Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həsənxan
Həsənxan (Aralıq) — Həsənxan (Qürvə) Zaviyehe Həsənxan (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Həsənxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir.
Həsənxan (Qürvə)
Həsənxan (fars. حسن خان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 611 nəfər yaşayır (129 ailə). Əhalisini kürdlər təşkil edir.
Həsənxan qalası
Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir. Bürclərdən və qala divarlarından ibarətdir. Bürclərdə iki sıra mazğal və pəncərə yerləri, divarlarda isə mazğallar vardır. Hər bürcdə 36 mazğal və istehkam topları üçün 10 pəncərə vardır. Divarlarda isə 168 ədəd mazğal və 8 ədəd pəncərə vardır. Müdafiə təyinatlı obyekt hasab olunur. Qalanın tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qalanın inşa tarixi XIX əsrin ikinci yarısına aid edilir. Çox güman ki, bu qala İlisu sultanlığı Rusiya imperiyasına daxil edildikdən sonra ruslar tərəfindən inşa olunmuşdur. Qala Dağıstan ərazisindən edilən hücumların qarşısını almaqda rusların köməyinə çatmışdır.
Həsənxan (Aralıq)
Həsənxan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1854-cü ilə aid qeydlərdə Həsənabad kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 29 km, Aralıq qəsəbəsinin mərkəzindən 16 km məsafədədir. Kənd Aralıq–İğdır avtomobil yolunun üzərində yerləşir.
Zaviyehe Həsənxan (Xoy)
Zaviyehe Həsənxan (fars. زاويه حسن خا‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.431 nəfər yaşayır (302 ailə).
Qışlaq-i Həsənxan (Bicar)
Qışlaq-i Həsənxan (fars. قشلاق حسن خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 146 nəfər yaşayır (30 ailə). Əhalisini kürdlər təşkil edir.
Həsənxanlı
Həsənxanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. 1994-cü ildə əks-hücuma keçən Azərbaycan Ordusu kəndi işğaldan azad ediblər. == Toponomiyası == Kənd Ağdam rayonunun Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. Yaşayış məntəqəsini "həsənxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır". Toponim "həsənxanlı nəslindən olanlar, həsənxanlılar" anlamındadır. Həsənxanlı kənd adı Həsən şəxs adı, xan titulu və -lı mənsubluq bildirən şəkilçinin birləşməsindən yaranıb. Həsən şəxs adı ərəb mənşəli olub, "gözəl, göyçək, yaxşı" mənasını verir. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Fəridə Həsənxanova
Həsənxanbağı (Miyanə)
Həsənxanbağı (fars. حسن خان باغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Həsənxandərəsi (Biləsuvar)
Həsənxandərəsi (fars. حسن خان دره سي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (25 ailə).
Həsəncan (Sərab)
Həsəncan (fars. حسنجان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (65 ailə).
Həsənan (tayfa)
Həsənan (kürd. Hesinan) — Kürdüstan regionunun müxtəlif yerlərində yerləşən kürd tayfası. Bu tayfanın ən böyük hissəsi Türkiyə Kürdüstanında yaşayır. Həsənan tayfası 1937-ci ildə Dersim üsyanında iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Agha, Shaikh and State: The Social and Political Structures of Kurdistan, Martin van Bruinessen The Kurds: A Contemporary Overview, Philip G. Kreyenbroek, Stefan Sperl == Xarici keçidlər == "Şêx Seîd's revolt" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF), about the Sheikh Said rebellion. "Assyrians and Syriacs during World War I".
Həsəndağ
Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir. Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar. Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.
Hətəmxan Babayev
Hətəmxan Quliyev
Hüseynxan
Hüseynxan (Bicar) Qışlaq-i Hüseynxan (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Baranlıq-i Hüseynxan (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Ağbulaq-i Hüseynxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Həştərxan
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Uzun Həsənin Qanunnaməsi
Uzun Həsənin Qanunnaməsi — XV yüzillikdə Azərbaycanın Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən tərəfindən tərtib (1470–1477-ci illərdə) edilmiş qanunvericilik aktı. Təkcə Azərbaycanda deyil, Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur. "Qanunnamə" dövrümüzədək gəlib çatmamışdır. Uzun Həsənin Qanunnaməsi əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin tənzimlənməsinə yönəldilmişdi. "Qanunnamə" təqribən 85 il ərzində qüvvədə olmuşdur. Bu qanunvericilik aktını kənd təsərrüfatı və vergilər sahəsində aparılmış hüquqi islahat kimi də qiymətləndirmək olar. "Qanunnamə"də qismən mühakimə icratı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər. Məhkəmədə iddia qaldırmaq müddəti xeyli qısaldılmışdır. Uzun Həsənin Qanunnaməsi Azərbaycanın dövlət və hüquq, o cümlədən siyasi və hüquqi fikir tarixinin öyrənilməsi baxımından qiymətli mənbə hesab oluna bilər.
Dizac-i Hətəmxan (Çaypara)
Dizac-i Hətəmxan (fars. ‎‎ديزج حاتمخان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 297 nəfər yaşayır (69 ailə).
Hüseynxan (Bicar)
Hüseynxan (fars. حسين خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Hüseynxan Naxçıvanski
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski (9 avqust 1863, Naxçıvan – 1919, Petroqrad) — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi. Tam süvari qoşunu generalı (1916). Naxçıvan xanları ailəsinə mənsub idi. Elit süvari dəstələrinə komandanlıq edirdi. Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant olmuşdur. 15 Rusiya və 9 xarici dövlət mükafatlarının kavalieri, o cümlədən döyüş ordenləri olan — 3-cü və 4-cü dərəcə Müqəddəs Georgi ordeni, "İgidliyə görə" qızıl silaha layiq görülmüşdür. Güman edilir ki, 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələnmişdir. == Hərbi karyerasının başlanğıcı == Hüseyn xan Naxçıvanski 1863-cü il iyulun 28-də (9 avqust) Naxçıvan şəhərində rus ordusunun kapitanı(14 sentyabr 1874-cü ildən bəri) Kəlbəli xan Naxçıvanski və həyat yoldaşı Xurşidin ailəsində anadan olmuşdur. Səkkiz uşağının yeddincisi idi. Hüseyn xanın atası Naxçıvan xanlığının son hökmdarının oğlu idi.
Həştərxan qoruğu
Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır. == Məlumat == Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir. == Flora və fauna == Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır.
Həştərxan quberniyası
Həştərxan quberniyası (rus. Астраханская губерния) — Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Həştərxan quberniyası 22 noyabr 1717-ci ildə çar I Pyotrun əmri ilə yaranıb.Quberniyanın mərkəzi Həştərxan şəhəri idi. == İnzibati bölgüsü == == Quberniyanın başçıları == === General-qubernatorlar === === Canişinliyin rəhbərləri === === Qubernatorlar === == Coğrafiyası == == İqlimi == == Əhali == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Астраханская губерния в XVIII веке. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Astrakhan.ru Региональный интернет-портал.
Həştərxan tatarları
Həştərxan tatarları (tatar. Әстерхан татарлары, Әsterhan tatarlari, Әşterhan tatarlari) — müasir Həştərxan vilayəti ərazisində yayılmış tatar xalqına aid qrup. Vilayətin sayına görə üçüncü ən böyük etnik qrupudur. Ümumi əhalinin 7 % təşkil edir. 2010-cu il diyahıya alınmasına görə Həştərxan vilayətində 60 min tatar yaşayır. == Tarixi == XV—XVII əsrlərdə həştərxan tatarları Həştərxan xanlığının və Noqay knyazlıqlarının ərzilərdə cəmləşmişdilər. Onlar noqayların güçlü təsirinə məruz qalmışdılar. XVII əsrdən etibarən Volqa-Ural tatarları ilə əlaqə güçlənmişdir. == Mədəniyyət == === XX əsr === 1917-ci ildə Həştərxan tatarların iri mədəni və ictimai mərkəzlərinfən biri olmuşdur. 1892-ci ildə burada "Nizamiyə" mədrəsəsi fəaliyyət göstərirdi.
Həştərxan teleqülləsi
Həştərxan teleqülləsi Lyaxov küçəsi 4-də Həştərxan şəhərində yerləşən televiziya qülləsidir . Yüksəkliyi 180 m-dir. Layihənin 3803 km-lik polad qəfəsi 1967-ci ildə tikilmişdir.Yüksək təzyiqli küləyə davamlıdır. Şəhərin rəmzlərindən biridir. Televiziya qülləsi 10 km məsafədən görünür. 2010-cu ildə teleqülləyə quraşdırılmış işıqlar şəhərin mənzərəsini təşkil edir. Enerji səmərəliliyi ilə bağlı Ginessin Rekordlar Kitabına daxil olmağa namizəddir.
Həştərxan vilayəti
Həştərxan vilayəti (rus. Астраханская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Cənub Federal Dairəsinə daxildir. Volqoqrad vilayəti ilə şimalda, Kalmıkiya Respublikası ilə qərbdə, Qazaxıstan ilə şərqdə həmsərhəddir. Regionun inzibati mərkəzi Həştərxan şəhəridir. Ərazisinə görə (49.024 km²) Həştərxan vilayəti 8 Volqaboyu regionlar içərisində 6-cı yeri tutur. Vilayət 27 dekabr 1943-cü ildə formalaşdırılıb.
Həştərxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır. Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ?
Həştərxan şəhəri
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Nərimanov (Həştərxan)
Nərimanov (rus. Нарима́нов) — Rusiyanın Həştərxan vilayətində şəhər (1984-cü ildən). Şəhər Xəzər dənizindən təxminən 50 km şimal-qərb istiqamətdə Həştərxan vilayətində Volqa çayından sağ tərəfdə yerləşir. 11.521 nəfər (14.10.2010).
Həştərxan Bəyannaməsi
Həştərxan Bəyannaməsi — 2010-cu il oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış humanitar saziş. Dağlıq Qarabağda müharibədən sonrakı vəziyyətə gəlincə, bəyannamədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə əsirlərin dəyişdirilməsi və həlak olan hərbçilərin cəsədlərinin qaytarılması nəzərdə tutulur. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Leonid Slutski bəyannaməni “ geosiyasi mənada kiçik irəliləyiş” kimi qiymətləndirib ki, bu, əslində “Dağlıq Qarabağ problemi məsələsində böyük siyasi əhəmiyyətə malikdir”. Fransanın o zamankı xarici işlər naziri Bernard Kuşner öz bəyanatında bildirib ki, “Həştərxanda qəbul edilmiş qətnamədə göstərilən tədbirlər gərginliyin və son aylarda tez-tez baş verən atəşkəs rejiminin pozulması hallarının azaldılmasına kömək edə bilər” və “buna görə də Fransa onun dərhal icra olunmasını gözləyir”.
Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir