Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995)Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
İşgəncə
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. == Tarix == Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur.Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi.XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. == Məqsədləri == === Cəza === Cəza məqsədi ilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. === Qabağını alma === İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir. ABŞ-da qulların qaçmasının və üsyanlarının qarşısını almaq məqsədi ilə işlənilirdi. === Etiraf === İşgəncə tarix boyu saxlanılanlardan etiraf əldə etmək üçün işlənilirdi.
Çin işgəncələri
Afaq Gəncəli
Afaq Aqil qızı Gəncəli (7 sentyabr 1977, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Afaq Aqil qızı Gəncəli 1977-ci il 7 sentyabr Bakı şəhərində anadan olub. İki qardaşı var. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsində təhsilini alıb. == Fəaliyyəti == Şair, dramaturq Novruz Gəncəlinin nəvəsi olan Afaq Gəncəli 1998-ci ildən televiziyada çalışır. Hazırda Xəzər TV kanalında yayımlanan "Səhər mərkəzi " və "Şourum" verlişinin aparıcısıdır .
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli Gənciyev
Gənciyev Gəncəli Əziz oğlu – professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995-ci illər)[mənbə göstərin] == Həyatı == Gənciyev Gəncəli Əziz oğlu 19 fevral 1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. Hal-hazırda AKU-nun kafedra müdiridir. 1994-1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir.
Gəncəli Qanbayev
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir.Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Kirakos Gəncəli
Gəncəli Kirakos (təq. 1200, Qazaka – 1271, Qazaka) — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Kirakos Gəncəli 1201-ci ildə Gəncədə (Qandzax) anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçininə Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
Muğan Gəncəli
Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar-ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV-XVI əsrlərə aid edilir.[mənbə göstərin]Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.
Novruz Gəncəli
Novruz Gəncəli (azərb. Novruz Sadıqov İsmayıl oğlu‎; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan sovet yazıçısı. == Həyatı == Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır.Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür. Buna baxmayaraq, Novruz Gəncəli məktəbi bitirdikdən sonra 1939-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur.
Rza Gəncəli
Rza Gəncəli (d. 1911 – ö. 1995) — İran naziri, jurnalisti. == Həyatı == Rza Gəncəli 1911-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Əslən Hacıəlili elinin Gəncəli oymağındandır. Bu oymaq camaatı Gəncə şəhərindən gəlib. İlk və orta təhsilini doğma şəhərində almışdır. Sonra Almaniyada ali təhsilə yiyələnmişdi. Mühəndis Gəncəli kimi tanınırdı. "Babaşəmil" nəşrinin təsisçisi və baş redaktoru olmuşdu.
Sabir Gəncəli
Sabir Gəncəli (tam adı: Məmmədov Sabir Süleyman oğlu) (1930) tarix elmləri doktoru, yazıçı, jurnalist. == Həyatı == Sabir Gəncəli 1930-cu ildə Gəncədə anadan olmuşdur. M. Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958-1963-cü illərdə Bakı qəzetində, 1963-1967-ci illərdə “Azərbaycan qadını (jurnal)” jurnalı redaksiyasında ədəbi işçi, 1967-1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976-2010-cu illərdə “Azərbaycan qadını (jurnal)” jurnalının məsul katib vəzifəsində çalışmışdır. 1990-1996-cı illərdə yeni yaranan bir çox qəzet və jurnalların - “Fermer” və “Vəfa” jurnalı, “Cik-Cik” qəzeti, “Səhnə”, “Dəli Kür” qəzetlərinin nəşrlərində fəal iştirak etmiş, onların işıq üzü görməsində köməklik götərmişdir. 2000-2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli “Azərbaycan mətbuat tarixi” və “Jurnalistika sənətkarlığı” fənnindən dərs demişdir. == Yaradıcılığı == Sabir Gəncəli ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə və təbliğinə həsr etmişdir. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin, qadın azadlığı hərəkatının, qadın təhsilinin inkişafında böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından, nəcib xidmətlərindən bəhs edən 1000-dən çox məqalə, tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir.
