İlqar Vüqar oğlu Hümbətov (13 iyun 1996; Bakı, Azərbaycan — 13 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İlqar Hümbətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
İlqar Hümbətov 1996-cı il iyunun 13-ü Bakıda doğulmuşdur. Bakı şəhəri 116 №-li tam orta məktəbdə təhsil almışdır. Subay idi.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi çərçivəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və həlak olmuşdur.
Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.[1][2]