Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Ana Səhifə
Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur. Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn: rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur; verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır; verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının "kimliyini" müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da "kimliyini" müəyyənləşdirə bilər; proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir; çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur; qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Səhifə düzəni
Səhifə düzəni (ing. page layout) — sənədin səhifələrində mətnin və qrafikanın yerləşdirilməsi prosesi. Səhifə düzəni ilə işləyə bilən proqramlar mətnin ayrı-ayrı hissələrinin yerlərini dəyişdirə və mətn üzərində aparılan xüsusi əməliyyatları dəstəkləyə bilir; onlar bir çox cəhətdən mətn prosessorlarına nisbətən yavaş işləsələrdə, mətnin bir neçə sütuna bölünməsi, rəng ayrımı, kerninqvə sözlərin sətirdən-sətrə keçirilməsi kimi mürəkkəb əməliyyatları yerinə yetirə bilir. Növbələnmə İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 625 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Veb-səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Veb səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Baş səhifə
Başlanğıc səhifə
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.
İnternet protokolu
İnternet protokolu və ya IP protokolu (ing. Internet Protocol) – İnternet qovşaqları (NODE) arasında məlumatların ötürülməsinə və yönləndirilməsinə (marşrutlanmasına) cavabdeh olan şəbəkə səviyyəli protokol (TCP/IP protokollarının bir hissəsi). RFC 791 sənədlərində təsvir olunub. Verilənlərin uc sistemlər və yönləndiricilər (ROUTER) arasında ötürülən paketlərə bölünmə qaydalarını müəyyən edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternet 2
İnternet2 (ing. Internet2) — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur. İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. Vaşinqton və Kaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur. 2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var. Bunlara 251 ali təhsil müəssisəsi, müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye, 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat, həmçinin 67 əlavə üzv daxildir. "İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır.
İnternet asılılığı
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
Səhifə təsviri dili
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Səhifə ər-Rza
Səhifə ər-Rza (ərəb. صَّحِيفَة ٱلرِّضَا‎, ; hərf. Rzanın səhifələri), həmçinin Səhifət əl-İmam ər-Rza ("İmam Rzanın səhifələri") — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu. "Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir. Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. Məhəmmədin əhli-beytinə aid bölmədə onun on dörd üzvünün hər biri ayrı-ayrılıqda müzakirə edilir. Kitabın ilk dəfə Abdullah ibn Əhməd ibn Əmir tərəfindən yazıldığı iddia edilmişdir. O, kitabın məzmununu atası Əhməd ibn Əmirdən, Əhməd ibn Əmir isə öz növbəsində 809–810-cu illərdə ildə Mədinədə Əli ər-Rzadan eşitdiyini söyləmişdir. Abdullah ibn Əhməd ibn Əmir sonradan mühüm şiə alimlərindən biri olan Nəcaşi tərəfindən etibarlı hədis ravisi kimi tanınmışdır. 1921–1922-ci illərdə "əl-Mahid" nəşriyyatı tərəfindən Qahirədə çap olunmuş versiya bu müəlliflik zənciri ilə başlayır: Əllamə Əbdülvasi, Şeyx Əbdülvasi, İmam Qasim ibn Məhəmməd, Şeyx Seyid Əmirəddin ibn Abdullah, Seyid Əhməd ibn Əbdüllahir, İmam Mütəhhər ibn Məhəmməd ibn Süleyman, İmam Mehdi Əhməd ibn Yəhya, Süleyman ibn İbrahim ibn Ömər Ələvi, atası İbrahim, Rizaəddin İbrahim ibn Məhəmməd Təbərni Təbrizi, Hafiz İbn Əsəkir, Zahir Sincani, Hafiz Beyhəqi, Əbulqasim Müfəssir, İbrahim ibn Xurə, Əbulqasim Abdullah ibn Əhməd ibn Əmirəltayi, Əli Rza, atası Musa, atası Cəfər, atası Məhəmməd, atası Əli, atası Hüseyn, atası Əli ibn Əbu Talib.