Xəzər Gəncəli
Xəzər Gəncəli (26 yanvar 1956, Bakı) — Azərbaycan rejissoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (23 aprel 1997), Azərbaycan Respublikasının Əməkdar Artisti (16 oktyabr 2018) == Həyatı == Xəzər Novruz oğlu Gəncəli 1956-cı il yanvar ayının 26-da Bakı şəhərində şair-dramaturq Novruz Gəncəlinin ailəsində dünyaya gəlib.1973-78-ci illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakultəsini bitirərək dram rejissoru ixtisasına yiyələnmişdır. Bir müddət Universitetin nəzdində yerləşən “Tədris teatrı”nda rejissor işləmiş, daha sonralar isə fəaliyyətini Gənc Tamaşaçılar Teatrında baş rejissorun truppa üzrə köməkçisi vəzifəsi ilə davam etmişdir (1987-1990). 1990-cı ildən 2000-ci ilə qədər X.Gəncəli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsində “Aktyor və rejissor sənəti” fənnindən dərs demiş, burada pedaqoji fəaliyyət göstərmişdir. X. Gəncəli 2000-ci ildən etibarən Türkiyə Cümhuriyyətinə getmiş və 2014-cü ilə qədər əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzində, daha sonralar, “Dərya Öncü Egitim” qurumunda və İstanbul Mərmərə Universiteti “Atatürk Egitim fakultəsi”ndə həm rejissor, həm də pedaqoq kimi fəaliyyət göstərmiş bu müəssisələrin səhnəsində müxtəlif janrlı pyeslərin tamaşaya hazırlanmasına rejissor olaraq quruluş vermişdir. Bunlardan Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” (2003), Mirzə Fətəli Axundzadənin “Yıxılasan, Paris!” (2004), Güngör Dilmenin “Deli Dumrul” (2005), Turqut Özakmanın “Töre” (2006), Üstün İnancın “İstanbulun Fəthi” (2007), Tuncər Cücənoğlunun “Dosye” (2008), Jan Batist Molyerin “Meşşan dvoryanlıqda” (2009), Nəcib Fazıl Kısakürəyin “Para” (2010), Vilyam Şekspirin “Venetsiya taciri” (2011), İbrahim Şinasinin “Şair evlənməsi” (2012) tamaşalarını misal göstərmək olar. Xəzər Gəncəli İstanbulun Mərmərə Universitetində pedaqoq kimi fəaliyyət göstərən yeganə həmyerlimiz olmuş və burada onun “Yönetmen ve oyun” (“Rejissor və pyes”) adlı elmi-nəzəri kitabı nəşr olunmuşdur (2011). 2014-cü ildən etibarən X. Gəncəli Azərbaycana geri dönmüş və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22 dekabr 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunmuşdur. Bu teatrda 2018-ci ilə qədər 11 səhnə əsərinə quruluş vermişdir. X. Gəncəli həmcinin Türkiyə Cümhuriyyətində fəaliyyəti dövründə bir necə filmlərə də çəkilmişdir. “Sevgi ana” (inspektor, 2003), “Yusuf yüzlü” (aptekçi Murad, 2004), “Kareli çay” (Çayçı rolu, 2008), “Qırx altı nömrəli oda”, (Rüstəm, 2008), “Yaxşı cazibə”, (Gəray, 2011) obrazlarına və Azərbaycanda isə “Əfsanənin qayıtması” filmində isə 2018-ci ildə Doktor obrazına çəkilmişdir.
Gəncəli Kirakos
Gəncəli Kirakos (təq. 1200, Qazaka – 1271, Qazaka) — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Kirakos Gəncəli 1201-ci ildə Gəncədə (Qandzax) anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçininə Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
İsgəndərli
İsgəndərli (Masallı) — Azərbaycan Respublikası Masallı rayonunda mövcud olmuş kənd. İsgəndərli (Şəmkir) — Azərbaycan Respublikası Şəmkir rayonunda kənd.
