Elgün Əmirxan oğlu Abdullayev (1 aprel 1994; Qırılı, Ağstafa — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi
Elgün Abdullayev | |
---|---|
Abdullayev Elgün Əmirxan oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1994(1994-04-01) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020(2020-11-09) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Qırılı, Ağstafa |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012–2013, 2018–2020 |
Rütbəsi | Kiçik çavuş |
Vəzifəsi | Tankçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Laçın döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Elgün Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib.[1] 2000–2011-ci illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən imzalanmış sərəncama əsasən hərbi xidmətə yollanmış və 2013-cü ildə xidmətini başa vuraraq tərxis olunmuşdur. Elgün yenidən 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdaraq "Müddətdən Artıq Hərbi Qulluqçu" kimi tank komandiri vəzifəsində işləməyə başlamışdır.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Elgün Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qəhrəmanımız noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olur və Ağstafa rayonu Qırılı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elgün Abdullayev Əmirxan oğlu ölümündən sonra "Vətən uğrunda", ""Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.