Elgün Tahir oğlu Mövlanov (2 aprel 2002, Lerik – 29 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elgün Mövlanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Elgün Tahir oğlu Mövlanov 2002-ci il aprelin 5-də Lerik şəhərində anadan olub.[1] Qardaşı Altay Mövlanov da İkinci Qarabağ müharibəsində şəhid olub.
Elgün 08 may 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb.[2]
Azərbaycan Ordusunun əsgəri olan Elgün Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elgün 29 sentyabrda Talış kəndində şəhid olub.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
2021-ci il 5 avqustda Lerik şəhərində şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.[5]