Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Hazel Atasever
Hazel Atasever (23 may 1988, Bolqarıstan) — Türkiyə aktrisası Hazel Atasever 1988-ci ildə Bolqarıstanda dünyaya gəlib və İstanbul Yeditepe Universitetini bitirib. İndiyə qədər üç məşhur serialda çəkilib: "İstanbulda Aşiq Oldum (2009, Yelda rolu) "Nəşəli Gənclik" (2007, Pelin rolu) "Gəmilərdə Təlim Var (2007, Dərya rolu) Hansı futbolçu 21 yaşlı aktrisanı bezdirib?
Hazel Musqrove
Hazel Musqrove (d. 6 fevral 1989) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Hazel Musqrove, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. Hazel Musqrove, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Nut kitabı
"Nut kitabı" (əsl adı: "Ulduzların istiqamətinin əsasları") —müxtəlif mifoloji mövzuları əhatə edən qədim Misir astronomik mətnlərinin toplusu. Bu mətnlər dekanların ulduzlarının dövranlarına, Ayın, Günəşin və planetlərin hərəkətlərinə, günəş saatlarına və əlaqəli məsələlərə diqqət yetirir. Bu başlıq kitaba mətnin bəzi nüsxələrində yerin üzərində qövs edən səma ilahəsi Nutun təsvirinə görə verilmişdir. Onu hava tanrısı Şu dəstəkləyir. Nut kitabındakı mətnlərə Misir tarixinin müxtəlif dövrlərinə aid materiallar daxildir. Kitabın orijinal adı – "Ulduzların istiqamətinin əsasları" Aleksandra fon Liven tərəfindən əlyazma fraqmentlərindən birində aşkar edilmiş və 2007-ci ildə nəşr edilmişdir. Marshall Clagett, Ancient Egyptian Science, Volume 2: Calendars, clocks, and astronomy. Philadelphia: American Philosophical Society, 1995 ISBN 0871692147 Jan Assmann: Das Grab der Mutirdis. von Zabern, Mainz 1977, ISBN 3-8053-0042-5. Henri Frankfort: The Cenotaph of Seti I at Abydos (with chapters by Adriaan de Buck and Battiscombe Gunn).
No Nut November
No Nut November və ya qısaca NNN — noyabr ayı ərzində kişilərin cinsi əlaqədən imtina etməsi ilə əlaqəli internet meydan oxuması. 2011-ci ildə yaranıb və 2017-ci ildən sonra sosial mediada populyarlığı artıb. "No Nut November" əvvəlcə satirik xarakter daşısa da, bəzi iştirakçılar eyakulyasiya etməməyin və pornoqrafiyaya baxmamağın sağlamlığa faydası olduğunu iddia edirlər. "No Nut November" üçün "Urban Dictionary" elementi 2011-ci ildə nəşr olundu və meydan oxuma 2017-ci ildə sosial mediada populyarlıq qazanmağa başladı. Bu üzvlərini masturbasiya etməməyə təşviq edən Redditdəki "NoFap " subredditi ilə əlaqələndirilir. Subredditin üzv sayı 2018-ci ilin noyabrında 16,500 nəfərdən 2019-cu ilin noyabrında 52,000 nəfərə yüksəldi. Bəzi ifrat sağçı ictimai xadimlər, o cümlədən Paul Cozef Vatson kampaniyanı reklam etdikdən sonra "Rolling Stone" jurnalından E. J. Dikson hərəkatın ifrat sağçılar tərəfindən birgə seçildiyini irəli sürdü. "Vice" nəşri 2018-ci ildə tərəfdarlar "Twitter"də "xHamster"ə təhdidlər göndərdikdən sonra problemi tənqid etdi və eyni şəkildə bunun ifrat sağçı fiqurlar tərəfindən seçildiyini söylədi. "Destroy Dick December", "No Nut November"dən sonra əks-məqsədli internet çağırışıdır və bu iştirakçıları əvvəlki ay ərzində etmədikləri cinsi əlaqə və masturbasiya kimi cinsi fəaliyyətlərdə iştirak etməyə təşviq edir. Bu iştirakçıların hər gün, dekabrın 1-də 1 "qoz"la başlayıb, son günündə 31 "qoz"la bitən, ayın tarixinə bərabər sayda boşalmağa çalışma yarışıdır.
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir. Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Bazel-3
Bazel-3 — bankların fəaliyyəti ilə bağlı yeni standartlardır, onlar 2008-ci il maliyyə böhranından sonra Bank nəzarəti üzrə Bazel komitəsi tərəfindən tərtib olunub. "Bazel-3″-ün əsas hədəfi böhran ərzində üzə çıxmış problemləri həll etməkdir. İlk növbədə bu, bankların fəaliyyətinin nəticələrinə görə səhmdarların daşıdığı məsuliyyətin zəifliyidir, məhz bu böhran zamanı situasiyanın tənzimlənməsi üçün dövlətin müdaxiləsini zəruri etmişdir. Buna görə də kapital və bank ilə onun tədarükçüləri arasında qarşılıqlı münasibətlər anlayışı dəyişilir, ilk növbədə isə subordinasiya olunmuş kreditorlar. Kapitala daxil edilməsi üçün bankların belə öhdəlikləri özlərində bankın gərgin vəziyyətə düşdüyü təqdirdə silinmə və ya səhmlərə konvertasiya olunma haqda şərtləri əks etdirməlidir. İkinci problem – bankların likvidliyinin qiymətləndirilməsinin, həmçinin bankların ani və uzunmüddətli likvidliyini təmin etməyin çətinliyidir. Bu problemin həlli üçün Bazel komitəsi tərəfindən qısamüddətli likvidlik və xalis stabil ehtiyatların yaradılmasına dair iki yeni normativ hazırlanır. Üçüncü ağrılı nöqtə – bankların güclü şəkildə mürəkkəb maliyyə alətləri ilə bağlı əməliyyatlara cəlb olunmasıdır. Bununla bağlı risklərin minimallaşdırılması üçün leverecin tənzimlənməsi -kredit çiyinin mümkün həddinin birbaşa məhdudlaşdırılması tətbiq ediləcək, banklar cəlb edilmiş vəsaitləri müəyyən levereclə investisiya edirlər. Belə güman edilir ki, bütün bu innovasiyalar ilk növbədə ən azı "İlk iyirmilik" ölkələrində sınaqdan keçiriləcək ki, maliyyə stabilliyinə eyni bir yanaşma vasitəsilə banklar üçün rəqabət şərtlərində bərabərliyə riayət olunması zamanı həmin stabilliyi qorumaq mümkün olsun.
Bazel 2
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur. — "Bazel 2" prosesi əslində risklərin idarəedilməsi ilə bağlı son illərdə müşahidə olunan inkişafın bir davamıdır və inkişaf etmiş dövlətlərdə sektor standartı olaraq həyata keçirilən metodlar "Bazel 2" ilə birlikdə qanun formasını almışdır.
Bazel FK
"Bazel" — İsveçrənin Bazel şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Footballclub Basel 1893"dür. "Bazel" 1893-cü ildə yaradılıb. Maraqlıdır ki, 1893-cü il noyabrın 15-də yaranan komandaya ilk futbolçular qəzetdə verilən elan nəticəsində yığılıb. İlk 40 il ərzində "Bazel" heç bir uğur qazana bilməyib. Komanda ilk uğuruna yalnız 1933-cü ildə ölkə kubokunu qazanmaqla nail oldu. İlk çempionluğu gözləmək üçün isə daha 20 il lazım gəldi. 1967-ci ildən 1980-cı ilə qədər olan dövr "Bazel" üçün çox uğurlu alındı. Bu müddət ərzində "Bazel" 7 dəfə ölkə çempionu adını qazandı. Lakin 1980-cı ildən etibarən komanda yenidən "qara zolağ"a düşdü.
Bazel Hartabil
Bazel Hartabil (ərəb. باسل خرطبيل‎; 22 may 1981, Suriya – ən tezi 3 oktyabr 2015, Dəməşq) – Suriya və Fələstin əsilli açıq kod proqram-təminatçısı, aktivist. Azad proqram təminatı və azad internet şəbəkəsinin genişlənməsi istiqamətində fəaliyyət göstərən Hartabil 2012-ci ilin 15 mart tarixində Suriya vətəndaş müharibəsinin ildönümündə hökumət qüvvələri tərəfindən Dəməşq şəhərində həbs edilərək Adra həbsxanasına salınmışdır. Həbs oldunduğu tarixdən 2015-ci ilin 3 oktyabr tarixləri arasında naməlum yerə aparılaraq, hərbi məkhəmə tərəfindən mühakimə olunduğu ehtimal edilməkdədir. 2015-ci ilin 7 oktyabr tarixində Human Rights Watch və digər 30 beynəlxalq təşkilat tərəfindən Hartabilin harada saxlanılması ilə bağlı açıqlama yayımlandı. 2015-ci ilin 11 noyabr tarixində isə Bazel Hartabilin gizli şəkildə edam olunması ilə bağlı iddialar ortaya atıldı. 2017-ci ilin avqust ayında yoldaşının facebookda yazılmış statusa əsasən Bazel 2015-ci ildə həbs olunduqdan dərhal sonra rejim gücləri tərəfindən edam edilmişdir. 1981-ci ilin 22 mayında Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olan Hartabil Azad proqram təminatı sahəsində mütəxəssisə çevirlməyi bacarmışdı. Creative Commonsun Suriya üzrə rəhbəri olan proqramçı Mozilla, Vikipediya və Openclipart kimi layihələrə də öz dəstəyini vermişdir.
Bazel II
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur. — "Bazel 2" prosesi əslində risklərin idarəedilməsi ilə bağlı son illərdə müşahidə olunan inkişafın bir davamıdır və inkişaf etmiş dövlətlərdə sektor standartı olaraq həyata keçirilən metodlar "Bazel 2" ilə birlikdə qanun formasını almışdır.
Bazel Universiteti
Bazel Universiteti (alm. Universität Basel‎) — İsveçrənin Bazel şəhərində yerləşən ali təhsil müəssisəsi. Bazel Universiteti 1460-cı ildə yaradılmışdır. Utrext Şəbəkəsinin üzvüdür.
Bazel problemi
Bazel problemi — Pyetro Menqoli tərəfindən 1644-cü ildə ortaya atılan və 1735-ci ildə Leonard Eyler tərəfindən həll edilən məşhur riyazi problemdir. Dövrünün riyaziyyatçılarını üzərində xeyli məşğul etmiş problem Eyleri 28 yaşında böyük şöhrət sahibi etmişdir. Problem adını Eylerin və Bernulli ailəsinin yaşadığı şəhər olan Bazeldən almışdır. Bazel problemi aşağıdakı şəkildə ifadə edilir: ∑ n = 1 ∞ 1 n 2 = lim n → + ∞ ( 1 1 2 + 1 2 2 + ⋯ + 1 n 2 ) {\displaystyle \sum _{n=1}^{\infty }{\frac {1}{n^{2}}}=\lim _{n\to +\infty }\left({\frac {1}{1^{2}}}+{\frac {1}{2^{2}}}+\cdots +{\frac {1}{n^{2}}}\right)} Ardıcıllıq təxminən 1.644934-ə bərabərdir.
Demyen Şazel
Damyen Şazel (19 yanvar 1985[…], Providens[d]) Fransız-Amerikalı rejissor, film istehsalçısı və ssenarist, Whiplash (2014), La La Land (2016) və First Man (2018) filmləri ilə tanınır.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Hazal Kaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Hazal Qaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Mazel Tov
Mazel Tov (İvritcə/İdişcə: "מזל טוב", İvritcə: "mazal tov"; İdişcə: "mazel tov"; hərfi tərcümə "uğurlar") — İvrit dilində əhəmiyyətli hadisə barəsində təbrik çatdırmaq üçün istifadə edilən ümumi ifadə. Mazel tov ifadəsinin ivrit dilindən hərfi tərcüməsi "uğurlar"dır. Amma buna baxmayaraq bu ifadə "uğurlar" kimi işlədilmir, əsasən Azərbaycan dilində işlənən "təbriklər" və "mübarəkdir" ifadələrinin məna qarşılığı kimi işlənir. Toy mərasimləri, dini bayramlar zamanı işlənən bu ifadə bəzən "Mazal tov" kimi də işlədilir. Ənənəvi yəhudi toyunda bəy ayağı ilə qab sındırandan sonra qonaqlar birlikdə "Mazel tov" deyərək təbriklərini ifadə etmiş olurlar. İsraildə "Mazel tov" bütün əlamətdar hadisələr zamanı, o cümlədən ad günlərində, yeni sürücülük vəsiqəsi almaq, hərbi xidməti bitirmək münasibətilə işlənir. Moss, Aron. ""Mazel tov" nə deməkdir?". Chabad.org. İstifadə tarixi: 14 sentyabr 2012.
Vatslav Havel
Václav Havel (çex. Václav Havel; 5 oktyabr 1936 – 18 dekabr 2011) — çex yazıçısı, dramaturq, dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz və sonuncu (1989–1992), Çexiyanın birinci prezidenti (1993–2003). Çexoslovakiyada "Vətəndaş Forumu" (çex. Občanské fórum) ictimai-siyasi təşkilatının yaradıcılarından biri. Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü. Havel dramaturq kimi ilk dəfə Praqa teatrlarında şöhrət qazandı. O, əsərlərində kommunizmi tənqid etmək üçün (The Garden Party, The Momerandum) absurdist teatr janrından da istifadə edirdi. Praqa Baharı və Çexoslovakiyanın işğalındakı fəaliyyətinə görə qara siyahıya düşən Havel bundan sonra siyasi sferada daha aktiv fəaliyyətə başladı. O, bir çox dissidentlərin (Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi (Committee for the Defense of the Unjustly Prosecuted))təşəbbüskarı kimi də tanınmaqdadır. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olması və 1979–1983-cü illər həbsxana həyatı yaşamasına səbəb oldu.
Hadel Əl-Saedi
Hazen Spiller evi
Hazen Spiller evi — Massaçusets ştatının Heyverill şəhərində, Qroveland küçəsində yerləşən tarixi evdir. Hazen Spiller evi Riçard Hazen tərəfindən 1724-cü ildə tikilmiş, dövrün kərpic ev modelinin nadir bir nümunəsidir. XX əsrin əvvəllərində Hazen Spiller evində bərpa işləri aparılmışdır. Ev iki mərtəbəlidir. Hazen Spiller evi 1911-ci ildə binaların ilk dövrün xüsusiyyətlərini ətraflı şəkildə qeyd edən Vlliam Taylor tərəfindən qeydə alınmışdır. 1915-ci ildə Teylor evi Nattinq Vollesə satdı. Volles daha sonra evdə bərpa işləri aparmış, bu proses Hazen Spiller evi ilə yanaşı erazidəki digər tikililərə də mənfi təsir göstərmişdir. Ev, Nattinqin sahibi olduğu və müstəmləkə üslubunu yaymaq üçün istifadə etdiyi "Şəkil evləri zənciri" kitabçasında nümayiş olunan seriyadan biri idi. Ev 1990-cı ildə "Tarixi Yerlərin Milli Reyestri"nə verilmişdir.
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
NFT
Dəyişdirilə bilməyən nişanlar (ing. non-fungible token) (NFT) — rəqəmsal mühasibat kitabında (blokçeyn) saxlanılan məlumatların unikal və əvəzedilməz bir vahididir. NFT şəkillər, videolar və audio kimi rəqəmsal fayllarla əlaqələndirilə bilər. NFT-ləri xüsusi edən şeylərdən biri də hər birinin unikal olmasıdır. Belə ki, rəqəmsal varlıqların nüsxələnməsi, silinməsi və bənzədilə bilinməməsi onları unikal edir. NFT, ictimai Orijinallıq sertifikatını təmin etmək və ya mülkiyyət hüququnu təsdiq etmək üçün rəqəmsal Mühasibat kitabından istifadə edir, lakin bu, əsas rəqəmsal faylın birgə istifadəsini və ya kopyalanmasını məhdudlaşdırmır. Əvəzolunmazlığın olmaması (əvəzolunmazlıq) NFT-ni Bitcoin kimi kriptovalyutasından fərqləndirir. NFT, blokçeyn əməliyyatlarının yoxlanılması ilə bağlı elektrik xərcləri və karbon izi, eləcə də onların tez-tez sənət fırıldaqçılığında istifadə edilməsi ilə əlaqədar tənqidlərə səbəb oldu. Daha tənqidi qeydlər tez-tez qeyri-leqal tənzimlənməmiş bazarda mülkiyyət hüquqlarının Təsdiq faydalılığı sorğu-sual. NFT-lərin aşağıdakı istifadə sahələri mövcuddur: Rəqəmsal incəsənət və kolleksiyalar Oyundaxili elementlər Musiqi və media Müəlliflik hüququ və mülkiyyət qeydiyyatı İcmaların rəqəmsal iştirakı NFT-nin unikal şəxsiyyəti və sahibliyi blokçeyn kitabçası vasitəsilə yoxlanıla bilər.
NUO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Nct
NCT (kor. 엔시티) — SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı bir oğlan qrupudur. Qrupun 2016-cı ilin yanvar ayında yerli leybl qurucusu tərəfindən ilk təqdimatından bəri, qrup 2021-ci ilin yanvar ayından etibarən ümumilikdə dörd fərqli alt qrupda iştirak edən 23 üzvdən ibarətdir. Qrup, 9 Aprel 2016-cı il tarixində "The 7th Sense" və "Without You" rəqəmsal sinqlları ilə ilk alt qrupları olan NCT U-nu təqdim etdi. Ardından, 7 iyul 2016-cı ildə Seulda yerləşən NCT 127 alt qrupu, daha sonra isə 24 Avqust 2016-cı il tarixində "Chewing Gum" rəqəmsal mahnısı ilə yalnız yeniyetmə üzvlərdən ibarət NCT Dream alt qrupu debut etmiş oldu. Qrup daha sonra 17 yanvar 2019-cu il tarixində The Vision albomu ilə Çində yerləşən yeddi üzvlü WayV adlı alt qrupunu təqdim etdi. Beşinci alt qrup isə 2021-ci ildə debüt edəcək. Hər bir alt qrupun ayrı-ayrı fəaliyyətləri ilə yanaşı, NCT qrupu bu günə qədər tam albomlarını tanıtmaq üçün iki dəfə birləşdi, ilk dəfə NCT 2018 Empathy'nin 2018 mart çıxışı, ikincisi isə 2020-ci ilin oktyabr və noyabr aylarında iki hissəli albom olan NCT 2020 Resonance Pt. 1 və Pt. 2 çıxışıdır, hansı ki, bu iki hissəli albom iki ayda 2,6 milyondan çox nüsxə sataraq SM Entertainment-in bir aktı ilə indiyə qədər çıxan və ən çox satılan fiziki albomu olub, 2020 Asia Artist Awards-da qrupa ilk Grand Daesang Mükafatını qazandırmışdır.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Nutt.
Tomas Nattol (ing. Thomas Nuttall, 5 yanvar 1786, Long-Preston — 10 sentyabr 1859, Sent-Helens, Lankaşir, İngiltərə) — İngiltərə botaniki və zooloqu. 1808–1841-ci illərdə ABŞ-də yaşayıb. The genera of North American plants, and a catalogue of the species, to the year 1817. By Thomas Nuttall, Philadelphia: Printed for the author by D. Heartt, 1818 (ing.) Доступно на сайте Botanicus New genera and species of plants, 1840 (ing.) The North American sylva, 1842–1849 (ing.). Graustein, Jeannette E. 1967. Thomas Nuttall, Naturalist: Explorations in America, 1808–1841. Harvard Univ. Press, Cambridge, MA (ing.) Richard and Barbara Mearns. Audubon to Xantus — ISBN 0-12-487423-1 (ing.) Francis W. Pennell (1936).
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Nuxt
Nuxt.js Vue.js, Node.js, Vite (əvvəllər Webpack ) və Babel.js əsasında ödənişsiz və açıq mənbəli JavaScript kitabxanasıdır. Nuxt, React.js- ə əsaslanan oxşar məqsədli çərçivə olan Next.js -dən ilhamlanıb. Proqram "universal tətbiqlər üçün meta-çərçivə" kimi reklam olunur. Burada universal termini o mənada istifadə olunur ki, çərçivənin məqsədi istifadəçilərə Vue.js tək fayl komponent sistemindən istifadə edərək JavaScript- də veb görünüşlər yaratmağa imkan verməkdir və həm brauzerdaxili tək səhifəli proqram (SPA) görünüşü kimi fəaliyyət göstərə bilər, eləcə də server tərəfindən göstərilən veb görünüşlər (server göstərildikdən sonra) tam SPA funksionallığına " rehidratlanır ". Bundan əlavə, proqram istifadəçilərə məzmunu və ya onun hissələrini, serverdə əvvəlcədən göstərilən və statik sayt generatorları şəklində xidmət göstərməyə imkan verir. Bu yanaşmanın üstünlükləri digərləri ilə yanaşı, interaktivlik üçün sərf olunan az istifadə edilməsidir. SPA-larla müqayisədə təkmilləşdirilmiş SEOdur, çünki hər hansı bir müştəri tərəfində JavaScript icra edilməzdən əvvəl hər səhifənin tam məzmunu veb server tərəfindən təqdim olunur. Alternativ olaraq, həm ənənəvi server tərəfində göstərilən HTML səhifələrinin üstünlüklərini, həm də SPA-ların təkmilləşdirilmiş interaktivliyini və qabaqcıl istifadəçi interfeysini qorumaq olar. Nuxt.js çərçivəsinin özünün əsas üstünlüyü ondan ibarətdir ki, o, belə proqramların konfiqurasiyasını və quraşdırılmasını sadələşdirilmiş və proqram tərtibatçısına problemsiz edir, o, sadəcə olaraq proqramın UI hissələrini sanki daha çox yayılmış Vue.js tək faylı kimi inkişaf etdirə bilir.