İkram Ehtiram oğlu Məmmədov (8 iyun 2002; Çiləgir, Xaçmaz rayonu, Azərbaycan — 13 oktyabr 2020; Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İkram Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çiləgir, Xaçmaz rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Çiləgir, Xaçmaz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Ehtiram Məmmədov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuşdur.[1] 2008-2017-ci illərdə Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil almışdır. 2017-2020-ci illərdə Xaçmaz rayonu 97 nömrəli peşə liseyində traktorçu-maşınist ixtisası üzrə təhsilini davam etdirmişdir.
İkram Məmmədov 17 iyun 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.[2]
Azərbaycan Ordusunun əsgəri olan İkram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan İkram Məmmədovun nəşi 12 yanvar 2021-ci ildə tapılmış və doğulduğu Xaçmaz rayonunun Çiləgir kəndində torpağa tapşırılmışdır. Onun dəfn mərasimində rayon İcra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişdir.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]