İnternet portalı
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
İnternet tarixi
İnternet tarixi — informasiya nəzəriyyəsindən, alim və mühəndislərin kompüter şəbəkələrini qurmaq və bir-birinə bağlamaq səylərindən qaynaqlanır. İnternetdə şəbəkələr və qurğular arasında əlaqə yaratmaq üçün istifadə edilən qaydalar toplusu olan TCP/IP ABŞ-də aparılan tədqiqat və təkmilləşdirmə nəticəsində yaranmışdır. Bunun əsasında beynəlxalq əməkdaşlıq yaranmış, xüsusən də Birləşmiş Krallıq və Fransadakı tədqiqatçılar cəlb edilmişdir. İnformatika 1950-ci illərin sonlarında kompüter istifadəçiləri arasında vaxt mübadiləsini və daha sonra geniş ərazi şəbəkələrində buna nail olmaq imkanlarını nəzərdən keçirən fəndir. Cozef Karl Robnett Liklayder universal şəbəkə ideyasını ABŞ Müdafiə Nazirliyinin (DoD) Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA) İnformasiya Emalı Texnikaları Ofisində (IPTO) işləyib hazırlamışdı. "RAND Corporation"dan Pol Beran 1960-cı illərin əvvəllərində mesaj bloklarındakı məlumatlara əsaslanan paylanmış şəbəkə layihəsini təklif etmiş, Donald Devis 1965-ci ildə Milli Fiziki Laboratoriyada (NPL) Birləşmiş Krallıqda milli kommersiya məlumat şəbəkəsini irəli sürərək paket kommutasiyasını yaratmışdır. ARPA 1969-cu ildə Robert Teylor tərəfindən idarə olunan və Lourens Roberts tərəfindən idarə olunan ARPANET layihəsinin inkişafı üçün müqavilələr bağlamışdır. ARPANET 1970-ci illərin əvvəllərində Los-Anceles Kaliforniya Universitetində Leonard Kleynrok tərəfindən riyazi iş ilə dəstəklənən Devis və Beran tərəfindən təklif olunan paket kommutasiya texnologiyasını qəbul etmişdir. Şəbəkə Bob Kan da daxil olduğu "Bolt, Beranek və Newman" komandaları tərəfindən qurulmuşdur. 1970-ci illərdə verilənlər şəbəkəsini tədqiq edən və təmin edən bir neçə erkən paket kommutasiya şəbəkəsi meydana çıxmışdır.
Həbsxanalarda internet
Həbsxanalarda internet — həbsxana şəraitində məhkumların internetdən istifadə etməsi. Həbsxanalarda internetdən istifadə məhbuslara xarici dünya ilə kommunikasiya qurmağa imkan verir. Həbsxanalarda telefondan istifadə hallarında olduğu kimi nəzarət altında internetdən müxtəlif məqsədlər üçün istifadə etmək hüququ ABŞ-nin 49 islah sistemində və Kanadanın beş vilayətində təsdiqlənmişdir. Havay, Ayova, Nebraska və Nevada istisna olmaqla, hesabat verən ABŞ sistemlərinin hər biri və Kanadanın hesabat verən beş vilayətinin hamısı məhbusların təhsil proqramlarını işə salmaq üçün kompüterlərdən istifadə edir. Teletibb vasitəsilə məhbusların sağlamlıq problemlərini həll etmək üçün 36 hesabat verən ABŞ sistemi var. Həbsxanada cib telefonlarından istifadə etmək hallarında olduğu kimi nəzarətsiz formada smartfon, şəxsi notbuk və planşet vasitəsilə internetə çıxış bütün məhbuslar üçün qadağandır. == Ölkələr üzrə == === Avstraliya === Məhkumların kompüter qurğularına və internet resurslarına çıxışı Avstraliyada yurisdiksiyalara görə dəyişir. Bəzi ştatlarda fərdi kompüter qabiliyyətinə malik cihazların həbsxana kameralarında istifadəsinə icazə verilir, bəzilərində idarə olunan formada internetə çıxış təmin edilir, digər ştatlarda isə bütün mövcud cihazlar geri alınır. Kompüterlərdən istifadə ümumiyyətlə təhsil, qanuni məqsədlər və idarə olunan reinteqrasiya üçündür. Bu siyasətin əsası təhsil və ya hüquqi məqsədlər üçün kompüterdən istifadəyə ehtiyacı olan bütün məhbusların əlverişsiz vəziyyətdə qalmamasını təmin etməkdir.
