Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbray
İbray (Avurğazı)
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əzəblərşək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
Abram Abkin
Abram Davıdoviç Abkin (rus. Абрам Давыдович Абкин; 20 yanvar (2 fevral) 1903, Polotsk, Vitebsk quberniyası[d] – 19 fevral 1983, Moskva) — SSRİ fiziki kimyaçısı. == Bioqrafiya == Abram Davıdoviç Abkin 1928-ci ildə Kazan Universitetini bitirmiş, L. İ. Karpov adına Fiziki-Kimya İnstitutuna dəvət olunmuşdur O, ömrünün sonuna kimi burada çalışmışdır. Abkin 1952-ci ildə kimya elmləri doktoru, 1974-cü ildə Rusiyanın əməkdar elm xadimi olmuşdur. Onun əsas əsərləri polimerləşmə proseslərinin mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 1951-ci illdə kopolimerləşmənin kəmiyyət nəzəriyyəsini işləyib hazırlamış, sonra poliakrilamid əldə etmək üçün orijinal üsul yaratmışdır. Abkin 1980-ci ildə fotosensibilizasiya edilmiş polimerləşməni kəşf etmişdir. O, həmin il "Lenin" mükafatına layiq görülmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === под ред. В. И. Кузнецова, redaktorАбкин Абрам Давыдович // Выдающиеся химики мира: биографический справочник.
Abram Dastakov
Abram Mkrtçyeviç Dastakyan yaxud Abram Nikitiç Dastakov (1864, Yelizavetpol, Tiflis quberniyası – 20 mart 1929, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə naziri, Daşnaksutyun Partiyası Bakı bürosunun sədri, Bakı Şəhər Duması və Bakı Şəhər İctimai Özünüidarəsi üzvü. == Həyatı == 1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu. Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907–1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi. Vəzifədən gedəndən sonra bir müddət Ermənistan Səhiyyə Naziri kimi işləmiş, daha sonra 1920-ci ildə Tbilisiyə köçmüşdü.
Abram Dastakyan
Abram Mkrtçyeviç Dastakyan yaxud Abram Nikitiç Dastakov (1864, Yelizavetpol, Tiflis quberniyası – 20 mart 1929, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə naziri, Daşnaksutyun Partiyası Bakı bürosunun sədri, Bakı Şəhər Duması və Bakı Şəhər İctimai Özünüidarəsi üzvü. == Həyatı == 1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu. Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907–1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi. Vəzifədən gedəndən sonra bir müddət Ermənistan Səhiyyə Naziri kimi işləmiş, daha sonra 1920-ci ildə Tbilisiyə köçmüşdü.
Abram Hannibal
Abram (İbrahim) Petroviç Hannibal (güm. 1696[…], Efiopiya imperiyası – 14 (25) may 1781) — rus hərbi mühəndisi. general-anşef(1739). == Həyatı == Efiop knyaz ailəsində doğulmuşdur. Hannibalı yeddi yaşında türklər tərəfindən girov kimi İstanbula aparmışdılar.1706-cı ildə rus səfiri S. Raquzski onu Moskvaya gətirmiş və çara bağışlamışdı. 1-ci Pyotr onu 11 il yanında kamerdiner və katib kimi saxlamış. 1717-ci ildə hərbi-mühəndislik işini öyrənmək üçün Fransaya göndərmişdi. O, 1723-cü ildə Rusiyaya qayıtmış, mühəndis işləmiş, müəllimlik etmiş, 1762-ci ildə istefaya çıxmışdı. Hərbi mühəndislik sənəti haqqında əsəri (1726) var. Hannibal A. S. Puşkinin ulu babasıdır.
Abram Roxlin
Abram Benyaminoviç Roxlin (1881 – 30 iyul 1941) — menşevik dövlət xadimi, Sentrokaspi Diktaturası dövründə ərzaq komissarı idi. == Həyatı == 1881-ci ildə, Lutsk şəhərində anadan olmuşdur. Menşevik təşkilatının üzvü olmuş, duma sözçüsü olmuşdur. 1930-cu illərdə kommunal sektorda çalışmışdır. 27 sentyabr 1937-ci ildə həbs olunmuş, 1941-ci ildə güllələnmişdi. Qəbri Moskvadadır. == Ailəsi == Henriyetta Emmanuilovna Levenson (ö. 1923) ilə evli idi. Henriyettanın atası Emmanuel Solomonoviç Levenson Bakı "Nəşriyyatçılar İttifaqı"nın əsasını qoymuşdu. Bir övladları olmuşdur: Vladimir Roxlin — riyaziyyatçı alim.
Abram Surkin
Abram Surkin — Azərbaycanın Əməkdar memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Abram Surkinə həsr edilmişdir.
Abram burnu
Abram burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burun yaxınlığında eyni adlı qəsəbə vardır. Burunda dəniz limanına aid tikililər vardır. Sərnişin gəmilərini qəbul edən priçal isə 2010-cu ildən fəaliyyətini dayandırmışdır. Burunun cənub hissəsindən körfəzə Varyajski axarı tökülür. == Ədəbiyyat == Абрам-мыс // Кольская энциклопедия. В 5 т. Т. 1.
İbray (Avurğazı)
İbray (başq. Ибрай, rus. Ибраево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, kənd sovetliyindən (Kəbəs): 15 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 23 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
İbray (İşembay)
İbray (başq. Ибрай, rus. Ибраево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Makarov kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 53 km, kənd sovetliyindən (Makarov): 5 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 56 km.
İbray Altınsarin
Ibıray Altınsarin (qaz. Ыбырай Алтынсарин; 20 oktyabr (1 noyabr) 1841, Kostanay – 17 (29) iyul 1889, Kostanay, Turqay vilayəti[d]) — İbrahim Altınsarı oğlu; Qazax yazıçısı, pedaqoqu. == Həyatı == 1841-ci ildə Qostanay vilayətində anadan olmuş İbray Altınsarın atasını erkən itirdikdən sonra babası Balqoja Canburşinin himayəsində böyümüş, ondan ərəb və rus əlifbasını öyrənmişdir.1849-cu ildə Orenburqda ilk məktəb açdıqda, babası Ibırayı buradakı məktəbə yollamışdır. Çar hökuməti bu tipli məktəbləri açarkən ilk növbədə yerli idarəetmə orqanları üçün savadlı insanların hazırlanmasını qarşıya məqsəd qoyurdu. Bununla belə burada təhsil alan uşaqlar çarizmin mürtəce siyasəti ruhunda tərbiyə olunmalı, müsəlman dini ilə yaxından tanış olmalı, rus dilində işgüzar sənədləri tərtib etməyi bacarmalı idilər. Məktəb proqramında nəzərdə tutulmuş, fənlərin öyrənilməsi ilə yanaşı İ. Altınsarın həm də əlavə olaraq öz üzərində içləyir, əlavə ədəbiyyatlar və başqa müəlliflərin əsərləri ilə tanış olurdu. Orenburqda yaşayan tanınmış alim V. Qriqoryevin şəxsi kitabxanasından istifadə edən şərqşünas- Altınsarın dövrün tarix fəlsəfə və pedaqogika kitabları ilə əsaslı məşğul olur, onları daha çox mütaliə edirdi. Orenburqda açılan bu məktəblər Rus-qırğız məktəbi adlanırdı. İbrayın babası Balqoja öz növbəsində qazax xalq şifahi xalq yaradıcılığını dərindən bilir, özü bəzən şeirlər yazır, eyni zamanda məşhur natiq idi. Yuxarıda qeyd etdiyimiz təyinatı ilə yanaşı bu məktəblərin missionerlik xüsusiyyəti də var idi və burada əsasən qazax balaları təhsil alırdı.
İbray Jaxayev
İbray Jaxayev (Jakayev) (qaz. Ыбырай Жақаев; 16 may 1891, Şiyeli vilayəti[d], Qızılorda vilayəti – 19 sentyabr 1981, Qızılorda vilayəti) — əməkdar qazax düyü yetişdiricisi, novator, İki dəfə Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1891-ci ilin may ayında Sır-Dərya quberniyasının Perovski rayonu çayının volostunun 8 saylı kəndində anadan olmuşdur (indiki Qazaxıstanın Qızılorda vilayətinin Çiili vilayəti). 1940-cı ildən KSSR Qızıl-Orda bölgəsinin Chiili rayonunun "Kzıl-Tu" kolxozunun üzvüdür. Bütün həyatını düyü yetişdirməyə həsr etdi. 50 il ərzində düyü əkməklə məşğul idi, hər hektardan 172 sentner aldığı bir vaxt var idi. Beləliklə, yetişdirilən məhsulların sayına görə dünya rekordu qoydu. Böyük Vətən müharibəsi illərində onun bölməsi hər hektardan 80-90 sentner məhsul götürmüşdür. 1942-1967-ci illərdə Jakayev bölməsində orta düyü məhsuldarlığı ümumi sahəsi 20 hektar olan hektardan 80-92 sentner olmuşdur. 1949-cu ildə Jakayev hektardan 171 sentner düyü aldı.
