Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
NTFS
NTFS (New Technology File System) – Yeni texnologiya fayl sistemlərinin kompüterlərin saxlama mühitlərini istifadə etməyini təmin edir. Windows ilə istifadə olunan 2 əsas fayl sistemi mövcuddur: FAT və NTFS. Microsoft-un əməliyyat sistemlərindən biri olan Windows NT əməliyyat sistemini NTFS fayl sistemi olmadan təsəvvür etmək olmaz. O, mövcud fayl sistemlərinin ən müvəffəqiyyətlisidir. NTFS istər şəbəkə məsələlərində, istərsə də İnternet mühitində digər fayl sistemlərinin verə bilmədiyi üstünlüklərə malikdir. Funksional nöqteyi nəzərdən NTFS, Linux əməliyyat sistemlərinin istifadə etdiyi fayl sistemlərinə (Ext 2/3, ReiserFS) daha uyğundur. NTFS bütün faylları həm istifadəçi, həm də sistem tərəfindən təyin olunan atributlu obyektlər kimi emal etməklə obyekt-yönlü tətbiqi proqramları dəstəkləyir. == Tarixi == 1990-cı illərin əvvəllərində Microsoft və IBM sonrakı nəsil qrafik əməliyyat sistemini yaratmaq üçün müştərək layihəni formalaşdırdılar. Layihənin nəticəsi OS/2 oldu, lakin sonralar Microsoft və İBM bəzi problemlərdə razılaşmadılar və ayrıldılar. OS/2 İBM layihəsi olaraq qaldi, Microsoft Windows NT-də işləməyə başladı. OS/2 fayl sistemi HPFS fayl sisteminin bir neçə vacib yeni xüsusiyyəti özündə saxladı.
Nəfi
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Fərid İzzətli
Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm!
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
Hörmət-izzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Yusif İzzət
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. == Həyatı == Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi.Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi. Mudros müqaviləsi imzalananda, Dağıstandakı bölgəni Rusiya hakimiyyətindən çıxarmaq üçün səylər göstərildi.
İzzət Balacayev
İzzət Zakir oğlu Balacayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan İzzət Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, [[Hadrutun azad edilməsi|Xocavənd]]in, Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İzzət Bağırov
İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor. == Həyatı == İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib. "7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb. Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır. Kumiri İbrahim Tatlısəsdir.
İzzət Hümmətov
İzzət Müşfiq oğlu Hümmətov (9 sentyabr 1996; Şabran rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İzzət Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İzzət Hümmətov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İzzət Həmidov
İzzət Həmidov (20 Yanvar şəhidi) — 20 yanvar şəhidi. İzzət Həmidov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
İzzət Nəbiyev
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969). == Həyatı == İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır. 75 elmlər namizədinin elmi rəhbəri olmuşdur. == Elmi-təşkilatı fəaliyyəti == Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
İzzət Orucova
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). == Elmi fəaliyyəti == İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
NFS
NFS (Network File System)- UDP (User Datagram Protocol) nəqliyyat protokoluna əsaslanan fayl sisteminə erişmək üçün protokollar toplusu. UNIX-maşınlara, PC fərdi kompüterlərinə (Windows NT altında işləyən) və Macintosh fərdi kompüterlərinə, yəni müxtəlif əməliyyat sistemləri altında işləyən maşınlara lokal şəbəkədə faylları birgə istifadə etməyə imkan verir; bu isə faylların çoxlu sayda kopyasını ayrı-ayrı kompüterlərin lokal disklərində saxlamaq zərurətini aradan qaldırır. NFS SUN Microsystems şirkəti tərəfindən 1984-cü ildə işlənib hazırlanıb və RFC 1094 (versiya 2) və RFC 1813 (versiya 3) sənədlərində açıq standart kimi müəyyən olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. == Həyatı == Molla Nəfəs 1810-cu ildə Türkmənistanın( horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor... Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mәrvdә məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir.. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mәrvdәn Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır.