İnternet aktivizm
İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.
İnternet aktivizmi
İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.
İnternet bankçılığı
Onlayn bankçılıq, və ya internet bankçılığı, virtual bankçılıq, veb-bankçılıq — bankın və ya digər maliyyə institutunun müştərilərinə maliyyə institutunun veb-saytı və ya mobil proqramı vasitəsilə bir sıra maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən sistem. Bu, 2000-ci illərin əvvəlindən müştərilərin bank hesablarına daxil olmalarının ən geniş yayılmış yolu olmuşdur. Onlayn bankçılıq sistemi adətən bank xidmətlərinə çıxışı təmin etmək üçün bank tərəfindən idarə olunan əsas bank sisteminə qoşulur və ya onun bir hissəsi olur. Onlayn bankçılıq filial şəbəkəsindən asılılığı azaldaraq bankların əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və bəzi müştərilərə filiala getmə ehtiyacını azaldaraq, hətta filiallar bağlı olduqda belə bank əməliyyatlarını həyata keçirmək imkanı verir. İnternet bankçılığı elektron ödənişlərin edilməsi, hesab qalıqlarına baxmaq, çıxarışların alınması, son əməliyyatların yoxlanılması və hesablar arasında pul köçürməsi kimi funksiyaları təklif edən fərdi və korporativ bankçılıq xidmətləri təqdim edir. Bəzi banklar tamamilə internet və ya internet və telefon vasitəsilə fəaliyyət göstərirlər, heç bir fiziki filialı olmadan öz onlayn bankçılıq imkanlarına tam etibar edirlər. Bu banklara "birbaşa bank" və ya "neobank" deyilir. Müasir onlayn bankçılıq xidmətlərinin prekursoru 1980-ci illərin əvvəllərindən elektron formada və telefon vasitəsilə fəaliyyət göstərən distant bankçılıq olmuşdur. "Onlayn" termini 1980-ci illərin sonlarında populyarlaşdı və telefon xətti ilə bank sisteminə daxil olmaq üçün terminal, klaviatura və televizor və ya monitordan istifadəni nəzərdə tuturdu. "Ev bankçılığı" həmçinin, banka təlimatlarla telefon xəttinə səs tonları göndərmək üçün rəqəmsal klaviaturadan istifadəyə də aid ola bilər.
İnternet botu
İnternet botu və ya qısaca bot — İnternet üzərindən avtomatlaşdırılmış tapşırıqları (skriptləri) icra edən proqram təminatı. İnternet botu müştəri-server modelində müştəri rolunu oynayır, halbuki server rolunu adətən veb-serverlər oynayır. İnternet botları sadə və təkrarlanan tapşırıqları bir insanın edə biləcəyindən daha sürətli yerinə yetirməyə qadirdir. Botların ən geniş istifadəsi veb axtarış, yəni avtomatlaşdırılmış skriptin veb-serverlərdən məlumatı götürməsi, təhlil etməsi üçündür. Ümumi veb trafikin yarısından çoxu botlar tərəfindən yaradılır. Veb serverlərinin botları məhdudlaşdırmaq cəhdləri fərqlidir. Bəzi serverlərdə həmin serverdə bot davranışını tənzimləyən qaydaları ehtiva edən robots.txt faylı var. Qaydalara əməl etməyən istənilən botun veb-sayta girişi qadağan edilə bilər. Göndərilən mətn faylında əlaqəli proqram/tətbiq yoxdursa, qaydalara riayət etmək tamamilə könüllüdür. Çünki qaydaları tətbiq etmək və ya botun yaradıcısı və ya icraçısının robots.txt faylını oxumasını və ya onu tanımasını təmin etmək üçün heç bir yol olmayacaq.