İkram Eyyubov
İkram Ziyəddin oğlu Eyyubov — alim, baytarlıq elmləri doktoru, professor, Əməkdar baytar həkimi, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri. == Həyatı və elmi fəaliyyəti == İkram Eyyubov 1925-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1937-ci ildə Dəmirçilər kənd natamam orta məktəbini bitirmiş və Qazax pedaqoji texnikumuna daxil olmuşdur. 1941-ci ildə texnikumu bitirmiş və 1945-ci ilə qədər Tovuz rayonunda müəllim işləmişdir. 1945-1950-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universitet) təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Terapiya kafedrasında assistent vəzifəsində saxlanılmışdır. 1958-ci ildə dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1958-ci ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna dəvət olunaraq 1994-cü ilə qədər orada baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Respublikanın Əməkdar baytar həkimi, professordur. 135 elmi məqalənin, 5 kitabın, 1 tədris vəsaitinin və 3 səmərələşdirici təklifin müəllifidir.
İkram Kərimov
İkram Kərimov — azərbaycanlı seysmoloq. İkram Kərimov — azərbaycanlı hüquqşünas.
İkram Məmmədov
İkram Ehtiram oğlu Məmmədov (8 iyun 2002; Çiləgir, Xaçmaz rayonu, Azərbaycan — 13 oktyabr 2020; Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil almışdır. 2017-2020-ci illərdə Xaçmaz rayonu 97 nömrəli peşə liseyində traktorçu-maşınist ixtisası üzrə təhsilini davam etdirmişdir. == Hərbi xidməti == İkram Məmmədov 17 iyun 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.Azərbaycan Ordusunun əsgəri olan İkram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan İkram Məmmədovun nəşi 12 yanvar 2021-ci ildə tapılmış və doğulduğu Xaçmaz rayonunun Çiləgir kəndində torpağa tapşırılmışdır. Onun dəfn mərasimində rayon İcra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İkram Səmidov
İkram Şirvan oğlu Səmidov (21 fevral 1991; Əlisoltanlı, Saatlı rayonu, Azərbaycan — 12 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkram Səmidov 21 fevral 1991-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində dünyaya gəlmişdir. 1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmiş və həmin ildə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olmuşdur. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == Kolleci bitirdikdən sonra İkram hərbi xidmətə yollanmışdır. Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında olan Tovuz döyüşlərindən sonra ölkədə səfərbərlik elan olundu və bu günə qədər mülki şəxs olaraq fəaliyyətini davam etdirən İkram Səmidov könüllü olaraq səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantısına çağırılmışdır Azərbaycan Ordusunun əsgəri olan İkram Səmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. === Ailəsi === Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
İkram İsrafilov
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. === Ailəsi === Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Bram Mulenaar
Bram Mulenar (1961, Lisse, Cənubi Hollandiya – 3 avqust 2023) — Hollandiyalı proqram mühəndisi və aktivisti, vi-törəmə mətn redaktoru olan Vimin yaradıcısı. O, Uqandada QİÇS qurbanlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan ICCF Holland-ı təbliğ etdi və ianələri təşviq etmək üçün Vim-in populyarlığından istifadə etdi. 2006-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər Google Calendarın Sürix ofisində işləyib. O, vaxtının bir hissəsini Vim-in inkişaf etdirilməsinə sərf edirdi. == Erkən həyat və təhsil == 1985-ci ildə Delft Texnologiya Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. == Vim == Mulenar 1988-ci ildə Amiga kompüteri aldı. O vaxt Amigaya daşınmamış vi ilə tanış olan o, Stivi də daxil olmaqla bir neçə vi klonunu sınaqdan keçirdi. Mulenar Stevie-nin mənbə kodunu götürdü və onu təkmilləşdirdi. Vi ilə uyğunlaşmaq istəyən Mulenar nəhayət bir çox səviyyələri ləğv etmək kimi əlavə funksiyalar əlavə etdi. "Vi IMitation"ın ilk versiyası 1988-ci ildə Fred Fiş tərəfindən hazırlanmış ictimai disk dəstində buraxılmışdır.
