Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlqarə Tosova
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İlqar Abbasov
İlqar Namaz oğlu Abbasov — Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı (2019-cu ildən)
İlqar Abbaszadə
İlqar Abbaszadə — Professor. 1954-cü ildə Bakıda anadan olub. 1971-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Dövlət Universitetinə qəbul olunub. 1977-ci ildə orada biofizika və molekulyar kimya ixtisasına yiyələnib. Vətənə dönərək Bakı Dövlət Universitetinin biologiya fakültəsində biofizika və biokimya fənnlərindən dərs deməyə başlayıb. Eyni zamanda universitetin aspiranturasında təhsilini davam etdirib, biologiya elmləri namizədi alimlik dərəcəsinə sahib olub. ABŞ-yə gələnədək BDU-da müəllim, az sonra baş müəllim vəzifəsində çalışıb. 1991-ci ildə onu İlinois ştatındakı Şimali İlinois Universitetinə dəvət ediblər. 4 ay orada çalışdıqdan sonra, daha bir dəvətlə Şimali Karolina ştatına gəlir və Çapel Hil Universitetinin elmi lobaratoriyasında işə başlayır. Burada o, "Nobel" mükafatı laureatı Sancarla bir yerdə işləyir.
İlqar Allahyarov
İlqar Baxışov
İlqar Bayraməliyev
İlqar Bağırov
İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi. İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur. O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir. Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi. 2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb. Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.
İlqar Bizəban
İlqar Bürcəliyev
İlqar Bəylərov
İlqar Xıdır oğlu Bəylərov (31 iyul 1961, Laçın) — azərbaycanlı memar, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi, "IBA GROUP" memarlıq şirkətinin baş direktoru. İlqar Xıdır oğlu Bəylərov 31 iyul 1961-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri institutunu bitirmişdir. 1983–1988-ci illərdə Bakı Baş Tikinti İdarəsində, sonra SSRİ Elmlər Akademiyasında işləmişdir. 1993–1998-ci illərdə "Asia Plus", 1998–2012-ci illərdə "ATTİLA KM"də direktor vəzifəsində çalışmışdır. Hal-hazırda "İBA GROUP MMC" memarlıq şirkətinin direktorudur. İlqar Bəylərovun layihələri əsasında Bakıda "Debüt Bank"ın inzibatı binası, "Altes Park", "Altes Plaza", "Sun City" , Bakı Sağlamlıq Mərkəzi, Elmlər Akademiyasının Mərkəzi Kitabxanası, TOP TAUN yaşayış binası, "PALİTRA" yaşayış kompleksi, 8-ci km -də Çoxmərtəbəli Avtomobil Dayanacağı və bir çox başqa çoxmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi, Qəbələ, Şuşa, Jəbrayıl, Şəmkir rayonlarında müalicə-diaqnostika mərkəzləri, və xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri tikilmişdir. İlqar Bəylərov, 2008-ci ildə "Ustad Memar" sertifikatına, 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adına layiq görülmüşdür. 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 20 dekabr 2017-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
İlqar Cahangir
İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir. Evlidir.
İlqar Cahangirov
İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir. Evlidir.
İlqar Cəfərov
İlqar Şaban oğlu Cəfərov (28 noyabr 1960, Kirovabad) — fotomüxbir, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. İlqar Cəfərov 1960-cı ildə Gəncədə anadan olub. Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Kənd Təsərrüfatı Akademiyası) bitirsə də, fotoreportyorluğa olan həvəsi onu o zamankı SSRİ Fotojurnalistika Mərkəzinə gətirib. İşə qəbul ediləndən təxminən bir il sonra ilk ezamiyyəti Füzuli, Şuşa və Laçın rayonlarına olub. Bu tarix isə 1992-ci ilin fevralına təsadüf edir. Bu rayonlarda olarkən Xocalı faciəsinin baş verdiyini eşidən fotoreportyor Bakıya qayıdıb materialları təhvil verdiyini və dərhal da Xocalıya ezam olunduğunu deyir: "Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalıydım!".
İlqar Eyyubov
Ilqar Bayram oğlu Eyyubov — Hüquq üzrə Fəlsəfə Doktoru İlqar Eyyubov 22 sentyabr 1975-ci il, Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri Sabunçu rayonu 271 saylı Orta Məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 2002-ci ildə BDU-nin Hüququ fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Magistraturasına daxil olmuşdur. 2005-ci il tarixdə Magistraturanı da fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illlərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquqi İnstitutunun Dissertanturasına qəbul olub, 2010-cu il tarixdə oranı bitirmişdir. 30 noyabr 2013-cü il tarixdə isə "Cinayət prosesində iştirak edən digər şəxslər və onların prosessual-hüquqi vəziyyəti" mövzusunda dissertasiya işini müdafiə edib, 17 fevral 2015-ci il tarixdə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Polis Akademiyasının İdarəetmə və İxtisasartırmanın təşkili fakültəsində təhsilimi davam etdirib, oranı da əla qiymətlərlə bitirmişdir. 2017-ci ildən istefada olan Polis mayorudur. Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür.
İlqar Fəhmi
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi; 1975, Bakı) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi. İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.
İlqar Fətizadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
İlqar Hacıyev
Xəlilov İlqar
İlqar Abdulov
İlqar Abdulov (12 mart 1981) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. İlqar Abdulov 1999-2002-ci illərdə yeniyetmələr və gənclər arasında baş tutan Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da heç birində uğura imza ata bilmədi. 2000-ci ildə isə Yaponiyada tələbələr arasında Dünya Çempionatını dördüncü pillədə başa vurdu. 2005-ci ildə Varna şəhərində (Bolqarıstan) Avropa Çempionatınında beşinci pillənin sahibi olan İlqar Abdulov Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatını 8-ci pillədə başa vurdu. 2006-ci ildə 1. Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan İlqar Abdulov həmin il Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 30-cu pillədə başa vurdu. 2007-ci ildə də İlqar Abdulov Avropa və Dünya Çempionatlarında uğursuz mübarizə apardı. 2008-ci ildə isə İlqar Abdulov bir sıra uğurlara imza ata bildi. Apreldə Finlandiyanın Tampere şəhərində Avropa Çempionatını onuncu pillədə başa vuran İlqar Abdulov mayda İtaliyanın Roma şəhərində Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl isə o, iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
İlqar Calalov
İlqar Qafarov
İlqar Saab oğlu Qafarov (22 iyul 1978, Bığır, Göyçay rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Hərbi Hava Qüvvələrinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi. İlqar Qafarov 1978-ci il iyulun 22-də Göyçay rayonunun Bığır qəsəbəsində anadan olub. 1984–1994-cü illərdə Bığır qəsəbəsi Əli Əfəndi adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-cü ildə Türkiyə Hərbi Hava Məktəbinə (HHO) qəbul olub və 1998-ci ildə oradan təyyarəçi/sənaye mühəndisi ixtisası üzrə məzun olub. Birləşmiş Ştatların Alabama ştatının Montqomeri şəhərində Komanda Qərargah Akademiyasında, Türkiyə İstanbul şəhəridə Ali İdarəetmə və Nəzarətin Təşkili Akademiyasında, Birləşmiş Ştatların Vaşinqton şəhərində Milli Təhlükəsizlik və Resursların Təminatı Strategiyası Akademiyasında magistr təhsili alıb. İlqar Qafarov Macarıstanın Budapeşt, Birləşmiş Ştatların San-Antonio və Vaşinqton şəhərlərində təkmilləşdirmə kurslarında, Bəhreyn, Estoniya, İtaliya, Pakistan