İnternet estetikası
İnternet estetikası və ya mikroestetika — bəzən moda üslubu, submədəniyyət və ya musiqi janrı ilə müşayiət olunan, adətən internetdən yaranan və ya onun üzərində populyarlaşan vizual sənət üslubu. 2010-cu və 2020-ci illər ərzində onlayn estetika xüsusilə "Tumblr", "Pinterest", "Instagram" və "TikTok" kimi sosial media platformalarında artan populyarlıq qazanmış, tez-tez insanlar tərəfindən fərdiliyini və yaradıcılığını ifadə etmək üçün istifadə olunmuşdur. Onlar eyni maraqları bölüşən insanlar arasında icma və aidiyyət hissi yaratmaq üçün də istifadə edilə bilər. Estetika termini "akademik mənşəyindən tamamilə ayrılmış" kimi təsvir edilmişdir və ümumiyyətlə sifət kimi istifadə olunur. İnternet estetikası vizual üslubu ilə xarakterizə olunur və müəyyən edilir. "Vogue" əməkdaşı Sara Spellinqs qeyd etmişdir: "The Atlantic" əməkdaşı Ketlin Tiffeni bildirmişdir: Estetika üçün bir çox adlar, "The Washington Post"a görə, "hardkor" sözündən yaranan "-kor" kimi şəkilçilərdən istifadə edilir. "Dark academia", "Cottagecore", "Art Hoe", "Coquette/Nymphet" və "Weirdcore" kimi internet estetikası hesab olunan cərəyanlar "Tumblr"da yaranmışdır. "Fandom"da yerləşdirilən "Estetika Viki" onlayn estetika ilə bağlı geniş məlumat bazasına sahib olduğuna görə tez-tez istinad edilir. "The Atlantic"ə görə, viki 2020-ci ildə trafikdə 9,974% artım əldə etmişdir. 2022-ci ildə "Vox" jurnalisti Rebekka Cenninqs "TikTok"dan bir çox trendin bir trend altına düşdüyü fikrini müdafiə etmişdi.
İnternet filtri
İnternet filtri — İnternet istifadəçisinin daxil ola biləcəyi məzmunu məhdudlaşdıran və ya nəzarət edən, xüsusən də WWW, E-poçt və ya digər vasitələrlə internet üzərindən çatdırılan materialı məhdudlaşdırmaq üçün istifadə edilən proqram təminatı. Məzmuna nəzarət proqramı hansı məzmuna icazə veriləcəyini və ya bloklanacağını müəyyən edir. Bu cür məhdudiyyətlər müxtəlif səviyyələrdə tətbiq oluna bilər: hökumət onları ölkə miqyasında tətbiq etməyə cəhd edə bilər (bax: İnternet senzurası) və ya İnternet xidmət provayderi öz müştərilərinə, işəgötürən öz işçilərinə, məktəb rəhbərliyi şagirdlərə, kitabxana ziyarətçilərə, valideyn uşağının kompüterinə və ya fərdi istifadəçilər öz kompüterlərinə. Məqsəd çox vaxt kompüterin sahibinin və ya digərlərinin etiraz edə biləcəyi məzmuna çıxışın qarşısını almaqdır. Məzmunun bloklanması istifadəçinin razılığı olmadan tətbiq edildikdə internet senzurasının bir forması kimi xarakterizə edilə bilər. Bəzi proqram təminatları valideynlərə uşağın İnternetə daxil olmasına, oyun