildə Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Bonn Ali Kənd Təsərrüfatı Məktəbinə (Almaniya) göndərilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hüseynbala Nemətzadə
Hüseynbala Nemətzadə — SSRİ Jurnalistlər İttifaqının üzvü, Qızıl qələm mükafatı laureatı, jurnalist-publisist. == Həyatı və fəaliyyəti == Hüseynbala Nəsir oğlu Nemətzadə 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. O eyni zamanda Azərbaycan SSR Jurnalistlər birliyinin üzvü olmuş qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüş, medalla təltif edilmişdir. Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bir müddət pedaqoji fəaliyyət göstərən Nemətzadə 1961-ci ildən ömrünün sonuna qədər "Azərbaycan müəllimi", "Bakı", "Баку" qəzetləri və "Kirpi" jurnalının redaksiyalarında çalışmışdır. Hüseynbala Nemətzadə 1995-ci ildə Bakıda vəfat etmişdir. Hüseynbala Nemətzadə fəlsəfə tarixçisi, pedaqoq, fəlsəfə doktoru Səbirə Nemətzadənin, şərqşünas alim, əlyazmaşünas, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin əmisidir.
Hüseynbala Əliyev
Əliyev Hüseyn Balaəli oğlu – "Lenin ordeni" ilə təltif edilib (ölümündən sonra) == Həyatı == Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri, Dəyirman küçəsi, 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra"Qırmızı dəmirçi" fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir. 1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir. BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir. Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir. 18 iyul 1941-ci ildə düşmənin 3"Yunkers-88" təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır.