Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
Hold My Hand
Hold My Hand – Maykl Cekson və Akonun birgə ifa etdiyi mahnı. Mahnı Ceksonun on birinci studio albomu və ölümündən sonra çıxarılmış ilk albomu olan Michael albomundan çıxarılmış ilk rəsmi sinqldır. Mahnı Cekson tərəfindən 2007 – ci ildə yazılmış və Akonun 2008 – ci ildə çıxardığı Freedom albomuna daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin Akon öz ifasını 2010 – cu ildə tamamlamışdır. == Fon == Mahnının müəlliflərindən biri olan Claude Kelly qeyd edir ki, "Hold My Hand" əslində Whitney Houstonla ifa edilməli idi. Mahnının studio çalışmaları zamanı Akon da studioda olub və mahnın eşidib. Kelly mahnı üzərində çalışmalarını bitirdikdən sonra dinləməsi üçün Akona təqdim edib. Mahnını dinlədikdən sonra Akon qeyd edib ki, mahnı çox xoşuna gəlir və onu özünd saxlamaq istəyir. Daha sonra isə Akon mahnını ifa edərək öz versiyasını yazdırıb. Qısa müddət sonra Akon Maykl Ceksonun növbəti albom çalışmalarıyla bağlı Las-Veqasa gedib.
Hold It Against Me
Hold It Against Me - amerikalı pop müğənnisi Britni Spirsin 7-ci studiya albomunun çıxış mahnısı. == Haqqında == iTunes siyahılarında 19 ölkədə 1 nömrəli sinqldır. Mahnı Femme Fatale albomunun çıxış musiqisidir. Billboard Hot 100 və Canadian Hot 100 siyahılarına mahnı ilk çıxdığı həftədən qatılmışdır. Mahnı Britninin Canada siyahısında olan "Gimme More", "Womanizer" və "3" sinqllarından sonra 4-cü #1 sinql olmuşdur. Britni Spirs "Hold It Against Me" sinqlının uğurundan sonra yeni albomunun adını açıqladı. Albomun adı "Femme Fatale" olacaq. Britni Twitter vasitəsilə "Sexy and strong, dangerous yet mysterious, cool yet confident." sözləriylə heyranlarını marağa salıb. Bunlar mahnının sözləri ola bilərmi? Britni deyir: Mən son 2 ildə ruhumu və ürəyimi bu alboma qoymuşam.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması. Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. == İstinadlar == == Həmçinin bax == Reallıq == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Faust
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər. == Qəhrəman haqqında == 1540–1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş, səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Gary Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Gold Baku
Gold Baku — Azərbaycanda istehsal olunan məşhur spirtli konyak və ya brendi içkisi. Müddəti ən azı 10 il saxlanılmış konyak spirtlərindən hazılanır. Qızılı-kəhrəba rəngi, zərif təravəti, şokolad və vanil çalarları vardır. Konyakın dadı yumşaq, məxməri və harmonikdir. Aperitiv kimi, təmiz halda süfrəyə vermək tövsiyə olunur, siqar, meyvə və kofe ilə yaxşı uyğunlaşır. +20 °C (və ya otaq temperaturunda) süfrəyə vermək tövsiyə olunur.
Harold Holt
Harold Eduard Holt (ing. Harold Edward Holt, 5 avqust 1908[…] – 19 dekabr 1967) — Avstraliyalı siyasətçi, ölkənin on yeddinci baş naziri. O dövrdə Liberal Partiyanın lideri. == Həyatı == Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib.Eyni zamanda kollec komandasında futbol, ​​kriket və tennis oynayıb. 1930-cu ildə təhsilini başa vuraraq 1931-ci ildə gildiyanın üzvü olub. Vəkil olaraq çalışmış, Kinematoqrafçılar Sərgilər Birliyinin katibi olmuşdur. Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib. 1940-cı ildə, siyasi karyerasına başladıqdan sonra Holt Avstraliya Ordusuna yazılıb (İkinci Dünya müharibəsi davam edirdi), lakin beş aylıq xidmətindən sonra parlament fəaliyyətinə qayıdıb.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
Holl adası
Holl adası (ing. Hall Island) — Alyaska ştatın qərb sahillərində, Berinq dənizində yerləşən adası. Adanın uzunluğu 9,7 km, ərazisi 16 km², ən yüksək nöqtəsi isə 490 m-dir. 2000-ci il siyahıyaalınmasına görə adanın daimi əhalisi yoxdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kold-Leyk
Kold-Leyk — Kanadanın Alberta əyalətində şəhər.
Kold Leyk
Kold-Leyk — Kanadanın Alberta əyalətində şəhər.
Oliviya Holt
Oliviya Hastinqs Holt (5 avqust 1997, Cermantaun[d], Tennessi) ABŞ aktrisası və müğənnisidir.
Qeri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Qold Qari
Qold Qari (ing. GARY GOLD;22 noyabr 1946, Moskva)— amerikalı bəstəkar, musiqiçi (saksofon) və pop şanson janrında ifaçıdır. Qari, sözün əsl mənasında, küçədə doğulmuşdur. Valideynləri seçdikləri doğum evinə gəldikdə, xəstəxana artıq dağılmışdı. Onlar başqa bir xəstəxana axtararkən, küçədə doğuş baş vermişdir. Qarinin ailəsi Təmiz nohurlarda yaşayırdı. Orta məktəblə paralel olaraq, Qari musiqi məktəbini də bitirmiş, ilk mahnılarını on dörd yaşında yazmışdır. 1961–1965-ci illərdə Feliks Dzerjinski adına Maşınqayırma Məktəbində oxumuş, 1970-ci ildə Qold Moskva Avtomexanika İnstitutunu bitirmişdir. Texnikumda oxuyarkən musiqiçi MMAB-yə (Moskva Musiqi Ansamblları Birliyi) üzv olmuş və Yuri Silantyevin orkestrində çıxışlar etmişdir. Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi (VDNX), "Ulduz", "Ostankino", "Saturn" restoranlarında və "Rusiya" hotelinin restoranında işləmişdir.
Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Tornfild Holl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Geri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Faneyl-holl
Faneyl-holl (ing. Faneuil Hall) — Massaçusets ştatının Boston şəhərində tarixi bina. Sahil və Boston hökumət binasının yaxınlığında yerləşir. 1742-ci ildən bazar və konfrans zalı kimi fəaliyyət göstərir. Samuel Adams, Ceyms Otis və Birləşmiş Krallıqdan müstəqilliyin digər tərəfdarları burada çıxış etmişdilər. Bina hazırda Azadlıq cığırı və Boston Milli Tarix Parkının bir hissəsidir. Bəzən onu "Azadlıq beşiyi" də adlandırırlar. Tarixi Azadlıq cığırındakı on altı nöqtənin on birincisidir.
Bold (telekanal)
bold — "Canadian Broadcasting Corporation" məxsus Kanadalı ingilis birinci kateqoriya rəqəmsal kabel kanalı. Yayın məzmunu — mədəniyyət və idman sahələrinə həsr olunmuş filmlər, proqramlar yayımlayır. == Tarixi == Kanalın Radio, Televiziya və Telekommunikasiya Komissiyası tərəfindən 24 noyabr 2001-ci ildə lisenziya alıb. Əvvəlcə kanal Corus Entertainment və Kanadalı Yayımları Şirkətinin ortaq layihəsi olan və sırasıyla səhmlərin 70% və 30% aid idi.
Bold adası
Bold adası (ing. Bald Island) — Qərbi Avstraliya ştanınn ərazisinə daxil olan kiçik ada (8,09 km²). Qitədən 1.5 km aralıda yerləşir. Ada qranitdən ibarətdir. 1964-cü ildən nadir növlərin yayılması səbəbindən qoruq təşkil edilmişdir. Adada ilan, pişik və tülkülər yoxdur. Burada 104 növ bitki aşkar edilmişdir:Agonis flexuosa, Melaleuca lanceolata, Eucalyptus lehmannii, Melaleuca microphylla. Adada kiçik kenqurular sayılan Kvokkalar yayılmışdır. 2005-ci ildə Potorous gilbertii ada şəraitinə adaptasiyaya cəlb edilmişdir. Digər bu cür növ isə cırtdan kol quşudur (Atrichornis clamosus).
Cozef Hild
Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[…], Peşt[d], Peşt medyesi – 6 mart 1867[…], Peşt[d], Peşt medyesi) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir. == Həyatı == Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, Florensiya və Milan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Amber Hörd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
FAT
Fələstin Azadlıq Təşkilatı (FAT) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh", Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı "Fəttah" qrupudur.