oynamağa və ya digər kompüter fəaliyyətlərinə sərf edə biləcəyi vaxtın miqdarını təyin etmək icazəsi verən vaxta nəzarət funksiyalarını ehtiva edir. Bəzi ölkələrdə bu cür proqram təminatı hər yerdə mövcuddur. Kubada hökumətin nəzarətində olan internet-kafedə kompüter istifadəçisi müəyyən sözləri yazarsa, mətn prosessoru və ya veb-brauzer avtomatik olaraq bağlanır və "dövlət təhlükəsizliyi" xəbərdarlığı verilir. "Məzmuna nəzarət" termini bəzən CNN, Playboy jurnalı, San Francisco Chronicle və The New York Times tərəfindən istifadə olunur. Bununla belə, "məzmun filtri proqramı", "proksi serverlərin filtrlənməsi", "təhlükəsiz veb şlüzləri", "senzura proqramı", "məzmun təhlükəsizliyi və nəzarəti", "veb filtrləmə proqramı", "məzmun senzura proqramı" və "məzmun bloklama proqramı" kimi ifadələr də tez-tez istifadə olunur.
İnternet linqvistikası
İnternet linqvistikası — İngiltərə linqvisti Devid Kristalın tərəfdarı olduğu dilçilik sahəsi. Bu, internetin və qısa mesaj xidməti (SMS) mətn mesajlaşması kimi digər yeni medianın təsiri altında yaranan yeni dil üslublarını və formalarını öyrənir. Kompüter vasitəçiliyi (CMC) və internet vasitəçiliyi ilə ünsiyyətə (IMC) gətirib çıxaran insan–kompüter qarşılıqlı əlaqəsi (HCI) başlayandan bəri Qretçen MakKalok kimi ekspertlər linqvistikanın veb-interfeys və istifadənin şərtləri baxımından bunda mühüm rol oynadığını etiraf etmişdilər. İnternetdə yaranan dili öyrənmək konseptual təşkili, tərcüməni və vebdən istifadəni yaxşılaşdırmağa kömək edə bilər. Bu cür araşdırma həm linqvistlərə, həm də veb-istifadəçilərə birlikdə fayda gətirməyi hədəfləyir. İnternet linqvistikasının öyrənilməsi dörd əsas perspektiv vasitəsilə həyata keçirilə bilər: sosial linqvistika, təhsil, stilistika və tətbiqi linqvistika. Sonrakı texnoloji irəliləyişlər nəticəsində, o cümlədən internetin korpus kimi inkişafı və internetin yayılmasının gətirdiyi stilistik variasiyaların kütləvi informasiya vasitələri və ədəbi əsərlər vasitəsilə yayılması və təsiri nəticəsində inkişaf etmişdir. İnternetə qoşulan istifadəçilərin sayının artması nəzərə alınmaqla, internetin linqvistik gələcəyini müəyyən etmək hədəf olaraq qalır. Çünki yeni kompüter vasitəçiliyi texnologiyaları yaranmağa davam edir və insanlar dillərini bu yeni mediaya uyğunlaşdırmağa davam edirlər. İnternet həm insanları həvəsləndirməkdə, həm də diqqəti dillərin istifadəsindən yayındırmaqda mühüm rol oynamaqda davam edir.
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Internet
İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı.
