İlqar Adışirin oğlu Baxışov (21 noyabr 2000, Horadiz, Füzuli rayonu – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
İlqar Baxışov | |
---|---|
İlqar Adışirin oğlu Baxışov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Horadiz, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Horadiz, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
İlqar Baxışov 21 noyabr 2000-ci ildə Horadiz şəhərində anadan olmuşdur. 2007-ci ildə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin 1-ci sinifə getmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda aparmışdır və rayonun Suqovuşan kəndinin işğalçılardan azad olunması zamanı 15.10.2020-ci il tarixdə həlak olmuşdur. Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
(24.06.2021)"İgidliyə görə" medalı