Aşıq Mayis Gəncəli
Aşıq Mayis Gəncəli (1947 – 2020) — Azərbaycanlı ustad aşıq, Əməkdar mədəniyyət işçisi == Həyat və yaradıcılığı == Aşıq Mayis Gəncəli (Mayis İsrail oğlu Sadıqov) 1947-ci ildə Gəncə şəhərində anadan olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir. O, 1962-ci ildən etibarən ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədirdən, Aşıq Hümbətdən, Aşıq İslam Yusibovdan, Aşıq Zeynal Məmmədovdan (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanovdan, Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir. Mayıs Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında kecirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdır (1974,1979,1983). Dastancı aşıq kimi böyük hörmətə malik idi. Zəngin söz və musiqi repertuarı ilə seçilirdi. Repertuarında "Xəstə Qasım", "Qurbani", "Abbas və Gülgəz","Tahir və Zöhrə","Valeh və Zərnigar", "Koroğlu" dastanları mühüm yer tuturdu.
Gəncəli müdrik (roman)
Gəncəli müdrik — Əlisa Nicatın Mirzə Şəfi Vazehdən bəhs edən və ilk dəfə 1990-cı ildə çap edilmiş bioqrafik romanı. == Məzmun == Kitab azərbaycanlı mütəfəkkir, şair və tanınmış tarixi şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır. == Nəşr və tərcümə == Roman ilk dəfə 1984-cü ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə 2019-cu ildə Pergament Yayın Evində 334 səhifədə 100 tirajla çap edilib.
Gəncəli xan Zığ
Gəncəli xan Zığ (?-1646) — Kirman bəylərbəyliyinin hakimi, Səfəvi sərkərdəsi. == Həyatı == I Şah Abbas Vəli xan Avşarı qoca olduğu üçün Kirman mülklərini ona tiyul verdi və icazə verdi ki, Kermanın bir guşəsində əbədi dövlətə dua etməklə məşğul olsun. Və Kermanın idarəsi Gəncəli xan Zığa tapşırıldı. == Ailəsi == Gəncəli xanın Əlimərdan xan adlı oğlu vardı.
Gəncəli xan kompleksi
Gəncəli xan kompleksi — Səfəvilər dövrünə aid kompleks. İranın Kirman şəhərinin qədimi mərkəzində yerləşir. Kompleks məktəb, kvadrat, karvansara, hamam, su anbarı, zərbxana, məscid və bazardan ibarətdir.
Muğan Gəncəli bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tarix (Gəncəli Kirakos)
Tarix — Gəncəli Kirakosun müəllifi olduğu əsər. Bu, monqol basqını və monqol hökmranlığı dövründə Qafqaz xalqlarının tarixini öyrənmək üçün qiymətli mənbədir. Quruluşuna görə Tarix əsəri 66 fəsildən ibarətdir. (Lakin heç də nəşrlərin hamısında 66 fəslin hamısı yoxdur) Onlardan 22-si Ermənistana, 18-i Qafqaz Albaniyasına, 7-si isə Gürcüstana həsr edilmişdir. Qalan fəsillər Qafqaz xalqlarının ümumi dini problemlərinə, eləcə də Hülakülər dövlətinin siyasi tarixinin bəzi məsələlərinə, onların vergi siyasətinə və Kiçik Asiyanın, Mesopotomiyanın Hülakülər tərəfindən işğalına həsr olunmuşdur. Kirakos kitabın Albaniyaya aid olan bölmələrində mifoloji dövrdən tutmuş, monqol basqınına qədər alban tarixinin kompilyativ icmalını verir. Əsərdə Qafqaz Albaniyasının ərazisinin monqollar tərəfindn işğal edilməsi haqqında, Xaçın knyazı Həsən Cəlalın hakimiyyəti dövrü və onun tərəfindən tikilmiş Gəncəsar monastrının inşası haqqında müstəqil fikirlər maraq doğurur. Kirakos həm də erməni tarixini, onlar tərəfindən xristianlığın qəbul edilməsindən başlayaraq tatarların gəlişinə qədərki dövrü qısaca şərh edir. Fəridə Məmmədovaya görə Kirakosun əsas məqsədi Cənubi Qafqaza, Kiçik Asiyaya və Mesopotomiyaya monqol basqınının təsviri olmuşdur. Tarix əsərinin məzmunu və kompozisiyası aydın göstərir ki,erməni tarixçilərinin ciddi cəhdlə çalışmalarına rəğmən Kiraosun əsərini Ermənistan tarixi adlandırmaq son dərəcə yanlışdır.
