Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eden Hazard
Eden Hazard (7 yanvar 1991[…]) — belçikalı futbolçu, Belçika millisinin yarımmüdafiəçisi.
Hazardia
Hazardia (lat. Hazardia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Azard (esmines)
"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986.
HAGGARD
Haggard 1989-cu ildə yaranmış alman musiqi qrupu. Əvvəllər daha çox det-metal musiqisi ifa edən qrup 1994-cü ildə Progressive adlı nümayişindən sonra öz üslubunu simfonik metala dəyişdi.
Haband
Haband — Arsakda mahal adı. == Arsak-toponimi == Arsak və ya Arsax – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin, hələ də Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. İlk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilib.
Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Hasara
Hasara (az.-əbcəd حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Kahard
Kahard kəndi, İranın Həmədan ostanında, Rəzən şəhristanının Mərkəzi bəxşi və Rəzən qəsəbəsində yerləşib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, bu kəndin 1,411 nəfər əhalisi və 301 ailəsi var.
Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Azart
[[Fayl:Dice.jpg|thumb|[[Zər]] ən qədim şans oyunlarından biridir.]] Azart — bir şeydə uğur gözləməsi ilə əlaqəli emosiya (reallığa adekvat deyil). Çox vaxt şans, oyun, risk, təhlükə ilə əlaqələndirilir. Azart anlayışının özü onunla əlaqəli riski və müəyyən maddi sərvət qazanmaq istəyini izah edir.Azart yaşamaq üçün daimi ehtiyacla əlaqəli bir xəstəlik var – ludomaniya. V. P. Serbski adına Dövlət Sosial və Məhkəmə Psixiatriya Elmi Mərkəzinin alimlərinə görə, ludomaniyaya qapılmaq riski sağlamlıqdan, sosial və ya bəzi bioloji parametrlərdən deyil, xarakter və temperamentdən asılıdır.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) «sürətli» və rud «çay» sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981-2016).
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
HAARP
HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks Universiteti və Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə. İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi. HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur.Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür. Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. Hətta zehin idarə etmə dalğaları yaydığı deyilir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir. == Turizm == Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır.Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki,bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır.Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 316. ISBN 978-9952-441-02-4.
Anadolu Hasarı
Anadolu Qalası (Gözəl Qala olaraq da tanınır) — İstanbulun Anadoluhasarı səmtində, Gögsü Dərəsinin İstanbul Boğazına töküldüyü yerdədir. Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazid tərəfindən inşa edilmişdir. Cenevizlilər, Bizansla birlik olub Qara Dənizdə (Göz, Quba və Amasra-da) koloniyalar qurmuşdular. Bu səbəblə, Boğaz keçidi Cenevizlilər üçün həyati əhəmiyyət daşıyırdı. Eyni vəziyyət Osmanlılar üçün də mövcud idi. Qarşı sahildə, İstanbulun Avropa səmtində yerləşən Rumeli Qala isə, 1451-1452-ci illər arasında II Mehmet tərəfindən bu xarici ölkələrin gəmilərinin keçidlərini nəzarətdə saxlamaq məqsədilə inşa etdirilib. II Mehmed, Rumeli Qalasını tikərkən bu qalaya kənar qala divarlar birləşdirmişdir. Anadolu Qala, daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi.
Benjamin Pavard
Benjamen Pavar (fr. Benjamin Pavard 28 mart 1996[…], Moböj) — Sağ cinah müdafiəçisi rolunu oynayan footbolçudur. Bayer Münhen və Fransa milli komandalarının şərəfini qoruyur. O öz karyerasına Fransanın Lille komandasında başlamış və 2016-cı ildə Ştutqard klubuna transver olaraq 2. Bundesliqa titulunu özünün ilk sezonunda qazanmışdır. Milli karyera debütünü Noyabr ayının 2017də başlamış və Rusiyada keçirilən 2018 FİFA World Cup əsas müdafiəçi rolunu oynamışdır. == Klub karyerası == === Lill === Nord şəhərində anadan olan Pavard, gəncliyini Lille klubunda keçirmişdir. O, ilk debütünü 2015-ci il yanvarın 31-də "Nantes" klubuna qarşı keçirmişdir. === Vfb Ştutqart === ==== 2016–17 mövsümü ==== 30 avqust 2016-cı ildə Pavard 4 illik müqavilə imzalayıb VfB Stuttgart'a köçdü. O, SpVgg Greuther Fürth üzərində 4–0 ev qalibiyyəti qazanaraq, 3 oktyabr tarixində 2.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Corco Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Hakaru Haşimoto
Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası ; † 1934) yapon patoloqanatomu və cərrahı, ilkdəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. haşimoto 53 yaşında qarın yatalağından vəfat etmişdir. == Təhsili və sənəti == Haşimoto 1903 - 1907 ci illərdə Fukuokada Kyüşü universitetində təhsil almış və onu müvəffəqiyyətlə başa vurmuşdur. 1908 - 1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912 ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası.Haşimoto dissertasiyasını bir alman jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı. Bir müddət Berlin, Qöttingen və Londonda qaldıqdan sonra atasının vəfatı və Birinci dünya müharibəsinin başlanması səbəbindən Yaponiyaya qayıdır və orada visseral cərrah kimi fəaliyyət göstərir.