Həştərxan Bəyannaməsi — 2010-cu il oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış humanitar saziş. Dağlıq Qarabağda müharibədən sonrakı vəziyyətə gəlincə, bəyannamədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə əsirlərin dəyişdirilməsi və həlak olan hərbçilərin cəsədlərinin qaytarılması nəzərdə tutulur. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Leonid Slutski bəyannaməni “ geosiyasi mənada kiçik irəliləyiş” kimi qiymətləndirib ki, bu, əslində “Dağlıq Qarabağ problemi məsələsində böyük siyasi əhəmiyyətə malikdir”.[1]
Fransanın o zamankı xarici işlər naziri Bernard Kuşner öz bəyanatında bildirib ki, “Həştərxanda qəbul edilmiş qətnamədə göstərilən tədbirlər gərginliyin və son aylarda tez-tez baş verən atəşkəs rejiminin pozulması hallarının azaldılmasına kömək edə bilər” və “buna görə də Fransa onun dərhal icra olunmasını gözləyir”.[2] Vaşinqtonda keçirdiyi mətbuat brifinqində ABŞ dövlət katibinin köməkçisi Filip Krouli Həştərxan Bəyannaməsinin imzalanmasını “müsbət inkişaf” kimi qiymətləndirib: “Biz prezident Medvedevin tərəflər arasında etimadın yaradılmasına və 1994-cü il atəşkəsini gücləndirmək üçün yönəlmiş bu razılaşmanın əldə edilməsi üçün şəxsi səylərini yüksək qiymətləndiririk."[2]