Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 6 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Həsənağa Şakir oğlu Abdullazadə (9 mart 1993, Lənkəran – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Həsənağa Abdullazadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 mart 1993(1993-03-09) |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2020(2020-10-02) (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014–2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 20212021 2021 |
Həsənağa Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub.
1999–2007-ci illərdə Rövşən Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007–2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi "leytenant" hərbi rütbəsi ilə bitirib. 2014–2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.
Ailəli idi.
Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
2017-ci ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ silsiləsi və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Oktyabrın 1-dən Həsənağa Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhrəmancasına həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]