Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melike İlgün
Melike İlgün (1974, İskəndərun, Hatay ili) türkiyəli jurnalist, yazıçı. Adanalı bir ata ilə manisalı bir ananın ilk uşağı olaraq 1974-cü ildə İskəndərunda dünyaya göz açıb. Orta və lisey təhsilini İstiklal Makzume Anadolu Liseyində bitirdikdən sonra, İstanbul Universiteti Hüquq fakültəsində təhsil həyatına davam etdi . Kanal E, Kanal 6, Radikal Gazetesi, Kanal D və Show TV-də müxbir olaraq çalışıb . Kanal 6-da həftəsonu ana xəbər bülletenində, Show TV-də həftəiçi hər gecə yayımlanan Melike İlgün ile Son Haber proqramını təqdim etdi . Kanaltürkdə 4 il ana xəbər aparıcılığı və xəbər redaktorluğu etdi . Gazeteport-da köşə yazıları yazdı. İlk kitabı Kamala Eren Qadınlar fevral 2009, ikinci kitabı Enver Paşanın Sultanı iyun 2011-ci ildə və son kitabı Bir Başvekil Sevdim iyun 2013 nəşr olundu. Evli olan İlgün iki uşaq anasıdır.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Abbaslı
Elgün Abdullayev
Elgün Bəyişli
Elgün Camal
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır. 2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir.
Elgün Həsənov
Elgün Kərimov
Elgün Mikayıllı
Elgün Muradov
Elgün Mövlanov
Elgün Paşayev
Elgün Quliyev
Elgün Sadıqov
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.
Elgün Səmədov
Elgün Xanoğlanlı
Elgün Xıdırov
Elgün Yunusov
Elgün İzzətzadə
Elgün Əmiraslanov
Elgün Əzizov
Nakiyə Elgün
Nakiyə Elgün (1882, Rumelifeneri[d] – 23 mart 1954, İstanbul) — türk siyasətçi və pedaqoq. O, Osmanlı dövrünün sonu və Türkiyə Cümhuriyyətinin ilk illərində qızların təhsilə cəlb edilməsinni təbliğ edən ilk maarifçilərdən biri olub. Elgün Osmanlı qadın hərəkatının üzvlərindən idi və 1930-cu ildə İstanbul Bələdiyyə Məclisinin ilk qadın üzvü olmaqla Cümhuriyyət dövrünün siyasi hüquqlar əldə edən ilk qadınlarından biri olmuşur. O 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Ərzurumu üç dəfə təmsil etmiş və Türkiyə Cümhuriyyətinin ilk 18 qadın millət vəkilindən (deputat) biri olmuşdur. Nakiyə Elgün 1882-ci ildə İstanbulda anadan olub. 1901-ci ildə Qız müəllim məktəbini bitirmiş, 1911-ci ilə qədər həmin məktəbdə ədəbiyyat müəllimi kimi işləmişdir. Elgün 1911-ci ildə İkinci Məşrutiyyətdən sonra yeni açılmış İstanbul İnas Məktəbinə təyin olunub. İnas məktəbində işlədiyi müddətdə Osmanlı dövlətinin Maarif Nazirliyi ondan təhsil pillələrinin yenilənməsi ilə bağlı apardıqları işdə sistemə rəhbərlik edəcək layihə hazırlamağı xahiş etmişdir. Elgün fiziki mühitin təhsilə təsirini əsas göstərərək şagirdlərin elektriklə təchiz edilmiş və masaların üstü ağ rəngli örtüklə örtülmüş siniflərdə təhsil almasını təklif etmişdir. Lakin bu, Nazirlik tərəfindən "lyuks" kimi qiymətləndirilmiş və onun layihəsi rədd edilmişdir.
Irgun
İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası "İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat") 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
İrqun
İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası "İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat") 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
İlqar İlkin
İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü. Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub. Ailəlidir. Bir oğlu, bir qızı var. 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb. Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.