Bram Mulenar
Bram Mulenar (1961, Lisse, Cənubi Hollandiya – 3 avqust 2023) — Hollandiyalı proqram mühəndisi və aktivisti, vi-törəmə mətn redaktoru olan Vimin yaradıcısı. O, Uqandada QİÇS qurbanlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan ICCF Holland-ı təbliğ etdi və ianələri təşviq etmək üçün Vim-in populyarlığından istifadə etdi. 2006-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər Google Calendarın Sürix ofisində işləyib. O, vaxtının bir hissəsini Vim-in inkişaf etdirilməsinə sərf edirdi. == Erkən həyat və təhsil == 1985-ci ildə Delft Texnologiya Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. == Vim == Mulenar 1988-ci ildə Amiga kompüteri aldı. O vaxt Amigaya daşınmamış vi ilə tanış olan o, Stivi də daxil olmaqla bir neçə vi klonunu sınaqdan keçirdi. Mulenar Stevie-nin mənbə kodunu götürdü və onu təkmilləşdirdi. Vi ilə uyğunlaşmaq istəyən Mulenar nəhayət bir çox səviyyələri ləğv etmək kimi əlavə funksiyalar əlavə etdi. "Vi IMitation"ın ilk versiyası 1988-ci ildə Fred Fiş tərəfindən hazırlanmış ictimai disk dəstində buraxılmışdır.
Kiçik İbray (Auırqazı)
Kiçik İbray (başq. Кесе Ибрай, rus. Малое Ибраево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 16 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (67%) üstünlük təşkil edir.
Kiçik İbray (Avurğazı)
Kiçik İbray (başq. Кесе Ибрай, rus. Малое Ибраево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 16 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (67%) üstünlük təşkil edir.
Köhnə İbray (Avurğazı)
Köhnə İbray (başq. Иҫке Ибрай, rus. Старое Ибраево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 16 km, kənd sovetliyindən (Novofyodrofka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 31 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (45%) üstünlük təşkil edir.
Aşram
Aşrama (sanskr. आश्रम, āśrama ) - intensiv ruhani səylər, yaxud bu səylərin həyata keçirildiyi məkan; əsasən, hinduizmdə və buddizmdə sərgərdan kahinlərin dayanacaq, yaxud sığınacaq yeri. Aşrama müxtəlif izahlar verilmişdir: Hinduizmdə iki dəfə doğulanların, yəni üç ali varna üzvlərinin (brahmanların, kşatrilərin və vayşilərin) həyat mərhələləri. İdeal hal da iki dəfə doğulanın həyat yolu dörd mərhələyə bölünməlidir: brahmaçarin, qrihastha, vanaprastha, sannyasin. Hər mərhələnin öz drahması (diniborc) var idi. Bir mərhələdən digərinə keçid müəyyən mərasimlərlə müşayiət olunur, bəzən mərhələlərin ardıcıllığı pozulurdu: məs., brahmaçarin (yaxud qrihastha) mərhələsindən birbaşa sannya sin vəziyyətinə keçidə icazə verilirdi. Dörd aşrama konsepsiyası, insan həyatının ali kamillik dərəcəsi kimi, asket idealını ortodoksal brahman dünyagörüşü ilə bağlamaq, onu ayin vəzifələrinin sərt iyerarxiyası (varna – aşrama – drahma) ilə barışdırmaq cəhdi idi. Müəllimin rəhbərliyi ilə mənəvi-ruhani kamilliyə can atanların sığınacağı – məşhur ruhani xadimlərin öz davamçılarına mənəvi-ruhani inkişaf üçün əlverişli şərait yaratmaq məqsədilə qurduqları dini icma. Aşrama açıq olur; arzu edən hər kəs orada yaşaya bilər. Aşramlar Budda zamanından məlum olsa da (qədim mətnlərdə brahman Bavarinin Cənubi Hindistanda yaratdığı aşramanın adı çəkilir), 20 əsrdə daha geniş yayılmışdı.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Birma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.