Nəft Sefid
Nəft Sefid (fars. نفت سفيد‎; fars dilində mənası: "Ağ neft") — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 128 ailədə 218 nəfəri kişilər və 258 nəfəri qadınlar olmaqla cəmi 476 nəfərdir.
Nəfəs (dəqiqləşdirmə)
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsi ilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir.Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Nəfəs alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. == Növləri == Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir: Müştüklü: zurna, balaban.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). == Həmçinin bax == Traxeyanın intubasiyası Traxeotomiya == Mənbə == Prof.
Vəfs (Komican)
Vəfs (fars. وفس‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 540 ailədə 705 nəfəri kişilər və 754 nəfəri qadınlar olmaqla cəmi 1.459 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.
Vəfs dehestanı
Vəfs dehestanı (fars. دهستان وفس‎; azərb. Bovus dehestanı‎) — İranda, Mərkəzi ostanının Komican şəhristanının Mərkəz bəxşində inzibati-ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 2.736 ailədə 4.317 nəfəri kişilər və 4.499 nəfəri qadınlar olmaqla cəmi 8.816 nəfərdir. İnzibati cəhətdən 17 kəndi əhatə edir.
Vəfs dili
Vəfs dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki Mərkəzi ostanında xüsusilə Vəfsdə danışılır.Mərkəzi İran dialektləri və Talış dili arasında keçiddir.Aştiyan dilinə çox oxşayır.
Ən-Nəfi
Ən-Nəfi (ər. النافع) — Allahın adlarından biri.
İzzət Oruczadə
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). == Elmi fəaliyyəti == İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Rüstəmov
İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru. == Həyatı == İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır. 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir. == Ailəsi == Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
İzzət Seyidova
İzzət Əli qızı Seyidova (20 noyabr 1911 və ya 1910, Xarkov – 30 noyabr 1973, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). == Həyatı == İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.
İzzət Xəzər
İzzət Xəzər - Türk jurnalist. İzzət Xəzər, Mətbuat Nəşr Yüksək Məktəbi məzunu olub, 1 noyabr 1988 tarixində "Səhər" qəzetində müxbir olaraq peşə həyatına başladı. Müxtəlif vəzifələr çalışdıqdan sonra eyni media birliyinə bağlı "Sabahınız xeyir" qəzetində çalışarkən, 1992-ci ildə Cizredə Novruz nümayişlərini izləməklə vəzifələndirildi. Hərəkəti küçəyə çıxma qadağanının olduğu bir zamanda, müxbir yoldaşı Faruk Balıqçı ilə birlikdə ağ bayraq daşıdığı halda, təhlükəsizlik gücləri ilə nümayişçilər arasındakı qarşıdurmalarda açılan atəş nəticəsi öldürüldü. İzzət Xəzəri öldürən güllənin kimin silahından çıxdığı müəyyən oluna bilmədi.
İzzət Əfəndiyev
İzzət Arif oğlu Əfəndiyev (4 sentyabr 1947, Zaqatala) — fəlsəfə doktoru, rus dilinin tədrisi sahəsində elm xadimi. == Həyatı və elmi-pedaqoji fəaliyyəti == İzzət Əfəndiyev 4 sentyabr 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. 1965-ci ildə Zaqatala şəhəri 1 saylı tam orta məktəbi əla nəticələr ilə bitirdikdən sonra, Rusiyanın Volqoqrad şəhərində neftqayırma zavodunda fəhlə işləmişdir. 1967-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olmuşdur. 1972-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcər rayonunda, sonra isə Zaqatala rayonu Mosul və Qımır kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 1976-cı ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının aspiranturasına qəbul olmuş, 1980-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna (indiki Bakı Slavyan Universiteti) müəllim vəzifəsinə təyin edilmişdir. O, 1983-cü ildə "Azərbaycan məktəblərinin IV–VI sinif şagirdlərinə rus tələffüz vərdişlərinin öyrədilməsində audiovizual vasitələrdən istifadə metodları" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və Moskva alimlərinin müsbət rəylərini qazanmışdır. 1980–2016-cı illərdə BSU-da çalışan İzzət Əfəndiyev müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan müavini vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikasının orta məktəblərində çalışan rus dili və ədəbiyyatı müəllimlərinin əksər hissəsi İzzət müəllimin yetişdirmələridir. == ATMU-da fəaliyyəti == İ. Əfəndiyev 2014–2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində çalışıb.
İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva (10 sentyabr 1950) — Fizika üzrə elmlər doktoru, 1977-ci ildən BDU-da çalışır. == Həyat və fəaliyyəti == 1950-ci il sentyabrın 10-da Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsinə (rus bölməsində) daxil olmuş və 1972-ci ildə həmin universitetin məzunu olmuşdur. 1997-ci ildən Bakı Dövlət Universitetində çalışır. == Təhsili, elmi dərəcəsi və adları == 1972-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fizik, fizika müəllimi ixtisası almaqla bitirib. 1991-ci ildə Gənclər İnstitutu (Bakı ş.) Menecment və Biznes şöbəsini "Xarici iqtisadi fəaliyyətin təşkili və texnikası" ixtisasını almaqla bitirib. 1987-ci ildə "Keçid elementləri əsasında olan mürəkkəb oksidlərin–polyar dielektriklərin optik xassələri və elektron quruluşu" (01.04.10-yarımkeçiricilər və dielektriklər fizikası) namizədlik, 2013-cü ildə "Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd 2Si/n-Si, Al-TiW/n-Si, AlNi/n-Si, Al- TiCu/n-Si elektron quruluşu və daşınma mexanizmləri" (2211–01-bərk cisim fizikası) doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə dosent elmi adı alıb. == Əmək fəaliyyəti == 1972–1974-Gəncə şəhəri 17 saylı dəmir-yolu məktəbinin fizika müəllimi; 1974–1977-illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutu Xüsusi Konstruktor Bürosunun mühəndisi; 1977–1989-Bakı Dövlət Universiteti Yarımkeçiricilər Fizikası Elmi-Tədqiqat Laboratoriyasında (indiki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi, vəzifəsində işləmişdir. 1989–1997-ci illərdə Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinində nəşriyyat və sərgi işləri üzrə qrup rəhbəri, 1-ci prorektorun müavini; 1997–2018-ci illərdə böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.
Nees
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek (alm. Christian Gottfried Daniel Nees von Esenbeck‎; 14 fevral 1776 — 16 mart 1858) — alman botaniki, həkimi, zooloqu və filosofu. Onun şərəfinə adlandırılmış taksonlar Esenbeckia H.B.K. Rutaceae fəsiləsinə aid bitki cinsi Neesiella Schiff. Hepaticae dəstəsinə aid Nees-Institut für Biodiversität der Pflanzen Universität Bonn institutu Xristian Nes fon Ezenbekin şərəfinə adlandırılmışdır. == Əsərləri == De Cinnamomo disputatio (1843) Agrostologia brasiliensis (1829) Genera et species Asterearum (1833) Systema Laurinarum (1836) Florae Africae australioris illustration monographicae Gramineae (1841) Die Algen des süßen Wassers, nach ihren Entwickelungsstufen dargestellt (1814) Das System der Pilze und Schwämme (1816) Naturgeschichte der europäischen Lebermoose mit Erinnerungen aus dem Riesengebirge (1833-38, 4 Bände) Bryologia germanica (Christian Friedrich Hornschuch]] und Jacob Sturm ilə birlikdə, 1823–31, 2 Bände mit 43 Tafeln) Synopsis hepaticarum (Carl Moritz Gottsche və Johann Lindenberg ilə birlikdə, 1844–1847) Hymenopterorum Ichneumonibus affinium monographiae (1834, 2 Bände) System der spekulativen Philosophie, Band 1 Die Naturphilosophie (1841) Die allgemeine Formenlehre der Natur (1852) Vorlesungen zur Entwickelungsgeschichte des magnetischen Schlafs und Traums (1820) == Ədəbiyyat == Johanna Bohley: Christian Gottfried Daniel Nees von Esenbeck. Ein Lebensbild. Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart 2003, ISBN 3-8047-2075-7. Dietrich von Engelhardt (Hrsg.): Christian Gottfried Nees von Esenbeck. Politik und Naturwissenschaft in der ersten Hälfte des 19. Jahrhunderts.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Ness
Ness (yun. Νέσσος) Yunan mifologiyasında öz qanı ilə Heraklı zəhərləmiş olan kentavr, İksion və Nefelanın oğludur.. Heraklla döyüşdən Yeven çayına qaçmış, lakin Herakl onu Yeven çayında Deyaniranı zorlamaq istədiyi üçün öldürmüşdür. Ölərkən Deyaniraya onun qanının və torumunun yığıb qarışdırarsa, bunun müqabilində Heraklın ona olan məhəbbəti təmin edilmiş olacağını deyir. . Diğər bir mənbədə onun Lokra qaçaraq və orada ölməsi bildirilir. Nessin və digər kentavrların qəbiri Xalkidadakı Tafiass təpəsindədir.