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Aynur İsgəndərli
Aynur Akif qızı İsgəndərli — Azərbaycan müğənnisi. == Həyatı == Aynur İsgəndərli 20 avqust 1987-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində dünyaya göz açmışdır. == Musiqi karyerası == Aynur İsgəndərli Samir Hacıyev adına 5 saylı ümumtəhsil məktəbini bitirmişdir. Təhsil illərində məktəbin bütün tədbirlərində fəal iştirak etmiş, fəxri diplomlarla təltif olunmuşdur. Eyni zamanda K. Səfərəliyeva adına 16 saylı yeddi illik musiqi məktəbində musiqi təhsili almiş, fortepiano sinfini bitirmişdir. Hələ 5 yaşında "Hər birimiz bir çiçək" (Ələkbər əmi) televiziya verilişinin solisti olmuşdur. Həmçinin Bənövşə uşaq xorunun tərkibində fəaliyyət göstərmişdir . Məktəb yaşlarından Vaqif Gərayzadənin rəhbərliyi altında "Şərq ulduzları" uşaq estrada-vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir. 2004-cü ildə "Azəri star" telelayihəsində ugurla iştirak edərək 3-cü yeri tutmuşdur. Musiqili Qədəmlər" adlı albomu telelahiyədən sonra işıq üzü görmüşdür.
Kamran İsgəndərli
Kamran Yaşar oğlu İsgəndərli (29 iyun 1997, Cəlilabad, Azərbaycan — 21 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran İsgəndərli 29 iyun 1997-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb. İki bacının tək qardaşı idi. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində "Telekommunikasiya, radio və texniki informasiya mühəndisliyi" üzrə təhsil alıb. Gözəl səsi vardı, məscidlərdə Azan səsləndirirdi, mərsiyələr deyirdi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamran İsgəndərli Hadrutun azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Cəlilabadda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran İsgəndərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran İsgəndərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mətanət İsgəndərli
Mətanət Məhəmmədəli qızı İsgəndərli (17 iyun 1963) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub. 1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.
Səbuhi İsgəndərli
Səbuhi Yaşar oğlu İsgəndərli (25 iyun 2001; Tərtər, Azərbaycan — 26 oktyabr 2020; Vejnəli, Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi İsgəndərli 25 iyun 2001-ci ildə Tərtər şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birgə Şəki şəhərinə köçmüşdür. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Səbuhi İsgəndərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi İsgəndərli 26 oktyabr 2020-ci ildə Zəngilanın azad edilməsi gedişatında rayonun Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində yerləşən "Dovşan düzü" qəbiristanlığında dəfn olunmuşdur.
Səddi-İsgəndəri
Səddi-İsgəndəri (özb. Saddi Iskandariy; سد اسكندرى) — Əlişir Nəvainin 1485-ci ildə Cığatay dilində yazılmış İsgəndər (Makedoniyalı İsgəndər) haqqında poemasıdır. Xəmsəsinə daxildir. Fars (Şahnamə, İsgəndərnamə) və ərəb əfsanələrinin (Quran) işlənməsi əsasında Şərq ədəbiyyatında Makedoniyalı İsgəndər obrazının dərk edilməsinə həsr olunub. 89 fəsildən ibarətdir. == Məzmunu == Rum və Rusun övladsız hökmdarı (məlik) Faylakus şəhərin xarabalıqları arasından bir körpə tapır, onu övladlığa götürür və adını İsgəndər qoyur. Nəvai bu körpənin fars şahı Daranın gözdən düşmüş Rum şahzadəsindən olan oğlu olması versiyanı açıqlayır. İsgəndərə ən yaxşı müəllimlər təqdim olunur, o cümlədən Nakumoxisin oğlu Ərəstu. Ərəstu İsgəndərin böyük gələcəyini proqnozlaşdırır. Faylakusun ölümündən sonra İsgəndər Rum üzərində padşahlıq edir.
