İnna Osipenko-Radomska

İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — UkraynaAzərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb.

İnna Osipenko-Radomska
Şəxsi məlumatlar
Tam adı İnna Vladimirovna Osipenko
Vətəndaşlığı Ukrayna Ukrayna (1999—2014)
Azərbaycan Azərbaycan (2014—2016)
Doğum tarixi (42 yaş)
Doğum yeri Xerson, Ukrayna SSR
Boyu 166 sm. (5 ft 6 in)
Çəkisi 63 kq
İdman növü Kanoe sprint
Karyera illəri —2016
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[1] İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı.[1] Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu.[1] Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu.[1]

18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Bu onun Dünya Çempionatlarında debütü idi. İnna Osipenko bu çempionatda K4–500 və K4–1000 turnirlərində mübarizə apardı.[2] Avqustun 22-də baş tutan K4–500 turnirinin təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Anna Balabanova, İnna Osipenko, Nataliya FexlisovaTatyana Semıxinadan ibarət yığma 1:42.395 dəqiqə nəticə göstərdi və qrupu üçüncü pillədə başa vurdu.[2] Bununla da yığma turnirin final mərhələsinə vəsiqə qazandı.[2] Avqustun 26-da baş tutan final mərhələsində isə yığma 1:38.926 dəqiqə nəticə göstərdi.[2] Bu nəticələrə əsasən yığma Dünya Çempionatını dördüncü pillədə başa vurdu.[2]

K4–1000 turnirində isə yığma medala sahib oldu.[2] Avqustun 22-də baş tutan təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Anna Balabanova, İnna Osipenko, Nataliya FexlisovaTatyana Semıxinadan ibarət yığma 3:30.962 dəqiqə nəticə göstərdi və qrupu birinci pillədə başa vurdu.[2] Bununla da yığma turnirin final mərhələsinə vəsiqə qazandı.[2] Avqustun 25-də baş tutan final mərhələsində isə yığma 3:25.296 dəqiqə nəticə göstərdi.[2] Bu nəticələrə əsasən MacarıstanPolşa yığmalarından sonra üçüncü pillədə qərarlaşan yığma Dünya Çempionatının bürünc medallarına sahib oldu.[2] Bu 18 yaşlı İnna Osipenkonun beynəlxalq turnirlərdə birinci ciddi uğuru idi.

  • q — Növbəti mərhələyə adladı
  • Q — Birbaşa final mərhələsinə adladı
  • DNF — Bitirmədi
  • DNS — Yarışmadı
  • DSQ — Kənarlaşdırıldı
Sıra
Tarix
Yarış
Şəhər
Turnir
Təsnifat mərhələsi
Yarım-final mərhələsi
Final mərhələsi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
1999
Gənclərin Dünya Çempionatı Xorvatiya Xorvatiya K4–500
1:42.446
5
K2–500
1:52.984
5
1999
Dünya Çempionatı Polşa Polşa K4–500
1:42.395
3 Q
1:38.926
4
K4–1000
3:30.962
1 Q
3:25.296
3
  1. 1 2 3 4 International Canoe Federation. "1999 ICF Junior Canoe Sprint World Championships — Results" (PDF). www.canoeicf.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 International Canoe Federation. "2001 ICF Canoe Sprint World Championships — Results" (PDF). www.canoeicf.com (ing.)). 22.08.2022. 2022-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.