Səbuhi Yaşar oğlu İsgəndərli (25 iyun 2001; Tərtər, Azərbaycan — 26 oktyabr 2020; Vejnəli, Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səbuhi İsgəndərli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tərtər, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Vejnəli, Zəngilan rayonu, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Yaşar İsgəndərli |
Anası | Gülnarə İsgəndərli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Hərbi hissə | Çevik Hərəkat Dəstəsi |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Səbuhi İsgəndərli 25 iyun 2001-ci ildə Tərtər şəhərində anadan olmuşdur.[1] Uşaq yaşlarında ailəsi ilə birgə Şəki şəhərinə köçmüşdür. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Səbuhi İsgəndərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi İsgəndərli 26 oktyabr 2020-ci ildə Zəngilanın azad edilməsi gedişatında rayonun Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində yerləşən "Dovşan düzü" qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]