Sənubər İsgəndərli
Sənubər Sabir qızı İsgəndərli (d. 25 oktyabr 1960, Bakı) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Prezident mükafatçısı. == Həyatı == Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.Bir qızı,iki nəvəsi var. Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu")V.Şekspir,Qız(S.Stratiyev "Çarəsiz sərnişinlər")Aqrippina(Xubai"Neron oynayır")tamaşası və s. rollarını oynayıb. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov),Molli ("Siçan tələsi" A.Kristi), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı),Nora ("Oyuncaq ev" H.İbsen), Falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) Sveta("Sinif yoldaşları"Y.Polyakov)LalByuz(C.Məmmədquluzade "Dəli yığıncağı"), Həcər ("Dantenin yubileyi" Anar) rollarını oynayıb. Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər)"Fatehlərin divani"(OlcayTürkan Xatun) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası),"Hökmdarın Taleyi" (Tubu xatun) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım, "Ataocağı" serialında Zəminə rolunu ifa etmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Tofiq İsgəndərli
Tofiq İsgəndərli (23 mart 1961, Aşağı Oruzman, Dmanisi rayonu) — müasir Azərbaycan illüzionisti. Azərbaycanın müasir illüziya sənətinin banisi. == Həyatı == 23 mart 1961-ci ildə Gürcüstanın Dmanisi rayonunun Aşağı Oruzman kəndində anadan olub. 1989-1992 ci ilə qədər Azərbaycan Dövlət Qastrol Konsert Birliyində illuziyonist kimi çalışmışdır. İllüziya sənətinə kiçik yaşlarından böyük həvəsi olub, məktəb ilərindən, öz dostlarına, qonşu uşaqlara fokuslar göstəridi. Çox nadinc və incəsənətə həddindən artıq həvəs göstərən, fantaziyası güclü uşaq olub. Kiçik yaşlarından fantastik filmlərə və nağıllara böyük marağı olub (indi də belədir), elə bu maraq da onun bu sənətə gəlməsində əsas səbəb olub. Bu maraq, həvəs onu M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutuna gətirib. Dram-kino aktyorluğu fakültəsini bitirib.Tələbəlik illərində illüziya ilə mütəmadi, peşəkarcasına məşğul olub. == Fəaliyyəti == 1982 ci ildən Azərbaycan Dövlət Konsert Qastrol Birliyi (Azkonsert ) ilə əməkdaşlıq edərək,illüziya sənəti ilə peşəkar məşğul olub.
İsgəndərli (Masallı)
İsgəndərli — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsgəndərli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
İsgəndərli (soyad)
İsgəndərli — Azərbaycan soyadı və təxəllüsü. Bu soyadı və təxəllüsü olan şəxslərMətanət İsgəndərli — Azərbaycan müğənnisi. Sənubər İsgəndərli — Azərbaycan aktyoru.
İsgəndərli (Şəmkir)
İsgəndərli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki İsgəndərli kəndi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun İsgəndərli kəndi Kür qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İsgəndərli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == İnqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ və Meşkin əyalətindən gələrək ətraf kəndlərdə rəncbərlik edən əhaliyə 1925-ci ildə kənd salmaq üçün mülkədar Qasımın yeri adlanan ərazidə torpaq sahəsi verilmişdi. Yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində V.İ.Leninin Şərəfinə Leninabad adlanırdı. 1994-cu ildən kəndin adı İsgəndərli kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Rüstəm İsgəndərli
Sura İsgəndərli
Sura İsgəndərli (17 dekabr 1994, Bakı) — Azərbaycan əsilli türk müğənnisi və bəstəkardır. İngilis dili müəllimliyini oxuyub bitirən Sura musiqi ilə maraqlanmağa universitet illərində başlayıb. Şeir yazmağa kiçik yaşlarında başladığına görə qısa zaman ərzində müəllifi özü olduğu söz və bəstələri ilə böyük bir kütləyə tanınıb. Bir More Yak və Yaram Dərindən mahnıları sənətçi üçün dönüş nöqtəsi olub. 2019-cu ildə sənətçinin Bir More Yak adlı sinqlı Altın Kelebek Mükafatlarında İlin Mahnısı kateqoriyasında namizəd oldu. 2020-ci ilin fevral ayında, 4-cü Musiqi Ulduzlarında Ən Yaxşı Pop Musiqi Artisti kateqoriyasında mükafat qazandı.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.