və Türkiyədə isə seminarlarda olub. sentyabr 1998-fevral 1999-cu illərdə Türkiyədə təyyarəçi ixtisası üzrə təcrübədə olub. 1999-cu ilin fevralından Azərbaycan Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində təyyarəçi, baş təyyarəçi, Manqa Komandiri, Eskadrilya Komandirinin müavini — şturman, Eskadrilya Komandirinin müavini — Eskadrilyanın qərargah rəisi, Eskadrilya Komandiri, Hərbi Hissə Komandirinin müavini — Hərbi Hissənin qərargah rəisi, Hərbi Hissə Komandiri vəzifələrində xidmət edib. 2019–2022-ci illərdə Hərbi Hava Qüvvələrinin Aviasiya rəisinin şturman hazırlığı üzrə müavini – Hərbi Hava Qüvvələrinin baş şturmanı vəzifələrində xidmət edib. 2022-ci ildə Hərbi Hava Qüvvələrinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
İlqar Haqverdiyev
Haqverdiyev İlqar Arif oğlu — həndbol üzrə I dərəcəli idmançı. 1964-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə 6 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub, 1980-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1980–81-ci illər ərzində Dəmiryol tikinti idarəsində fəhlə işləyib. İdmanla məşğul olub. Həndbol idman növü üzrə I dərəcəli idmançıdır və Respublika dərəcəli hakimdir. 1981-ci ildə Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutuna qəbul olub. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutunun kütləvi idman işləri və Turizm fakültəsinə köçürülüb və 1987-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Azərbaycana döndükdən sonra 1987–1991-ci illər ərzində "Lokomotiv" idman cəmiyyətində məşqçi, xüsusiləşmiş futbol məktəbinin müdir müavini, kompleks idman məktəbinin direktoru, 1991–1993-cü illərdə Lokomotiv idman cəmiyyətinin sədri vəzifəsində çalışıb.
İlqar Hümbətov
İlqar Hüseynli
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Bolgare
Bolqare (it. Bolgare) — İtaliyada, Lombardiya bölgəsində Berqamonun — inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 4198 nəfər, əhali sıxlığı 525 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Yaşayış məntəqəsinin himayədarları müqəddəs həvarilər Pyotr və Pauldur .
Alqarve
Alqarve — Alqarve dili Portuqal, kontinental Portuqaliyanın ən cənub NUTS II bölgəsidir. 467,495 daimi əhalisi olan 4,997 km2 (1,929 kv mi) əraziyə malikdir və 16 bələdiyyəni (portuqal dilində concelhos və ya municípios) birləşdirir. == Ümümi məlumat == Bölgənin həm beynəlxalq hava limanının, həm də dövlət universitetinin, Alqarve Universitetinin yerləşdiyi Faro şəhərində inzibati mərkəzi var. Bölgə Faro rayonu ilə üst-üstə düşür və biri Qərbə (Barlavento) və digəri Şərqə (Sotavento) olmaqla iki zonaya bölünür. Turizm və əlaqəli fəaliyyətlər genişdir və Alqarvenin yay iqtisadiyyatının əsas hissəsini təşkil edir. Balıq və digər dəniz məhsulları, eləcə də müxtəlif meyvə və tərəvəz növləri, o cümlədən portağal, əncir, gavalı, keçiboynuzu qabığı, badam, avokado, pomidor, gül kələm, çiyələk, moruq istehsalı da iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Lissabon turizm gəlirlərinə görə Alqarveni üstələsə də, 2017-ci ildə təxminən 7,1 milyon turist qəbul edən Alqarve hələ də Portuqaliyanın ən böyük və ən əhəmiyyətli turizm bölgəsi hesab olunur. Pik tətil mövsümündə əhalisi üç dəfə artır. Mövsümi sakinlərə görə əsasən təhlükəsizlik və ictimai səhiyyə xidmətlərinə çıxışla bağlı yüksək həyat keyfiyyəti standartları, habelə mədəni amillər və xeyli yaxşı hava şəraiti səbəbindən Alqarve getdikcə daha çox mərkəzi və şimali Avropalılar tərəfindən axtarılır. daimi məskunlaşma yeri.