Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İMac
iMac (ay-mək) – Apple Inc. şirkətinin istehsalı olan monobloklu fərdi kompüterlər seriyası. İlk iMac G3 modeli 1998-ci ildə təqdim olunub.
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İlam
İlam — İranın İlam ostanının və İlam şəhristanının mərkəzidir.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Dəqaiqül Əlac
Dəqaiqül-Əlac — Kərim Xan Kirmaninin əsəri müqəddimə və beş məqalədən ibarətdir. Əsər dərmanlardan istifadə qaydalarından, onların seçilməsi üsulundan, insan bədəninin tərkibindən, qan almaq xəstəliyin təşxisi və s. bəhs edir. Əlyazma Azərbaycan dilindədir. Xətti nəstəliqdir. Əsər sarı, birmil kağıza bənövşəyi mürəkkəblə yazılmışdır. Cildi yoxdur. Həcmi 19 vərəq, ölçüsü isə 19x17 sm.-dir. Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-2443/18463 şifrəsi ilə saxlanılır.
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. == Xüsusiyyətləri == Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. == Həyat tərzi == Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Meymə (İlam)
Meymə — İranın İlam ostanının Dehluran şəhristanının Sərab Meymə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,277 nəfər və 437 ailədən ibarət idi.
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
İlam (ostan)
İlam ostanı — İranın qərbində ostan. Mərkəzi İlam şəhəridir. Ostanın ərazisi 20.151 km²-dir. İlam ostanı ərazisində 17 şəhər, 8 şəhristan, 18 bəxş, 38 kəndistan yerləşir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 545.787 nəfər əhali yaşayır . Ümumən vilayətdə əhalinin əksəriyyətini Kürdlər təşkil edirlər, onlar Kürd dilinin əsasən kəllhur və feyli dialektlərində danışan bir neçə tayfadan ibarətdirlər . 1996-cı il siyahıya almasına əsasən bütün əhalinin cəmi 162 nəfəri (158 nəfəri zərdüşti, 2 nəfəri xristian) müsəlman olmamışdır .
İlam ostanı
İlam ostanı — İranın qərbində ostan. Mərkəzi İlam şəhəridir. Ostanın ərazisi 20.151 km²-dir. İlam ostanı ərazisində 17 şəhər, 8 şəhristan, 18 bəxş, 38 kəndistan yerləşir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 545.787 nəfər əhali yaşayır . Ümumən vilayətdə əhalinin əksəriyyətini Kürdlər təşkil edirlər, onlar Kürd dilinin əsasən kəllhur və feyli dialektlərində danışan bir neçə tayfadan ibarətdirlər . 1996-cı il siyahıya almasına əsasən bütün əhalinin cəmi 162 nəfəri (158 nəfəri zərdüşti, 2 nəfəri xristian) müsəlman olmamışdır .
İlam şəhristanı
İlam şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi İlam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 193,222 nəfər və 42,207 ailədən ibarət idi.
İlan (bürc)
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan Ana
İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.
İlan Ata
İlan Mesliye
İlan Mesliye (2 mart 2000, Loryan) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.
İlay Erkök
İlay Erkök (d. 1 oktyabr 1993, İstanbul) — Türk aktrisa. İlay Erkök 1 oktyabr 1993-cü ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. İlk olaraq 2013-cü ildə "Günəşi Beklerken" adlı serialda Demet obrazını canlandırdı. Daha sonra İnadına Aşk (2015-2016) adlı serialda, Hayatımın Aşkı (2016) adlı serialda və Çetin Çeviz 2 adlı filmdə rol aldı. 2017-ci ildə ise "Seni Gidi Seni" ve "İlk Öpücük" filmlərində rol aldı. 2018-ci ildə ise Darısı Başımıza adlı serialda "Nur" obrazını canlandırdı. 2019-cu ildən bəri Hercai adlı serialda "Yaren Şadoğlu" obrazını canlandırıyor.
İlay Uollak
Eli Vallax (ing. Eli Herschel Wallach, (d. 7 dekabr 1915, Nyu-York — v. 24 iyun 2014, Nyu-York) — ABŞ aktyoru. Kino karyerasına 1956-cı ildə Baby Doll adlı filmlə başladı. Bu film ilə ən yaxşı çıxış aparan aktyor kimi BAFTA mükafatını qazandı. Kino karyerasındakı ən böyük çıxışı isə Tuco xarakteriylə "Yaxşı, pis, zalım" filmində etdi. 24 iyun 2014-cü ildə vəfat etmişdir. Baby Doll (1956) The Lineup (1958) Yeddi oğru (1960) Qanuni Yeddilik (1960) The Misfits (1961) Gənc adam Hemingwayın macəraları (1962) Qərb necə qazandı? (1962) Viktorlar (1963) Birinci hərəkət (1963) Ay-Dönən adamlar (1964) Prezidəntə öpüşlər (1964) Lord Cim (1965) Çingiz xan (1965) Lalədə bir çiçəkdir (1966) Milyonu necə oğurlamaq olar?
