Elgün Sərvan oğlu Əmiraslanov (25 aprel 1995; Göygöl, Azərbaycan— 27 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elgün Əmiraslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göygöl, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | MAHHXHQ Əsgər |
Təltifləri | 20202020 |
Elgün Əmiraslanov 25 aprel 1995-ci ildə Göygöl şəhərində anadan olmuşdur.[1] 2001-ci ildə Göygöl şəhər 5 saylı tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ailəlidir, 2 övladı var.
2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elgün Əmiraslanov 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.