Səhifi Zülqədər
Səhifi Cövhəri Şirazi, Cövhəri və Səhifi Zülqədər — XV-XVI əsrlərin şair və xəttatı. O, Azərbaycan və Fars dillərində şeirlər yazıb. Səhifi Zülqədər, həm də Səfəvi dövrəsinin görkəmli kitabə yazanlarından idi ki işıqlı əlyazması (Təzhib), və cildçilikdə də səriştəli idi. Səhifi Zülqədər, Sufi Xəlil Zülqədərin törəmələrindəndir ki Şirazda dünyaya gəldi və İsfahanda böyüdü. Deyiblər ki kitabxana qurmaqda bənzərsiz idi. İsfahanın Cümə Məscidinin Setənanında bir yaxşı kitabxana qurmişdu. Süls xəttin yaxşı yazmaqa görə və bacarıqlı kitabə yaıçı olmasına görə çoxlu məscid kitabələri onun xətti ilə idi.. O, 90 ildən çox yaşayıb.Şair oğlu Əsiri Şirazi öləndə, o hələ yaşayırdı. Bəyani, Mehdi.Xəttatların Əhvalat və Əsərləri.Elmi Nəşrlər.İkinci çap.Tehran, 1984. Səhifi Cövhəri Şirazi Aftab saytı SəhifiDehxuda lüğəti Qüdsi, Mənuçehr.Səhifi Şirazi Səfəviyyə Dövrünün Xəttat Sənətkarı.Hünər və Mərdom (Sənət və Xalq) dərgisi.1972-ci il 114-cü sayı 35-38 səhifələri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Xəttatlıq çox pis şeydi.
Internet2
İnternet2 (ing. Internet2) — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur. İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. Vaşinqton və Kaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur. 2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var. Bunlara 251 ali təhsil müəssisəsi, müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye, 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat, həmçinin 67 əlavə üzv daxildir. "İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır.
Internet Archive
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Internet Exploler
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb-brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet Explorer
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet TLD
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Samsung Internet
Samsung Internet — Android əməliyyat sistemi üçün mobil veb brauzer. İlkin versiyaları Samsung mobil telefonları və tabletləri üçün nəzərdə tutulsa da hazırda bir çox Android qurğularını dəstəkləyir. Render aparatı açıq-kodlu Chromium əsasında hazırlanıb və Samsung şirkətinin Web Service Group-u tərəfindən bir çox təkmilləşdirmələr edilib. 2016-cı ildə 400 milyondan çox aktiv istifadəçisi olmuşdur. 2018-ci il May ayındakı hesablamalara görə dünya brauzer payında 4.98%-lik yer tutur. Məzmun bloklama genişlənməsi Gear VR və DeX inteqrasiyası. KNOX İmkanı Open Tabs və Bookmark Sinxronizasiyası Oxucu rejimi Səhifələrin yadda saxlanması “Məxfi rejim” və biometrik autentikasiya.
Şərifə Bacı
Şərifə Bacı (təq. 1898, Seydilər[d], Kastamonu ili – dekabr 1921, Kastamonu, Kastamonu ili) ― Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş qadın, türk xalq qəhrəmanı. O 1921-ci ildə bir neçə aylıq qızı ilə birlikdə öküz arabası ilə cəbhəyə sursat daşıyarkən donub ölmüş və müharibədə öldüyü üçün şəhid elan edilmişdir. Şəhid Şərifə Bacı İstiqlaliyyət müharibəsində türk qadınlarının fədakarlıq və qəhrəmanlıqlarının simvoludur. 1900-cü illərin əvvəlində Kastamonu vilayətinin Seydiler ilçəsindəki kəndlərdən birində anadan olub. Doğum tarixi dəqiq məlum olmasa da, evlənəndə onun on altı yaşı olduğu bilinir. Onun toyundan iki ay sonra Birinci Dünya müharibəsi başlamış və əri orduya çağırılmışdır. Altı ay sonra o, ərinin Çanaqqala döyüşündə (1915-1916) öldüyünü öyrənib. Kənd camaatı bu dəfə onu cəbhədə bomba partlaması nəticəsində sol ayağını və bir gözünü itirmiş yaralı müharibə veteranı Topal Yusuf ilə evləndiriblər. Yeni evliliyinin üçüncü ilində Şərifənin bir qızı dünyaya gəlmişdir.