Yaradıcı ilah
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
İlah (islam)
İlah (ərəb. إله‎) — "tanrı" mənasını verən ərəbcə termin. Ərəb dilində ilah ibadət edilən hər kəsə və ya hər hansı bir şeyə aiddir. Qadın forması olan ilahə "tanrıça" deməkdir. Yenə "tanrı" mənasını verən "Allah" sözünün təklif olunan "əl-lah" şəklində bu sözdən törədiyi güman edilir, lakin bu, mübahisəlidir. "İlah" sözü şimal-qərbi sami dillərində "el" və akkadca "ilum" sözləri ilə eyniköklüdür. Sami dillərindən olan ivritcədə də tanrı üçün "eloah" və "elohim" sözlərindən istifadə olunur. Bu termin "Quran"da Allahın varlığını və ya qeyri-müsəlmanların başqa tanrılara olan inanclarını müzakirə edən hissələrdə istifadə olunur. Müsəlmanların imanla bağlı etirafları olan kəlmeyi-şəhadətin ilk ifadəsi "Allahdan başqa ilah yoxdur"dur.
İlan Ramon
İlan Ramon (ivr. ‏אילן רמון‏‎; 20 iyun 1954, Ramat-Qan, Təl-Əviv dairəsi – 1 fevral 2003, Texas) — İsrail Hərbi Hava Qüvvələrində xidmət etmiş pilot, NASA-nın ilk israilli kosmonavtı.
İlan Sultan
İlan Sultan — məşhur İranlı dramaturq Bahram Beyzainin 1965–1966-cı illərdə yazdığı faciə. "İlan Sultan" Beyzainin ən məşhur əsərlərindən biridir.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İliç
İliç — Ərzincanın 9 ilçəsindən biri. 2016-cı ilin məlumatına görə ilçədə 7.625 nəfər yaşayır.
Sanya İliç
Aleksandar "Sanya" İliç (serb. Aleksandar "Sanja" Ilić, Александар "Сања" Илић; 27 mart 1951, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR – 7 mart 2021, Belqrad) — Serbiya musiqiçisi və bəstəkarı. O, 1998-ci ildə Balkanika qrupunu yaratmışdır. İliç məhz Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İliç 27 mart 1951-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. Onun atası bəstəkar, qardaşı Draqan isə Generacija 5 qrupunda musiqiçi olaraq fəaliyyət göstərir. İliç serbiyalı aktrisa və model Zlata Petkoviç ilə ailə həyatı qurmuşdur. Petkoviç 2012-ci ildə dünyasını dəyişmişdir. Onların 1984-cü ildə anadan olan bir övladları var. İliç musiqi karyerasına hələ 12 yaşında ikən başlamışdır.
Yuri İliç
Yuri İliç Drujnikov (əsl adı Yuri İzrayileviç Alperoviç 17 aprel 1933, Moskva - 14 may 2008, Devis, Kaliforniya) — rus yazıçısı, ədəbiyyat tarixçisi, jurnalist, dissident. Yuri İliç ədəbi yaradıcılığa 1960-cı illərdə başlayıb. "Moskovski komsomolets" qəzetində elm şöbəsinin müdiri olub. 1987-ci ildə əvvəlcə Avstriyaya, sonra ABŞ -a mühacirət etdi. Yuri İliç mühacirətdən əvvəl əsasən uşaq yazıçısı kimi tanınırdı. 1989-cu ildən — Kaliforniya Universitetinin professoru, PEN klubunun "Sürgündə olan yazıçılar" bölməsinin sədri vəzifəsində çalışıb. 1993-cü ildə Amerikanın "Zamanın məhbusu" filmində yazıçı kimi çəkilib. Əsərləri on dörd dilə tərcümə edilmişdir. "Bir iynə ucunda mələklər" romanına görə (Moskva jurnalistləri haqqında, Praqa baharından sonra Moskva baharının yatırılması haqqında) Polşa Yazıçılar İttifaqının Dostoyevski mükafatına layiq görülüb. Yuri İzrayileviç Alperoviç adı ilə Sahədə maşınlar.