UEFS
Feyra-di-Santana Dövlət Universitet (port. Universidade Estadual de Feira de Santana və ya qısaca UEFS) — Braziliyanın Feira de Santana şəhərində yerləşən dövlət universiteti.
Zefs
Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) - Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biri. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz, qartal onun atributları hesab olunur. Roma mifologiyasında Yupiter kimi tanınır. == Zevs == Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. == Hekayə == Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... == Mövzu == Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Həsən İzzət Paşa
Həsən İzzət Paşa (türk. Hasan İzzet Paşa, Hasan İzzet Arolat) (d. 1871; İstanbul, – 3 mart, 1931) — Osmanlı İmperiyasının generalı. == Həyatı == Həsən İzzət 1871-ci ildə İstanbulun Aksaray məhəlləsində Əli Muhsin Paşanın və Sürəyyə xanımın ailəsində doğulmuşdu. 1890-cı ildə Türkiyə Quru Qoşunları məktəbini və 1893-cü il martında hərbui məktəbi qərargah zabiti rütbəsi ilə bitirdi. == Hərbi karyerası == 1894-cü il aprelin 14-də Sultan II Əbdülhəmidin əmri ilə Baş Qərargahın dördüncü şöbəsinə təyin edildi. 1895-ci il mayın 18-də Kapitan (Kolağası) rütbəsinə yüksəldi və 1895-ci il mayın 12-də hərbi heyətin tərkibində Üsküpə ekskursiya göndərildi (indiki Skopye). 29 oktyabr 1896-cı ildə Hərbi Akademiyaya təyin edildi. === Osmanlı-Yunan müharibəsi (1897) === 1897-ci il aprelin 21-də mayor rütbəsinə yüksəldilmiş və Alasonya ordusunda xidmətə göndərilmişdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə II Neşet bəyin diviziyasına təyin edilmiş və Domokos döyüşündə (Domokos Müharibəsi) iştirak etmişdir.
Süleyman İzzət bəy
Süleyman İzzət bəy (XIX əsr) — Osmanlı və Türkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevik –ingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri. == Azərbaycanın işğaldan qurtarılmasında rolu == 1918-ci ilin avqustun axırlarında Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər. Bakı azad olunduqdan sonar Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya Dərbənd və Petrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi. == Əsəri == Süleyman İzzət bəy sonralar XV diviziyanın Azərbaycan və Şimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir: 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri.
Yusif İzzət paşa
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. == Həyatı == Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi.Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi. Mudros müqaviləsi imzalananda, Dağıstandakı bölgəni Rusiya hakimiyyətindən çıxarmaq üçün səylər göstərildi.
İzzət Həmidov (Şəhid)
İzzət Rövşən oğlu Həmidov (28 fevral 2000 – 9 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. 2020-ci il oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, bu zaman bir ilin əsgəri olub. Şəhidimizin anası Vəfa İsmayılova oğlu ilə bağlı xatirələrini bizimlə bölüşüb. 3 oğul anası olduğunu bildirən Vəfa xanımın sözlərinə görə, İzzət onların ən böyüyü olub "İzzət həm də ən ağıllı oğlum idi. 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi.